FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə10/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   6   7   8   9   10   11   12   13   ...   129

 

- 29 -


                                                          

fəlsəfəyə yaxınlıq dərəcəsi ilə müəyyən edilir. Təkcə bir faktı 

nəzərə almaq kifayətdir ki, R.Dekart İbn Sinadan 600 il sonra 

yaşasa da, onun fəlsəfədə (hətta riyaziyyatda da – Dekart 

koordinat sistemi adlanan məkan modelinin İbn Sina tərəfindən 

irəli sürlməsi faktı çox önəmlidir.

1

) Qərb dünyası üçün yeni 



sayılan bir sıra fikirləri sadəcə  təkrardan ibarətdir, hətta bəzən 

geriyə doğru atılmış addımdır.  İbn Sina ilə Dekart arasında, 

Sührəvərdi ilə Kant, hətta Husserl arasında parallellər bizim 

qarşımızda fəlsəfi fikir tarixinin tamamilə başqa bir mənzərəsini 

açmış olur.  

Şərq fəlsəfəsi, xüsusən orta əsrlərdə islam dünyasında ya-

ranan yeni fəlsəfi baxışlar nəzərə alındıqda Qərb fəlsəfi fikir ta-

rixinə təzədən baxmaq lazım gəlir. Və zaman elə bil ki, altı əsr 

sürüşür. Təsadüfi deyildir ki, bu sətirlərin müəllifi Oksford Uni-

versitetində keçirilən Fenomenologiya üzrə III Dünya Konqre-

sində məruzəsini məhz bu səbəbdən Sührəvərdi-Dekart-Husserl 

xronoloji ardıcıllığı ilə yox, Dekart-Sührəvərdi-Husserl ardıcıl-

lığı ilə şərh etməli olmuş və Qərb filosoflarının diqqətini ideya 

tarixindəki məqsədyönlü (və ya təsadüfi) sürüşmələrə 

yönəltmişdir.

2

 



Biz çox vaxt fikri xalis şəkildə götürərək onun hansı dövr 

düşüncəsinin məhsulu olmasını heç nəzərə  də almırıq. (Amma 

gərək alınsın. Çünki düşüncə tərzləri müxtəlif olur).  

Dövrün düşüncə  tərzi dəyişsə  də, görünür, dəyişiklik  ən 

çox üst qatda gedir. Zəmanə  dərin qatlara nüfuz edə bilmir. 

Zira, hadisələrdə müxtəliflik olduğu halda, mahiyyətlərdə 

eyniyyət və sabitlikdir.  

Tarix zəruri və ya təsadüfi olmasının fərqinə varmadan 

artıq baş vermiş hadisələrdən bəhs edir.  

Elm nisbi zəruri hadisələri, yəni müəyyən  şərtlər daxi-

lində baş verməli olan  hadisələri, başqa sözlə səbəb-nəticə mü-

nasibətlərini öyrənir.    

 

1 Bax:  Ибн Сина. Избранные философские произведения. М., 



«Наука», 1980, стр. 107-108. 

2

 S.Khalilov. Al-Suhravardi’s doctrine and phenomenology. – The 



Third World Congress of phenomenology. Program. Wadham 

College, University of Oxford, England, August 15-21, 2004.  




 

- 30 -


Fəlsəfə varlığın dəyişməyən qatlarını, dəyişkənlik görün-

tüsü arxasındakı sabitliyi  öyrənir. 

Tarix dəyişiklikləri, elm dəyişmənin qanunauyğunluqla-

rını, fəlsəfə sabit qalanları əks etdirir.  

Fəlsəfə dünyanı zaman və  məkan xaricində öyrənir. Za-

man və  məkan müəyyənliyi isə tarixin tələbidir. Elmdə tarixi 

zaman prosessual zamanla – müddətlə  əvəz olunur. Elm 

müstəvisində zaman münasibətləri səbəbiyyət, məkan müna-

sibətləri komporativliklə qarşılıqlı təsir şəklində ortaya çıxır.  

Tarix təkcələr (hadisələr), elm ümumilər arasındakı mü-

nasibəti öyrənir. Fəlsəfə isə  ən ümumilər (universalilər) ara-

sındakı münasibətləri öyrənməklə yanaşı, tarixin özünü də 

ümumilər müstəvisində  nəzərdən keçirir. İnsan da, bəşəriyyət 

də  əbədi ideya dünyasının sakinlərinə çevriləndə  fəlsəfənin 

predmetinə daxil olurlar. 

İnsansızlaşmış dünya, insaniləşmiş dünya, insanlı dünya 

və insan dünyası... 

Bunlardan birincisi elmin, (təbiətşünaslığın), ikincisi li-

rikanın və müvafiq incəsənət sahələrinin, üçüncüsü tarixin, epik 

ədəbiyyatın və sosial elmlərin dördüncüsü isə psixoloji dramla-

rın (və psixologiyanın) predmetini təşkil edir. İnsansızlaşmış 

(maddi) dünya, hissi təcrübə  və  məntiqi təfəkkürlə, insaniləş-

miş, rəmziləşmiş dünya emosiya və  təxəyyüllə, insanlı dünya 

bədii-sosial idrakla, insan dünyası spekulyativ şüurla inikas 

olunur. 

Xalis maddi olan birinci ilə xalis mənəvi olan axırıncı 

arasında mənəviləşmiş maddi  və maddiləşmiş mənəvi  dünya-

lar yerləşir. Bu dünyaların qarşılıqlı əlaqəsi və vəhdəti, onların 

hamısının bir tam halında birləşməsi – fəlsəfənin predmetini 

təşkil edir. Bu böyük dünyanın makrostrukturu fəlsəfi tə-

fəkkürlə mənimsənilir.  

Hadisə ilə mahiyyətin, maddiyyatla mənəviyyatın, insan-

sızlaşmış dünya ilə insan dünyasının  əlaqəsini öyrənmək 

ehtiyacından fəlsəfə yaranır. 

Tarix olanı, elm ola biləni, fəlsəfə olmalı olanı öyrənir. 

Elm gerçək dünyanı təsvir və izah edir, fəlsəfə əsl (həqiqi) dün-

yanı  təsəvvür etməyə çalışır. Elm insanın barışmalı olduğu 

reallığı, fəlsəfə insanın yüksəlməli olduğu idealı ifadə edir.  




 

- 31 -


Tarix hafizəni, elm real dünyanı, incəsənət romantik, 

fəlsəfə ideal (həqiqi) dünyanı öyrənir. Elm soyuq ağlın, fəlsəfə 

qaynar zəkanın məhsuludur.  

Tarix nasiranə, elm soyuqqanlı, fəlsəfə poetikdir.  

Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən 

mahiyyətə gedir, fəlsəfə isə mahiyyətdən başlayır

Dünyanı  dərk etmək üçün elm, dünyanı duymaq üçün 

poeziya, incəsənət var. Fəlsəfə isə duyğulu idrakdan və poetik 

səviyyəyə qalxmış elmdən yaranır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə