FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə40/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   36   37   38   39   40   41   42   43   ...   129

 

- 121 -


                                                          

 

 



 

 

 



 

 

 



 

SÜHRƏVƏRDİ VƏ ONUN İŞRAQİLİK 

TƏLİMİ 

 

Nəfs əqli bir şeyi daxilən 

müşahidə edir, xəyalən onu  

         yamsılayır və həmin surət  

         hiss aləminə əks olur.  

                             

Ş.Sührəvərdi

 

 



Ş.Sührəvərdinin məhz yeni bir təlim irəli sürdüyünü kon-

kret  şəkildə olmasa da, ümumi planda bir sıra Qərb tədqi-

qatçıları da etiraf edirlər. Məsələn, Anri Korbin (Henry Corbin) 

yazır ki, Sührəvərdi İbn Sinaya nələr borclu olduğunun, lakin nə 

üçün ondan daha irəli gedə biləcəyinin yaxşı  fərqində idi. İbn 

Sina da bir Şərq fəlsəfəsi layihəsi formulə etmişdir, fəqət onu 

gerçəkləşdirməmiş, onun gerçək qaynağını öyrənə bilməmişdir. 

Beləcə, Şeyx-əl İşraqın əsəri islamda digər üç cərəyandan fərqli 

bir fəlsəfə  və  mənəviyyat təliminin doğmasına səbəb oldu… 

Sührəvərdi Batıda uzun müddət tanınmamış olduğu üçün Qərb 

ən çox İbn Rüştə önəm verir.

1

 A.Korbinin yazdığına görə, İbn 



Rüştün yaradıcılığı  əslində  Şərq fəlsəfəsinin (əl-Qəzalinin 

timsalında) tənqidinə həsr olunmaqla Qərb fəlsəfi fikri üçün bö-

yük material versə  də,  Şərq düşüncəsinin inkişafında ciddi rol 

oynamamışdır. Təsəvvüf özünün ən yüksək zirvəsinə  İbn  Ərə-

 

1

 Henry Corbin, Histoire de la philosophie islamique, cild 1. Paris, 



1964, səh. 302-303. Bax: «İslamda bilgi və felsefe». İstanbul. 1997, səh. 

125. 



 

- 122 -


                                                          

binin simasında yüksəlmişdir ki, o da öz növbəsində «Sührəvər-

diçi  İbn Sinaçılıq» kimi dəyərləndirilə bilər.  Şərqdə isə uzun 

müddət davam edən və fikirlərə hakim olan məhz Sührəvərdi 

təlimi olmuşdur. A.Korbinə görə, bu təlim Səfəvilər dövründə 

İsfahan məktəbində davam etdirilmiş, Mir Daməd, Sədrəddin 

Şirazi (Molla Sədra) kimi böyük filosofların təliminə  təsir 

göstərmişdir.

1

 

M.Q.Hodqson Sührəvərdi təliminin Platon və Aristotel 



fəlsəfələrinə  nəzərən bir addım irəli olduğunu və  əslində yeni 

bir mahiyyət daşıdığını  nəzərə alaraq yazırdı ki, «Sührəvərdi 

Aristotel sisteminin «forma»larını Platon düşüncəsindəki 

«ideya»larla  əlaqələndirdi. Platon və Aristotel eyni bir fikri 

fərqli perspektivlərdə görməkdə idi. Bununla da Sührəvərdi 

idrak problemini  ifrat idealist və ifrat materialist mövqelərdən 

daha rasional bir zəminə gətirmiş oldu».

2

  



İndi isə fikrimizi bir daha «ilahi işıq» ideyasına yönəldək. 

Şihabəddin Sührəvərdinin işıq və  nəfsin iyerarxiyası üzərində 

qurulmuş ontoloji sisteminin əsasında nə dayanır? Doğurdanmı 

o, İslamdan uzaqlaşaraq, hansı isə başqa təlimlərin təsiri altına 

düşmüşdür?  

Xeyr, nur epiteti üzərində qurulmuş fəlsəfi sistem nəinki 

İslama zidd deyil, hətta Qurani-Kərimdəki bir sıra  əsas 

ideyaların daha aydın anlaşılmasına xidmət edir. Qurani-

Kərimin «Nur» surəsində oxuyuruq: «Göylərin, yerin nurudur 

Allah… İstədiyi kimsəni öz nuruna qovuşdurar…» (35-ci ayə). 

«Qaranlıq üstündə qaranlıqlar, öz əlini görə bilməz bir kimsə bu 

qaranlıqlar içində. Allahın nur vermədiyi kimsənin nuru olmaz» 

(40-cı ayə). Yaxud «Hadid» surəsində «yolumuzu aydınladan 

«nur»dan söhbət gedir. (28-ci ayə). Yaxud «Təhrin» surəsində 

«nurumuzu kamala yetir…» – deyər onlar (8-ci ayə). Bu 

misallar göstərir ki, Qurani-Kərimdə «nur» anlayışı müxtəlif 

səviyyələrdə  və müxtəlif kontekstlərdə işlədilməklə ya Allahın 

nuru, ya insana verilən nur, ya göylərin, yerin nuru, ya kamala 

yetən nur və s. mənalarda işlənmişdir.  

Və  Ş.Sührəvərdinin də «nur» kateqoriyası üzərində qu-

 

1

 Yenə orada, səh.126. 



2

 M.Q.Hodqson. «İslamın Serüveni», səh 257. 




 

- 123 -


                                                          

rulan təlimi eyni metafizik  təməldən çıxış etməklə islamla heç 

bir ziddiyyət təşkil etmir. Sadəcə yeni, sistemli bir fəlsəfi təlim 

yaradılır ki, burada ilahidən verilən bilgilərlə bu bilgilərin yenə 

də ilahidən verilmiş dərk üsulları (o cümlədən, məntiq) arasında 

bir körpü atılmış olur.  

Tanınmış türk filosofu Hilmi Ziya Ülken Sührəvərdiyə 

istinadən yazır: «Sührəvərdi  Əflatun kimi ideyaların xaricdə 

mövcud olduğunu qəbul edərək  əşyanı kölgədən ibarət 

görməmişdir. Onda ideyalar və əşya «nur» və «zülmət» kəlmə-

ləri ilə ifadə edilmişdir. Nur ilə zülmət arasında varlıq fərqi 

deyil, ancaq dərəcə  fərqi vardır».

1

 Başqa sözlə, Sührəvərdi 



təkcə nuru, ideyanı  və ya təkcə qaranlığı, materiyanı yox, on-

ların hər ikisini varlığın forması kimi götürür. Belə olduqda 

bütün aralıq dünya nur ilə zülmətin, ideya ilə materiyanın 

müəyyən qatışığı, sintezi kimi anlaşıla bilər. Hər iki başlanğıcın 

varlıq kimi qəbul edilməsi məlum idrak metodlarının da hər 

ikisini qəbul etməyə və onların sintezindən çıxış etməyə imkan 

verir. Sührəvərdi bir-birilə təzad təşkil edən, qarşı-qarşıya duran 

iki idrak metodunu fərqləndirir: Zövq və  kəşf sahibləri 

(peyğəmbərlər, sufilər) bəhs və  nəzərə etinasızlıq göstərdiyi 

kimi, bəhs və nəzər sahibləri (alimlər, aristotelçilər) də zövq və 

kəşf məqamından istifadə etmirlər.

2

 Sührəvərdi özünü hər iki 



tərəfdən fərqləndirərək bunları  vəhdətdə götürməyin tərəfdarı 

olduğunu qeyd edir. Müasir terminologiya ilə desək, həm 

intuisiya, həm də təhlili qəbul edir və onların vəhdətindən çıxış 

edir.   


Digər türk filosofu Orxan Hançerlioğlu Sührəvərdinin 

ruh ilə  bədən arasındakı  əksliyi də aradan götürdüyünü qeyd 

edir: «Sührəvərdiyə görə, ruh və bədən deyə bir ayrılıq yoxdur. 

Bunlar eyni şeydir. Bütün cismlər kimi, bədən də tünd bir 

qaranlıqdır. Bu qaranlıq işığa doğru yüksəldikcə tündlüyü 

azalar.


3

  

O.Hançerlioğlunun təhlili panteizmə münasibət baxımın-



dan da önəmlidir. «İnsan ruhu ilahi işıqlardan biridir. Doğuşu 

 

1



 Hilmi Ziya Ülken. İslam düşüncəsi. İstanbul, 1995, s.234. 

2

 Yenə orada, səh.235. 



3

 Orxan Hançerlioğlu. Düşüncə tarixi. İstanbul, 1995, s.160. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə