FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə46/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   42   43   44   45   46   47   48   49   ...   129

 

- 140 -


                                                          

münasibətdə, nisbətdə olduğunu müəyyənləşdirməyə cəhd gös-

tərmişdir. O, burada nə isə bir problem olduğunu dahiyanə 

surətdə sezmişdir. Məsələyə tam aydınlıq gətirmək çətin 

olduğundan, o başqa bir anlayışdan – substrat   anlayışından 

istifadə etmişdir. Aristotelə görə, hər şey substratdan bəhs edir, 

o özü isə başqa heç nədən bəhs etmir. «Substart olaraq bir 

mənada materiya, başqa mənada forma, üçüncü mənada 

bunlardan təşkil olunan (şey) işarə olunur. Materiya dedikdə 

mən, məsələn, misi nəzərdə tuturam; forma dedikdə, sxem – 

obrazı; onların ikisindən ibarət olanı isə tam halında yekun 

cisim kimi nəzərdə tuturam. Belə ki, əgər forma (eidos

materiyaya nəzərən ilkindirsə  və daha çox dərəcədə mahiyyəti 

ifadə edirsə, o yekun cismə nəzərən də ilkin olacaqdır». 

1

  

Bu axtarış zamanı Aristotel o dövrün bilik səviyyəsi üçün 



dahiyanə bir unayışla «özlüyündə  şey» ideyasına gəlib çıxır: 

«Hər bir şeyin varlığının məğzi bunu ifadə edir ki, bu şey 

özlüyündə belədir».

2

   



Bu dünya ilə təmasda olarkən insan görür, eşidir (duyğu 

üzvləri ilə informasiya alır) və onun nəzərlərində  hər dəfə 

müəyyən bir həyat lövhəsi canlanır.  İnsanda belə  təsəvvür 

yaranır ki, gerçəklik kənardadır, məqsəd isə bu kənarda olanı 

duyğular vasitəsilə «əks etdirmək» və dünya haqqında bu yolla 

biliklər almaqdır.  

Məsələyə daha dərin yanaşdıqda filosoflar duyğularla 

alınan informasiyanın gerçəkliyə adekvatlıq dərəcəsinə  şübhə 

ilə yanaşmağa başlamışlar. Əsil həqiqətin məqsədyönlü düşüncə 

ilə intiusiya və vəhylə əldə olunması ideyası müxtəlif çalarlarda 

qədim hind-çin fəlsəfələrində  və antik fəlsəfədə ifadə 

olunmuşdur. Orta əsrlər  İslam fəlsəfi fikrində  də bu ideya 

aparıcı olmuşdur. Ş.Sührəvərdi xarici duyğular vasitəsilə alınan 

biliklərin insanı çaşdırdığını,  əsil həqiqətdən uzaqlaşdırıldığını 

qeyd edir. Yeni Dövr fəlsəfəsində Rene Dekart bu mövqedən 

çıxış etmiş  və  həqiqətin heç də hissi təcrübənin deyil, 

 

1

  Аристотель. – Соч.  в 4-х  томах,  т. 1, М., «Мысль», 1976, 



стр.189. 

2

 Yenə orada, səh. 191 (bax, həm də – səh. 195)  




 

- 141 -


məqsədyönlü düşüncənin sayəsində  əldə olunduğunu iddia 

etmişdir.  

Lakin insan beynində hazır ideyaların olması  və maddi 

gerçəklikdən asılı olmayaraq mövcudluğu haqqındakı fikirlər də 

müqavimətlə qarşılanmışdır. Bu məsələ  ən çox Con Lokk 

təlimində işıqlandırılmışdır. Kant isə, həm hissi təcrübənin, həm 

də xalis zəkanın nəticələrini qəbul edərək dünyanın həqiqi 

mənzərəsinin bu ikisinin sintezindən yarandığını iddia etmişdir.  

Beləliklə, bütün fəlsəfə tarixi boyu həqiqət axtarışları gah 

hissi təcrübəyə, gah da rasional məqsədyönlü düşüncəyə istinad 

etməklə aparılmışdır.  İdeyanı müstəqil varlıq kimi götürmək, 

onu müstəqil bir substansiya kimi maddi aləmlə qarşılaşdırmaq 

və hətta ideyanı yeganə varlıq hesab etmək, maddi dunyaya və 

o cümlədən insan bədəninə  həqarətli münasibət bəsləmək 

halları da olmuşdur. Platon maddi dünyanı ideyaların kölgəsi 

hesab etmiş  və ancaq ideyaları  həqiqət saymışdır. Lakin 

Platonun ideyaları  nəinki cisim və hadisələrin, eləcə  də insan 

şüurunun fövqündə dayanıb. Halbuki, insana bilavasitə  bəlli 

olan, insan üçün yeganə faktiki reallıq olan onun öz daxili 

aləmidir. Lakin bu aləm də insan üçün heç də  həmişə 

aydınlaşmır, işıqlanmır. İstər insanın xarici cisim və hadisələrlə 

təması zamanı, istərsə də fikrini öz iç dünyasına fokuslayarkən, 

bu dünyanın ancaq müəyyən məqamları açılır, işıqlanır, can-

lanır. Dünən gördüklərimiz, keçmiş yaşantılar bu gün daha artıq 

canlı deyil, arxivə, ehtiyat bölgəsinə (hafizə), qaranlıq, passiv 

bölgəyə köçmüş  və  reallığını  itirmişdir. Mənim üçün indi real 

olan ancaq indi yaşadığım duyğular, ideyalar, yaşantılar – feno-

menlərdir. Mənim öz reallığım da əslində məhz bu fenomendən 

ibarətdir.  

Yaşantının strukturunda duyğu və ideyanın yeri məsələsi 

də çox önəmlidir. Bütün fəlsəfi yaradıcılığı boyu psixologizmin 

əleyhinə  çıxan, onun təsirlərindən xilas olmaq, elmi təlimləri 

riyazi dəqiqliklə ifadə etmək mövqeyindən çıxış edən E.Husserl 

insan  şüurunun da strukturunda aydın ideyalara böyük önəm 

verir və hər cür duyğu təsirlərindən kənar, ideya səviyyəsindəki 

yaşantıları gerçəklik kimi irəli sürür. Hissi aləmdən bizə məlum 

olan hər bir cisim və ya hadisə  şüurun müvafiq yönəldilməsi, 



 

- 142 -


intensiyası zamanı müxtəlif ideal modellər, fenomenlərlə fiksə 

olunur.  

Əslində söhbət nədən gedir?  Söhbət bizim şüurumuzda 

yaranan müəyyən bir obrazın gerçəklik kimi qəbul olunma-

sından, yəni guya obrazın arxasında dayanan hansı isə maddi 

şey, cisim deyil, bu obrazın özü gerçəklik kimi götürülür. Lakin 

sual olunur ki, hissi təcrübədə yaranan obrazla bu fikri obrazın 

fərqi nədədir?  Bu obraz əslində təkcənin, ayrılıqda götürülmüş 

hər hansı bir predmetin deyil, ümuminin obrazıdır.   

 

 



 

- 143 -


                                                          

 

 



 

 

 

 

 

 

 

ORTA ƏSRLƏRDƏ FƏLSƏFİ, ELMİ VƏ 

ƏMƏLİ BİLİYİN İNKİŞAF 

XÜSUSİYYƏTLƏRİ 

 

Orta  əsrlərdə  fəlsəfi fikir bir tərəfdən dini dünyagörüşü, 

digər tərəfdən də, elmin fəlsəfədən ayrılması kontekstində 

inkişaf edirdi. İslam dünyasında da belə idi. Daha çox dinə və 

mənəviyyata  əsaslanan kəlam və sufizmlə yanaşı, platonçuluq 

və aristotelizm zəminində  fəlsəfə elmi dünyagörüşünün 

metodoloji  əsası kimi də inkişaf edirdi. Mənsur Həllac,  əl-

Qəzali, Ş.H.Sührəvərdi, Mövlana, İbn Ərəbi ilə yanaşı, Fərabi, 

Biruni,  İbn Sina, Ş.Y.Sührəvərdi kimi filosofların fəaliyyəti o 

dövrdə fəlsəfənin təkcə dinlə deyil, elmlə də sıx bağlı olduğuna 

dəlalət edir. Təsadüfi deyildir ki, bu dövr bir çox tədqiqatçılar 

tərəfindən  İntibah kimi dəyərləndirilir. A.Koyre yazır: «Ərəb 

dünyası özünü ellin dünyasının varisi və davamçısı hesab edir. 

Və bu tamamilə  ədalətli iddiadır; belə ki, ərəblərin parlaq və 

zəngin orta əsr sivilizasiyası sözün tam mənasında ellin 

sivilizasiyasını  mənimsəmiş  və inkişaf etdirmişdir.  Əslində bu 

orta əsrlər yox, İntibahdır (kursiv mənimdir – S.X.). Məhz buna 

görə  də o, latın nadanlığının  əksinə olaraq oynadığı müəllim 

rolunu çox yüksək səviyyədə ifa etmişdir».

1

 Daha sonra Koyre 



ərəb-islam sivilizasiyasının tezliklə öz missiyasını  Qərbə 

ötürərək kənara çəkilməsinin səbəblərini izah etməyə çalışır. 

Lakin, görünür «ərəb sivilizasiyası» adlandırdığı hadisənin əsas 

 

1



    А.Койре.  Очерки  истории  философской  мысли.  М., 1985, 

стр. 53-54. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə