FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə121/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   117   118   119   120   121   122   123   124   ...   129

 

- 372 -


rafiyalar yazılmışdır. Lakin hər bir işin  əsasını qoymaq və yol 

göstərmək daha çətin və daha şərəflidir. Bütün bu şərəf 

çələngləri Heydər Hüseynova qismət olmuş, onun acı taleyini 

zinətləndirmişdir. 

Belə bir fikir geniş yayılmışdır ki, guya Heydər Hüseyno-

vun bolşevik repressiyasına məruz qalmasına səbəb onun 

«Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən» adlı son 

əsərində fəsillərin birinə Şeyx Şamil haqqında deyilmiş bir fikri 

iqtibas seçməsi və ümumiyyətlə, Şeyx Şamil hərəkatına və onun 

ideyalarına müsbət münasibət bəsləməsi olmuşdur. Həqiqətən 

də, Mircəfər Bağırovun və onun təsiri ilə digər tənqidçilərin 

kitaba hücumları  aşkar  şəkildə  məhz bu məsələ ilə  əla-

qələndirilmişdir. Lakin doğrudanmı təzyiqlərin əsl səbəbi məhz 

bu aşkar ifadə olunan «şamilpərəstlik» günahından ibarət idi? 

Heydər Hüseynovun geniş və hərtərəfli ictimai-siyasi və 

maarifçilik fəaliyyətini diqqətlə izləyərək belə  qənaətə  gəlmək 

mümkündür ki, Stalin mükafatına layiq görülmüş  və guya 

Moskvanın dəstəyini qazanmış  və yalnız yerli hakimiyyət və 

yerli ictimai fikir tərəfindən Azərbaycana bilavasitə  dəxli 

olmayan, Heydər Hüseynovun fəaliyyət sferası ilə  əlaqəsi bir 

olmayan bir ideya, özü də hələ yüz ilə əvvəl Mirzə Kazım bəy 

tərəfindən söylənərək Rusiya mətbuatında çap olunmuş bir 

ideya səbəb yox, ancaq bəhanə ola bilərdi. Və bu bəhanə məhz 

Moskvanın xoşuna gəlməyən həqiqi səbəblərdən yayındırmaq 

vasitəsi idi. 

SSRİ dağıldıqdan sonra, bolşevizm ideologiyasının və 

ideya-siyasi repressiyaların həqiqi mahiyyəti və səbəbləri daha 

çox dərəcədə aydınlaşdıqdan sonra tam qətiyyətlə demək 

mümkündür ki, Heydər Hüseynovun nəinki bir cümləsi və ya 

Şeyx  Şamilə münasibəti, hətta onun bütövlükdə bu son mo-

noqrafiyası  və bütövlükdə ictimai-siyasi fəaliyyəti Moskvanın 

xoşuna gəlməmişdi və heç vaxt gələ bilməzdi. 

Məsələ burasındadır ki, Heydər Hüseynov sadəcə bir təd-

qiqatçı deyildi. O, Azərbaycanda ümumən ictimai və humanitar 

elmlərin başında duran və onlara tematik, ideoloji və metodoloji 

yön verən bir şəxsiyyət idi. Azərbaycanda gələcək tədqiqatların 

istiqaməti və  dərsliklərin məzmunu onun dünyagörüşündən, 

onun mövqeyindən çox asılı idi. Və bu mövqe Moskva üçün 




 

- 373 -


                                                          

təhlükəli həddə  gəlib çatmışdı. Heydər Hüseynov müttəfiq 

respublikalara verilmiş şərti, nisbi müstəqillik hüdudları çoxdan 

keçmiş və marksist ideologiyasının pozitiv məqamlarına istinad 

etməklə milli şüurun və milli mədəniyyətin inkişafı naminə 

imperiyanın yol verə biləcəyindən qat-qat çox işlər görmüşdü. 

Doğrudan da, 40-cı illərdə respublikamızda ictimai elmlərin, 

ictimai-siyasi fikrin, humanitar düşüncənin inkişaf tempi və 

vüsəti heyrətamiz dərəcədə yüksək idi ki, bu da repressiya 

dönəmi üçün bir paradoksallıq və metamarfoza sayıla bilərdi. 

Heydər Hüseynovun bütövlükdə  və tamamilə xalqa mə-

həbbətdən və xalqa xidmətdən ibarət olan fəaliyyətini izlədikcə 

onun təkcə  əsərlərinin yox, həm də  əməli işlərinin qayəsini və 

ana xəttini təşkil edən milli mündəricəni, milli məfkurəni, həm 

də sadəcə  şüarçılıq kimi deyil, çeşidli  əməli fəaliyyətdə 

ifadəsini tapan və artıq bar verən bir məfkurəni necə sezməmək 

olardı? Təkcə elə axırıncı monoqrafiyaya salsaq buna neçə-neçə 

sitat tapmaq olar. «XIX əsrdə Azərbaycanda sosial-iqtisadi 

vəziyyət» adlanan birinci fəsildə Heydər Hüseynov 

Azərbaycanın bölünməsi məsələsinə öz münasibətini bildirir. 

Stalindən və M.Bağırovdan sonrakı, nisbətən rahat dövrlərdə 

Azərbaycan tarixçilərinin yazdıqlarından fərqli olaraq Heydər 

Hüseynov repressiyanın bu ağır illərində belə  Şimali 

Azərbaycanın Rusiyaya birləşdirilməsini bir xoşbəxtlik kimi de-

yil, nisbətən «az ziyan» kimi təqdim edir, hadisəyə Rusiyanın 

müstəmləkəçilik siyasəti kontekstində yanaşır. Heydər 

Hüseynov yazırdı: «Şimali Azərbaycan çarizmin 

müstəmləkəsinə çevrildi. Azərbaycanın zəhmətkeş kütlələri 

ikiqat zülmə  məruz qaldılar; bir tərəfdən yerli feodallar, digər 

tərəfdən çar hökuməti tərəfindən istismar olundular. Çarizm 

Azərbaycana özününmüstəmləkəsi kimi baxmaqla, onu inkişaf 

edən Rus kapitalist sənayesinin aqrar əlavəsinə çevirdi. Bundan 

əlavə, Rus çarizmi Azərbaycanda xalqın milli mədəniyyətinin 

inkişafına çəpər çəkməyə başlayırdı».

1

 

Şərhə ehtiyac yoxdur. Sonrakı rahat dövrlərdə bu möv-



zuya toxunub Azərbaycanın ikiyə bölünməsindən, Rusiyanın 

 

1



 Гейдар Гусейнов. Из истории общественной и философской 

мысли в Азербайджане ХIХ века. Б., 1949, стр.34. 




 

- 374 -


                                                          

müstəmləkəçilik siyasətindən danışanlar, hətta sənətçilər və 

şairlər belə, disident hesab olunur və az qala qəhrəman-

laşdırılırdılarsa, Stalinin sağlığında bunu rəsmi dairələrdə 

deməyə  cəsarət tapan, yazıb Moskvaya göndərən bir dövlət 

adamı, marksist-leninçi ideologiyanın rəsmi təmsilçisi necə bir 

cəsarət sahibi, necə bir qəhrəman olmalı idi? Bir daha təkrar 

edirik ki, Heydər Hüseynov bu mövzuda sadəcə esse yazmır, 

deklomasiya demir, rəsmi ideologiyanın özünü, bütövlükdə 

rəsmi ictimai şüuru bu səmtə yönəltməyə çalışır və bu sahədə 

əməli iş görürdü. Çarizmin imkan vermədiyi milli mədəniyyətin 

inkişafına Sovet imperiyası dövründə nail olmağa çalışırdı. 

Heydər Hüseynovun nə kimi bir əqidə sahibi olduğunu 

dərk etmək üçün onun Mirzə Kazım bəydən iqtibas gətirdiyi və 

epiqraf verdiyi bir fikrə  nəzər salaq: «Qərb öz siyasəti ilə 

Asiyada maarifi bərqərar edə bilməz… Ölkəni dəyişdirənlər 

həmin ölkədə doğulmuşlar sırasından çıxmalıdır».

1

 – Bu günün 



özü üçün nə  dərəcədə aktualdır! Yaxud Mirzə Kazım bəydən 

başqa bir iqtibas (Heydər Hüseynova basqılar üçün «səbəb» 

olmuş  həmin başı  bəlalı fikir): «Şamilin adında tarixlik və 

vətənpərvərlik siqlətli fikirlər gizlənir. O qəhrəmandır – 

qəhrəmanlar yetişdirən bir qəhrəman!».

2

 Mirzə Kazım bəyin 



yaradıcılığını  və ideya dünyasını araşdıran Heydər Hüseynov 

onun məhz milli vətənpərvərliklə, milli azadlıq hərəkatı ilə 

bağlı fikirlərini ön plana çəkir, bununla da, böyük şərqşünas 

alim və mütəfəkkir Mirzə Kazım bəyin xristianlığı qəbul edərək 

çar Rusiyasına xidmət etmiş kosmopolit obrazına yeni bucaq 

altında, başqa rakursda nəzər salır və görüntünün arxasında əsl 

mahiyyəti üzə  çıxarır. Mirzə Kazım bəy öz milli hissiyyatını 

Şeyx  Şamil haqqında yazdığı  əsərində,  Şamilə  və onun 

rəhbərliyi ilə  həyata keçirilən milli azadlıq hərəkatına münasi-

bətində büruzə verdiyi kimi, Heydər Hüseynov da özünün aşkar 

şəkildə deyə bilmədiklərini Mirzə Kazım bəyin yazdıqlarına 

münasibətdə büruzə verir. Burada Mirzə Kazım bəy və Heydər 

Hüseynovun taleləri arasındakı oxşarlıq da diqqəti cəlb edir. 

Sinəsinə xaç asmış Mirzə Kazım bəy çar Rusiyasında imperiya 

 

1

 Göstərilən əsər, səh.182. 



2

 Göstərilən əsər, səh.230. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə