FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə60/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   56   57   58   59   60   61   62   63   ...   129

 

- 184 -


                                                          

daş  əriyir»».

1

 Burada biz əslində bir qədər  əvvəl  İbn Sina və 



Nizami tərəfindən irəli sürülmüş eşq konsepsiyasının davamını, 

poetik təkamülünü görürük.  

Mövlana öz eşq təliminin izahını da verir: «Allah ona 

(aşiqə) səbəbsiz olaraq bu varlığı vermişdir. O, comərd  ər də 

səbəbsiz olaraq Allah vergisini Allaha bağışlayır».

2

 Lakin sual 



olunur ki, Allah doğrudandamı insanlara varlığı və bu hissi ona 

geri qaytarmaq üçün vermişdir? Hətta bu belədirsə  də, Allahı 

sevməyin yolu insanları və təbiəti sevməkdən keçməli deyilmi? 

Axı, başqa bir yaxınlaşmaya görə yerdə  və göydə olan bütün 

gözəlliklər Xaliqin təzahürüdür.  Əlbəttə, biz bu fikri panteist 

yozumunda demirik. Allahın, insan və  təbiətin fövqündə 

dayandığına şübhə etmirik. Amma bu fövqəlqüdrətin insanlarda 

və təbiətdə də təzahür etdiyini söyləyənlərə tam etinasız da ya-

naşa bilmərik. Bu, incə bir məqamdır.  

Vaxtilə böyük İbn Sina bu məsələyə aydınlıq gətirməyə 

çalışmışdır: «Elələri də var ki, nəfsi Allah hesab edirlər, – 

kafirlərin dediklərindən yüksəkdə dayan, – guya o müəyyən bir 

tərzdə hər şeydə o iştirak edir: bir halda – təbiət, digər halda – 

zəka və üçüncü halda – nəfs. Lakin o bunların 

birləşdirilməsindən yüksəkdə dayanır».

3

 Gözəl deyilmişdir. 



Allah yeganə  həqiqi varlıq olaraq bütün yaradılmışların 

fövqündədir. Lakin biz onu onun yaratdıqları vasitəsi ilə 

olmasa, bəs necə  dərk edərik? Ona olan sevgimiz və 

pərəstişimiz də onun yaratdıqlarına heyranlıq və sevgidən başqa 

necə ifadə oluna bilər? Axı, Allah insanlara bütün həqiqətləri, 

ən böyük həqiqət olan varlığın özünü – Allahı  dərk etmək 

dərəcəsində bilgi verməmişdir. Axı, ruh insan üçün 

əlçatmazdır.

4

  

İnsana verilmiş  məhdud idrak qabiliyyəti  əslində yalnız 



müəyyən məkan və zaman hüdudunda baş verən sonlu 

 

1



Yusif Rüstəmov. Mövlana Cəlaləddin Ruminin sufilik fəlsəfəsi. B., 

«Azərbaycan Universiteti» nəşriyyatı, 2002, səh. 122. 

2

 Yenə orada. 



3

  Ибн  Сина.  Книга  о  душе. – Избранные  философские 

произведения. М., 1980, стр. 395. 

4

 Qurani-Kərim .İsra surəsi, 85-ci ayə. 




 

- 185 -


                                                          

hadisələrin öyrənilməsi üçün yetərlidir. Sonsuzluğu, əbədiyyəti 

məntiqlə  dərk etmək mümkün olmadığı kimi, duyğu ilə tam 

ehtiva etmək də mümkün deyil. Qeyri məyyənlik insanı bir 

tərəfdən, cəlb edirsə, digər tərəfdən də qorxu ilə müşayiət 

olunur. Ona görə də, qorxu qədər əsrarəngiz bir duyğu yoxdur. 

İlahi eşqin komponentlərindən biri qorxu, biri də  pərəstiş 

duyğusudur.  İnsanın məqsədi Allaha çatmaq yox, ona səcdə 

etmək olmalıdır. Daha doğrusu, Qurani-Kərimdə deyildiyi kimi, 

Allaha ona səcdə edən yaxınlaşmış olur.

1

  

Ən böyük ideal Allahı ehtiva etmək deyil, Allah duyğusu 



ilə ehtiva olunmaq, ona tapınmaq, ona sığınmaqdır. Allahı 

təbiətdə  və insanın qəlbində axtaranlar da var. Əlbəttə, hər 

şeydə onun nişanəsini görmək olar. Yaradılmış olan ən azı 

Yaradanın iradəsinin məhsuludur. Lakin məqsəd onu özündə 

tapmaq deyil, özünü onda itirmək, dəryanın damlası olmaqla 

sonsuzluğa qovuşmaqdır. Nəfs pillələri ilə qalxaraq («nəfs 

üzərində  qələbə çalaraq») ruh aləminə qovuşmaq, vəhy 

məqamına çatmaq, özünün Haqq olduğunu deyil, Haqqa qovuş-

duğunu, onun bir parçasına çevrildiyini anlamaq, duymaq – 

budur böyük səadət, budur kam almaq və budur kamala çatmaq!  

Lakin Şərq təfəkkürü və poeziyası İlahi eşq axtarışlarında 

da vüsal səhnəsi yaratmağa çalışmışdır. «Haqqı bulmaq», 

«ənəlhəqq» iddiaları belə yaranmışdır. Dəryaya qovuşmuş 

damla özünü dərya zənn etmişdir. Amma haqqı bulduqdan, 

ideala çatdıqdan sonra həyatın mənası qalmır. Yəqin buna 

görədir ki, Mənsur Həllac bu məqama çatdığına inandıqdan 

sonra insanlardan onu öldürmələrini xahiş edirmiş.

2

 

Qərbdə sufilik yayılmamışdır. Qərb düşüncə  tərzində 

fərdi-cismani məhəbbətin fövqünə qalxmaq üçün ilahi eşqə 

ehtiyac duyulmamışdır. Hissiyyat həmişə intellektlə ram edil-

diyindən onun reallıqdan uzaqlara uçmaq təhlükəsi olmamışdır. 

Uçmaq, qanadlanmaq imkanından məhrum olan məhəbbət 

cismani həyatın atributları səviyyəsinə endirilmişdir. Buna əmin 

 

1

 Qurani-Kərim . Ələq surəsi, 19-cu ayə.  



2

  М.Байат,  М.Али  Джамния.  Халладж – первый  мученик  су-

физма.- Суфийская проза и поэзия. М., 1998, стр. 162. 



 

- 186 -


                                                          

olmaq üçün Stendalın «Məhəbbət haqqında»

1

 essesini oxumaq 



kifayətdir.  Şopenhauer isə  məhəbbəti hətta  şər qüvvə hesab 

edir: «Məhəbbət də aclıq kimidir və insan üçün ziyanlıdır».

2

 

Lakin məhəbbətin (əslində  məhəbbətin yox, şəhvətin) aclığa 



bənzəməsi heç də onun ziyanlı olmasına dəlalət etmir. İnsan 

acmasaydı, yeməsəydi bədəndə maddələr mübadiləsi də 

getməzdi. Yəni bu, həyat üçün zəruri bir prosesdir. Erix Fromm 

yazır: «Psixoloji nöqteyi-nəzərdən aclıq, təşnə  və  şəhvət kimi 

hisslər özünüidarə dinamikasına malikdirlər; onların intensivliyi 

istək təmin olunana qədər artır, kulminasiyaya çatır və istəyin 

təmin olunma məqamından sonra bir müddət yox olur».

3

 Yox 



olur və insan energetik baxımından yenidən tarazlaşdıqdan 

sonra bərpa olunur. Yəni aclıq və təşnə kimi şəhvət də diskret 

dəyişir. Ona görə  də, daosizm və dzen-buddizmin bazasında 

şəhvət enercisinin şüurla idarə olunması  və enercinin düzgün 

balanslaşdırılması ilə  əlaqədar xüsusi təlimlər işlənib ha-

zırlanmışdır. 

Daha çox bədənlə, insanın cismani enercisi ilə bağlı olan 

ötəri bir hissi-bioloji vəziyyət müntəzəm və daimi hiss olan 

məhəbbət duyğusu ilə eyniləşdirilə bilməz. Amma müəyyən 

əlaqəni də inkar etmək olmaz. 

Maraqlıdır ki, müvafiq hind-çin təlimlərində  şəhvət 

hissinin şüurlu surətdə, iradi aktla idarə olunmasından, hətta bir 

hissin enercisinin başqa energetik məcraya yönəldilməsindən 

tibbi və ya bioloji kontekstdə deyil, psixoloji-fəlsəfi kontekstdə 

söhbət gedir. Təəccüblüdür ki, bu təlimlər Qərbdə deyil, Şərqdə 

meydana gəlmişdir. Həm də Z.Freyddən neçə min il əvvəl. 

Freyd və onun davamçıları isə psixik situasiyaya fizioloji təməl 

aspektində yanaşdıqlarından hələ də çox geridədirlər. 

 

 

 



 

 

1



 Bax: Стендаль.  О  любви. – Собрание  сочинений  в 15-и  то-

мах, том 4, М., 1959. 

2

 Энциклопедия ума. М., 1998, стр. 209.  



3

 Фромм Э. Мужчина и женщина. – М., 1998, стр. 124. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə