FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə32/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   28   29   30   31   32   33   34   35   ...   129

 

- 97 -


                                                          

«yaşayır». Amma əslində kimin həyatını yaşayır? Başqalarının 

həyatına əlavəyə çevrilmir ki?).   

Hegel «Tarix fəlsəfəsi»  əsərində diqqəti insanın özünün 

əslində  nə olması haqqında fikirlərin tarixən dəyişilməsinə 

yönəldir. Misirlilərin bu haqda düşüncələrini ifadə etmək üçün 

Neyt ilahəsinin məbədində  həkk olunmuş  məşhur yazını misal 

gətirir: «Mən o-yam ki, olmuşam, varam və olacağam: heç kim 

mənim pərdəmi götürməmişdir».

1

  İnsanın özünə münasibəti, 



özü haqqında bilgisi problemi daha yüksək inkişaf pilləsi olan 

yunan təfəkküründə daha aydın qoyulur və  «özünü dərk et» 

şəklində konkretləşir. Hegel bu fikri izah edərək yazır ki, 

burada söhbət heç də hər bir insanın öz müsbət və mənfi, üstün 

və  zəif cəhətlərini anlamasından getmir. Əsas məsələ 

ümumiyyətlə insanın özünü dərk etməsidir.

2

 Bu mənada 



özünüdərk öz-ün, fərdi Mən-in yox, insan ümumisinin dərkidir 

və tarixi bir prosesdir. Lakin hər bir insanın öz şəxsi həyatında 

məhz öz fərdi varlığını dərk etməsi problemi də çox önəmlidir. 

Həm də bu zaman proses daha çox dərəcədə duyğu, hissiyyat 

müstəvisində gedir, insan həyatının tərkib hissəsi kimi yaşanır.  

Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini 

bilmək imkanı insanı vahimələndirir.  İnsanın özü ilə  həqiqi 

görüşü onun özü haqqında yaratdığı himsiz-bünövrəsiz, çox 

təxmini, ufaq obrazın, bəzən mifin dağılması ilə nəticələnə bilər 

və insanın həqiqi siması özü üçün tam bir yenilik ola bilər. 

Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz 

mövcudluğuna təəccüb və heyrətlə baxmır.  İnsan öz şüurlu 

həyatını yaşayarkən, öz mövcudluğuna izahat tələb etməyən bir 

reallıq kimi baxır. Lakin, insanın öz Mən-inə kənardan baxmaq 

imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum olur ki, insanın 

kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının  əksinə 

yönəlmişdir.

3

 



Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü su-

 

1



  Г.В.Ф.Гегель.  Философия    истории.  Санкт–Петербург, 

«Наука», 2000, стр. 248-249.  

2

 Yenə orada: səh.249. 



3

 А..Шопенгауэр. Мир как воля и представление. Приложение 

2-е. О метафизической потребности человека. 



 

- 98 -


                                                          

rətdə çəkinirlər, onlar öz həyat tərzini mövcud sosial normalara, 

mənəvi prinsiplərə,  əxlaqi dəyərlərə uyğun surətdə qurmağa 

çalışır və  əslində  nə kimi bir materialla    işlədiklərinin fərqinə 

varmırlar. Lakin bu material  insanın istəyindən, arzusundan 

asılı olmadan irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış 

bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya 

meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər 

iki halda insan bütün kənar təsirlərdən, sonradan əldə edilmiş 

keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin etdiklərindən 

uzaqlaşmaq, «xilas olmaq» yolu ilə özünə yaxınlaşmağa çalışır. 

Bu bir azadlıq məqamıdır və bundan sonrakı  fəaliyyət ancaq 

insanın həqiqi Mən-inin realizasiyası kimi həyata keçir. 

Upanişadlara görə insan azadlığa, son sevincə elə bu 

dünyada çata bilər: «Ürəyindəki bütün istəkləri, tutkuları söküb 

ata bilsə, insan ölümsüzlüyə çatar. Öz həyatında Brahmana 

yetişər»

1

. Beləliklə, Upanişadlar cənnəti göydən alıb yer üzünə 



endirmiş, insanları da tanrılar qatına yüksəltmiş olur. Buddizm 

də bu anlayışı bölüşür.   

Bütün Veda himnləri, brahmanizm, hinduizm əsrlər boyu 

bir-birini  əvəz etsə  də, mahiyyət dəyişməmişdir. Bu dəyişkən, 

iztirablarla dolu dünyada elə bir səviyyəyə çatmaq lazımdır ki, 

onun fövqünə qalxmaq və ondan azad olmaq mümkün olsun. 

(Ancaq bu dünyadan azad olan insan ona nəzarət edə bilər.) Bu 

səviyyə ali başlanğıc olan Brahmana mənsubdur.  Əlbəttə, adi 

insan Brahman ola bilməz, amma hər bir insan öz həqiqi Mən-

ini arasa bu ali başlanğıcı özündə tapa bilər. Fərdi miqyasda 



atman adlandırılan bu ali başlanğıc  əslində Brahmana 

adekvatdır. Başqa sözlə, atman ali başlanğıc və prinsipin 

universal forması olan Brahmanın xüsusi, özəl təzahürüdür. 

İnsan bütün diqqətini öz Mən-inə yönəldərək hər hansı xarici 

təsirdən, bu fani dünyanın təbəddülatlarını ehtiva edən 

sansaradan tam azad olduqda onun üçün Brahmana gedən yol 

açılşmış olur. Təmizlənmiş, saflaşmış  fərdi ruhun təcəssümü 

olan atman ilahi ruha, Brahmana qovuşur.  

Bu təmizlənmə yolu, dünyəvi olan hər  şeyin fövqünə 

 

1

  İlham Güngören. Buda və ögretişi.  İstanbul, «Yol yayınları», 



1981, səh.34. 


 

- 99 -


qalxmaq cəhdi tərki-dünyalığa, asketizmə sövq edir. Və bu 

yolun sonu yoxdur. Əgər fərdi ruhun təmizlənməsi bədəndən 

ayrılma hesabına həyata keçirsə, bunun insan həyatına faydası 

nə olur.  

Ruhun təntənəsi bədənin inkarı üzərindəmi qurulmalı-

dır?!  


Yoxsa təmizlənmiş ruh yenə  bədənə qayıtmalı  və  həyat 

yolunu onunla birlikdə  qət etməlidir. Axı  bədən sadəcə cansız 

bir cisim deyil, onun da öz istəkləri vardır. Və  məqsəd də bu 

istəkləri düzgün yönəldə bilməkdən, yəni bədənin özünü də 

tərbiyə etməkdən ibarətdir.  

Ruh özünə dalaraq ruhani aləmin ənginliklərinə daxil ol-

duqdan və  təmizləndikdən, saflaşdıqdan sonra yenidən yerə 

enir, «bədənin ruhu» ilə, nəfslə  təmasda olur və  nəfsi də 

təmizləməyə, paklaşdırmağa nail olur. Bu prosses zaman-zaman 

davam edir, hər gün və hətta gündə neçə dəfə nəfsin ilahi ruhla 

təmas sayəsində haqqa yönəldilməsi baş verir. Nəticədə  nəfs 

özü də  təmizlənir, nurlanır. Hətta bədən də, insanın sifəti də 

dəyişir, nuraniləşir.  

Ancaq paklaşmış, təmizlənmiş insan öz həqiqi siması, 

varlığı ilə təmasda ola bilər və azadlığa da ancaq bu zaman çata 

bilər.  


Nəsihətlər, tövsiyələr üzərində qurulmuş  tərbiyə sistemi 

ancaq  ənənəvi mühit üçün faydalı ola bilər; o da əgər vərdişə 

çevrilərsə. Standartdankənar, ekstremal vəziyyətlərdə  məhz 

həmin vəziyyətə uyğun optimal qərar çıxarmaq üçün mənəvi 

prinsipləri dövlətçilik təfəkkürü və ixtisas maraqları ilə eyni 

müstəviyə gətirmək, bu amilləri çıxarılacaq qərarın strukturana 

daxil etmək üçün ən  əsas  şərt sərbəst düşüncə, yaradıcı 

təfəkkürdür. Ayrı-ayrılıqda mənəvi prinsipləri bilmək, müəyyən 

bir ixtisasa yiyələnmək, siyasi və hüquqi bilikləri mənimsəmək 

olar, amma ən başlıcası, hər bir şəraitdə onları əlaqələndirmək, 

optimal sintezini yaratmaqdır. Bu isə  hər adama müyəssər 

olmur. Belə bir əlaqə hiss və ya vərdiş  səviyyəsində deyil, 

ancaq təfəkkür səviyyəsində yarana bilər. Ona görə  də, Qərb 

dünyası  hələ XVIII əsrdən təfəkkür tərbiyəsini ön plana çəkir. 

Con Lokk özünün məşhur «Zəkanın tərbiyəsi» və «Təlim 

haqqında»  əsərlərində  təlimin  əsas vəzifəsi kimi təfəkkürün 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə