FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə39/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   35   36   37   38   39   40   41   42   ...   129

 

- 118 -


                                                          

edərək “Ey müsəlmanlar, məni öldürməklə  mənə yaxşılıq 

edərsiniz”, - deyirmiş. Sonra üzünü Allaha tutub deyirmiş: “Bu 

adamların günahlarına görə  məni cəzalandır”.

1

 Buna görə  də 



Mənsur Həllacı  bəzən müsəlmanların  İsası adlandırırlar. Bu 

hekayəti ona görə yada salırıq ki, o, təkcə Mənsur Həllac üçün 

deyil, bütün sufilər üçün səciyyəvidir. Onlar üçün kiçik bir 

mənəvi itki, nəfsə güzəşt faciə olduğu halda, cismani dünyanın 

hər hansı bir sərvəti, həyat da daxil olmaqla önəmli deyil. Mad-

diyyatdan imtina əzmi sufizmin yüksək qatı, zirvəsi yox, təməl 

daşı, başlanğıcıdır. Bunu bacarmayanlar hikmət əhli ola bilməz-

lər. Onların fikrinə görə, “nura qovuşa bilməyənlərin qisməti 

nardır” (Əbu Turxan). “Nur” və “nar” (od) eyni məzmunun iki 

kənar təzahür halı, iki qütbüdür. Hər  şeyin başlanğıcını odda 

görən Heraklit də zəka işığını odun inkişafının ali məqamı kimi 

götürürdü.  Şəhrəstaninin yazdığına görə, Heraklit hər  şeyin 

əsasını “həqiqi işıqda” görürdü ki, bu da onun Allah (Zevs) 

anlamına mütabiq idi. Aristotel də intellekti (nous) insan 

qəlbində ilahidən yanan işıq kimi izah edirdi.

2

  



Daha sonra Hermesçilikdə (Hermetizm) və yeni Pla-

tonçuluqda geniş  şəkildə  əks etdirilən nur-zəka paraleli Yeni 

Dövr Qərb fəlsəfəsində inkişaf etdirilmişdir. Cordano Brunonun 

fikrinə görə, «dünyada işıq və qaranlıq, elm və nadanlıq 

arasında daimi müharibə gedir». Volter isə yazır ki, «həqiqət öz 

məxsusi işığı ilə parlayır. Ona görə də, ağılları tonqal şöləsi ilə 

maarifləndirmək cəhdi  əbəsdir». Tonqallar cəhənnəmdə  və 

ərafda lazım olur. İşığın nur və tonqal təzahürləri A.Dantenin 

«İlahi komediya»sında da öz əksini tapmışdır. Nərman 

Qocatürk məhz bu kontekstdə – Dantedən danışarkən 

Ş.Sührəvərdini xatırlayır: «İşraqilik fəlsəfəsində Ruh ölməzlik

əbədilik, bölünməzlik bəlgəsidir. Sührəvərdinin bu fikirlərini 

Dante hələ  cəhənnəm dərələrində  əzab çəkən ruhları görərkən 

 

1



  М.Байат,  М.Али  Джамния.  Халладж – первый  мученик 

суфизма. – Суфийская проза и поэзия. М., 1998, с.162. 

2

  Аристотель.  Риторика. 1411 б 12. – Поэтика.  Риторика. 



Санкт-Петербург, 2000, с.294. 


 

- 119 -


                                                          

yəqinləşdirmişdir».

1

 Bircə bunu əlavə etmək istərdik ki, 



Ş.Sührəvərdi Dantedən  əvvəl yaşadığından burada ideya 

varisliyi yenə  də  Şərqdən Qərbə doğru yönəlmişdir. 

(Baxmayaraq ki, Dante Sührəvərdini də məmnuniyyətlə cəhən-

nəmdə yerləşdirərdi). Dantenin əlavəsi isə bundan ibarətdir ki, 

təkcə nurun yox, atəşin də əbədiyyətini vəsf edir.      

Qərb fəlsəfəsində  işığın həqiqət və  zəkanın metaforik 

obrazı kimi götürülməsi «Bibliya» ilə yanaşı, Zərdüştilik və 

Hermesçiliklə (Hermetizm) də sıx surətdə bağlıdır. Yeri gəlmiş-

kən, digər yunan allahlarından fərqli olaraq, Hermesin adı ilə 

bütöv bir təriqətin və  fəlsəfi-mistik biliklər sisteminin 

bağlanması olduqca önəmli bir kənaraçıxmadır. Böyük filo-

soflar yetişdirmiş qədim Yunanıstanda allahlar yalnız metaforik 

rol oynayırdı  və onların fəlsəfə ilə «məşğul olmasına» ehtiyac 

yox idi. Belə olan təqdirdə, Şərq mistisizmi ilə, məhz Şərq üçün 

səciyyəvi olan əl-kimya, astrologiya, magiya sahəsindəki 

biliklərlə  zəngin olan belə bir təlim hansı ictimai bazada 

formalaşa bilərdi? Maraqlıdır ki, bu cərəyan b.e.ə. III əsrə qədər 

mövcud olmamış  və ancaq Aleksandr Makedonskinin Şərq 

ölkələrinə yürüşündən sonra yayılmışdır. Biz «Hermes» adının 

Zərdüştilikdəki «Hörmüz» adı ilə oxşarlığından və ya 

Aleksandr Makedonskinin göstərişi ilə «Avesta»nın məlum iki 

nüsxəsindən biri yandırıldıqdan

2

  sonra, o birisinin müəmmalı 



surətdə «itirilməsindən» deyil, sadəcə, təlimin məzmunundan

mistik formasından və ilahi işığın ontoloji ilkinliyinə  əsas-

lanmasından çıxış edirik. Tarixən «Allah» kəlamları  həmişə 

peyğəmbərlər tərəfindən təqdim olunur. Və buna müvafiq 

olaraq Ahar Muzdanın (Hörmüz) mövqeyini açıqlayan tarixi 

şəxsiyyət – Zərdüşt, onun kitabı isə Avesta adı ilə  məlumdur. 

Bəs Hermes təlimi hansı peyğəmbərin, hansı tarixi şəxsin adı ilə 

bağlıdır? Bir sözlə, suallar çox, müəmmalar çoxdur…  

 

1

  N.Qocatürk. Qəzəblənmiş Tanrının səhra qurdları. Bakı, 1998, 



səh.223. 

2

 Axı, heç sual olunurmu ki, yüksək təhsil görmüş, Aristotelin 



tələbəsi olmuş böyük Aleksandrı belə bir vəhşiliyə sövq edən nə idi? 

Bu, doğrudanmı sadəcə bir vəhşilik idi, yoxsa hansı isə izi itirmək 

məqsədi güdürdü?  



 

- 120 -


                                                          

Hələlik isə biz bu müəmmanın üstündən keçir və konkret 

zamandan, məkandan, milli müəyyənlikdən məhrum olan iki 

«allah» arasında (daha doğrusu, iki təlim arasında) varisliyin 

bəzən açıq-aşkar, bəzən dumanlı  məqamlarına məhəl 

qoymadan, iki konkret tarixi şəxsiyyət, iki böyük filosof 

arasında: Sührəvərdi və Kant arasında ideya varisliyindən da-

nışmağa üstünlük veririk. Bu sətirlərin müəllifi «Kant və 

Sührəvərdi» adlı paraqrafda bu iki təlim arasında necə böyük 

uyğunluq məqamları olduğunu göstərir.  Əlbəttə, məzmundakı 

əlaqə  real olsa da, varislik real yox, virtual səciyyə daşıyır. 

Yəni, Kantın Sührəvərdi qnoseologiyasından bəhrələndiyini 

iddia etmək üçün əsas yoxdur. Lakin söhbət hər halda 

bəşəriyyətin ideya tarixinin real və virtual məqamları əhatə edən 

vahid və bütöv bir tarixi proses olmasından və bu prosesdə 

Azərbaycan filosoflarının  iştirakından gedir.  

Maraqlıdır ki, Kant «sağdan» və «soldan» tənqid olun-

duğu kimi, Sührəvərdi də həm ardıcıl kəlamçılar və sufilər, həm 

də ardıcıl peripatetiklər tərəfindən tənqid olunmuşdur. Məsələn, 

Əhməd  Əflaki yazır: «Şihabəddinin elmi ağlından üstündür. 

Halbuki, ağlın elmə qalib və hakim olması lazımdır».

1

  



Biz bu iqtibası həm də ona görə gətirdik ki, burada Şərq 

düşüncəsi çox bariz şəkildə ifadə olunmuşdur. Ağıl, hikmət, 

müdriklik  Şərqdə  həmişə elmdən üstün tutulmuşdur. Halbuki, 

Qərbi irəli aparan məhz elm, nəzəri təfəkkür, sistemli bilik 

olmuşdur. Ş.Sührəvərdinin məhz elminin yüksək olmasına görə 

tənqid edilməsi onun öz zəmanəsində mühitin fövqündə durdu-

ğuna dəlalət edir. 

 

1



 Ahmet Eflaki. Göstərilən əsər, səh. 93. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə