FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə41/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   37   38   39   40   41   42   43   44   ...   129

 

- 124 -


                                                          

tanrıdan olduğu kimi, batışı da tanryadır. Kimiləri insan 

ruhunun cisim olmadığını anlayınca, bu ruhun tanrı ola 

biləcəyini sanmaqla səhv edirlər. Halbuki tanrı birdir. Kimlərsə 

bu ruhun tanrının bir parçası olduğu sanır. Bu da səhvdir…».

1

 



İşıq ilə  işıqlanan təbiət arasında eyniyyət qoymaq panteizmə 

mütabiqlik olardı. Lakin Sührəvərdi heç vaxt belə bir bərabərlik 

qoymur. Tanrı aləmi nurlandırarkən onun nuru bölünmür, 

əksilmir. «Bir fitil bir atəşdən tutuşur. Amma o fitili 

tutuşdurmaqla atəşdən heç bir əksilməz».

2

 Sührəvərdi elə bil ki, 



neçə əsrdən sonra onu panteizmi ilə «tərifləyəcəklərini» nəzərə 

alaraq irəlicədən belə versiyaları  təkzib edir. Habelə, 

«ənəlhəqq» iddiasının səhv yozumunu da təkzib edir. 

«Adamlardan bir qrup onun qeyri-cismaniliyini anladıqda onun 

Yaradıcı – təala olduğunu güman etmiş, çox yanılmışdır. Allah 

vahiddir».

3

 O, burada müxtəlif insanların nəfslərinin 



eyniləşdirilməsinin nə kimi bir absurda gətirdiyini izah edir. 

Habelə, insanın fərdiliyini vurğulamaqla yanaşı, söhbəti tam və 

hissənin nisbətinə keçirməyin  əleyhinə olduğunu bəyan edir. 

«Bir qrup isə güman etmişdir ki, o, (ilahidən) bir hissədir. Bu, 

həqiqətdən kənardır. (Allahın) cisim olmadığı sübut edildikdə, 

o, hissələrə necə bölünüb qisimlərə ayrılar?»… «Cisim olmayan 

hissələrə bölünməz.».

4

 



Bu dövrün böyük müsəlman filosoflarının çoxu nəinki tə-

biət, hətta nəfs və  əql haqqında deyilənlərin Allah ideyası ilə 

qarışıq salınmasına həssas münasibət göstərirdilər. Məsələn, 

aristotelçi böyük İbn Sina öz fəlsəfəsində müsəlmanlığını da 

unutmur və Allahın dərkində panteist mövqedən yüksəkdə 

dayanırdı: «Elələri də vardır ki, nəfsi Allah hesab edirlər, – 

kafirlərin dediklərindən yüksəkdə dayan, – guya o müəyyən bir 

tərzdə hər şeydə  iştirak edir: bir halda təbiət, digər halda – zəka 

və üçüncü halda – nəfs. Lakin o bunların birləşdirilməsindən 

yüksəkdə dayanır».  

Əlbəttə? sufizmdə çox müxtəlif istiqamətlər var ki, onla-

 

1



 Yenə orada. 

2

 Yenə orada. 



3

 Ş.Sührəvərdi. İşıq heykəlləri. – «Şərq fəlsəfəsi», səh.218. 

4

 Yenə orada, səh.219. 




 

- 125 -


                                                          

rın bəziləri panteizmlə  səsləşir və uyğun gəlir. Lakin bu mü-

nasibəti  Şeyx  əl-İşraqa aid etmək olmaz. Bizcə, Sührəvərdi 

təliminin panteizmlə  əlaqələndirilməsi onu nəinki yüksəltmir, 

xeyli dərəcədə  təhrif etməklə elmi dəyərini aşağı salır. 

Sührəvərdi panteizm ideyalarından xeyli yüksəyə qalxmış və öz 

təlimində Spinozadan irəli getmişdir.  İşıq saçan bu gənc 

ulduzun şölələri Spinoza dövrünü keçərək, Kantı da keçərək ən 

müasir fəlsəfi cərəyanların indi-indi irəli sürdüyü mürəkkəb 

qnoseoloji məqamlara aydınlıq gətirir.  

Ş.Sührəvərdi Z.Freyddən səkkiz  əsr  əvvəl yazırdı: «Bü-

tün hərəkətverici və  dərkedici qüvvələrin daşıyıcısı heyvani 

ruhdur».

1

 Və M.Haydegerdən, E.Husserldən çox-çox əvvəl indi 



müasir fenomenologiyanın təməli sayılan prinsipləri irəli 

sürürdü..  

Sührəvərdinin fəlsəfi təlimində idrak məsələləri o vaxta 

qədər mövcud olan platonçu, neoplatonçu və aristotelçi ba-

xışlardan fərqli, özünəməxsus bir şəkildə  həll edilmişdir. 

Burada işıq və qaranlıq epitetləri ilk baxışda ideyalar aləmi və 

cismlər aləminə uyğun gəlsə  də,  insan şüurunun («düşüncəli 

nəfs») timsalında bu iki aləmin vəhdətindən söhbət gedir. Yəni, 

Platon təlimində olduğu kimi, həqiqət ideyanın dərkində, yəni 

sadəcə  işığa qovuşmaqda görülmür. Əslində söhbət cismani 

olanın işıqlanmasından və insan üçün aydınlaşmasından gedir. 

Və ancaq işıqlanma (ozarenie) məqamında, kəşf məqamında 

cismin, hadisənin həqiqi mahiyyəti üzə  çıxır və qarşıda duran 

vəzifə bu mahiyyətin duyğu üzvlərimiz vasitəsilə verilən 

biliklərdən təmizlənməsi, xalis şəkildə dərk olunmasıdır. 

İnsan nəfsinin müxtəlif məqamları, onun iyerarxik 

quruluşunun müxtəlif səviyyələri nurun (işığın) müxtəlif də-

rəcələri ilə  əlaqəli  şəkildə  nəzərdən keçirilir. Müxtəlif mə-

qamlarda hadisə insan üçün müxtəlif dərəcələrdə  işıqlanır. 

İnsan müxtəlif (psixik) məqamlarda hadisə haqqında 

müxtəlif biliklər  əldə edir. Təbii ki, bunlar hadisə haqqında 

yaranan xəyalın (təsəvvürün) müxtəlif qatlarıdır. Həqiqət isə 

bu müxtəlif qatlardakı biliklərin, müxtəlif parlaqlıqda olan 

təsəvvürlərin toplusunda ortaya çıxmır. Həqiqət  ən parlaq 

 

1

 Yenə orada, səh. 218. 




 

- 126 -


                                                          

qatda, nur-əl-ənvərin işığında ortaya çıxır. 

Sührəvərdinin yazdığına görə, «xarici dərkedicilərdən 

(beş duyğu: toxunma, dadbilmə, iybilmə, eşitmə, görmə) sayə-

sində daxili dərkedicilər görünən surətləri təxəyyül yolu ilə 

deyil,  əyani  şəkildə müşahidə edir».

1

  Yəni, Sührəvərdi nurun 



(ideyaların) deyil, məhz cismlərin, maddi aləmin dərkindən 

söhbət açır. Lakin bu dərk zamanı «cismin daxili cəhəti deyil, 

yalnız səthi duyulur».

2

 



«Sən bir şeyi yalnız onun səndəki surətinin hasil olması 

ilə  dərk edirsən. Dərk etdiyin həmin  şeyin ona mütabiqliyi 

lazım gəlir,  əks halda onu olduğu kimi dərk etməzdin»…

3

 



«Onların səndəki surəti ölçülü deyildir… o, sənin düşüncəli 

nəfsindir… o, hissələrə ayrılmayan təkdir, … təsəvvürlər onu 

əsla bölə bilməz».

4

 



Hissi idrak zamanı cismin obrazı, xəyalı yaranır. Lakin 

bu xəyalın yaradıcısı cisimdirmi? Sührəvərdiyə görə, «şey 

özündən  şərəfli olanı vücuda gətirə bilməz». Burada səbəb 

rolunu həm cism, həm də    işıq oynayır. Yəni,  əslində idrakın 

obyekti onun əsasında duran varlığın müəyyənləşdirilməsi 

önəmli olmur. Önəmli  olan odur ki, insanın  şüurunda  işıq-

lanma sayəsində  kəşf yolu ilə yaranan obraz mahiyyəti ifadə 

edir – həqiqətdir. Və bu obraz hissi idrak sayəsində yaranmış 

hissi obrazdan fərqlidir. Bütöv, bölünməz  şüur hadisəsi 

(A.Korbin işraqilik haqqında yazısında bu anlayışı  məhz 



fenomenlə  müqayisə edir) hissi fəaliyyətin yox, işıqlanmanın 

nəticəsi kimi ortaya çıxır və bu fenomen cismin özündən daha 

şərəfli, daha vacib hesab olunur.  O - düşüncəli  nəfs «cismani 

olmasa da, cismlər aləmini idarə edir».

5

 

Həqiqət duyğu üzvlərinin təsirindən xilas olaraq cismin 



işıqlandırılması zamanı, yəni onun mahiyyətinə yönəlmiş 

düşüncə prosesində üzə  çıxır. Cismin obrazı, xəyalı yaranır. 

Lakin bu xəyalın yaradıcısı cisimdirmi? Sührəvərdiyə görə, 

 

1



 Yenə orada, səh. 217. 

2

 Yenə orada, səh. 218. 



3

 Yenə orada, səh. 217. 

4

 Yenə orada. 



5

 Yenə orada, səh.222. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə