FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə34/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   30   31   32   33   34   35   36   37   ...   129

 

- 103 -


həyatı  qəbul edən bir fərd kimi yox, toplum halında cəmiyyət 

olaraq daha mükəmməl ideyaya tapınan və  səadəti cəmiyyətin 

bir üzvü olaraq axtaran insan!  

Əslində islam dini yeganə dindir ki, o, həm Şərq, həm də 

Qərb düşüncəsini özündə saxlayır,  Şərq düşüncəsi isə  ən çox 

buddizmdə və xristianlıqda təbliğ olunur.  

Sufilər əgər küfr edirdilərsə, ancaq iddialarının böyüklü-

yü mənasında edirdilər. Onların günahı Allahı  həddindən çox 

sevmələrində, öz vücudlarını və şəxsi iradələrini unutmalarında 

idi. Allahı sevmək,  əlbəttə, günah ola bilməz. Öz vücudunu 

unutmaq günahdır. Allahın qurbana ehtiyacı yoxdur. Əsas 

məsələ,  əgər lazım gələrsə, daha ülvi bir məqsəd üçün, Allah 

yolunda özünü qurban vermək  əzminin olmasıdır. Zərurət 

olmadıqda bu addımı atmaq ifrata varmaqdır.   

Unutmaq olmaz ki, insan bir ruh olaraq yox, ruhani-

cismani varlıq olaraq yaradılmışdır. Maddi, mənəvi və sosial 

ünsürlərdən hər hansı birini tam inkar etmək gerçəkliyin təhrif 

olunmasıdır.  

Ruhun bədənə nisbətən ilkinliyi, hərəkətverici qüvvə ol-

ması heç də bədənin tamamən inkar olunmasına əsas vermir. 

Bəli, insan ruhdan pay almışdır. Dünyanı idarə edən 

İdeyaya analoji olaraq, insan da öz miqyasında özünü və 

mühitini öz ideyası  əsasında idarə etmək  şansı qazanmışdır. 

Lakin bütün məsələ bundadır ki, bu İdeya ilə o ideya eyni 

təbiətli olsa da, tam eyni deyildir. İnsanın imkanları, təsir 

dairəsi, iradi gücü məhduddur. Böyük ideyaya qovuşmağın yolu 

isə  şəxsi ideyanın müstəqilliyinin itirilməsi sayəsində 

mümkündür.  Şəxsi ideya böyük ideyaya qovuşmaq üçün ona 

tabe olur. Şəxsi nəfs istisna olunur və ruhla əvəzlənir.  Şəxsi 

iradə istisna edilir və insan bütövlükdə ilahi iradəyə tabe olur.     

Lakin bu hal ancaq müəyyən şəraitdə əldə edilir. Belə bir 

məqama yüksəlmiş insan bütün həyatı boyu bu məqamda qala 

bilməz. Ruh yenidən bədənə dönmək, insan yenidən cəmiyyətə, 

ictimai və  təbii mühitə qayıtmaq məcburiyyətindədir. (Sufilər, 

görünür, bu qayıdışın zərurətini nəzərdən qaçırır və qayıdış 

məqamında fəaliyyət prinsipləri haqqında heç düşünmək də 

istəmirdilər. Bu ifrat Şərq mövqeyi idi. Mahiyyəti etibarı ilə 



 

- 104 -


                                                          

islamdan daha çox xristianlığa yaxındır. Bu yol sivilizasiya 

yolundan fərqlidir.) 

Bəli,  İdeyadan başlayan Platon və Hegel, İradədən baş-

layan  Şopenhauer, Xeyirdən başlayan Zərdüşt, Sokrat və 

Nizami, Hərəkətdən başlayan Heraklit kimi, İşıqdan başlayan 

Sührəvərdi də dünyanın yeni modelini yeni terminlər əsasında, 

yeni metaforik zəmində qurmağa çalışmış və qurmuşdur. 

Düzdür, işıq və qaranlıq terminlərindən  əvvəllər də is-

tifadə edilmişdir. Zərdüştilikdə, Hermesçilikdə, Yeni Platon-

çuluqda, Məzdəkilikdə  və s. və s… Lakin söhbət fəlsəfi sis-

temdən gedir. Kateqoriyalar sistemindən gedir. A.Korbin bəzi 

şərhçilərin Sührəvərdi təlimini qədim İran intellektual ənənələri 

ilə bağlamaq cəhdlərini  əsassız hesab edir və göstərir ki, işraq 

termini və bütün digər əlaqədar anlayışlar yeni kateqorial aparat 

kimi ilk dəfə məhz Ş.Sührəvərdi tərəfindən yaradılmışdır.

1

  

Ş.Sührəvərdi «İşıq heykəlləri»  əsərində yazır: «Təsəv-



vürdə hisslərə bölünmyən  şeyin bir cəhətdə olması, ona işarə 

edilməsi mümkün deyildir… (Cism) təsəvvürə  və aydın fikrə 

görə bölünəndir».

2

 Göründüyü kimi, Sührəvərdi təsəvvürdə 



hisslərə bölünən və bölünməyən obrazları, fenomenləri fərq-

ləndirir. Hisslə bizə məlum ola bilməyən, təcrübədən yüksəkdə 

dayanan bütöv obrazların yaranmasından və dərkindən danışır. 

İnsanın öz bədəni və özü haqqında təsəvvürləri fərqləndirir. 

«Sən bədəninin hissələrindən birini hərdən unutsan da, özündən 

heç vaxt xəbərsiz olmursan. Əgr sən həmin (hissələrin) 

məcmusu olsaydın, onu unutmaqla özünü anlamağın davam 

etməzdi. Deməli, sən özün bu bədənin və onun hissələrinin 

fövqündəsən»

3

. Bədən bir cisim olaraq hissələrinə bölünür və 



onun dərki duyğuların toplanması yolu ilə mümkündür. Lakin 

nsan bir mən olaraq, mahiyyət olaraq bölünməzdir və onun 

dərki hissi təcrübə səviyyəsində mümkün deyil. Obyektə uyğun 

olan mahiyyətin ancaq ideya halında, bütöv halda mümkünlüyü 

 

1

 Bax: М.Хазраткулов. Философские взгляды Садраддина Ши-



рази. Душанбэ. 1985, стр. 32. 

2

  Ş.Sührəvərdi.  İşıq heykəlləri. - Şərq fəlsəfəsi. Bakı, 1999, səh. 



216. 

3

 Yenə orada, səh. 216-217. 




 

- 105 -


                                                          

ideyası müasir fenomenologiyanın əsas ünsürlərindən biridir və 

bu ünsür Sührəvərdi fəlsəfəsində irəli sürülmüşdür.   

İnsan bir Mən olaraq özünü dünyadan ayırır və dünyaya 

qarşı qoyur. Mən-ə qarşı dayanan, «dünya» adlandırdığımız şey 

tez-tez Mən-ə qarışır (və Mən-də itib-batır) və Mən-də dünyaya 

qarışdığı üçün dünyada itib-batır.  

Fəlsəfi düşüncə Mən-in saflaşması və hissi dünyanın qa-

tışıqlarından təmizlənməsi məqamından başlanır. 

(Mən-in saflaşması üçün insanın dünyəvi təsirlərdən xilas 

olması lazımdır. Böyük filosoflar bu saflaşma prosedurasını 

müxtəlif sözlərlə ifadə etsələr də, söhbət eyni mahiyyətdən 

gedir və bu mahiyyət asketizmdə, tərki-dünyalıqda, sufizmdə, 

zahidlikdə  və s. və s. təzahür edir. Sührəvərdi «Filosofların 

görüşləri»  əsərində yazır: «Bil ki, (ruhi) məşq edən  şəxslər 

biliklər qazanarlarsa, ilk səbəb və onun törətdikləri barədə öz 

məlumatlarında incə fikirləşərlərsə, qidanı azaltmaqla öz 

qüvvələrini zəiflədərlərsə, onların fikri ürəyə, zikri dilə müvafiq 

olar».

1

 «Nəfsin kamillik həddi həzzlərdən gözün görmədiyi, 



qulağın eşitmədiyi, bəşər qəlbində duyulmayan şeyi tapır».

2

 



«Əgər nəfs nəcibdirsə… o, Müqəddəs ruhla təmasda olur, 

ondan biliklər alır».

3

 «…onlarda ruhi işıqlar meydana çıxır və 



bu bir vərdişə çevrilərək qərarlaşır. Qeybi şeylər onlar üçün 

aşkarlaşır və nəfs ruhən həmin (şeylərlə) təmasda olur… Onlar 

ruhi kabusları  ən yaxşı  təsəvvür edilən formada görürlər. 

(Müqəddəs ruhdan) xoş kəlam eşidirlər, biliklər əldə edirlər və 

gizli şeyləri görə bilirlər»

4

. Bədənin zəifləməsi, cismani həyatla 



əlaqələrin azalması, insanın öz maddi başlanğıcından 

uzaqlaşmaq təşəbbüsü, insanın öz nəfsi üzərində qələbəsi. Şəxsi 

iradədən imtina edərək özünü daha böyük iradənin ixtiyarına 

verməsi – bütün bunlar Mənin saflaşması istiqamətində 

addımlardır. Sadəcə sual olunur ki, bununla Mən başqa bir 

dünyaya daxil olmaq imkanı  əldə edir, yoxsa bu başqa dünya 

elə Mənin özündədir. «Ənəlhəqq» deyənlər həmin fikrin ikinci 

 

1



 Yenə orada, səh. 214. 

2

 Yenə orada, səh. 213. 



3

 Yenə orada, səh. 214. 

4

 Yenə orada. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə