FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə7/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   2   3   4   5   6   7   8   9   10   ...   129

 

- 20 -


simvolları kimi tanınan Nizami, Mövlana, Sədi Şirazi, Hafiz və 

s. məhz həyat hikmətlərini tərənnüm edirdilər. Sufizmə  də 

Qərbdə  ən çox ona görə maraq vardır ki, burada mənəviyyat 

fəlsəfəsi həyat tərzi ilə birləşir.  İslam özü bir dünyagörüşü 

olmaqla yanaşı, ilk növbədə müəyyən həyat tərzini, mənəvi 

prinsipləri ehtiva edir. Bütün bu məsələlər inteqrativ şəkildə – 

«şərqşünaslıq» (bəzən daha konkret – «islamşünaslıq») adı 

altında öyrənilir. Amma orta əsr islam fəlsəfəsinə ümumbəşəri 

fəlsəfi inkişaf prosesinin aparıcı bir mərhələsi kimi yanaşılmır.            

Bizim tədqiqatçılar isə  fəlsəfənin inkişaf tarixində bizə 

məxsus səhifələrin də olduğunu daha çox tarixi aspektdə yada 

salır və bununla kifayətlənirlər; müsəlman filosoflarının hansı 

ideyalarının müasir fəlsəfi fikrin formalaşmasında rol 

oynadığını  və onların öz aktuallığını  nə  dərəcədə saxlaya bil-

diyini araşdırmağı isə «unudurlar». Bəli, islam fəlsəfəsi bir 

qayda olaraq orta əsrlərin timsalında yada salınır. Və bu zaman 

orta  əsr (islam) fəlsəfəsi adlandırdığımız mərhələnin nə  də-

rəcədə orijinal olduğunu, antik fəlsəfəyə nisbətdə nə də-rəcədə 

müstəqil və yeni olduğunu araşdırmağa da bəzən ehtiyac 

duymuruq. Böyük fəxarətlə  «Şərq renessansından» danışırıq. 

Amma fərqinə varmırıq ki, biz orta əsrlərdə müsəlman 

mütəfəkkirlərinin xidmətini ellin mədəniyyətinin (və  fəlsəfəsi-

nin) yenidən oyanışı, dirçəlişi kimi qəbul etməklə,  əslində bir 

sıra Qərb tarixçilərinin iddialarını  təsdiqləmiş oluruq Av-ropa 

renesansından sonra yeni Avropa mədəniyyəti (və  fəlsəfəsi) 

yarandı. Bəs Şərq renessansından sonra nə yaranıb?  

Renessans özü müstəqil bir zirvə, nəticə kimi götürülür. 

Halbuki, renessansdan məqsəd yeni bir tərəqqi üçün platforma, 

postament hazırlamaqdır. Digər tərəfdən, orta əsr müsəlman 

filosoflarının yeganə  mənbəyi antik fəlsəfə  və ya ellin 

mədəniyyəti olmamışdır.  Burada Şərqin öz qədim fəlsəfi 

düşüncə  ənənələri, zərdüştilik, hind-çin fəlsəfəsi və s.-dən də 

istifadə olunmuşdur.  Ən başlıca xidmətlərdən biri isə, islam 

dünyagörüşünün fəlsəfi 

əsaslarının işlənib-hazırlanması 

olmuşdur.  Əl-Qəzalinin bütün fəlsəfi yaradıcılığı bu məqsədə 

xidmət etmişdir və sonralar xristian sxolastları  ən çox məhz 

onun ideyalarından bəhrələnmişlər. Antik fəlsəfi fikrin islam 

ehkamları ilə uzlaşdırılması  əslində yeni mahiyyətli, hətta çox 



 

- 21 -


                                                          

vaxt yeni məzmunlu fəlsəfi problemlərin, ideyaların ortaya 

çıxmasına səbəb olmuşdur. Məlum fəlsəfi nəzəriyyələr arasında 

ən çox yeni platonçuluğa meyl edilməsi də müsəlman 

filosoflarının antik fəlsəfi təlimlərə seçkili münasibət 

bəsləməsinin nəticəsi idi. Seçkili münasibət üçün isə  əvvəlcə 

müəyyən meyarlar, məxsusi mövqe olmalıdır.      

Qərb filofosları çox vaxt yunan fəlsəfəsi ilə özləri ara-

sında körpü rolunu da bizə «çox görürlər». B.Rassel yazır: 

«Bütün Qərb fəlsəfəsi – yunan fəlsəfəsidir və bizi keçmişin bö-

yük mütəfəkkirləri ilə bağlayan iplərin nə vaxtsa qırılmasını 

qəbul etmək olmaz».

1

 

Təəssüf ki, ümumdünya sivilizasiyasında, ümumbəşəri 



fəlsəfi fikir tarixində bizim də payımız olduğunu iddia edə 

bilmək üçün ancaq orta əsr müsəlman filosoflarının və alim-

lərinin yaradıcılıqlarına istinad etməli oluruq. Amma çox vaxt 

bu «pay» da inkar olunur və ya nəzərdən qaçırılır. Görünür 

unuduruq ki, tarixi yazmaq haqqı da bu gün güclü olanların 

əlindədir.  Əbu Turxan demişkən, «bu günü olmayan xalqın 

keçmişi də yoxdur». Özümüzün ümumbəşəri fəlsəfi fikir 

tarixində  həmmüəllif statusumuzu təsdiqləmək üçün çağdaş 

fəlsəfi fikir səviyyəsində dayanan, dünya fəlsəfə ictimaiyyəti 

tərəfindən nüfuz sahibi kimi qəbul olunan filosoflara 

ehtiyacımız vardır.  Əks təqdirdə biz ancaq bütün dünya üçün 

yazılmış  fəlsəfə tarixinin dişarında, harada isə özümüz üçün 

əlavə bir tarix yazmaqla təskinlik tapmalı olacağıq. «Şərq 

fəlsəfəsi», «islam fəlsəfəsi» və s. bu tipli kitabların çoxalması 

və getdikcə  həcmlərinin artması, harada nə yazılıbsa tərcümə 

olunub, köçürülüb, yeni imzalar altında nəşr olunması, görünür, 

bunun nəticəsidir ki, «Qərb öz tarixini yazır, biz də 

özümüzünkünü yazaq» mülahizəsi rəhbər tutulur. Halbuki, əsas 

məqsəd bunları özümüzə yox, bu gün dünya fəlsəfi fikrində 

aparıcı rol oynayan, müasir fəlsəfi fikrin simasını müəyyən 

edən Qərb tədqiqatçılarına isbat edə bilməkdir. Bunun üçün isə, 

bir tərəfdən, müqayisəli təhlil lazımdır: «həqiqət müqayisədə 

üzə  çıxır». Digər tərəfdən, müqayisə aparmağa, tarixi keçmiş 

haqqında keçərli söz deməyə, yenidən ölçməyə, öz meyarından 

 

1

 Б.Рассел. Мудрость Запада. М., Республика, 1998, стр. 26. 




 

- 22 -


çıxış etməyə, artıq formalaşmış stereotipi dəyişməyə haqqı 

(nüfuzu) çatan, dünya fəlsəfə ictimaiyyəti tərəfindən qəbul 

olunan, «sayılan» çağdaş filosoflar lazımdır.       

Tarix ilə müasirlik bir-birini tamamlayır. Dünya fəlsəfi 

fikrinin ön sıralarına çıxmaq, aktual fəlsəfi problemlərlə bağlı 

tədqiqat aparmaq, yaradıcı ideyalarla çıxış etmək üçün isə 

ümumbəşəri fəlsəfə tarixinin yenidən nəzərdən keçirilməsi, 

daha obyektiv mövqedən şərhi, tənqidi təhlili tələb olunur.  

Bu gün, informasiya almaq imkanlarının çox geniş  və 

yüksək olduğu bir şəraitdə qədim hind-çin fəlsəfi təlimlərindən 

tutmuş ən müasir tədqiqatlara qədər hərtərəfli məlumat bolluğu 

vardır və bunların dilimizə  tərcüməsi,  əlbəttə, yaxşı haldır. 

Lakin fəlsəfənin xüsusiyyəti bundan ibarətdir ki, burada 

məlumat bolluğu, tarixi təfərrüatlar deyil, yaşarlı fikirlərin önə 

çəkilməsi vacibdir; mətnlərin tərcümələri deyil, ideyaların 

«tərcüməsi» önəmlidir.  İdeyalar «tərcümə olunarkən», 

terminoloji fərqlər aradan qaldırılarkən, mətnlər ortaq məxrəcə 

gəlir və təkrarlanan hissələr atıldıqdan sonra ancaq yeni, orijinal 

ideyalar qalır. Bu proses fəlsəfi-tarixi reduksiya prosesidir. 

Fəlsəfə tarixi təkrarlardan, perspektivsiz kənaraçıxmalardan 

təmizləndikdən sonra müasir fəlsəfi fikir səviyyəsi ilə 

eyniləşmiş olur. Nəticədə bir çox keçmiş filosoflar 

müasirlərimizdən daha böyük səlahiyyətlə çağdaş  fəlsəfənin 

yaradıcıları, müəllifləri olurlar. 

Bu kitabın  əsas missiyası da klassik fəlsəfənin yaşarlı 

ideyalarını müasir fəlsəfi fikir müstəvisinə  çəkmək və 

ümumbəşəri fəlsəfi fikir tarixinin reduksiyası sayəsində daha 

mükəmməl fəlsəfi bir sistem üçün zəmin hazırlamaqdan iba-

rətdir.         

 

 



 

 

 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə