FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə49/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   45   46   47   48   49   50   51   52   ...   129

 

- 150 -


                                                          

halda, bilik Allahın insan qəlbinə saldığı  işıqdır.

1

 Qeyd etmək 



lazımdır ki, burada bilik heç də yalnız etiqad mənasında 

işlənmir. Dini ayinlərin icra edilməsi biliyə yox, əmələ aid 

edilir, lakin yenə də bilik ondan yüksək tutulur. Abidə nisbətən 

alimə üstünlük verilir.

2

                               



O dövrdə Şərqdə bilik – əməl alternativinin həllində icti-

mai fikir heç də yalnız islam dinindən çıxış etmirdi. Orta əsr 

alimləri bilik və əməlin dialektikasını açmağa və biliyin, elmin 

əhəmiyətini və üstünlüyünü məntiqi yolla və konkret misallar, 

hədislər, hekayətlər vasitəsilə isbata yetirməyə çalışırdılar. 

Yeni Dövrdə biliyin yoxsa gücün, kəlamın yoxsa əməlin 

əsas olmasına dair mübahisələr orta əsr Şərq fəlsəfəsindən Qərb 

ictimai fikrinə keçir. Neçə  əsrdən sonra həmin sualı  İ.Götenin 

qəhrəmanından eşidirik.  

İnsan həyatının əsasını təşkil edən, bəşəri inkişaf üçün ilk 

başlanğıc rolunu oynayan hadisə nədən ibarətdir? Bu sual üzə-

rində  dərin düşüncələrə dalan Faust ilkinliyi gah sözə, gah 

zəkaya, gah də qüvvəyə verir. Lakin nəhayət, işin, əməlin üzərində 

dayanır. 

İnsan yalnız təbiətə  fəal münasibəti sayəsində,  əməli 

fəaliyyət prosesində başqa insanlarla ünsiyyətə girir – söz 

yaranır. Lakin insan sözlə fikrini, düşündüklərini ifadə edir. 

Deməli, söz ağıldan, zəkada əvvəl gələ bilməz. Ağıl əmr edəni 

dil bəyan edər, – deyən Xaqani də ağılı sözdən əvvəl hesab edir, 

dili fikrin ötürülməsi üçün vasitə sayırdı. Dil, söz həm də fərdi 

fikirlərin ictimailəşməsinə  və ümumictimai hadisə olan elmin 

yaranmasına xidmət edir.     

İnsanın əqli qabiliyyətlərinin ilk inkişafı isə yalnız məq-

sədəuyğun  əməli fəaliyyətin,  əməyin nəticəsidir. Gerçəkliyə 

fəal, dəyişdirici münasibət bəsləmədən, təkcə seyr sayəsində 

hadisələrin, şeylərin mahiyyətini dərk etmək, dünyanın sirlərinə 

bələd olmaq mümkün deyil. Deməli, zəka seyrlə yanaşı, həm də 

əməli fəaliyyətin məhsuludur. 

İnsanın ağlı, düşüncə qabiliyyəti nə  qədər çox inkişaf 

 

1



 Bax: Роузентал  Ф.  Торжество  знания.  Концепция  знания  в 

средневековом исламе. М., 1978, стр. 243.  

2

 Yenə orada. 




 

- 151 -


etsə, gərçəklik haqqında o qədər dəqiq, düzgün bilik əldə edir, 

hiss orqanlarının verdiyi zahiri məlumatla kifayətlənməyərək 

daxili, sabit, zəruri  əlamətləri üzə  çıxarır, ümumilərin nə 

dərəcədə əlaqəli olduğunu öyrənir. Ayrı-ayrı konkret hadisələr, 

təkcələr arasındakı  əlaqə adi şüur səviyyəsində  də üzə  çıxarıla 

bilər, elmi bilik isə, Feyerbaxın dediyi kimi, ümumilər 

arasındakı əlaqəni əks etdirir. 

Biliklərin əsasında əməli fəaliyyət dayansa da, bilik də öz 

növbəsində  fəaliyyət meydanını genişləndirməyə xidmət edir. 

Lakin hər bir konkret fəaliyyət üçün müyyən konkret biliklər 

tələb olunur. Esxil deyir ki, əsas məsələ çox bilməkdə deyil

lazım olanı bilməkdədir. Bizim kristalloqrafiya müəllimimiz, 

görkəmli alim Xudu Məmmədov öyrədirdi ki, alim olmaq üçün 

yadda saxlamaqdan daha çox, yaddan çıxarmağı bacarmaq 

lazımdır. Başqa sözlə, elmi fəaliyyət biliyə seçki ilə 

yanaşılmasını, müəyyən bir fikrin, ideyanın aydınlaşması, 

kristallaşması üçün zəruri olan ən mühüm biliklərin ön plana 

çəkilməsini, xüsusi müstəviyə göçürülməsini tələb edir. Fikrin 

müəyyən problemə fokuslanmasına mane olan, həmin anda 

“yaddan çıxarılmalı” olan biliklər isə başqa bir problemin həlli 

zamanı ön plana çəkilir və s.  

Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan 

adamlar olduğu kimi, çox biliyi olan, lakin lazım gəldikdə onu 

saf-çürük edərək müəyyən istiqamətə yönəldə bilməyənlər də 

var. Çox bilmək hələ alim olmaq deyil. Elmi xidmət hər bir 

alimin ümumi bilik xəzinəsindən nə  qədər pay götürməsi ilə 

deyil, bu xəziniyə nə qədər pay verməsi ilə müəyyən olunur. 

Yuxarıda qeyd etdiyimiz kimi, biliklər iki yerə bölünür. 

Bilavasitə insanların maddi fəaliyyətinə xidmət edən biliklər 

(əməli biliklər) olduğu kimi, ancaq aralıq mərhələ vasitəsi ilə 

tətbiq olunan biliklər də vardır. “İnsansızlaşdırılmış” dünyanın 

obyektiv qanunauyğuluqlarını  əks etdirən koqnitiv biliklərdən 

praktikada istifadə etmək üçün bir fərdi fəaliyyət miqyasından 

kənara çıxan xüsusi sosial mexanizm, xüsusi qüvvə  tələb 

olunur. Deməli, yeni bilik əldə etmək insanın güc-qüvvəsini öz-

özünə artırmır. Əksinə bu biliyin qüvvəyə çəvrilməsi üçün ilkin 

qüvvə, xüsusi maddi vəsait, fəaliyyət lazımdır. 

Bəzən maddi fəaliyyət imkanı  məhdud olduqda, güc-




 

- 152 -


                                                          

qüvvə çatmadıqda insanın  ən nəcib arzu və niyyəti həyata 

keçməmiş qalır. Müdrik adam gücsüz olduqda dünyadakı ahəng 

pozuntularını duyur, dərk edir, amma onları aradan qaldıra 

bilmir. Dünyanı  məqsədəuyğun  şəkildə  dəyişmək üçün nə et-

mək lazım olduğunu bilir, lakin buna qüvvəsi çatmır. Bu, 

müdrik adamın faciəsidir. Başqa birisinin isə maddi imkanı, 

gücü-qövvəsi var, lakin nə etmək lazım olduğunu bilmir, daha 

doğrusu, onun lazım bildiyi əsl həqiqətdən çox uzaqdır. Buna 

baxmayaraq, güclü olan “haqlı” çıxır. Bu – nadan adamın 

xoşbəxtliyidir.                

Orta əsr Şərq fəlsəfəsində müdrik adamın faciəsi nadanın 

xoşbəxtliyindən üstün tutulur. Maraqlıdır ki, bu ideya əxlaqi ba-

xımdan deyil, həm də ümumiyyətlə faydalılıq baxımından irəli 

sürülür: “Bilik əməlsiz də faydalı ola bilər, halbuki biliksiz 

(elmsiz)  əməlin faydası yoxdur”. Burada biliyin, elmin təkcə 

məhsuldar qüvvə yox, həm də sosial-mədəni sərvət olması fikri 

çox gözəl ifadə olunmuşdur. Elmə arxalanmayan fəaliyyətin 

puçluğu ideyası Füzulinin məşhur misralarında öz poetik 

tərənnümünü belə tapmışdır: 

 

Elmsiz şer əsası yox divað olur, 

Əsassız divað qaətdə bietibar olur. 

 

Şərq fəlsəfəsi hər bir işin elm, bilik əsasında görülməsini 

zəruri sayır. Yüz ölçüb bir biçmək hikmətini əsas götürür. Zira 

güclə görülə bilməyən işlər bilik və  fərasətlə görülə bilər.  Əl-

Qəzali yazırdı: “Fəlsəfənin həqiqi məqsədi xoşbəxtliyə aparan 

yolu göstərməkdir ki, o da elm və  əməlin birləşdiyi nöqtədən 

keçir”.

1

  



Sual oluna bilər ki, elm ilə əməl arasındakı əlaqənin həlli 

kimi mühüm bir problem orta əsr  Şərqində düzgün həll olun-

muşdusa, bəs nəyə görə sonrakı dövrlərdə  Şərq ölkələri elmi-

texniki tərəqqi sahəsində geri qaldı? 

Nəzərə almaq lazımdır ki, əvvəla,  Şərqdə elm, bilik de-

dikdə daha çox dərəcədə humanitar sahələr: fiqh, əxlaq nə-

 

1

  Роузентал  Ф.  Торжество  знания.  Концепция  знания  в 



средневековом исламе. М., 1978, стр. 243. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə