FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə36/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   32   33   34   35   36   37   38   39   ...   129

 

- 109 -


tədqiqat vasitəsilə – strukturun öyrənilməsi yolu ilə, yaxud da 

xarici əlaqələrin öyrənilməsi ilə. Xarici əlaqələrdə cisim özünü 

bütöv bir obyekt kimi ifadə edir. Bu səviyyələrdəki xassələr 

makrostrukturdan irəli gəlir. Bu zaman daxildə gedən proseslər 

nəzərə alınmır. 

 

Fəlsəfi axtarışların əsas vəzifələrindən biri Haqqın, Əda-



lətin, Xeyirin, Fəzilətin, Həqiqətin açarını tapmaq, görüntülər 

arxasındakı həqiqi mənaları üzə çıxartmaq olmuşdur. Həqiqətin 

əldə olunması, dünyanın dərki ilə  əlaqədar olaraq irəli sürülən 

müxtəlif təlimlərin təsnifatını apararkən məlum olur ki, ilk 

baxışda çox fərqli görünən yanaşmalar  əsasən üç istiqamətdə 

qruplaşdırıla bilər.  



Birincisi, həqiqətin açarı Allahdadır və ona çatmağın 

yeganə yolu Kitab (səmavi kitablar nəzərdə tutulur) və ya 

vəhydir. Ancaq Kitabı qəbul edənlər və onun hərfi məzmununu 

mütləqləşdirənlər (kəlamçılar) həqiqətin peyğəmbərdən 

başqasına nazil olması imkanını  rədd edirlər. Vəhyi ümu-

miləşmiş mənada başa düşənlər Allah vergisini potensial olaraq 

hər bir insanın qisməti hesab edirlər. Vəhyin yolu isə  mənəvi 

saflaşmadan keçir.  

Bu mövqeyin təməlində dini ehkamçılar və orta əsr sxo-

laslarının (Avqustin, əl-Qəzali və s.) bir qismi dayanırlar.  



İkincisi,  təbiət özü bir kitabdır və ilahi həqiqətlər təbiət 

vasitəsilə verilir. Deməli, insanlar həqiqətləri təbiəti öyrən-

məklə  əldə edirlər. Təbiətşünas alimlər, naturfilosoflar əsasən 

bu mövqedən çıxış edirlər. Bu mövqe özü iki fərqli istiqamətdə 

inkişaf etmişdir. Hissi dünyanı  əsil varlıq kimi qəbul edənlər 

duyğunu və hissi təcrübəni idrakın  əsası  və  həqiqətin açarı 

hesab edirlər. Bu dünyagörüşü empirizmin, sensualizmin, 

materializmin və s. mövqeyini ifadə edir. Deistlərin, idealist 

sensualistlərin və bir sıra digər idealistlərin (maxizm, empirio-

kritisizm, tənqidi rasionalizm və s.) mövqelərində spesifik cə-

hətlərin olmasına baxmayaraq, onlar da dolayısı ilə bu mövqe-

dən çıxış edirlər.  

Bu mövqeyin təməlində Aristotel dayanır.  

Üçüncüsü,  həqiqi biliklərin mənbəyi əqldir. İnsan düşün-

dükcə həqiqətə daha çox yaxınlaşır.  




 

- 110 -


Bu mövqeyin təməlində Anaksaqor, neoplatoniklər, 

Dekart və s. dayanırlar.  

Və bir də bu üç mövqeyin müxtəlif kombinasiyaları var-

dır. Məsələn, Kant epistemologiyası ikinci və üçüncü möv-

qelərin sintezindən yaranmışdır.  İbn Sina və Sührəvərdinin 

idrak təlimi birinci və üçüncü mövqeyi ehtiva edir.  

 Sührəvərdi təlimində dünya mütləq işıq və mütləq 

qaranlıq arasında yerləşir.  

Əbu Turxan təliminə görə, dünya iki qütb arasında yer-

ləşir: mütləq ideya və mütləq maddiyyat.  

İlk baxışda işığın ideyaya, qaranlığın maddiyyata adek-

vatlığı fikri ağla gəlir. Bu – nə dərəcədə belədir.  

İdeyanın işıq kimi qəbul olunması halları fəlsəfə tarixində 

çox rast gəlinir.  Əqlin işıq kimi, nadanlığın qaranlıq kimi, 

zülmət kimi götürülməsi halları da vardır. Bu iki yanaşmanın 

adekvatlığı  məsələsi isə ilk baxışda nə  dərəcədə  təbii görünsə 

də, xüsusi tədqiq olunmağa layiqdir.   

Bu cür yanaşmalar: xeyir və şərin, işıq və qaranlığın, ni-

zam və xaosun, bilik və biliksizliyin qarşılaşdırılması qütbləri 

müəyyənləşdirir və dünya doğrudan da bu qütblər arasındadır. 

Lakin nəzərə alınmalıdır ki, iki qütb yox, ən azı dörd qütb var. 

(Üçölçülü fəzada hətta altı qütb var).  

Bəlkə işıq və qaranlıq Şərq və Qərb qütblərinə bənzədil-

diyi kimi, nizam və xaos Şimal və  Cənub qütblərinə  bən-

zədilməlidir. Onda nizamın həm işıqlı, həm qaranlıq tərəfi, 

xaosun da həm işıqlı, həm qaranlıq tərəfi ola bilər. Xeyirin həm 

aşkar, həm gizli, Şərin də  həm aşkar, həm gizli tərəflərindən 

danışmaq olar. Şüurun həm aşkar, həm aşkarlanmayan tərəfi 

olduğu kimi, nadanlığın da görünən və görünməyən tərəfləri ola 

bilər.  


Səxavət həddini keçəndə israfçılıq olur. Sevgi həddini 

keçəndə məcnunluq olur…  

İşıq nəyi işıqlandırır?  Fiziki işıqla nurani işığın parale-

linlən çıxış etsək… 

İşıqda gördüklərimiz qaranlıqda görünmür. Görünməzlik 

şeyin yoxluğunamı  dəlalət edir? Yaxud işıq  şeyin 



yaradılmasınamı, yoxsa görünməsinəmi xidmət edir?   


 

- 111 -


Fiziki işığın iki fərqli funksiyası  məlumdur. Görməyə 

xidmət etməkdən başqa, işıq həm də enerci mənbəyidir. Bitkilər 

Günəşdən enerci almasa cücərməz, yaşıllaşmaz.  

Bitki Günəş şüalarından (enercisindən) qidalanır. 

Günəş (od), torpaq, su, hava – canlılar üçün qida, enerci 

mənbələridir… 

Canlı – nəfəs almalıdır, su içməlidir, yeməlidir və isinmə-

lidir. Buna uyğun olaraq fəlsəfə tarixində dörd ünsür nəzə-

riyyəsi uzun müddət bərqərar olmuşdur.  İstər «çarvak»lar 

təlimi, istər Empedokl təlimi bu dörd ünsürü önə çəkib: torpaq, 

od, su, hava. Lakin bu dörd ünsür cismlərin tərkibinimi ifadə 

edir, yoxsa onlar hər bir canlının (məhz canlının) yaşaması üçün 

zəruri  şərt olub, sadəcə enerci mənbələridir.  İnkubator toyuğu 

elektrik lampası ilə əvəz edir. Məlum olur ki, enercinin mənbəyi 

önəmli deyil, yumurtanın üstündə istər toyuq, istər hind quşu 

yatsın, istərsə də lampadan istilik verilsin, yumurta kimindirsə, 

nəyindirsə o da hasil olacaqdır. Yəni yaranan şeyin ideyası 

enercidə yox, yumurtadadır. Toxum da torpağa səpilir, suvarılır, 

Günəşdən qida alır. Lakin nə Günəşə, nə torpağa, nə  də suya 

bənzəyir. Toxum özü nəyin məhsuludursa (rüşeymində hansı 

proqramı daşıyırsa), qidalandıqdan sonra ona da çevrilir.  

İşıq, nur özü ideya daşıyıcısı olmayıb (passiv) ideyanın 

canlanmasına xidmət edir. Fiziki işıq rüşeymdəki proqramın 

realizasiyasına xidmət etdiyi kimi, zehni işıq da şeylərdəki 

passiv ideyanın insan beynində canlanmasına xidmət edir.  

Ancaq görmə ilə yox, digər duyğu üzvləri vasitəsilə in-

formasiya  əldə edilməsi də özünəməxsus vasitələrlə  həyata 

keçir. Söhbət bizim beynimizin fiziki bir sistem olaraq kənar 

şeylərdən gələn qıcıqlara reaksiyasından, «tanıma» prosedu-

rundan gedir.  

Con Lokka görə, dünya Allah tərəfindən yaradılsa da, 

əqli prinsiplər  əsasında fəaliyyət göstərir və buna görə də Con 

Lokk yaradıcılığında insan əqlinə, zəkaya böyük önəm verilir.  

 

 

 

 

 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə