FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə38/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   34   35   36   37   38   39   40   41   ...   129

 

- 115 -


                                                          

yaddaşından keçərək yazıya çevrilmiş müqəddəs kitabın 

ayələrini ancaq rasionallıq çərçivəsində anladıqlarından başqa 

heç nə anlamır, heç nə görmürlər. Lakin bu rasionallığın həqi-

qəti ifadə etmək üçün yetərli olub-olmaması bir problem kimi 

qoyulmur… Bu, onların heç ağlına da gəlmir. 

XIV  əsrin tanınmış sufi filosofu, Bədrəddin Təbrizinin 

tələbəsi  Əhməd  Əflaki “Ariflerin menkibeleri” əsərində Möv-

lana  Şəmsəddinə iqtibasla yazır: “Şamda  Şihabəddin Makbula 

açıkca kafir deyirlərdi. Mən isə deyirəm: Haşa, o Şihab, kafir 

nasıl olur?  Çünki nura aiddir. Bəli, Günəşin (Şəmsin) yanında 

Şihab (ulduz) kafir (örtülən, qeyb olan) olur. Şihab içəri girib 

tam bir doğruluqla  Şəmsə (Günəşə) xidmət edirsə  bədr halına 

gəlir, yetkin olur. Mən doğruluqla niyazda bulunanlara qarşı 

çox alçaq könüllü, başqalarına qarşı isə çox qürurlu oluram. 

Şihabəddinin elmi ağlına qalibdir. Halbuki, ağlın elmə qalib və 

hakim olması lazımdır. Ağıl yeri olan dimağ  zəifləmişdir. Bir 

tayfa, ruh aləmində zövq buldu, oraya qonub yerləşdi və ilahi 

aləmdən bəhs etdi. Halbuki onlar orasını ruh aləmi olduğu halda 

ilahi bir aləm sanırlar”.

1

 Burada ulduz Günəşlə qarşılaşdırılır. 



Şihabəddin kafir ola bilməz, çünki  o, nurludur. Lakin digər 

tərəfdən, onun nuru günəş nuru ilə müqayisədə ikincidir (o 

dövrdə Günəşin ulduzlardan biri olduğu qəbul edilmədiyi kimi, 

adi insanların peyğəmbərlik əlaməti sayılan vəhy səlahiyyəti də 

inkar olunurdu). 

Bəli, ehkamçılar üçün əzbərlənmiş  mətnlərdən,  ənənəvi 

fikirdən kənara çıxan, yeni olan hər bir fikir küfrdür. Çünki 

onlar bir dəfə ilahi nurdan gəlmiş və insan yaddaşından keçərək 

yazıya çevrilmiş müqəddəs kitabın ayələrini ancaq rasionallıq 

çərçivəsində öyrəndiklərindən, başqa heç nə anlamır, heç nə 

görmürlər. Lakin bu rasionallığın həqiqəti ifadə etmək üçün yetərli 

olub-olmaması bir problem kimi qoyulmur… Bu, onların heç ağ-

lına da gəlmir. 

Həqiqi böyük dindarların, Allah dərgahından nur alan-

ların, ilahidən vergi verilənlərin yarımdindarlar, din xadimləri, 

üləmalar – oxumaqla alim olanlar tərəfindən təqib olunması tə-

sadüfi hal deyil. Ruhani dünyanın ülviyyətinə qovuşanların 

 

1



 Ahmet Eflaki. Ariflərin menkibeleri. İstanbul, 1989, səh. 93. 


 

- 116 -


bəxti cismani dünyada gətirmir. Hikmət ziyasına qovuşanlar, 

haqqa çatanlar fani dünyadakı haqsızlıqların qurbanı olurlar. Bu 

hətta bir qanunauyğunluq həddinə  gəlib çatmışdır.  Şeyx 

Şihabəddinin də taleyi məhz bütün “əzabkeşlər” kimi əqidənin 

cismani həyat üzərində qələbəsi ilə nəticələndi. C.Brunolar, Qa-

lileylər hələ sonra gələcəkdilər.  İndi isə  Şərq renessansının 

“əzabkeşləri” öz tale yazısını  bəşər tarixinə  həkk edirdilər. 

Dərisi soyulan Mənsur Həllac və  Nəsimi kimi, daha doğrusu, 

onlar arasında bir mənəvi körpü olaraq Ş.Sührəvərdi də özünün 

tərənnüm etdiyi nurlar dünyasına  əbədi qovuşmaq üçün maddi 

həyatdan məhrum edildi. Bu, bir qanunauyğunluqdur. Dahilərin 

tale yüküdür. Kiçiklər ideya mərtəbəsindən qat-qat aşağıda 

dayandığından böyükləri sevmirlər. Ruhani dünyada, nurani 

dünyada məğlub olduqlarından fani dünyada qalib gəlməyə ça-

lışırlar.  

Bəli, kiçiklərin böyüklərə nifrəti təbiidir. Ən böyük faciə 

isə böyüklər böyüklərin yolunu kəsəndə yaranır.  Ş.Süh-

rəvərdinin də taleyində qisməti faciəyə çevirən bir məqam, 

ağrılı bir görüntü var. Məhz bu görüntüyə  təəssüflənməyə 

bilmirəm. Qismətə bax ki, ideyası ilə qürrələndiyim, böyüklərin 

böyüyü hesab etdiyim Şeyx Şihabəddin şücaəti ilə tarix yazmış, 

böyük ideyanın böyük qoruyucusu olmuş, adını daşıdığım və 

adı ilə  fəxr etdiyim dünyaca məşhur Sultan Səlahəddinin 

göstərişi ilə qətlə yetirilmişdi.        

Bu necə ola bilərdi? Necə olardı ki, sadəcə bir sərkərdə 

olmayıb, həm də bir ideya mücahidi olan böyük Səlahəddin 

Əyyubi filosoflar filosofu Şeyx  əl-İşraqini dəyərləndirə bilmə-

sin. Necə olmuşdu ki, filosoflarla oturub-duran, sarayında hətta 

Moisey Maymonitlərə yer verən Səlahəddin hələ 37 yaşında, 

təzə-təzə zühur edən bir ulduzun işığını sezməmişdi. Axı, 

Səlahəddin özü nurlu adam idi və nura biganə qala bilməzdi. 

Bunu Səlahəddinin oğlu Hələb hakimi əl-Məlik  əz-Zahirin 

Şeyxə olan böyük məhəbbəti də bir daha sübut edir. Lakin gənc 

hakim böyük hörmət və məhəbbətini açıq-aşkar büruzə verirkən 

əslində  Şeyxin düşmənlərini artırdığının fərqinə varmamışdır. 

Hələb hakimi… 

Kiçiklər, miskinlər öz sıralarında hansı isə bir dahinin 

mövcudluğuna ancaq o zaman dözə bilərlər ki, onun dahiliyi, 




 

- 117 -


                                                          

böyüklüyü məharətlə gizlədilsin, büruzə verilməsin. Lakin 

Hələb hakimi özü də unamadan Şeyx  Şihabəddinin bö-

yüklüyünü təsdiq etmək və ona xüsusi münasibət göstərməklə 

əslində onu üləmaların qəzəbinə düçar etmişdir. Sonra isə onu 

qorumağa çalışsa da, buna gücü çatmamışdır. Siyasətdə daha 

təcrübəli olan atası ehkamçı mollaların qəzəbinə qarşı durmağın 

nə kimi ziyanlar törədə biləcəyini daha yaxşı  təsəvvür edirdi. 

Və o, öz oğlunun hakimiyyətini zərbə altında qoymamaq üçün 

qurban verməyi üstün tutmuşdu. Alim olmazdan öncə hökmdar 

olan Səlahəddin hakimiyyətin mənafeyini üstün tutmuşdu. 

Lakin kimi qurban ver-diyini, əlbəttə, bilmirdi. Onu şəxsən 

tanıyanlar, təliminə  bələd olanlar, hikmətli söhbətlərini 

dinləyənlər isə  bəşər fikrinin necə böyük bir itkiyə  məruz 

qaldığının fərqində idilər. “Filosofun məzarı üzərində yazılmış 

iki beyt onun böyüklüyünü obrazlı şəkildə ifadə edir: “Bu qəb-

rin sahibi gizli gövhər idi. Allah onu şərəfdən yaratmışdı. 

Zəmanə o gövhərin qədr-qiymətini bilməmiş, buna görə  də 

Allah onu qeyrətlə sədəfə salmışdır.”

1

 



Əslində  həqiqi böyük inam sahiblərinin ömrü boyu 

Haqqa qovuşmağa can atan “Ənəlhaqq” zirvəsinə yüksələn 

şəxslər üçün cismani ölüm elə böyük bir faciə deyil. Sağlığında 

tərki-dünya olanlar dünyanı tərk etməklə heç nə itirmirlər. İtirən 

yerdə qalanlardır ki, onların  nəfslərinin işıqlanması naminə 

yazıla biləcək yeni-yeni əsərlərdən məhrum olurlar. Allah 

dərgahına gedənlər, əbədi Haqqa qovuşanlar ölüm şərbətini bir 

mey kimi başlarına çəkirlər. C.Rumi Peyğəmbərə istinadən 

deyir: “Ölməzdən  əvvəl ölmək lazımdır”. Başqa bir beytdə 

Rumi M.Həllacın “Mənim həyatım – ölümümdə, ölümüm 

həyatımdadır” sözlərini misal gətirir.

2

  Təsadüfi deyildir ki, 



Mənsur Həllac “mənəm Həqq” dediyi gündən fani dünyanı tərk 

etməyə özü səy göstərmişdir. M.Bayat və Mohəmməd  Əli 

Camniyyənin yazdıqlarına görə, Mənsur Həllac hələ 913-cü 

ildən – özündə Haqqı bulduqdan sonra Bağdad əhlinə müraciət 

 

1

  Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994, 



səh.149. 

2

  У.Читтик.  Духовное  учение  Руми – В  поисках  скрытого 



смысла. М. 1995, с.205. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə