FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə24/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   20   21   22   23   24   25   26   27   ...   129

 

- 72 -


hər hansı bir istəyə  və iradəyə deyil, şüurlu, planlı istəyə  və 

iradəyə əsaslanır. Yəni insandan asılı olmadan baş verən daxili 

proseslər, onun bir canlı varlıq kimi mövcudluğu, ilkin ideyanın 

maddi təcəssümü və insan bədəni tam formalaşdıqdan sonra, 

müəyyən müddət ərzində fəaliyyəti hələ insani mahiyyəti ifadə 

etmir. İnsanı fərqləndirən budur ki, o özü ideya formalaşdırmaq 

və bu ideyaların maddi təcəssümünə nail olmaq imkanına 

malikdir.  

Aristotel, Platondan fərqli olaraq, nəfsi (ruhu) əbədi he-

sab etmir. Onun fikrinə görə, nəfs bədənsiz, bədən də  nəfssiz 

mövcud ola bilməz. Lakin Aristotel nəfsi strukturlaşdırır və 

hissi nəfs,  heyvani nəfs  və  düşüncəli nəfs kimi üç yerə ayırır. 

Fərabi, İbn Sina və Sührəvərdi də öz təlimlərində Aristotelin bu 

xəttini davam etdirmişlər. Lakin onlar düşüncəli nəfsin  əqllər 

aləminə qovuşaraq  əbədiyyət kəsb etmək imkanını  nəzərə 

aldıqları üçün bu məsələdə  də Platon ilə Aristotel arasında bir 

növ kompromis mövqeyindən çıxış etmişlər. Bu, əslində ilk 

baxışda kompromisdir. Həqiqətdə isə antik fəlsəfənin bu iki 

nəhəngi arasında ziddiyyətin aradan qaldırılması – yeni, daha 

sintetik bir təlimin yaradılması demək idi.          



 

- 73 -


                                                          

   


 

 

 



 

 

 



 

 

PLATON VƏ FƏRABİ 

 

 

Şərqin iki böyük dahisi! Aralarında 1300 illik uzun bir 



tarixi müddət və coğrafi  məsafə olmasına baxmayaraq, ruhca 

çox yaxın olan bu iki dahini birləşdirən nə idi? Nəyə görə açıq-

aşkar coğrafi fərqə  rəğmən, biz onların hər ikisini Şərq 

mütəfəkkiri hesab edirik? 

Hər cür maddiyyatın fövqündə durmağa çalışan, ideyanı 

dünyanın  əsası hesab edən, bədən üçün deyil, ruh üçün ya-

şamağa çağıran, mənəvi kamilliyi, haqqı, ədaləti həyat kredosu 

seçən, ömrü boyu həqiqət axtarışında olan və  həqiqət işığında 

monoteizmə – Allah ideyasına gəlib çıxan bu böyük şəxs bütün 

mahiyyəti ilə bir Şərq mütəfəkkiri deyildisə bəs nə idi? 

Platon mahiyyət müstəvisində  Fərabiyə nisbətən daha 

çox  şərqlidir. Çünki Fərabi təkcə Platondan deyil, həm də 

Aristoteldən bəhrələnmiş, təkcə dini-fəlsəfi dünyagörüşündən 

deyil, həm də  təbiət elmlərindən, təbii-elmi dünyagörüşündən 

çıxış etmiş, Qərb düşüncəsindən mayalanmışdır. Fərabi artıq 

xeyli dərəcədə sintezdir. 

Biz  Şərq və  Qərbi heç də  təsadüfən coğrafi müstəvidə 

deyil, zaman müstəvisində fərqləndirmirik. Və heç də təsadüfən 

demirik ki, qədimdə ancaq Şərq var idi, – Qərb sonradan 

yarandı.


1

 Pifaqor da, Sokrat da, Platon da Zərdüşt kimi

Konfutsi kimi, Budda kimi Şərq hadisələri idi. Hissi dünyanın 

öyrənilməsindən alınan elmi biliklər toplusu üzərində  fəlsəfi 

 

1

 Bax: S.Xəlilov. Şərq və Qərb: ümumbəşəri ideala doğru. B., 



2004. – 624 səh.    


 

- 74 -


                                                          

sistem qurmağa çalışan Aristotel sonradan dünyaya gəldi. 

Aristotel fəlsəfəni göylərdən yerə endirmək cəhdi ilə  həm də 

Şərqdən Qərbə doğru addım atmış oldu. Lakin Aristotel özü də 

hələ  Qərb deyildi və olsa-olsa Qərbin yenicə cücərən bir 

rüşeymi idi. Bu cücərmə və doğuş prosesi nə az, nə çox – 2 min 

il davam etmiş  və artıq Qərb ancaq Yeni Dövrdə  səhnəyə 

müstəqil bir tərəf-müqabil kimi daxil ola bilmişdir. Bundan 

sonrakı dövr Şərqin tənəzzülü, Qərbin təntənəsi dövrü 

olmuşdur. 

Bəli, əl-Fərabi Platonla müqayisədə Qərbə daha çox meyl 

edir, Aristotel kimi o da Qərb düşüncəsinin gəlişini təcəssüm 

etdirirdi. Öz dövrünün elmi biliklərini mükəmməl mənimsəyən 

və onların təsnifatını aparan əl-Fərabi ruhən daha çox dərəcədə 

Aristotelə yaxın idi. Türk fəlsəfə tarixçisi Mahmud Qaya Fərabi 

təlimindəki sintetiklik barədə yazır: «Fərabinin fəlsəfi sistemi 

varlığın təməlini mənəvi saymaqla bərabər, həndəsə və məntiqi 

də  təmələ alır, təbiət elmlərindən metafizikaya doğru yüksəlir. 

Əflatun, Aristo və Yeni- Əflatunçuluqdan gələn və ara-sıra 

eklektisizm təəssüratı yaradan bilgilər  əslində  Fərabinin  şəxsi 

məntiqi sistemi içərisində bütövlük halına gəlir».

1

  Təsadüfi 



deyildi ki, onu «Şərqin Aristoteli», – Platonu yox, Aristoteli, 

adlandırırdılar. Və bu da təsadüfi deyildir ki, böyük İbn Sinanın 

etirafına görə o, Aristotelin «Metafizika»sını ancaq Fərabinin 

şərhində oxuduqdan sonra başa düşə bilmişdi. Fərabinin 

«Aristotelin fəlsəfəsi»

2

  və «Metafizika»da Aristotelin 



məqsədləri haqqında»

3

  əsərləri bütün islam dünyasında fəlsəfi 



fikrin sonrakı inkişaf yoluna güclü təsir etmişdi.  

Lakin Fərabi Platona da biganə deyildi və ola da 

bilməzdi. Çünki onları vahid bir Şərq ruhu bağlayır. Maraqlıdır 

ki, Fərabi özü Platon və Aristoteli müqayisə etmiş (yeri 

gəlmişkən bu, fəlsəfi fikir tarixində ilk müqayisəli təhlil 

 

1



  Mahmut Kaya.  İslam filozoflarından felsefe metinleri. İstanbul, 

2003, s. 108.  

2

  Аль-Фараби.  Философия  Аристотеля. – Историко-философ-



ские трактаты. Алма-Ата, 1985, стр. 209-331. 

3

  Аль-Фараби.  О  целях  Аристотеля  в  «Метафизике». – Исто-



рико-философские трактаты. Алма-Ата, 1985, стр. 331-343.   


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə