FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə17/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   13   14   15   16   17   18   19   20   ...   129

 

- 50 -


ümumi olan ümumbəşəri fəlsəfi fikirdən fərqli olaraq, burada 

söhbət məhz milli fəlsəfi özünüdərkdən gedir. 




 

- 51 -


 

 

 

 

 

 

 

 

 

 

PLATON VƏ ARİSTOTEL 

 

 

Platon mənim üçün əzizdir,  



amma həqiqət ondan da əzizdir. 

Aristotel  

 

 

 

 

 

                       

Aristotel qocalmış, onun müəllimi Platon isə  

                              ikinci gəncliyini yaşamaqdadır



Əbu Turxan

 

Gələcəkdə (Yeni Dövrdə) müstəqil bir tərəf, düşüncə 



tərzi və sivilizasiya kimi formalaşacaq Qərbin rüşeymi hələ 

bütövlükdə  Şərqin tərkib hissəsi olan antik mədəniyyətin

fəlsəfənin bətnində, bir tərəfdən, Hippokrat və Arximed tə-

biətşünaslığında, digər tərəfdən də Aristotel fəlsəfəsində qoyul-

muşdu. Platon təpədən dırnağa qədər  Şərq hadisəsi olduğu 

halda, Aristotel içərisində bir qərbli düşüncəsinin baş qaldırdığı 

sinkretik zəka sahibi idi. Platon Allahdan, Aristotel təbiətdən 

başlayırdı. Platon ideyanı, Aristotel isə insan idrakının məhsulu 

olan biliyi önə  çəkirdi. Platon ruhu vəsf edərək bədənə görə 

xəcalət hissi keçirir, Aristotel isə ruh və  bədənin sintezindən, 

harmoniyasından çıxış edirdi.  

Aristotelin Platona qarşı mübarizə təsiri bağışlayan çıxış-

ları  əslində  hər iki təlimin daha da aydınlaşmasına və bu-

günümüzə  durularaq  gəlib çıxmasına səbəb olmuşdur. Henrix 

Heyne demişkən, almazlar sürtüləndə pardaqlanırlar. Müəllim 

və  tələbə arasındakı fikir ayrılıqları neçə  əsrlər  ərzində  fəlsəfi 




 

- 52 -


                                                          

fikirlərin mübarizə  xəttini yönləndirmişdir. Platon və Aristotel 

təlimlərini müqayisəli şəkildə təhlil edən böyük türk filosofu əl-

Fərabi onları bir növ barışdırmağa çalışır, fərqdən deyil, ümumi 

cəhətlərdən, vəhdətdən çıxış edir.

1

     



Antik fəlsəfənin tanınmış  tədqiqatçısı V.Asmusun yaz-

dığı kimi, Aristotelin «Metafizika» əsərinin ana xəttini Platonun 

«ideyalar» haqqında təliminin tənqidi təşkil edir.

2

 Belə ki, 



Platona görə, ideya, anlayış sadəcə bizim varlıq haqqında 

fikirlərimiz olmayıb, varlığın özüdür. Aristotel isə belə hesab 

edir ki, dərk olunan şey yoxdursa, onda onun haqqında bilik də 

yoxdur. (Əks təqdirdə, bu, heç nə haqqında bilik olardı).

3

  

Aristotelə qədər ya dünyanı ancaq hissi qavranılan reallıq 



kimi, vahid maddi təmələ malik olan sistem kimi götürən 

sadəlövh materialist baxışlar, ya da həqiqi varlığı ancaq ideya 

ilə, ruhla əlaqələndirərək hissi dünyaya bir kölgə  və illüziya 

kimi baxan, hissi təcrübədən alınan bilikləri həqiqət yox, bilik 

yox, rəy hesab edən, aldadıcı sayan mütləq idealist mövqelər 

var idi. Aristotel ideya və maddiyyatı birləşdirmək mövqeyini 

seçdi. O, Platondan fərqli olaraq ideyaları  şeylərin fövqündə 

deyil, özündə axtardı  və ideyanı,  eydosu  şeyin mahiyyətini və 

funksiyasını müəyyənləşdirən forma ilə əvəz etdi. 

Bu «əvəzləmə» heç də sadəcə alternativ mövqe olmayıb, 

sonrakı  fəlsəfi fikir tarixinin inkişafında mühüm rol oynayan 

dünyaya fərqli bir baxışın  əsası idi. Bəzən məntiq elminin 

yaradılmasını Aristotelin bir sıra yeni elmlər yaradılması 

sahəsində xidmətlərindən biri hesab edirlər. Lakin «məntiq» 

onun fəlsəfi sistemindən qanunauyğun surətdə hasil olur. Belə 

ki,  həqiqətin  əldə olunması üçün hissi təcrübədən çıxış 

etməyən idealist təlimlərdə  məntiqə heç ehtiyac da yoxdur. 

Həqiqət intuitiv şəkildə, vəhy məqamında üzə  çıxırsa, burada 

 

1

  Аль-Фараби.  Об  общности  взглядов  двух  философов – Бо-



жественного  Платона  и  Аристотеля. – Философские  трактаты, 

Алма-Ата, 1970, стр. 39-105.   

2

 В.Асмус. Метафизика Аристотеля. – Аристотель. Метафизи-



ка. Сочинения, том 1, М., 1976, стр. 5. 

3

  Аристотель. Категории. – Сочинения, том 2, М., «Мысль», 



1978, стр. 70. 


 

- 53 -


                                                          

formal məntiqə yer qalmır. Məntiq daha çox dərəcədə hissi 

təcrübədən alınmış biliklərin ümumiləşdirilməsini və bu 

«ümumilərin» – anlayışların dəqiq sərhədlərinin, konturlarının 

çəkilməsini, onların «düzgün» əlaqələndirilməsini, fikir 

qəliblərinin,  şablonların formalaşdırılmasını  nəzərdə tutur. Nə 

Pifaqorun, nə  də Heraklitin dialektikası formal məntiq 

çərçivəsinə  sığmır. Elə Platon fəlsəfəsi də. Ümumiyyətlə, 

məntiq fikri çərçivəyə salmaq baxımından dialektik fəlsəfənin 

ruhuna ziddir.

 Bu baxımdan, Aristotel məntiqin banisi olaraq 



 

  Əlbəttə, marksist-leninçi fəlsəfə  məktəbinin nümayəndələri dü-



şünə bilərlər ki, burada biz məntiqdən yox, formal məntiqdən danışsaq 

yaxşı imiş; çünki dialektik məntiq də var imiş. Lakin biz məntiq 

anlayışın ənənəvi mənada işlətdiyimiz üçün «dialektik məntiq»i istisna 

edirik. Çünki məntiq mahiyyəti etibarilə təfəkkür qəlblərinə, dialektika 

isə fikrin özünə aiddir. Fikir qəlblərə salındıqdan sonra daha canlı 

fikir kimi mövcud olmur. Burada biz ilk baxışda paradoksal görünə 

biləcək bir məqamla rastlaşırıq. Marksizmə görə, dialektika təbiətə, 

Hegel təliminə görə, fikir sferasına aiddir. Marksizmə görə, təbiətin 

hərəkətdə olan, «canlı» prosesləri formal məntiq çərçivəsinə  sığmır. 

Sadəcə insan dünyanı  dərk edərkən onu şüurda, təfəkkürdə  əks 

etdirərkən formal məntiqdən lokal, məhdud bir metod kimi istifadə 

edir. Hegel isə ruhu, təfəkkürü hərəkətdə və inkişafda götürür. Formal 

məntiq isə  nə «canlı  təbiət»ə, nə canlı fikrə aid olmayıb fikrin hansı 

isə formada maddiləşməsi, «təbiətləşməsi» zamanı ortaya çıxır. 

Məlum olduğu kimi, nə xalis ideyanın, nə də xalis materiyanın zaman 

və  məkan müəyyənliyi yoxdur. Zaman və  məkan anlayışları ancaq 

ideya ilə materiyanın təmasında ortaya çıxıb  şeylərin, hissi 

obyektlərin göstəricisidir.  «İki cism eyni vaxtda, eyni yerdə ola bil-

məz» – bu məntiqdə ziddiyyət qanununa bir misaldır. Məntiqin digər 

qanunları da əslində zaman-məkan müəyyənliyi  şəraitdə doğulur. 

Məntiq sadəcə olaraq hissi dünyada oduğuğ kimi, fikir dünyasında da 

zaman-məkan müəyyənliyi yaratmaq, yəni fikri qablaşdırmaq, qəlbə 

salmaq təşəbbüsünün nəticəsidir.  İnsan hansı isə fikri başqasına 

çatdırmaq üçün onu əvvəlcə maddiləşdirmək (məsələn, sözlə, simvolla 

ifadə etmək) məcburiyyətindədir. Məhz belə olduğu təqdirdə fikrin də 

zaman və məkanca müəyyənləşməsi tələb olunur. Bütün formal məntiq 

qanunları və prinsipləri buradan hasil olur.  

Maraqlıdır ki, ilk dəfə olaraq İ.Kant zaman, məkan və səbəbiyyət 

kateqoriyalarının təbiətdə obyektiv surətdə mövcud olmayaraq, fikrə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə