FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə31/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   27   28   29   30   31   32   33   34   ...   129

 

- 94 -


sirrə əsaslandığını bir sövq-təbii ilə, fəhmlə dərk edirlər. Lakin 

bir Qərb adamı olaraq U.Ceyms təbiətşünaslığın açdığı 

imkanlardan kənar qala bilmir və ümid edir ki, ənənəvi elmi 

üsullarla alınan biliklər, fizioloji və nevroloji proseslərin 

tədqiqi, nəhayət nəfsin öyrənilməsi üçün baza olacaqdır. Və 

ümid edir ki, indi baş-ayaq qoyulanlar fəlsəfi konteksə keçdikdə 

yenidən öz yerini tuta bilər.  

Elmin mövqeyi isə  təxminən belədir ki, nəfs,  şüur hadi-

sələri bədənlə xarici maddi aləm arasında qarşılıqlı  əlaqədən 

irəli gəlir. Yəni iki maddi tərəf arasındakı münasibət fərqli bir 

mahiyyətin – şüurun yaranmasına səbəb olur. Lakin ən çətini və 

elm üçün əlçatmaz olan da, elə bu keçid məqamının anlaşıl-

mazlığıdır. Cismlə qarşılıqlı  əlaqə  nəticəsində orqanizm 

müəyyən fiziki təsirlərə  məruz qalır və bu təsirlər beynə 

ötürülür. Beyndə  də müəyyən proseslər gedir, qıcıqlar 

neyronlara təsir edir və s., və s. Bütün bunları elm öyrənə bilər. 

Lakin beyndə gedən sonrakı maddi proseslərin sayəsində maddi 

aləmin hüdudundan kənara çıxan, ondan köklü surətdə  fərqli 

olan və maddi üsullarla qavranıla bilməyən, görünməsi, 

eşidilməsi, toxunulması mümkün olmayan şüur hadisələri 

ortaya çıxır. Bax bu keçidi və yaranmış yeni mahiyyətli 

hadisəni təbiətşünaslıq izah edə bilmir. Elmin ən son 

nailiyyətlərinə əsaslanmağa çalışan fəlsəfə də bu məqamda aciz 

qalır.  Bu    keçid,  sıçrayış, bu böhran məqamı elm üçün an-

laşılmaz olduğu kimi, sıçrayışdan sonra qədəm qoyduğumuz 

yeni dünya, mənəvi-ruhani dünya da elm üçün əlçatmazdır. 

(Elm bu sahəni fəlsəfəyə saxlamışdır.) Çünki, bu dünyada nə 

məkan, nə zaman, nə  də səbəbiyyət hökm sürür. Maddi dünya 

qanunlarından heç biri burada işləmir. Lakin insan malik olduğu 

əqlin, mənəviyyatın sayəsində, həmin sirli və  əsrarəngiz 

dünyanın sayəsində maddi dünyaya fərqli bir münasibət 

bəsləməyə başlayır ki, bax, bundan sonrakı zona yenə  də elmi 

tədqiqat zonasıdır. Daha doğrusu, bu elə  əvvəlki, şüuraqədərki 

maddi dünyadır, sadəcə bizə  məlum olduğu  şəkildə. Zira, 

şüuraqədərki dünyanın özü də bizim üçün əlçatmazdır, qaran-

lıqdır. Dünya bizim üçün şüur mərhələsindən sonra işıqlanır. 

Daha doğrusu, işıqlanmış hissəsi bizim üçün dünyadır.  

Ona görə  də, müasir psixologiya əslində bir neçə  fərqli 




 

- 95 -


                                                          

tədqiqat sahələrini, zonalarını ehtiva edir. Bu kəsişmə  məqa-

mına qədər olan fiziki, fizioloji və neyrofizioloji proseslərin 

eksperimental və  nəzəri tədqiqi və bir də insanın davranışları-

nın, onun «şüurlu» fəaliyyətinin eksperimental və nəzəri tədqiqi 

(analoji olaraq koqnitiv psixologiya da iki mərhələyə 

bölünür)…  

Şüuraqədərki hadisələr zonası  və  şüurdan sonrakı hadi-

sələr zonası…   

Şüur hadisəsi, fikrin, ideyanın müstəqil mövcudluğu və 

əql aləmində gedən proseslərin maddi aləmdən asılı olmaması 

… 

Hegelin fikrinə görə, fikir yalnız özünü doğurarkən, – 



özünü tapır. Və yalnız o zaman ki, özünü tapır, onda mövcud-

dur və fəaliyyətdədir.

1

 Hegelə görə, fikrin özünü tapması fərdi 



miqyasda mümkün olduğu kimi ümumbəşəri miqyasda da 

mümkündür. Bütövlükdə  bəşəriyyət üçün bu proses fəlsəfə 

tarixindən ibarətdir. İnsan ümumisinin, böyük hərflərlə insanın 

intellektual müstəvidə özünüdərki ayrıca götürülmüş bir insanın 

deyil, bütövlükdə  bəşəriyyətin missiyasıdır. Fərdin özünüdərki 

isə fikir müstəvisində yox, hissi təcrübənin bir məqamı kimi 

həyata keçir. Sadəcə olaraq burada təcrübənin obyekti insanın 

öz Mən-i, mənəvi dünyasıdır. Təkcə intellektlə yox, instinktlə, 

nəfslə  səciyyələnən konkret, spesifik və unikal bir mənəvi 

dünya!  


M.Merlo-Ponti özünün «Qavrayışın fenomenologiyası» 

əsərində R.Dekartın məşhur «düşünürəmsə demək mövcudam» 

fikrinə  işarə etməklə yazırdı: « «Mən düşünürəm» tezisi 

indiyədək başqasının qavranmasını  dəyərdən salırdı; o mənə 

deyirdi ki, «Mən» ancaq onun özü üçün əlçatandır. Belə ki, 

Mən bir fikir kimi təyin olunduğumdan Mən mənim özüm 

haqqımdakı fikrimlə eyniləşdirilirdi».

2

 



Bəs  əslində  Mən kimdir, yoxsa nədir?  İnsanın bədəni, 

nəfsi və əqli Mən-lə nə dərəcədə əlaqədardır? Orta əsrlər islam 

 

1

  Гегель.  Лекции  по  истории  философии.  Книга  первая. // 



Гегель. Сочинения М., 1932, том  ЫХ стр.12.  

2

  Мерло-Понти. (bax:  Филиппов  Л.И.  Философская  антропо-



логия Жан-Поля Сартра. М., «Наука», 1977, стр.15).  


 

- 96 -


fəlsəfəsində, xüsusən  İbn Sina və  Ş.Sührəvərdinin  əsərlərində 

Mən əsasən nəfslə eyniləşdirilir. Dekart insanın mövcudluğunu 

onun düşüncəsi,  əqli ilə bağlayır. Materialist təlimlər və adi 

şüur isə insanın varlığını daha çox dərəcədə  bədənlə 

eyniləşdirirlər. Lakin diqqətlə yanaşıldıqda bütün insan 

bədənləri təxminən eyni bir funksiyanı icra edir və onların fərqi 

insan həyatlarının rəngarəngliyini ifadə etmək üçün əsla yetərli 

deyil. Digər tərəfdən, ölümdən sonra bədənin öz funksiyalarını 

itirməsi, onun heç də müstəqil və ya aparıcı olmadığına dəlalət 

edir. Ölüm isə nəfəsin dayanması və nəfsin bədəndən ayrılması 

kimi başa düşülür. Deməli, bədənə  həyat verən, onu bir canlı 

varlıq kimi yaşadan  əslində  nəfs imiş.  Əqlin fəaliyyətinə 

gəlincə, o universal səciyyə daşıyır və bütün insanlar üçün 

təxminən eynidir. Düşüncə qabiliyyətləri, potensial imkanlar 

fərqli ola bilər. Lakin yol eyni yoldur. Görünür, buna görə də, 

əqlin fərdi Mən-i səciyyələndirmək şansı azdır.  

Lakin nəfslər necə, fərdidirlərmi və  nə  dərəcədə? Platon 

belə hesab edirdi ki, nəfs (ruh) bir insan öldükdən sonra başqa 

insanlarda və  hətta heyvanlarda yaşamaqda davam edir. 

Bununla da nəfsin fərdiliyi, unikallığı inkar edilirdi. Buna 

baxmayaraq, hər bir fərdin öz şəxsi həyatında nəfsini 

təkmilləşdirməsi və deməli, sonrakı  nəsillərə irs olaraq daha 

sağlam ruh qoyub getməsi imkanı açılırdı. Deməli, tərbiyə bir 

tərəfdən insanlar arasındakı münasibətin sayəsində mümkün 

olursa, digər tərəfdən, insanın öz Mən-ini təkmilləşdirməsi 

sayəsində həyata keçir.  

Özünü tanımaq, həyatını öz meyarlarına uyğun  şəkildə 

qurmaq heç də bütün insanlara qismət olmur. Neçə-neçə insan 

bu dünyada həyat sürüb, başqaları ilə ünsiyyətdə olub, 

başqalarını tanıyıb, onlarla iş birliyi qurub, amma bir dəfə  də 

olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə isə 

bir iş görmək şansı olmayıb. Amma kimə ki, özü ilə görüşmək 

nəsib olur, onun keçirdiyi ilk hiss heyrət və vahimə ilə müşaiyət 

olunur. Başqasının istəklərinə  və düşüncələrinə soyuqqanlı 

yanaşmaq, onları tənqidi surətdə nəzərdən keçirmək emosiyasız 

da mümkündür. Yaxın adamlarının mövqeyinə, həyat tərzinə 

biganə qalmaq çətindir. Özünə qarşı biganəlik qeyri-

mümkündür. (Düzdür, insan özünü heç tanımadan rahatca 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə