FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə13/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   9   10   11   12   13   14   15   16   ...   129

 

- 38 -


lətin, vətənin elmi-fəlsəfi özünüdərk konsepsiyası milli 

intellektin səfərbər olunmasını  tələb edir. O, əvvəlcə milli 

filosoflar və ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlan-

malı  və ancaq bundan sonra geniş kütlələrin sərəncamına 

verilməlidir. Lakin elmi-fəlsəfi dildə yox, elmi-kütləvi, fəlsəfi-

publisistik, poetik dildə, bədii obrazlar vasitəsilə,  ədəbiyyatın, 

sənətin, kütləvi informasiya vasitələrinin bütün mümkün 

imkanlarından istifadə etməklə! 

Vahid milli ideyanın təsiri ilə istiqamətləndirilməyən, 

qarşılıqlı surətdə tamamlana bilməyən, bir növ kortəbii proses-

lərə çevrilən fəaliyyət aktları, özümüzün də xəbərimiz olmadan

qlobal miqyas kəsb etmiş yad ideyaların, ilk növbədə qlobal-

laşma tendensiyalarının təsir dairəsinə düşərək millət daxilində 

onun özünə alternativ olan lokal güc mərkəzləri yaradır.  

Milli-mənəvi dəyərlərin,  əxlaqın, adət-ənənələrin yeni 

nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, 

bədii  ədəbiyyatın, milli fəlsəfi fikir tarixinin rolu böyükdür. 

Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə 

çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik  şəraitində 

yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, 

həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və 

bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik 

ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində – 

milli-fəlsəfi fikir zəminində formalaşır. 

Bir millət üçün canlı tarix haradasa qırılanda, onun in-

kişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, 

inkişaf kənar qüvvələrlə  məqsədyönlü surətdə başqa səmtə 

istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, 

fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə,  ədəbiyyatda, 

incəsənətdə yaşadılması  zərurəti yaranır. Xalq başqa 

imperiyaların işğalı altında qaldıqda, başqa  əqidələrin rəsmi 

təsir dairəsinə düşdükdə  həqiqi böyük ziyalılar estafeti öz 

əllərinə alır və milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri 

yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadaraq, 

bir  əmanət kimi yeni nəsillərə ötürürlər. Dövlət xadimləri, 

siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə 

yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məh-

rum olanda, qılınc qələmlə vaxtında birləşməyəndə bütün 




 

- 39 -


ağırlıq qələmin, yaradıcı ziyalıların üzərinə düşür. Milli 

dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə döv-

lətlərarası dövrdə – dövlətsizlik şəraitində kəsilməzliyi ziyalılar 

və onların saldığı milli-mənəvi körpülər təmin etməli olur.  

Etnik-milli təfəkkürdən milli dövlətçilik  şüuruna gedən 

yol milli və ümumbəşərinin sintezindən keçir. «Milli» anlayışı 

iki fərqli məzmun yükünə malikdir. O, birincisi, hər bir millət 

üçün spesifik olan, onu fərqləndirən xüsusiyyətləri, ikincisi, bü-

tün millətlər üçün nümunə olan cəhətləri əhatə etməklə, nəticə-

də  fərqli cəhətlərlə ümumi cəhətlərin vəhdətini təcəssüm 

etdirmiş olur.  

Hər bir şəxs müəyyən bir millətə mənsub olmazdan əvvəl 

insandır. Və milliyyətindən asılı olmadan bütün insanlar üçün 

ümumi, zəruri olan cəhətlər vardır. «Etnik-milli» anlamı 

müxtəlif qrupların insanlarını  fərqləndirən cəhətləri önə  çək-

diyinə görə, məzmunca kasıb və solğundur. Sözün geniş 

mənasında «milli» anlamı isə  hər bir insana məxsus zəruri 

şərtləri də əhatə etdiyindən, daha tutumlu və zəngindir. 

İnsanı  səciyyələndirən keyfiyyətlərin çoxu; onun maddi 

ehtiyacları, intellekti, biliyi və əməli vərdişləri ümumbəşəri sə-

ciyyə daşıyır.  Əsrlər boyu əvvəlki nəsillərin fəaliyyəti ilə ya-

ranmış elm və texnologiya, maddi-texniki sərvətlər bütün 

insanlar üçün ünvanlanmışdır. Lakin bu və ya digər millətə 

mənsub olan adamlar müəyyən dildə danışır, müəyyən adət-

ənənələri qoruyub saxlayırlar. Bunlar etnik-milli xüsusiyyətlərə 

aiddir. Milli dildən fərqli olaraq riyaziyyatın dili, kompüterin 

dili, texnikanın dili qlobal səciyyə daşıyır. Daha doğrusu, bu 

dilləri bilən insanlar da millətlər kimi qruplaşıb öz aralarında 

ünsiyyətə girirlər.  

Bu baxımdan, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, 

yeni ictimai birlik normaları yaranır və onlar hətta «etnik» 

birliklərə nisbətən daha dayanıqlı ola bilərlər. Xüsusən, qlobal-

laşma  şəraitində  KİV və internetin açdığı  məkan məhdudiyyə-

tindən azad olan belə yeni birliklərin formalaşması və bəşəriy-

yətin elə bil ki, çalxalanıb yeni strukturlar kəsb etməsi olduqca 

əlamətdar proseslərdir və bunlara biganə qalmaq olmaz. 

Bu yeni rakursdan baxdıqda «milli» anlayışının da ye-

nidən dəyərləndirilməsinə, onun məzmununa daxil olan yeni 




 

- 40 -


məna çalarlarına xüsusi diqqət yetirilməlidir. Ona görə  də

yenidən «fərdi Mən», «milli Mən» və «ümumbəşəri Mən» anla-

yışlarına qayıtmaq, «milli» anlamının mahiyyətinə  də yenidən 

nəzər salmaq tələb olunur.   

Milli fəlsəfi fikir dünyanın bir insana münasibətini və ya 

bir insanın dünyaya şəxsi, fərdi münasibətini  əks etdirməkdən 

fərqli olaraq, milli mənlə dünya arasındakı münasibəti ifadə 

edir. «Milli Mən» «fərdi Mən»dən və «ümumbəşəri Mən»dən 

fərqli olduğu kimi, onun dünyaya münasibəti də fərqlidir.  

Bəs dünya Milli mən prizmasından necə görünür?  

Əlbəttə,  əsl böyük fəlsəfə  fərdi Mənlə dünya arasındakı 

münasibəti əks etdirir. Belə ki, fərdi Mən ümumbəşəri  milli 



Mənləri ehtiva etmək imkanına malik olduğundan, daha zəngin-

dir. Lakin fərdi Mən heç də həmişə özünü dərk edə bilmir. Ayrı-

ayrı  fərdlərin özünüdərk yolu milli və ümumbəşəri 

özünüdərklərin ancaq müəyyən elementlərini ehtiva edir. Daha 

doğrusu, fərdi özünüdərkdə duyğu komponenti, intiutiv 

komponent, irrasional komponent daha böyük sahəni əhatə edir. 

Rasionallaşmış  məqamlar isə azlıq təşkil edir. Bu baxımdan, 

fərdi  şüur daha zəngin olsa da, daha çox qeyri-müəyyəndir və 

rasionallaşmış hissənin faizinə görə geri qalır.  

Ümumbəşəri şüur, ümumbəşəri özünüdərk əsrlər boyu in-

sanların dünyaya münasibətinin rasionallaşmış ifadəsidir. Bura-

da duyğudan, emosiyadan (xatirədən, nisgildən və s.) daha çox 

koqnitiv biliklər əhatə olunur. Lakin insanın dünya haqqındakı 

bilikləri müxtəlif iyerarxik pillələrdə təzahür edir. Fəlsəfə məhz 

ən ümumi biliklər  əsasında,  ən ümumi qanunların dərki sa-

yəsində dünyanın ümumiləşmiş mənzərəsini yaratmağa çalışır.     

Hansı ölkədə yaşamasından, hansı milləti təmsil etməsin-

dən asılı olmayaraq, filosoflar dünyanı bir insan meyarı ilə, 

insan prizmasından, ümumbəşəri dəyərlər mövqeyindən dərk 

etməyə çalışır və dünyanın, insan-dünya münasibətlərinin 

müxtəlif modellərini, konsepsiyalarını hazırlayırlar.  

Lakin insan öz milli və  fərdi prizmalarından dünyaya 

münasibətini bildirirsə, burada da ümumiləşdirmək üçün yararlı 

olan rasional biliklər toplanır. Hər bir fərdin öz dünyası olduğu 

kimi öz fəlsəfəsi də var. Müxtəlif fərdlərin fəlsəfəsini yığıb, 

vahid ortaq məxrəcə  gətirmək mümkün deyil. Daha doğrusu, 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə