FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə25/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   21   22   23   24   25   26   27   28   ...   129

 

- 75 -


                                                          

nümunələrindən biridir) və onlar arasındakı ziddiyyəti aradan 

qaldırmağa çalışmışdır.

1

  



İran tədqiqatçısı Mehdi Əminrazavinin yazdığına görə 

Fərabi «məntiqdə, etikada, metafizikada aristotelin baxışlarını 

müdafiə etmiş, sosial problemlərin həllində isə Platonun 

ideyalarına üstünlük vermişdir».

2

  Əlbəttə, bu fikir ilə tam ra-



zılaşmaq olmaz; belə ki, metafizika məsələlərində Fərabi heç də 

sadəcə bir aristotelçi kimi çıxış etməyərək, həm də Platondan, 

xüsusən, onun ideyalar təlimindən, habelə islam dün-

yagörüşündən qaynaqlanmışdır. Bununla belə,  Fərabi 



sosiologiyasının Platon təlimi ilə bağlılığı mübahisə doğurmur. 

«Adil  şah»,  ədalətli cəmiyyət, «xoşbəxtlər ölkəsi» ideyasında 

Nizami Gəncəvi çox ehtimal ki, Fərabidən götürmüşdür.  Əl-

Fərabi Platonun «dövləti filosoflar idarə etməlidir» fikrini 

inkişaf etdirərək dərin fəlsəfi biliklərə yiyələnməyi və  hətta 

peyğəmbərlik missiyasını adil hökmdar olmağın  şərtlərindən 

biri kimi göstərmişdir. O, cəmiyyətin özünün də ədalət prinsipi 

ilə qurulması ideyasını müdafiə etmiş  və bu baxımdan 

şəhərlərin (ölkələrin) təsnifatını vermişdir.          

Fərabinin Platon fəlsəfəsinə münasibəti həmişə tədqiqat-

çıların diqqət mərkəzində olmuşdur. Sovet fəlsəfi fikrində də bu 

problem diqqətdən kənarda qalmamışdır. G.B.Şaymuxambetova 

özünün  ərəb dilli fəlsəfəyə  həsr etdiyi kitabının bir bölməsini 

məhz bu məsələyə həsr etmişdir.

3

 Gülşad xanımın fikrinə görə, 



Fərabinin şərhi digər platonşünasların şərhindən xeyli dərəcədə 

fərqlidir. Məsələn, Platon təliminin monist, yoxsa dualist olması 

haqqında mübahisələrə  rəğmən Fərabi Platon antologiyasını 

panteizm müstəvisində nəzərdən keçirir.

4

 

 



1

  Farabi. Eflatun ile Aristotelesin Görüşlerinin Uzlaştırılması. – 

Mahmut Kaya. İslam filozoflarından felsefe metinleri. İstanbul, 2003, 

s. 151-214. Yaxud: Аль-Фараби.  Об  общности  взглядов  двух 

философов – Божественного  Платона  и  Аристотеля. – Фило-

софские трактаты, Алма-Ата, 1970, стр. 39-105.    

2

  Мехти  Аминразави.  Ал-Фараби. – Великие  мыслители  Вос-



тока. М. Крон-пресс. 1998, стр.568.  

3

  Г.Б.Шаймухамбетова.  Арабоязычная  философия  средне-



вековья и классическая традиция. М., «Наука», 1979. стр.  52-98. 

4

 Yenə orada, səh. 97. 




 

- 76 -


                                                          

Fərabinin  şərhində Aristotel daha aydın və anlaşıqlı ol-

duğu kimi, Platon da onun qələmi ilə sadələşir və aydınlaşır. 

Fərabi Platon irsinə öz zəmanəsinin işığını əlavə edir. 

Gəlin, biz də Platona Fərabi işığında baxaq. 

Fərabinin Platonu az qala bir sufi kimi insan kamilliyini 

önə  çəkir. Və bu Platon insanın xoşbəxtliyini onun sifətinin, 

bədəninin kamilliyində yox, var-dövlətində  və ictimai möv-

qeyinin üstünlüyündə yox, – biliyində  və  mənəviyyatında 

axtarır. Fərabiyə görə, deyilənlərin təsdiqini Platonun «İnsanın 

təbiəti haqqında» və ya «Birinci Alkiviad» əsərində tapmaq 

olar.

1

 



Həmin  əsər ki, burada Platon İran  şahlarının da, digər 

Asiya hökmdarlarının da nəslinin Zevsdən başlandığını iddia 

edir və bu baxımdan vahid ümumbəşəri bir allah ideyasına 

doğru daha bir addım atır. Elə buradaca Platon dünyanın  ən 

müdrik,  ən  ədalətli,  ən ağıllı  və  ən cəsur insanlarından 

danışarkən Zərdüşt maqiyasının davamçılarını xatırladır. Və 

maraqlıdır ki, Zərdüştü Hörmüzdün oğlu kimi təqdim edir. 

(Yunanlarda dərin kök atmış «allahın oğlu» olmaq şərəfi 

sonralar  İsaya «verildiyi» kimi, Platon tərəfindən Zərdüştə  də 

verilmişdir).

2

  

Fərabinin Platonu «Teetet» əsərində biliyi tədqiq edir və 



bilik insan üçün ən ali məqsəd hesab olunur. Fərabi Platonu 

Protaqorla müqayisə edir və göstərir ki, Protaqora görə, insan 

ətrafdakı  şeylər haqqında biliklər  əldə edə bilməz: o, ancaq 

anadangəlmə biliklərə malikdir.

3

  (Əslində  Fərabinin Protaqoru 



da elə Platondur, çünki Platon öz əsərlərindəki iştirakçıların 

dilindən təkcə onların ona bəlli olan mövqeyini yox, həm də öz 

mövqeyini ifadə edirdi.) Platon özünün «Protaqor» əsərində bu 

məsələni təhlil edərkən iştirakçı tərəfin mövqeyi olaraq göstərir 

ki, öyrənmə, təlim, tədqiqat doğrudan da fayda vermir və 

düzgün biliklərə  gətirmir. Lakin bu mövqeyə cavab kimi 

 

1

  Аль-Фараби.  Историко-философские  трактаты.  Алма-Ата, 



1985, стр. 108. 

2

    Платон.  Собрание  сочинений  в 4-х  томах.  Том 1, М., 



«Мысль», 1990, стр. 246. 

3

  Аль-Фараби. Историко-философские трактаты, стр. 109. 




 

- 77 -


                                                          

göstərir ki, tədqiqat elə məhz bilikləri əldə etmək üçündür. Bu 

mövqe «Menon» əsərində də davam etdirilir.

1

 



Maraqlıdır ki, hələ o dövrdə Platon bilikləri təkcə idrak 

müstəvisində deyil, həm də  fəzilət və fayda müstəvisində 

nəzərdən keçirirdi. Bu yanaşma iki min üç yüz il sonra pa-

raqmatizm fəlsəfəsində yenidən gündəmə  gəlir. Bir fərqlə ki, 

Platon insanların faydalı və xeyirli hesab etdikləri ilə həqiqətdə 

faydalı və xeyirli olanı fərqləndirirdi. Çünki ictimai rəy zərurəti 

və  həqiqəti ifadə etməyə  də bilərdi və Platona görə bir qayda 

olaraq belə də olurdu. Fərabi bu mövqeyə şərh verərək faydalı 

və  sərfəlini fərqləndirir. Fərabiyə görə, faydalı (Xeyir) zəruri 

ola bilər, sərfəli isə heç də  həmişə  zəruri və müsbət bir şey 

olmur.

2

 



Filosofu başqa sənət sahiblərindən fərqləndirən odur ki, 

o,  şərti-faydalı  şeylərlə  həqiqətən faydalı, zəruri-faydalı olan 

şeylər arasındakı  fərqi üzə  çıxarır. «Pir» əsərində o, zəruri 

biliklərin aşkarlanmasını fəlsəfənin əsas vəzifələrindən biri kimi 

təqdim edir. Digər sənət sahələrində isə biliklər  şərti xarakter 

daşıyır.  Məsələn, «İon»  əsərində göstərdiyi kimi, poeziyanın 

verdiyi biliklər həqiqətdən uzaq olduğuna görə  nəyinki fayda 

vermir, əksinə, məqsəddən uzaqlaşdırır. 

Fərabi isə  zəruri bilikləri deyil, zəruri mövcudatı önə 

çəkir. O, «ət-Təliqat»  əsərində yazır: «Müdriklik – həqiqi var-

lığın dərkidir, həqiqi varlıq isə özü-özlüyündə  zəruri möv-

cudatdır. Filosof məhz özü-özlüyündə  Zəruri  haqqında kamil 

biliyi olandır».

3

  Bu məsələdə Platonla Fərabi arasında eyniyyət 



məqamı həqiqi, zəruri olanın önə çəkilməsidir. Fərq isə bundan 

ibarətdir ki, Platon həqiqi varlıq və  zəruri mövcudluq dedikdə 

ideyanı, Fərabi isə Allahı  nəzərdə tutur. Fərabiyə görə, 

«Birincidən başqa həqiqi filosof yoxdur, belə ki, ancaq o, özünü 

 

1

  Bax: Платон. Собрание сочинений в 4-х томах. Том 1, М., 



«Мысль», 1990. Протагор  (стр. 418-476. Менон  (стр. 575-612); 

Аль-Фараби. Историко-философские трактаты, стр. 110-111.  

2

  Аль-Фараби. Историко-философские трактаты, стр. 116. 



3

  Аль-Фараби.  Естественно-научные  трактаты.  Алма-Ата, 

«Наука», 1987, стр. 286. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə