FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə21/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   17   18   19   20   21   22   23   24   ...   129

 

- 63 -


                                                          

açıq tərəflərini biləndir».

 1

 

O, hər şeyi ona görə olmamışdan bilir ki, onu özü bildiyi 



kimi yaradır. Yəni bilik, ideya maddi təcəssümdən  əv-vəldir. 

Yeri gəlmişkən, bu xüsusiyyət təkcə Allaha deyil, insanların 

yaradıcı  fəaliyyətinə  də aiddir. İnsan yaradacağı  şeyi 

əvvəlcədən planlaşdırır. Fərq isə bundan ibarətdir ki, insanın 

yaratdığı yaratmaq istədiyinə tam adekvat olmur. Ona görə  də 

insan yaratdığını sonradan öyrənərək ilkin ideya ilə müqayisə 

edir və uyğunsuzluqları aradan qaldırmağa çalışır. Yəni insan 

öz  əməli fəaliyyətində ideya dünyasına yalnız tədricən yaxın-

laşır. Ən kamil əsər yaradıcı ideyaya adekvat olan əsərdir.  

Materiyanın iki fərqli tərtibdə, dərəcədə mümkün olması 

haqqında fərziyyələr ideya və materiyanın daha rəngarəng 

kombinasiyalarından danışmağa imkan verir. Belə ki, «qaba, 

kobud materiya» ilə yanaşı «incə, zərif materiyanın» da 

mövcudluğu onların aktiv və passiv ideya ilə müxtəlif cür 

cütləşdirilməsinə imkan verir. Biz burada hələlik tam 

simmetriyanın olmasından danışmayacağıq.  Əvvəlcə kobud və 

zərif materiyadan hansının «aktiv», hansının «passiv» an-

layışlarına uyğunluğunu aydınlaşdırmaq lazımdır.  

Hissi dünyada bütün cismlər və hadisələr  əslində passiv 

ideyanın daşıyıcıları olan kobud materiyaya uyğundur. Aktiv 

ideya ancaq insanlara xasdır. (Təsadüfi deyildir ki, insan mütləq 

yaradıcı ideyanın yer üzərində proobrazı, xəlifəsi kimi 

dəyərləndirilir.)  İnsanın timsalında aktiv ideya kobud materiya 

ilə – bədənlə birləşmişdir. Aktiv ideyanın zərif materiya ilə 

birliyi mələklər və cinlərin timsalında mövcuddur. Zərif 

materiyanın passiv ideya ilə birliyi isə surətlərdə, fotoşəkillərdə, 

kitablarda, video-filmlərdə üzə çıxır.  

(Cismin «özü» və onun surəti,  şəkli, modeli, ayrıca bir 

əlaməti; səsi, rəngi və s. nə kimi bir münasibətdədir? – Aristotel 

«Metafizika»da «Sokrat özü»

2

 ifadəsini işlədir və onu substrat 



kimi izah etməyə çalışır. – Bu, Aristotelin materialist 

mövqeyindən irəli gəlir, zira «özü» heç də substrat yox, forma, 

 

1

 Yenə orada, səh. 22.  



2

  Аристотель.  Метафизика. – Соч.  в 4-х  томах,  т. 1, М., 

«Мысль», 1976, стр.71. 



 

- 64 -


                                                          

eydos, ideya da ola bilərdi).  

Passiv ideyanın izahı daha sadədir. Belə ki, onun struktur

forma anlayışlarına adekvat olduğu güman edilir. Bu isə artıq 

qurulmuş, mövcud olan dünyanın izahına yönəlmişdir. Hər 

hansı bir cisim müəyyən ideyanın daşıyıcısıdır, müəyyən 

fomaya malikdir, – dedikdə onun yaranışı,  əmələ  gəlməsi, 

yaxud da fəaliyyəti, öz tükənməsinə, sonuna doğru hərəkəti 

nəzərdə tutulmur. Onun fəaliyyəti, funksiyası formada, passiv 

ideyada ancaq potensial imkan şəklində nəzərdə tutulmuşdur. 

Belə düşünəndə ki, dünya məhz müəyyən formada, for-

malar sistemi kimi yaradılmışdır və Yaradan özü sonrakı 

proseslərə qatışmır, onda biz hərəkət və  fəaliyyətin mənbəyini 

də bu dünyada axtarmalı oluruq. Aristotel haqlı olaraq qeyd edir 

ki, Platonun ideyalar təlimi dunyanın ancaq statik modelini 

verir, hərəkətin mənbəyini isə göstərə bilmir. 

Özünün «ilk səbəb» axtarışında Aristotel yalnız varlığın 

deyil, hərəkətin də  səbəbini nəzərdə tutur. «Səbəblərdən dörd 

mənada danışılır: belə  səbəblərdən biri olaraq biz mahiyyəti, 

yaxud şeyin varlığının məğzini hesab edirik (hər bir «nə üçün» 

sualı son nəticədə şeyin təyininə (tərifinə) gətirir, ilk «nə üçün» 

isə  səbəb və başlanğıcdır); digər səbəb olaraq biz materiyanı, 

yaxud substratı götürürük; üçüncü isə  hərəkətin başlanğıcına 

aiddir; dördüncü – bunun əksinə olan səbəbdir, yəni «nəyin 

naminə», yaxud fayda (belə ki, məhz fayda hər cür yaranışın və 

hərəkətin məqsədidir) nəzərdə tutulur».

1

 Göründüyü kimi, 



Aristotelin sadaladığı səbəblərdən ikisi varlıqla, ikisi isə hərəkət 

və onun məqsədi ilə bağlıdır. Özünəqədərki filosofların 

görüşlərini şərh edən Aristotel qeyd edir ki, onların əksəriyyəti 

başlanğıc olaraq ancaq maddi başlanğıcı, yəni  şeylərin nədən 

təşkil olunduğunu və sonda nəyə çevrildiyini, götürürlər. Bu 

təbii başlanğıc heç nədən yaranmır, – həmişə saxlanmaqdadır.

2

 

Lakin Aristotel göstərir ki, bu müxtəlif mövqeləri birləşdirən 



vahid maddi başlanğıc ideyası yetərli deyil. Çünki bu 

dəyişmələrin, yaranışların və yox olmaların nədən  əmələ 

gəlməsi ilə yanaşı, nə üçün əmələ gəlmələri də izah olunmalıdır. 

 

1



 Yenə orada, səh. 70. 

2

 Yenə orada, səh. 71. 




 

- 65 -


                                                          

«Axı, necə olursa-olsun substrat öz dəyişikliyini özü ki, 

yaratmır; məsələn, mən anlayıram ki, nə  ağac, nə  də mis öz 

dəyişmələrinin səbəbi deyil və yatağı  ağac, heykəli mis 

düzəltmir, bu dəyişmələrin səbəbi nə isə başqadır. Bu səbəbin 

axtarılması isə  hərəkətin mənbəyi olan fərqli bir başlanğıcın 

axtarılmasıdır».

1

 Aristotel ancaq Parmenidin ikinci səbəb 



axtarmağa cəhd etdiyini göstərir. Belə ki, başlanğıc kimi isti və 

soyuq, yaxud atəş  və torpaq götürüldükdə, birincilər həm də 

hərəkətin səbəbi kimi nəzərdə tutulur. Lakin bu cür izahlar 

kifayət etmədiyindən axtarış davam etdirilirdi. Bu konsteksdə 

Aristotel ağılı dünya nizamının və bütün quruluşun səbəbi kimi 

izah etməyə çalışan mövqeləri fərqləndirməyə çalışır və 

Anaksaqorun mövqeyini yada salır.

2

 Daha sonra Aristotel 



Hesiod və Parmenidin timsalında məhəbbəti başlanğıc hesab 

edənləri yada salır. Belə ki, burada söhbət məhz hərəkətin mən-

bəyindən gedir. Onun fikrincə, Empedokl xeyr və şəri başlangıc 

hesab edən ilk filosofdur. Lakin məlum olduğu kimi, bu ideya 

daha əvvəl Zərdüşt təlimində irəli sürülmüşdür. İstənilən halda 

hərəkəti izah etmək üçün maddi yox, mənəvi başlanğıca 

müraciət edilməsinin vacibliyi hələ Aristotel tərə-findən dərk 

edilmişdir. Empedokla görə, dostluq və düşmənlik birləşdirici 

və ayrıcı rol oynayır. Bununla da o, hərəkətin bir yox, iki 

başlanğıcını göstərmiş olur.  

(«Vahid fikrən, çoxluq isə hissi qavranılanlar kimi möv-

cuddur»


3

 – Aristotel). 

Hərəkətin mənbəyi və mexanizmi canlı və cansız aləm-də 

fərqli olduğundan,  əvvəlcə cansız aləmi nəzərdən keçirək. 

Cansız, yəni nəfsdən, ruhdan məhrum olan cismlərin hərə-kəti 

necə başa düşülə bilər. Bu hərəkətin mənbəyi cismin daxilində 

ola bilərmi, yoxsa o ancaq kənar təsir sayəsində  hərəkət edə 

bilər?   

Bütün cismlər müəyyən bir passiv ideyanın daşıyıcısıdır. 

Lakin passiv ideya hərəkətin mənbəyi ola bilərmi?  Mate-

rialistlər hərəkətin mənbəyini materiyada görməklə, problemi 

 

1



 Yenə orada, səh. 72. 

2

  Yenə orada, səh. 73. 



3

 Yenə orada, səh. 78. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə