FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə15/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   11   12   13   14   15   16   17   18   ...   129

 

- 44 -


müxtəlif sahələrdən olan adamları müqayisə etmək düzgün 

olmaz. Haqlı fikirdir və bizim məqsədimiz heç də onları 

müqayisə etmək deyil. Əsas məsələ bundan ibarətdir ki, xalqın 

məhz hansı sahədən olan böyük şəxsiyyətlərə daha çox rəğbət 

bəsləməsi faktı onun milli təfəkkürünün və duyğu dünyasının 

strukturunda hansı sahəyə meylin güclü olduğunu aşkar etməyə 

imkan verir. Məlik-Məmmədin, Dədə Qorqudun, Koroğlunun 

timsalında tərbiyə almış gənclik, Nizaminin, Füzulinin, Vaqifin 

timsalında tərbiyə almış gənclikdən nə ilə fərqlənir? Bəs bunlar 

vəhdətdə götürüldükdə necə? Bəs muğamatın, sazın təsiri nə 

dərəcədədir? Məhz belə bir təsir dairəsi, ola bilsin ki, bizi bir in-

gilisdən, rusdan fərqləndirə bilər. Lakin onların da Şekspiri, Bayro-

nu, yaxud Puşkini, Tolstoyu vardır. Onların da Robin Qudu, Kral 

Arturu, yaxud İvan Qroznısı, İlya Murometsi, Suvorovu var.  

Önəmli olan odur ki, hər hansı millətin formalaşmasında 

fəlsəfəninmi, elminmi, şeirin-sənətinmi, yoxsa ticarətin, 

təsərrüfatın, yaxud müharibələrinmi rolu böyük olmuşdur? Milli 

nağıllar, dastanlar, laylalar, mahnılar insanlara nəyi daha çox 

təlqin etmişdir? Sevgini, şəfqəti, yaxud cəsurluğu, 

qəhrəmanlığı, yoxsa ağlı, tədbiri? Bəlkə hiyləni? 

Hər bir millətin qəhrəmanlıq eposu da, sevgi dastanları da 

vardır, milli Həmzəsi də, milli Koroğlusu da vardır, satqını da, 

hiyləgəri də, qəhrəmanı da vardır. Lakin həmzələri müdrik 

sayanlar kimdir, ona nifrət edənlər kim? Əsl sual bundan 

ibarətdir ki, milli şüurun strukturunda onların nisbi payı  nə 

qədərdir? Fərdi millətçi  şüurdan fərqli olaraq, statistik orta 

göstərici necədir?  

Milli mentalitet də, milli şüur da, hətta milli-fəlsəfi fikir 

də bütün bu göstəricilərdən asılı olaraq formalaşır. Hər şey fərdi 

və sosial idealın yönümü ilə müəyyənləşir. Başqa cür ola da 

bilməz. Çünki həyatın mənasını arayan fəlsəfə bu mənanı milli 

idealın fövqündə tapa bilməz. 

Digər tərəfdən, hər hansı bir xalqın keçmişini əks etdirən 

fəlsəfi fikir tarixi ilə həmin xalqın müasir düşüncə tərzi və milli 

idealı arasında tam bir uyğunsuzluq da ola bilər; müasir millətin 

öz tarixi sələflərinə nisbətən irəli getməsi, yaxud tənəzzülə 

uğraması, ya da başqa təsirlərə  məruz qalması  nəticəsində. 

Antik fəlsəfi fikri orta əsrlərdə yunanlar deyil, ərəblər, Yeni 




 

- 45 -


Dövrdə isə almanlar daha çox yaşatdılar. Deməli, fəlsəfi fikir 

nisbi müstəqilliyə malikdir və hər hansı bir xalqdan, millətdən 

ayrılaraq, başqaları  tərəfindən  əxz olunmaq və davam 

etdirilmək, hətta, sosial ideala, həyat normasına çevrilmək 

imkanına malikdir.  

Müasir millətlərin istifadəsində olan təkcə öz yaratdıqları 

deyil. Bütün digər millətlərin həm elmi-fəlsəfi yaradıcılığı, həm 

də sivilizasiyanın inkişafına olan digər töhfələri ümumiyyətlə 

bəşəriyyətin istifadəsinə vermişdir. Ona görə  də, tarix boyu 

ümumbəşəri fikir və  mədəniyyət xəzinəsinə çox şey verib, indi 

ondan az faydalananlar olduğu kimi, tarixi keçmişdə xidmətləri az 

olmasına baxmayaraq, indi bu ümumi xəzinədən hamıdan çox 

faydalananlar da vardır. 

Burada çox maraqlı bir məqamla rastlaşırıq. Milli men-

talitetdə  nəyə isə yiyələnməyəmi, mənimsəməyəmi, yoxsa 

verməyə, xidmət göstərməyəmi daha çox meylli olması özünü 

ümumxalq, ümummillət səviyyəsində  də göstərir.  Əl tutmaq, 

kömək etmək, xidmət göstərmək istəyənlər özlərinin indi nə 

qədər geridə qaldıqlarını və ya kasıb olduqlarını unudaraq, yenə 

də başqalarına qarşı  səxavət və qonaqpərvərlik nümayiş 

etdirməyə çalışırlar. Fərdi miqyasda həqiqətən çox gözəl olan 

bu keyfiyyət ümummilli miqyasda, xüsusi dövlətçilik mövqe-

yindən yanaşdıqda çox mənfi nəticələrə gətirir.  

Halbuki, öyrənməyin, mənimsəməyin də öz texnologiyası 

var. Bu özü bir mədəniyyətdir və ona yiyələnmədən müasir 

qloballaşma şəraitində ancaq ziyan çəkmək olar. 

Bəli, qloballaşma  şəraitində milli-mənəvi dəyərlərimiz 

həqiqətən böyük təhlükələrlə üzləşir və milli-fəlsəfi fikrə istinad 

etmədən, milli ideologiyanın formalaşmasını təmin etmədən və 

milli-sosial özünüqoruma şüuru formalaşdırmadan bu 

təhlükədən xilas olmaq çox çətindir. 

Müasir dövrdə bütün dünya xalqlarının fəlsəfi fikrinin 

strukturunda Qərb fəlsəfəsi üstün yer tutur. Qloballaşma, 

qərbləşmə heç də sadəcə olaraq Qərb texnikasının, Qərb inves-

tisiyasının ekspansiyası ilə  məhdudlaşmayıb, həm də  Qərb 

fəlsəfəsinin, siyasi düşüncə  tərzinin təcavüzü ilə  səciyyələnir. 

Bir əli ilə müasirlikdən, Qərbdən möhkəm-möhkəm yapışanlar 

o biri əlində  Bəhmənyarın, Nəsiminin ideyalarını saxlamağa 




 

- 46 -


çalışırlar. Lakin həyat yolunu seçərkən, fəaliyyət proqramını 

müəyyənləşdirərkən aktiv düşüncə  tərzi olaraq məhz birinci 

əlindəkini seçməli olurlar. Çünki formaca və bəlkə həm də məz-

munca arxaikləşmiş Şərq fəlsəfi fikri bizi əhatə edən texnogen 

dünyasında kara gəlmir. Biz o biri əlimizdəkini ancaq bir rəmz 

kimi, bir ekzotika kimi saxlayırıq. O da əgər saxlayırıqsa!?                                

Bəs çıxış yolu nədədir? Milli-mənəvi dəyərlərimizi bir 

rəmz edərək real proseslərə formal surətdə  əlavə etmək, yoxsa 

milliliklə müasirliyin məzmun müstəvisində  vəhdətinə nail 

olmaq?! 


Milli fəlsəfi fikir millətin özünüdərk mərhələsində üzə 

çıxır. Bu isə heç də bütün millətlərə nəsib olmur. Bu baxımdan, 

“millət” anlayışını etnosdan fərqləndirən əlamətlərdən biri məhz 

milli-etnik təfəkkürlə milli-siyasi təfəkkürün vəhdətindən doğan 

milli-fəlsəfi fikrin formalaşmasıdır.  

Bir sıra millətlərdə milli-fəlsəfi fikrin nəzəriyyə halında 

üzə çıxmaması heç də onun tamamilə yoxluğuna dəlalət etmir. 

Milli özünüdərk məqamları  ədəbi-bədii fikir vasitəsilə  də ifadə 

oluna bilir.      

Azərbaycan xalqının milli inkişafında  ədəbi-bədii fikrin 

rolu həmişə böyük olmuşdur. Obrazlı düşüncə bir təfəkkür tərzi 

kimi rasional elmi düşüncəni həmişə üstələmişdir. Xalqımızın 

milli-fəlsəfi fikri də çox vaxt öz əksini elmi traktatlar və 

monoqrafiyalarda deyil, bədii ədəbiyyatda tapmışdır. Ona görə, 

fəlsəfi təfəkkürə gedən yol da əsasən ədəbiyyatdan keçmişdir.  

Fəlsəfi fikir çox vaxt konkretlikdən uzaq olduğuna görə 

milli özünəməxsusluğu, xüsusiyyətləri ifadə etmək üçün heç də 

əlverişli vasitə sayılmır. Böyük fəlsəfi fikir məktəbləri olan bir 

çox xalqların, məsələn, yunanların, almanların, ingilislərin, 

fransızların milli-etnik özünütəsdiqi də daha çox dərəcədə bədii 

ədəbiyyatda öz əksini tapmışdır.  Şekspir geniş kütlələrə 

Bekondan, Göte Hegeldən, Nizami Bəhmənyardan, Səməd 

Vurğun Heydər Hüseynovdan daha çox təsir göstərmişdir. 

Ümumbəşəri ideallara xidmət edən, ümumiyyətlə insanın 

mahiyyətindən çıxış edən fəlsəfi fikir daha çox milli-mənəvi 

konkretliyin özünütəsdiqi kimi üzə  çıxan  ədəbi-bədii fikrin 

tamamlanmasına xidmət etmiş, fikirdə konkretliklə ümumiliyin 

vəhdəti gerçəklikdə milliliklə ümumbəşəriliyin vəhdətini  əks 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə