FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə47/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   43   44   45   46   47   48   49   50   ...   129

 

- 144 -


                                                          

hərəkətverici qüvvələrini düzgün anlaya bilmədiyinə görə, onun 

süqutunun səbəblərini də  səhv izah edir. «İslam» və  «ərəb» 

məfhumlarının nə  qədər fərqli olduğunu və orta əsrlər «ərəb» 

sivilizasiyasının  əslində  təkcə  ərəblər tərəfindən deyil, bəlkə 

daha çox dərəcədə islam dininə qulluq edən türklər, farslar və 

digər millətlər tərəfindən yaradıldığını bilmədiyindəndir ki, bu 

sivilizasiyasının süqutunu türk qılıncı ilə, türklərin və 

monqolların müdaxiləsi ilə izah etməyə çalışır.

1

  Bəli, fəlsəfə- 



nin dini-ehkamçı qolunu deyil, elmi-metodoloji qolunu və 

riyaziyyatı, təbiətşünaslığı, təbabəti inkişaf etdirənlərin və 

bununla da sivilizasiyanın dünyagörüşü təməlini yaradanla- rın 

məhz türk olduqlarını (Fərabi, Biruni, İbn Sina, Ş.Y.Sührəvərdi, 

N.Tusi) bilsə idi, A.Koyre, əlbəttə, belə yazmazdı. Zira həmin 

Koyre başqa bir yerdə Fərabini ən az öyrənilmiş ən böyük islam 

filosofu adlandırır.

2

  



Müasir mənada elm ancaq intibah dövründən başlayaraq 

formalaşmışdır. Antik dövrdə elmi biliklərin  əldə edilməsinə 

uyğun gələn fəaliyyət növü bir tərəfdən fəlsəfə ilə, digər 

tərəfdən isə  sənətkar  əməyi ilə  qırılmaz surətdə bağlı 

olduğundan o dövr üçün xalis elmdən və ya hətta elmi bilikdən 

danışmaq çətindir.    

Elmin mənşəyinin məhz bu iki istiqamətdə: fəlsəfə  və 

praktika ilə bağılı surətdə axtarılması tamamilə 

qanunauyğundur. Hətta ilk yaxınlaşmada müasir dövrdə elmin 

əsas struktur pillələrinin təşkil edən nəzəri və empirik pillələr də 

bu iki istiqamətin davamı kimi qiymətləndirilə bilər. Lakin 

əslində bu pillələr ylnız elm sosial institut kimi formalaşdıqdan 

sonra – yeni dövrdə əmələ gəlmişdir.  

İnsanların maddi fəaliyyəti ilə deyil, daha çox dərəcədə 

seyrlə əlaqədar olaraq, deduktiv surətdə meydana çıxan, dünya 

haqqında ümumiləşmiş  təsəvvürlərin bir hissəsi kimi 

formalaşan biliklər xüsusi elmlərə, fənlərə aid olmayıb, 

fəlsəfəyə aid idi. Koqnitiv biliklər hələ elmi biliklər səviyyəsinə 

yüksəlməmişdi. Digər tərəfdən də,  əməli fəaliyyətlə  əlaqədar 

yaranan biliklər hələ müstəqilləşməmiş, biliklə bacarıq bir-

 

1

 Yenə orada, səh.54. 



2

 Yenə orada, səh. 58. 




 

- 145 -


                                                          

birindən ayrılmamışdır. Deməli, alim və  sənətkar bölgüsü də 

hələ ola bilməzdi. Ona görə də qədim yunanlar sofist (müdrik) 

dedikdə  həm də  sənətkarları (məsələn, dülgər, dulusçu və 

s.)nəzərdə tuturdular. O dövrdə bölgü bilavasitə faydalı  işlə 

məşğul olan, tədbiqi məsələləri həll edən sofistlərlə dünyanı 

yalnız sevən adamlar – filosoflar arasında aparılırdı.        

Cəmiyyət elmi məhz onun praktik istifadə imkanlarına 

görə inkişaf etdirir, bu məqsədlə müxtəlif sosial institutlar 

fəaliyyət göstərməyə başlayır. Elm getdikcə daha çox dərəcədə 

fərdi hadisədən və ya kiçik qruplar miqyasından böyük sosial 

sistemlər miqyasına keçir, ümumcəmiyyət hadisəsinə çevrilir. 

Elm dövlət miqyasında təşkil olunmuş ictimai hadisə 

kimi formalaşmazdan qabaq da elmi fəaliyyət var idi. Ayrı-ayrı 

adamlar bu zaman elmlə öz daxili mənəvi ehtiyaclarını ödəmək 

üçün məşğul olurdular. Qədim yunanların bəziləri elmlə məşğul 

olsa da, onun tətbiqi ilə, praktik məsələlərlə  məşğul olmağı 

özlərinə yaraşdırmır mənsub olduqları yüksək ictimai təbəqənin 

əxlaqi meyarlarından çıxış edirdilər. Nəzəri fikir sahiblərinin 

təcrübəyə  həqarətli münasibəti o dərəcədə  kəskin idi ki, 

məsələn, Aristotel qadının dişlərinin sayının kişininkinə 

nisbətən az olduğunu iddia etmiş, lakin onları saymağı heç 

ağlına da gətirməmişdir. Aristotelin törəmə  nəzəriyyəsi və 

sürətin qüvvə ilə mütənasib olması haqqındakı  nəzəri müddəası 

da nə onun özü tərəfindən, nə  də  xələfləri tərəfindən yox-

lanmamış, iki min ildən artıq kor-koranə surətdə  qəbul 

edilmişdir. 

Orta  əsrlərdə elmin geri qalması, sxolastika hüdudlarını 

keçə bilməməsi onun praktika ilə  əlaqəsinin zəifliyindən irəli 

gəlir ki, bu də o dövrün ümumi mənəvi atmosferi, hakim əxlaq 

normaları ilə izah olunmalıdır. Kübar ailədən çıxmış adamlar bu 

cəmiyyətin mənəvi meyarlarına uyğun olaraq praktik 

məsələlərlə  məşğul olmağı özlərinə  sığışdıra bilmirdilər. Bu 

dövrdə ixtiralar da çox vaxt “təhsil görməmiş  və hakim 

sxolastikanın təsirinə düşməmiş sadə  işçilər, sənətkarlar 

tərəfindən edilirdi”.

1

 Kübar cəmiyyətinin nümayəndələri  əmək 



 

1

  Вернадский  В.И.  Избранные  труды  по  истории  науки.  М., 



1981, стр. 84-85. 


 

- 146 -


adamlarına yuxarıdan aşağı baxdıqları kimi, məqsədəuyğun 

əməli fəaliyyətin məhsulu olan yeniliklərə  də  həqarətlə 

baxırdılar. İnsan ağlının açdığı yolları keçmədən, birbaşa mənə-

vi yetkinlik zirvəsinə çatmaq əxlaqı  ağıldan nəinki yüksək 

tutmaq, hətta ona qarşı qoymaq, əməli fəaliyyətdən ayrılmış 

abstrakt etiketləri yaratmaq və bunları mütləqləşdirmək – 

aristokratiyanın mənəvi və sosial süqutunun əsas səbəblə-

rindəndir. Orta əsrlərdə hökm sürən cəngavərlik psixologiyası 

və aristokrat mənəviyyatının rasional biliyə  və praktikaya 

münasibəti Don Kixotun yel dəyirmanına münasibətində öz 

əksini obrazlı surətdə çox gözəl tapmışdır. 

Aristokratiya tərəfindən qəbul edilməyən praktik elm 

burcuaziyanın mənəvi xüsusiyyətlərinə  və maddi ehtiyaclarına 

tamamilə uyğun gəlirdi. Elmin məhz kapitalizm cəmiyyətində 

intensiv surətdə inkişaf etməsinin, bütöv sosial sistem kimi 

formalaşmasının əsas səbəblərindən biri də məhz bu idi. 

İntibahla açılan Yeni Dövr ilk çağlarda antik mədə-

niyyətin yenidən canlanması  təsirini bağışlasa da, tezliklə bur-

cua mədəniyyətinə qapı rolunu oynadı. Kapitalizm cəmiyyəti 

mənəvi etalonlarla təcrübi biliyin, ağlın qarşılaşdırılmasında 

ikinci qütbü seçdi; ülvi toxunulmaz olan heç bir hiss, heç bir 

əxlaqi norma ilə hesablaşmadan rasional düşüncənin, empirik 

elmin açdığı geniş yola çıxdı və sürət götürdü. Mənəvi meyarla 

elmi-praktik meyar, hissi ilə rasional arasındakı ziddiyyət indi 

də ikincilərin mütləqləşdirilməsi nəticəsində  kəskinləşməyə 

başladı, adət-ənənənin hökmranlığı öz yerini pulun, iqtisadi 

amillərin hökmranlığına verdi. Uzaqgörən adamlar bu 

ziddiyətdə Avropanın süqutunun başlanğıcını gördülər. 

Rasional düşüncəyə, elmi-praktik fəaliyyətə  və onun gətirdiyi 

yeniliklərə düşmən münasibətdən irəli gələn Don Kixot faciəsi 

mənəvi saflığa, insanın hisslərə etinasızlıqdan irəli gələn burcua 

faciəsi ilə  əvəz olundu. Əlbəttə, burada yenə  də  bədii obraza 

müraciət etmək yerinə düşərdi. Lakin Don Kixotun faciəsi təbii 

real olsa da, kapitalizm cəmiyyətinin və burcua təfəkkür 

tərzinin ziddiyyətləri bir burcua fərdiyyətinin faciəsində tam 

mənasilə ifadə oluna bilmir. Təkcə ona görə yox ki, böyük 

faciələr yalnız zəngin mənəviyyatlara sığışa bilər, həm də ona 

görə  də ki, burcuaziyanın utilitar-praktik təfəkkür tərzi  əslində 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə