FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə3/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   2   3   4   5   6   7   8   9   ...   129

 

- 8 -


aprior (təcrübədən kənar) sintetik mühakimələr aiddir. Məsələn, 

bütün riyazi mühakimlər aprior olmaqla yanaşı, həm də 

sintetikdir. Bu kontekstdə Kant xalis, yəni təcrübədən kənar 

biliklərin təsnifatını verir və kitab da buna uyğun olaraq üç 

hissəyə bölünür: transsendental estetika, analitika və dialektika.  

Kantın idrak nəzəriyyəsinə daxil etdiyi yeni kateqoriyalar 

bütün sonrakı qnoseologiyanın mərkəzində dayanmış, müasir 

epistemologiyanın formalaşmasına xidmət etmişdir. Lakin Kan-

tın tədqiqatları idrak prosesinin öyrənilməsi ilə bitmir. O, 

insanın praktik həyatını,  əməli fəaliyyət sferasını da zəka 

zirvəsindən təhlil edir və özünün məşhur «Praktik zəkanın 

tənqidi»  əsərində etika problemlərini ön plana çəkir. Məşhur 

Kant antinomiyalarının  əxlaq sferasına tətbiqi insan mənəvi 

aləminin dialektik mənzərəsini yaradır. Kantın estetik təlimi də 

bu gün öz müasirliyini itirməmişdir. Gözəlliyi 

məqsədəuyğunluq forması kimi qiymətləndirən Kant estetik 

meyarları əməli və əxlaqi sferalara tətbiq edir.  

Kant ideyaları heç də  təkcə  kantçılıq  və  yeni kantçılıq 

təlimlərində davam etdirilmir. XX əsrin bir çox böyük fəlsəfi 

cərəyanları: fenomenologiya, analitik fəlsəfə, germenevtika, 

hətta freydizm də Kant fəlsəfəsinin güclü təsiri altında for-

malaşmışdır. Maraqlıdır ki, Kant təlimi hətta bir sıra teoloji 

cərəyanlar üçün də elmi baza kimi götürülür, Kant etikası yeni 

dini istiqamət – «əxlaqi din» kimi qəbul olunur. Kantın məşhur 

«inam üçün yer təmizləmək naminə biliyi məhdudlaşdırmaq 

lazım gəldi», – fikri teologiyanın xeyrinə mühakimə kimi 

qiymətləndirilir. Halbuki, Kant «dini ancaq zəka çərçivəsində» 

qəbul edirdi. 

Bu qədər müxtəlif, hətta bir-birinə zidd olan fəlsəfi cərə-

yanların Kant təlimindən bəhrələnməsi ilk növbədə bu təlimin 

mürəkkəb və çoxpilləli strukturu ilə, əksiklikləri özündə ehtiva 

etməsi ilə əlaqədardır. Özündən sonrakı fəlsəfəyə və filosoflara 

böyük təsirinin nəticəsidir ki, müasir dövrdə böyük nüfuz 

qazanmış bir çox canlı klassiklərin adı başqaları ilə yox, məhz 

Kantla yanaşı, onun davamçısı kimi çəkilir. «Kant və 

Haydeqqer», «Kant və Husserl», «Kant və Qadamer», «Kant və 

Kassirer» və s., və s. Əlamətdar haldır ki, oxuculara təqdim 

etdiyimiz kitabda da belə bir paralel aparılır: «Kant və 




 

- 9 -


Sührəvərdi». Bununla yanaşı, göstərilir ki, burada Kant öz 

xələfləri ilə deyil, sələfi ilə – ondan altı  əsr  əvvəl yaşamış 

böyük Azərbaycan filosofu ilə müqayisə olunur. Lakin 

Azərbaycanda Kant ideyalarını müəyyən məqamlarda 

qabaqlamış  şəxslərlə yanaşı, bu gün bu ideyaları  qəbul edən, 

bölüşən və onun davamçısı, tədqiqatçısı olan şəxslər də az 

deyil. Həm də Kanta olan maraq günü-gündən artır.     

Kant fəlsəfi təliminin aspektləri çoxdur. Lakin bu gün ən 

çox diqqəti çəkən və Kantı bizim böyük müasirimiz edən 

təlimlərdən biri onun ümumdünya vətəndaş  cəmiyyəti haq-

qında, insan azadlığı haqqında, mədəniyyətin və mənəvi kamil-

liyin dövlətçilikdə rolu haqqında yazdıqlarıdır. Kantın 

«Ümumdünya vətəndaş planı»nda ümumi tarix ideyası» adlı 

əsəri çağdaş dövlət quruculuğu prosesində, dünyada gedən 

qloballaşma prosesinin mahiyyətinin dərk olunmasında böyük 

rol oynayır. Kant azadlıq ideyasının ictimai münasibətlərdə bər-

qərar olmasını ilk növbədə düşüncə azadlığı ilə  əlaqələndirir. 

Bizcə, Kantın özü öz misilsiz fəlsəfi yaradıcılığı ilə azad 

düşüncənin nəyə qadir olduğunu gözəl nümayiş etdirmişdir.  

Bu gün Azərbaycanda Kant fəlsəfəsinə münasibəti iki 

aspektdə  nəzərdən keçirmək olar. Birincisi, Kant fəlsəfəsinin 

əsaslarının öyrədilməsi, dərsliklərdə  və  dərs vəsaitlərində bu 

sahənin daha aydın və geniş  şərh olunması vacibdir.  İkincisi, 

bütün dünya ölkələri kimi, ölkəmizin fəlsəfə mütəxəssisləri də 

Kant ideyalarının tədqiq olunması  və inkişaf etdirilməsi 

sahəsində öz xidmətlərini əsirgəməməlidirlər; oxuculara təqdim 

olunan bu kitab məhz belə bir məqsədə xidmət edir.  

Orta  əsrlərdə bütün İslam  şərqində olduğu kimi, Azər-

baycanda da fəlsəfi fikir əsasən iki istiqamətdə inkişaf etmişdir. 

Bir tərəfdən, qədim yunan fəlsəfəsinin təsiri ilə  məntiq və 

metafizika problemlərinə geniş yer ayrılmış, digər tərəfdən də, 

islam ehkamlarının təsiri ilə  kəlamçılıq inkişaf etmiş, Quranın 

düzgün təfsiri məsələsi ön plana çəkilmişdir. Bununla belə, bu 

iki qütb arasında bir sıra başqa fəlsəfi təlimlər də meydana gəl-

mişdir. Buna ən parlaq misal sufilik və işraqilikdir.  

Müasir Qərb fəlsəfəsində dini-mistik düşüncəyə, qədim 

Şərq təlimlərinə, o cümlədən, təsəvvüf və  işraqilik fəlsəfəsinə 

meyl getdikcə artmaqdadır. Daha çox elm fəlsəfəsinə, 




 

- 10 -


epistemologiya problemlərinə üstünlük verən, ilahiyyat və me-

tafizika problemlərindən qaçmağa çalışan Qərb tədqiqatçıları 

son dövrlərdə insan mənəvi aləminin (Mən-in) öyrənilməsinə, 

şüur fəlsəfəsinə, özünüdərk problemlərinə geniş yer verməyə 

başlamışlar. Yeni problemlərə keçid orta əsrlərin islam 

filosoflarının elmi-fəlsəfi irsini xeyli aktuallaşdırmışdır. Bu 

baxımdan, son illərdə Avropa ölkələrindəki konfransların 

proqramına işraqlik təlimi ilə  əlaqədar məruzələrin daxil 

edilməsi xüsusi diqqətə layiqdir. Ona görə də, prof.S.Xəlilovun 

Oksford Universitetində 

və Hollandiyanın Nicmegen 

Universitetində etdiyi məruzələrin mətnini ingilis dilində son 

söz  əvəzi kimi kitaba daxil etməsi  əsərin aktuallığını daha da 

artırır.  

Orta  əsr Azərbaycan fəlsəfi fikrinin böyük nümayəndəsi 

Şihabəddin Yəhya Sührəvərdinin irsinə maraq getdikcə artır. 

Avropada və ABŞ-da onun əsərlərinin yenidən çap olunması və 

İşraqilik fəlsəfəsinin  şərhinə  həsr olunmuş yeni-yeni kitablar 

çıxması göstərir ki, orta əsrlərdə irəli sürülmüş konsepsiyalar 

hələ də öz elmi-fəlsəfi dəyərini itirməmişdir. 

Müəllif işraqiliklə yanaşı, orta əsrlərdə daha geniş yayıl-

mış olan təsəvvüf fəlsəfəsinə  də müraciət etmişdir. Sufizmin 

bütün aspektləri nəzərdən keçirilməsə də, onun eşq probleminə 

münasibəti müasir dövrün «məhəbbət» anlamı kontekstində 

təhlil edilmişdir. S.Xəlilov böyük Azərbaycan filosofu 

Şihabəddin Yəhya Sührəvərdinin anadan olmasının 850 illik 

yubileyi münasibəti ilə  İşraq fəlsəfəsinə  həsr olunmuş 

təqdiqatlarını ayrıca bir fəsil kimi kitaba daxil etmiş və işraqilik 

təlimini müasir Qərb fəlsəfi sistemləri ilə müqayisədə nəzərdən 

keçirmişdir ki, bu da kitabın ümumi ruhuna tamamilə uyğun 

gəlir. H.Cavid və C.Cabbarlının fəlsəfi dünyagörüşlərinin həm 

ayrılıqda, həm də qarşılıqlı surətdə  və  qərb mütəfəkkirləri ilə 

müqayisəli şəkildə şərhi də Azərbaycan fəlsəfi fikir tarixi üçün 

uğurlu addım hesab oluna bilər.    

Kitabda habelə böyük ingilis mütəfəkkiri Con Lokkun 

fəlsəfi təliminə münasibət bildirilmiş, xüsusən onun dini-fəlsəfi 

fikirləri ilk dəfə olaraq Azərbaycan dilində şərh olunmuşdur.  

Con Lokk Yeni dövrün məfkurə  əsasını qoyan böyük 

filosoflardan biridir. Azərbaycanın Avropaya inteqrasiya 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə