FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə11/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   7   8   9   10   11   12   13   14   ...   129

 

- 32 -


 

 

 

 

 

 

 

ÜMUMBƏŞƏRİ VƏ MİLLİ FƏLSƏFİ FİKİR 

TARİXİNDƏ VƏHDƏT VƏ ÖZƏLLİK 

MƏQAMLARI 

 

 

Bütün milli özünəməxsusluq imkanlarına baxmayaraq

fəlsəfə  əsasən ümumbəşəri səciyyə daşıyır. Çünkü başlıca 

məqsəd insanları (insan qruplarını) bir-birindən fərqləndirmək-

dən daha çox, ümumiyyətlə insanı, onun mahiyyətini, həyatın 

mənasını, dünya ilə münasibətini araşdırmaqdır.  İnsanların öz 

arasındakı  fərq fəlsəfi tədqiqatın sonrakı, diferensiallaşmış 

pilləsində üzə çıxır. Özünü dərk etmək istəyən insan, əlbəttə, öz 

fərdi (və milli) xüsusiyyətlərini də  dərk etməyə çalışır. Lakin o, 

əvvəlcə insan ümumisini, insan varlığının səciyyəsini dərk 

etmək məcburiyyətindədir. Həm də ancaq bu ümumiləşmə 

səviyyəsindəki düşüncələr və  tədqiqatlar bütün bəşəriyyət 

miqyasında əlaqələndirilə və ortaq məxrəcə gətirilə bilər.  

Məhz bu baxımdan, Zərdüştün, Konfutsinin, Sokratın 

fikirləri ümumbəşəri səciyyə daşıdığı kimi Fərabinin, İbn Sina-

nın, Bəhmənyarın fəlsəfi tədqiqatları da ümumbəşəri məz-

munludur. Bəzən fəlsəfə tarixi ayrı-ayrı xalqların fəlsəfi fikir 

tarixləri kimi (məsələn, «qədim yunan fəlsəfəsi», «islam ölkə-

lərində  fəlsəfə», «klassik alman fəlsəfəsi» və s.) təsnif edilir. 

Lakin bunun heç bir elmi-metodoloji əsası yoxdur. Söhbət 

ancaq vahid ümumbəşəri fikir prosesinə hansı xalqın hansı 

dövrdə  və  nə kimi bir pay verməsindən, bu prosesdə  nə  dərə-

cədə  fəal iştirakından gedə bilər ki, bu da «fəlsəfə tarixi»nin 

predmetinə aid olan məsələ deyil. 

Fəlsəfə tarixi ümumbəşəri fəlsəfi fikrin vahid bir proses 

kimi inkişaf yolunu əks etdirir. Təbiidir ki, ilk fəlsəfə tarixçiləri 

də  məhz filosofların özləri olmuşlar. Platonun «Dialoq»ları, 



 

- 33 -


Aristotelin «Metafizika»sı onaqədərki fəlsəfi fikir haqqında 

məlumat verən, onların məğzini  əks etdirən  əsas mənbələr 

hesab olunur. Hələ antik dövrdə bəzi filosoflar daha çox məhz 

fəlsəfə tarixi üzrə ixtisaslaşmışdılar. Buna ən gözəl misal 

Diogen Laertski sayıla bilər. Plutarx əsasən tarixçi olsa da, həm 

də  fəlsəfə tarixçisi idi. Azərbaycanda da fəlsəfi fikir tarixinə 

dair məlumatlar lap çoxdan, hələ orta əsrlərdən qələmə 

alınmışdı. Nizami Gəncəvinin «İsgəndərnamə»  əsəri (xüsusən 

«İqbalnamə») bir sıra mühüm ümum-bəşəri fəlsəfi ideyalar və 

dünya xalqlarının bir çox böyük filosofları haqqında məlumat 

verilməsi baxımından da olduqca əhəmiyyətlidir.  Əlbəttə, 

Nizami peşəkar fəlsəfə tarixçisi deyildi, lakin onu 

Azərbaycanda bu sahədə yazan və  ən azı böyük maarifçilik 

missiyası yerinə yetirən ilk müəlliflərdən biri hesab etmək olar.  

Nizami özünəməxsus dahiyanə bir fəhmlə fəlsəfə tarixinə 

bir tarix kimi deyil, məhz bir fəlsəfə kimi yanaşır. Belə ki, 

müxtəlif dövrlərdə  fərqli ölkələrdə yaşamış böyük filosoflar 

tarixi və coğrafi sədləri aşaraq bir stol arxasında oturur, daha 

doğrusu, vahid hökmdarın dövrəsinə toplaşırlar. «Fikrin, 

ideyanın zamanı və məkanı yoxdur», – mövqeyindən çıxış edən 

Nizami məclisə tarixin qaranlıqlarında qalanları deyil, bütün 

zamanlar üçün nur mənbəyi olanları toplayır və özü də onlarla 

bir məclisdə  əyləşir. Məclisə yeddi filosof çağırılmışdır.  İkisi 

isə ev sahibləridir. Hökm sahibi, qılınc tutan İsgəndər və söz 

sahibi, qələm tutan Nizami. Əslində bütün deyilənlər Nizaminin 

öz fikir süzgəcindən keçib qələmə alınır. O, özündən  əvvəl 

yaşayanların mövqeyini sonrakı zamanların bilikləri ilə 

zənginləşdirir və yeni arqumentlər əlavə edir. Məsələn, Falesin 

(Nizamidə «Valis») «hər şey sudan yaranmışdır» fikrini inkişaf 

etdirərək və təkmilləşdirərək digər aqreqat hallarının sudan necə 

törəyə biləyəcəyinin elmi-bədii tərənnümünü verir; su 

seyrələndə od və hava, qatılaşanda torpaq yaranır: 

 

  Mən də ərz eləyim: dünyaya təməl



  Məncə, su olmuşdur hər şeydən əvvəl. 

  Qızğın hərəkətdən və çaxnaşmadan, 

 O yerə çatdı ki, od oldu əyan.  

  İldırım buxardan ayırdı odu, 


 

- 34 -


                                                          

 Bundan rütubətli hava doğuldu. 

 Suyun qatılığı getdikcə artdı, 

  Həmin qatılıq da yeri yaratdı.

1

 

 

Daha sonra Nizami suyun ilkinliyini isbat etmək üçün 



«nütfə» ilə bağlı misal gətirir ki,

2

 bunun da «Qurani-Kərim»in 



təsiri ilə deyildiyinə şübhə yoxdur.

3

 Beləliklə, Falesin mövqeyi 



sonrakı dövrlərin biliklərindən də istifadə etməklə 

arqumentləşdirilir. Eyni sözləri Nizaminin, digər filosofların 

təlimlərinə münasibətilə bağlı da demək olar.  

Bir şey şəksizdir ki, burada Nizaminin fəlsəfə tarixçisi ki-

mi, yoxsa yaradıcı filosof kimimi çıxış etdiyini ayırmaq çox 

çətindir.  

Fəlsəfə tarixi məsələləri Füzulinin də yaradıcılığında mü-

hüm yer tutur. Füzuli də elmi-fəlsəfi  əsərlərində  təkcə mü-

səlman filosoflarının yaradıcılığına deyil, həm də qədim yunan 

filosoflarına müraciət etmiş  və onlardan iqtibaslar gətirmişdir. 

Nizaminin «İqbalnamə»sində Falesin dilindən deyilən fikirlərə 

Füzulinin «Mətləül-Etiqad» əsərində də rast gəlirik: «İlk ünsür 

sudan ibarətdir, suyun hər bir şəklə düşmək qabiliyyəti 

olduğuna görə onun sıxlaşıb-bərkiməsindən yer, 

(incələşməsindən) od və hava əmələ  gəlmişdir. Göy isə odun 

tüstüsündən törənmişdir».

4

 Füzuli özü də bu fikrə tərəfdar çıxır 



və Qurani-Kərimin Hud surəsindən 7-ci ayəni misal gətirir: 

«Onun ərşi su üzərində idi».  

Füzuli Pifaqordan, Heraklitdən, Demokritdən, Platondan 

da misallar gətirmiş  və özünə doğma olan «varlığın səbəbi 

məhəbbətdir» (Heraklit) ideyasını önə çəkmişdir.  

Füzuli yunan filosoflarından iqtibas gətirməklə kifayət-

lənmir, onları müəyyən bir ideyanın izahı üçün, məqsədyönlü 

surətdə yada salır. Məhəmməd peyğəmbərə istinadla söylədiyi 

və özünün də bütün yaradıcılığı boyu önə çəkdiyi «Tanrının ilk 

 

1



  Nizami Gəncəvi. İsgəndərnamə. B., «Çaşıoğlu», 2004, səh. 396. 

2

 Yenə orada, səh. 397. 



3

 Bax: məsələn, Qurani-Kərim:  Ən-Nəhl surəsi, 4-cü ayə;  yaxud 

Ət-Tariq surəsi, 6-cı ayə və s.   

4

 M.Füzuli. Əsərləri, 5-ci cild, Bakı, «Elm», 1985, səh.94. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə