FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə28/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   24   25   26   27   28   29   30   31   ...   129

 

- 85 -


ideyanın realizasiyası olması  məsələsi insan iradəsinin 

fövqündədir.  Əlbəttə, hər bir insan, ümumiyyətlə insan 

ideyasının daşıyıcısıdır. Lakin Platonun bölgüsünə görə, bu 

ideyanın təqlidi sayılmalı olan ayrı-ayrı konkret insanlar özləri 

də Allah tərəfindən yaradılmışlar. Yəni insanların bütün başqa 

varlıqlardan fərqli olaraq iki yaradıcısı olduğunu qəbul etmək 

lazım gəlir.       

Platonun yuxarıdakı misalında hissi aləmə  mənsub olan 

konkret çarpayıların yaradıcısı kimi, dülgər qəbul edilir. Platon 

ayrı-ayrı çarpayıları ona görə həqiqi varlıq hesab etmir ki, onlar 

ideyanın özü yox, onun təsviri, təqlididir. Lakin Platon hər bir 

konkret çarpayıda həmin ilkin ideyanın «yaşadığını» qəbul 

etsəydi, məsələ tamam başqa cür görünərdi. Onda hər bir 

çarpayının bir yox, iki yaradıcısı olduğu, daha doğrusu, ilkin 

yaradılmışın hissi aləmdə  təqlidçi vasitəsiylə bu aləmə 

gətirilməsi faktı ortaya çıxır. Yəni bizim hissi aləm 

adlandırdığımız bu cisim və hadisələr dünyası, əslində həm də 

ideyaların yaşadığı bir dünyadır. Sadəcə olaraq, bir ideya 



kopiyalanır və onun daşıyıcısı olan bütün cismlərə paylanır.  

Problemi yeni ampluada təsəvvür etmək üçün biz çarpa-

yının şəklini yox, heykəlini düzəldən sənətkar fərz edək. Hər bir 

heykəl,  əgər ölçülər və material müvafiq seçilibsə, elə 

çarpayının özü olur. Beləliklə, bu halda ikinci və üçüncü təqlid 

pillələri bir pillədə birləşmiş olur. Əgər ideyanın da, Platonun 

təqdim etdiyinə uyğun olaraq harada isə bir təbii varlıq kimi, 

unikal nümunə kimi deyil, məhz hissi obyektlər- də, cismlərdə 

«yaşadığını» və onların kopiyalanaraq çoxal- dılmasını  həyata 

keçirən və bu işdə vasitə kimi çıxış edən insanların zehnində 

mövcud olduğunu qəbul etsək, problem xeyli dərəcədə başqa 

səpkidə ortaya çıxır. 

Əbu Turxan vahid ilə çoxluğun nisbətindən bəhs edər-

kən, vahid ideyanın müxtəlif cismlərdə  təcəssümünü  əsaslan-

dırmaq üçün Qurani-Kərimə istinad edir. Taha surəsinin 50-ci 

ayəsində Musanın dili ilə deyilir: «Rəbbimiz hər  şeyə Öz 

xilqətini (başqa nəşrdə – surətini və şəklini) verən sonra da ona 

doğru yolu göstərəndir». Allahın təbiəti, xilqəti cismani 

olmadığından o, ruh və ya ideya kimi təsəvvür edilir. Müstəqim 

mənada Allahın «surətindən», «şəklindən» bəhs etmək düzgün 




 

- 86 -


olmadığından burada söhbətin Aristotel mənasında «forma»dan, 

«surət»dən getdiyi, yəni  əslində ideyadan bəhs olunduğu 

şübhəsizdir. Allah cismlərə özünəməxsus olan bir əlamət, yəni 

ideya təlqin edir (insan bədəninə  ruh üfürülməsi  də bu 

qəbildəndir). Hər bir şeyin sonrakı «doğru yolu» da məhz bu 

ideyada proqramlaşdırıl-mışdır. «Yol göstərilməsi»  əslində 

«tale yazısı»dır. Biz bunu ancaq insana aid edirdik. Amma 

görünür, hər şeyin öz taleyi var.  

Baxılan halda Pyerə adekvat olan ideya, ümumiyyətlə 

insan ideyası yox, Pyerin öz fərdi ideyası olmalıdır. Yəni bu 

ideya məhz Pyeri səciyyələndirən, onu digər insanlardan fərq-

ləndirən cəhətləri, Pyerin fərdi taleyini də  əhatə edir. Ümumi 

haqqında ideya təkcə haqqında ideyaya keçir. Bu cəhət ancaq 

xüsusi isimlərlə ifadə oluna bilən, fərdiyyətin ayrıca mənası 

olan obyektlərə aiddir. Yəni onların ümumi ideya (insan 

idyeası) ilə yanaşı, fərdi ideyaları (məsələn, Pyer ideyası) da 

vardır. 

Bitkilərin və heyvanların hələ rüşeymində onun gələcək 

«taleyi yazılıbsa» biz burada ancaq ümumi ideyanı  nəzərdə 

tuturuq. Belə ki, buğdadan buğda, almadan alma əmələ  gəlir. 

Aslanın balası aslan olur. İstənilən halda növ dəyişməz qalır. 

Rüşeymdə proqram şəklində saxlanan və genetik olaraq ötü-

rülən ancaq növün ümumi cəhətləri olur, müəyyən fərdi  əla-

mətlərin formalaşması isə mühitin təsiri ilə  həyata keçir. Buna 

mutasiya deyilir.  

Biz (insanlar) düşünürük ki, bitki və heyvanların fərdi 

taleyi ola bilməz. Onların mahiyyəti növlərində ehtiva olu- nur. 

Bu yanaşmaya görə, eyni növdən olan bütün buğdalar elə 

buğdadır və onları  fərqləndirməyə  nə ehtiyac, nə  də imkan 

vardır. Fizikada elektronlara bu cür münasibət məşhur 

«elektronların ekvivalentliyi» prinsipində öz əksini tapmışdır. 

(Lakin bəzən elementar zərrəciklər də özlərini müxtəlif cür 

apardıqda və eyniyyət prinsipindən kənara çıxdıqda alimlər bu 

faktı anlaşılmazlıq kimi qəbul edirlər. Məsələn, eyni şəraitdə 

elektronlardan bəzilərinin özünü fərqli aparması faktları 

«elektronun  iradəsi» problemi ətrafında geniş müzakirələrə  və 

mübahisələrə  səbəb olmuş- du və bu problem fiziklər üçün bu 

gün də açıq olaraq qal- maqdadır). 




 

- 87 -


                                                          

İnsanın eqoist təsəvvürünə görə, hər hansı bir buğda 

dənəsi öz fərdi həyatını yaşaya bilməz. Onun bütün varlığı 

buğda olması ilə əlaqədardır. Burada ancaq ümumi ideya vardır. 

Fərdi həyatdan və  fərdi ideyadan danışmaq mümkün deyil. 

Ancaq «buğda» ideyası və ya «çarpayı» ideyası varlıqdır. Həm 

varlıq, həm də mahiyyətdir. Burada varlıqla mahiyyət üst-üstə 

düşür. İnsan bəlkə də yeganə varlıqdır ki, hər bir insan sadəcə 

insan ideyasının daşıyıcısı olmayıb, həm də konkret, fərdi, 

təkrarolunmaz bir ideyanın daşıyıcısıdır. (Düzdür, tək-tək 

hallarda heyvanlar və hansı isə cismlər də  fərdiləşir. Məsələn, 

Çingiz Aytmatovun əsərlərində hansı isə bir heyvanın taleyi 

oxucunu o dərəcədə maraqlandırır ki, o əsərin qəhrəmanına 

çevrilir – «Əlvida, Gülsarı»  əsərində olduğu kimi. Bununla 

belə, xüsusiləşən məhz insandır. «Qara nər» də, «Gülsarı» da 

insan taleyinə daxil olduğu üçün – insaniləşərək xüsusiləşirlər). 

Ümumi insan ideyası mahiyyətlə, fərdi insan ideyası isə  təza-

hürlə üst-üstə düşür.  

«Upanişadlar»da var olan hər şeyin Brahmanın bütövlü-

yündən bir parça olduğu söylənilir. «Yalnız tək bir uca gerçək 

vardır, o da Brahmandır. Aşağıda olan da odur, yuxarıda olan 

da. Qərbdə, şərqdə, şimalda, cənubda olan da odur. Bütün evren 

Brahmandan başqa bir şey deyildir».

1

 Bu ideya əslində islam 



monizmi ilə  də çox gözəl səsləşir. Allahın məkan fövqündə 

olması  və eyni zamanda bütün məkanı ehtiva etməsi  İslamın 

əsas ehkamlarından biridir. Lakin bu fikrin panteist çalarlarını 

önə çəkəndə təhriflərə yol verilə bilər.  

«Upanişadlar»da Uddalaka ilə oğlu Şvetekato arasındakı 

söhbətdə bu təlimin  əsas ideyası çox sadə  şəkildə izah olunur: 

«Şvetekato on iki illik təhsildən sonra qayıdır, amma ən uca 

gerçəyi hələ qavramamışdır. Uddalaka oğluna  ən uca gerçək 

olan atmanı tanıtmağa çalışır. Ata oğluna deyir: «Mənə bir hind 

inciri gətir və onu yar.» – «Yardım.» – «Nə görürüsən?» – 

«İçində kiçik çəyirdəklər vardır» – «Yar o çəyirdəkləri və bax 

gör, nə görürsən.» – «İçi boşdur, əfəndim.» – «Bax o çəyirdəyin 

içindəki sənin görmədiyin öz-dən hind inciri ağacı bitir. 

 

1



  İlham Güngören. Buda və ögretişi.  İstambul, «Yol yayınları», 

1981, səh. 28. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə