FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə42/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   38   39   40   41   42   43   44   45   ...   129

 

- 127 -


                                                          

«şey özündən  şərəfli olanı vücuda gətirə bilməz». Deməli, 

burada səbəb rolunu işıq oynayır.  

Hilmi Ziya Ülken yazır ki, Sührəvərdiyə görə, müşahidə 

və duyğular sahəsində insan aldana bilər. Həqiqəti bilmək üçün 

əsas yol fikirdir. Sührəvərdiyə görə, bu, yalnız kəşflə 

mümkündür. Onun fikrinə görə, fikir və deduksiya xətalarla 

doludur. Aristotelçilərin məntiqinə görə, söz sözlə izah olunur. 

Halbuki həqiqət sözə sığmaz. Onun kəşf edilməsi, qəlbdə zühur 

etməsi lazımdır. Sözün qüdrəti yalnız xəyal (təsəvvür) oyada 

bilməkdir. Həqiqət isə xəyal ilə qavranıla bilməz.

1

 



Həqiqəti sözlə ifadə etməyin mümkün olmaması, hər bir 

sözün  əslində müəyyən dərəcədə  təhrif olması  və bu təh-

riflərdən xilas yolunun aranması fenomenologiya üçün də  sə-

ciyyəvidir. 

Beləliklə, Sührəvərdinin  Şərq fəlsəfəsində  şüur hadisəsi 

maddi dünya və  nurani dünyanın təsiri ilə yaranan, kəşf sayə-

sində müstəqil mövcudluq kəsb edən həqiqətlərdən bəhs edilir 

ki, bu həqiqətlər, fenomenlər həm hissi obrazlardan, həm də söz 

və məntiqlə ifadə olunan biliklərdən yüksək tutulur. 

Əgər biz Sührəvərdinin çox mürəkkəb və  hərtərəfli təli-

mində ontoloji problematikadan və dini qiyafədən abstraksiya 

olunaraq diqqəti ancaq idrak məsələlərinə yönəltsək, burada 

fenomenologiya ilə böyük oxşarlıq görərik. Belə düşünmək 

olardı ki, Sührəvərdi ilə E.Husserli arasında Dekart var və bu 

baxımdan guya əvvəlcə Sührəvərdi və Dekartı müqayisə etmək 

yerinə düşərdi. Lakin tədqiqat göstərir ki, Dekart xronoloji 

cəhətdən ortada olsa da, təlimlərin iyerarxiyası baxımından o, 

Sührəvərdidən, habelə İbn Sinadan xeyli aşağıda dayanır. Başqa 

sözlə, İşraq fəlsəfəsi harada isə, Dekart və Husserl arasındadır. 

Lakin, o bəzi məqamlarda Husserli də keçir və bizim 

müasirimiz olan filosofların axtarışları kontekstində  də çox 

aktual görünür. 

Müasir fəlsəfi fikrin klassiklərindən sayılan R.Rorti  

(Rortu) özünün «Fəlsəfə  və  təbiət güzgüsü» adlı  əsərində rasi-

onalizmin izahı zamanı «Güzgü əksi» metaforasına böyük önəm 

 

1



 Hilmi Ziya Ülken. Göstərilən əsər, səh. 236. 


 

- 128 -


                                                          

verir.


1

  Məhz  əqlin həqiqəti olduğu kimi əks etdirmək və bu 

baxımdan «güzgü» rolunu oynamaq imkanını qeyd edən 

R.Rorti eyni zamanda hissi idrak kontekstində bu metaforanın 

uyğunsuzluğunu F.Bekonun sözləri ilə xatırladır.  İnsan ağlını 

əslində hissi idrakla eyniləşdirən F.Bekon üçün ağıl güzgüsü 

təbii ki, aldadıcı  və  təhrif edən bir güzgüdür. Lakin nəinki 

empirik fəlsəfənin nümayəndələri, heç Dekart da və ondan 

sonra gələn rasionalistlər də  əqllə alınan biliyin adekvatlıq 

dərəcəsini, həqiqiliyini ifadə etmək üçün diqqəti  əqlin  güzgü 



mahiyyətinə yönəltməmişlər. Çünki əslində Dekart rasionalizmi 

hələ  də qarışıq rasionalizm idi. Ağıl deklorativ şəkildə  əsas 

götürülsə  də, bu anlayışın özü hələ sinkretikdir və buraya 

duyğular, istəklər, təcrübədən gələn biliklər, onların məntiqi 

təhlili və s. daxil edilir.

2

 



Lakin neçə-neçə  əsr əvvəl xalis rasionalizmin bir sistem 

kimi mövcud olması  və üstəlik onun məğzini daha anlaşıqlı 

ifadə etmək üçün məhz  güzgü  əksi metaforasından istifadə 

olunması faktı da vardır. Ş.Sührəvərdi yazırdı: «Bəzən elə olur 

ki,  əqli bir şeyi daxilən müşahidə edir, hər hansı  cəhətdən 

münasib surətdə  xəyalən onu yamsılayır və  həmin surət hiss 

aləminə  əks olur. Bu, əqli  şeydən təxəyyül yatağına  əks olan 

surət kimidir».

3

 

Maraqlıdır ki, Ş.Sührəvərdidə ikiqat (bəzən hətta üçqat) 



inikasdan söhbət gedir. Bu onun idrak təliminin çoxqatlı, iyerar-

xik sistem olmasından irəli gəlir.  Ən yüksək pillə – ilahi 

pillədir. Həqiqətin tam açılması, biliklərin  ən işıqlı halı bu 

pillədə olur. Əql aləmi də, ilahi nurun (Nur əl-ənvər) sayəsində 

işıqlanır. Ona görə  də, I güzgü əksi qismində ilahi varlığın 

inikası  nəzərdə tutulur ki, bu da neoplatonik və sxolastik 

fəlsəfələrə uyğun gəlir. Sührəvərdi yazır: «Nəfs hərdən Qüds 

aləminə daxil olur, müqəddəs atasına qovuşur, ondan biliklər 

 

1

 Р.Рорти. Философия и зеркало природы. Новосибирск, 1997, 



стр. 30-32.  

2

 Р.Декарт. Сочинения в двух томах. т. 1. М., «Мысль», 1989, 



стр.316-317, 472  вя с.   

3

  Ş.Sührəvərdi. Nur heykəlləri. VII heykəl. – Şərq fəlsəfəsi. B., 



1999, səh. 229.  


 

- 129 -


                                                          

alır, öz hərəkətlərindən və  hərəkətlərinin lazımi xassələrindən 

xəbərdar göy nəfslərinə qovuşur, özlərinin həm aşkarda, həm də 

yuxuda naxışlı bir şeyin qarşısında naxışı  əks etdirən güzgü 

kimi onlardan qeybi məlumatlar alır».

1

 Bədənlə bağlılıq nəfsin 



əqllər aləminə qovuşmasına və onu əks etdirməsinə mane olur. 

Lakin, nəfs bədənlə təmasdan ayrılanda azadlığını tapır.

2

  

Nəfsin axtardığı  şeyi tapması düşüncənin məqsədyönlü 



surətdə yönəlməsi deməkdir ki, bu da fenomenologiyada 

intensiallıq kimi qeyd olunur. Bu kontekstdə Sührəvərdi ikiqat 

güzgü modelini irəli sürür. Təbiət özü əsl varlığın güzgü əksi 

kimi çıxış edir. 

Sührəvərdinin «Əqllər aləmində inikas» təlimində  tə-

xəyyülün xüsusi yeri vardır. Hissi obrazları yadda saxlayan 

hafizədən fərqli olaraq təxəyyül «əqli  şeylərin» fikirdə canlan-

dırılmasına və onlar arasında xəyali  əlaqələr yaradılmasına 

xidmət edir. Ş.Sührəvərdi yazır: «Təxəyyül qabiliyyətinə görə 

obrazlar işıqlana bilir».

3

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

İBN SİNA – SÜHRƏVƏRDİ – QALİLEY – 

DEKART 

 

1



 Ş.Sührəvərdi. Yenə orada, səh. 228-229.  

2

 Sоhravardi. The book of Radiance. California, 1998, p. 90.  



3

 Sоhravardi. The book of Radiance, p. 83. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə