FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə117/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   113   114   115   116   117   118   119   120   ...   129

 

- 360 -


xış etməsi, məhz bu mövqeyin daha «rahat» olduğunu göstərir.  

İnsan və cəmiyyətlə bağlı məsələlərdə isə idealizmin əla-

və arqumentasiyaları ortaya çıxır. İnsan ancaq bədəndən ibarət 

deyil və onu idarə edənin heç də  bədən olmadığı  şübhə 

doğurmur. Yəni, bir tərəfdən insanın yaradıcı  fəaliyyətində 

aparıcı  tərəf  şüur və ya ideyadır (baxmayaraq ki, marksistlər 

şüuru da maddi fəaliyyətin, hansı isə bioloji proseslərin nəticəsi 

kimi izah etməyə çalışırlar, bununla belə, biliklərin, ideyanın 

təbiəti etibarilə maddiyyatdan fərqləndiyini də etiraf etmək 

məcburiyyətindədirlər), digər tərəfdən, təbiətin özünə  də 

yaradıcılıq prosesinin məhsulu kimi baxsaq, yaradıcı tərəf kimi 

hansı isə maddiyyat, başqa bir təbiət deyil, məhz ideyanın, bu 

halda mütləq ideyanın götürülməli olduğu məntiqi baxımdan da 

qaçılmazdır.                                              

Marksizmin ontologiya və qnoseologiya sahəsində gətir-

diyi «yenilikləri» uğurlu hesab etmək mümkün olmasa da, onun 

cəmiyyətin, sosial-iqtisadi həyatın elmi-fəlsəfi tədqiqi sahəsində 

əldə etdiyi bir sıra uğurlar danılmazdır.   

Cəmiyyətə tarixi bir proses kimi baxılması, insana fəa-

liyyətdə olan predmet kimi baxılmasından çox fərqlidir. Yu-

xarıda artıq qeyd etdiyimiz kimi, bu yenilik Marksdan əvvəl 

Hegeldən gəlir. K.Marksın bu məsələdə Hegeli tərsinə (ayağı 

üstə  və ya başı üstə) çevirməsi isə  hələ heç də yeni bir sis-

temdən xəbər vermir. Daha doğrusu, mahiyyəti etibarilə idealist 

bir təlimi materialist prisnsiplər  əsasında yenidən qurmaq 

cəhdləri istər-istəməz təhriflərə və qüsurlu nəticələrə gətirir.  

İctimai-tarixi proses, cəmiyyətin dinamik inkişafı, bu 

inkişafın ümumi qanunauyğunluqları  və s. istər-istəməz bu 

inkişafın mənbəyi, cəmiyyətin hərəkətverici qüvvəsi haqqında 

sual yaradır. Biz yenə  də  hələ o vaxt Aristoteli və daha neçə-

neçə dahiləri narahat edən  hərəkətin və inkişafın mənbəyi 

haqqında  əzəli-əbədi fəlsəfi sualla rastlaşırıq. Sadəcə bu dəfə 

cəmiyyətlə bağlı olaraq…  

Cəmiyyəti hərəkətə  gətirən, istiqamətləndirən, yönəldən 

nədir?  İdeyadırsa, necə bir ideyadır? Maddi bir təməldirsə, nə 

kimi bir maddiyyat?   

Məlum olduğu kimi, Aristotel hərəkətin mənbəyini cism-

lərin təbiətində axtarmış, Nyuton isə  kənar təsirlə izah etməyə 



 

- 361 -


                                                          

çalışmışdır. Lakin Şərq (İslam) fəlsəfəsində belə bir mənbə 

olaraq ideya, işıq və s. götürülür. Əl-Fərabi,  İbn Sina və 

Ş.Y.Sührəvərdinin fikirlərinə görə, daha mötəbər (daha işıqlı) 

olan, daha yüksəkdə dayanan aşağıda dayananın (tabe olanın) 

hərəkətini yönəldir. Məsələn, nəfs və  bədənin münasibəti 

öyrənilərkən məhz nəfsin bədəni hərəkətə  gətirdiyi və 

yönəltdiyi bildirilir.

1

 Göy cismlərini də idarə edən onların 



nəfsləridir.

2

   



Hegelə görə, hərəkət edən, inkişaf edən – ideyanın özü-

dür. Marks təlimində isə, söhbət cəmiyyətin sosial-maddi bir 

sistem kimi inkişafından gedir. Lakin bu inkişafın hərəkətverici 

qüvvəsi, yönəldicisi yenə də ideyadır. Təkcə bunu yada salmaq 

kifayətdir ki, K.Marks kütlələrin ideyaya yiyələnməsindən yox, 

«ideyanın kütlələrə yiyələnməsindən» bəhs edir. Bu nöqtədə 

Marks hələ Hegellə eyni bir platformadan çıxış edir. Və 

cəmiyyəti dəyişdirmək, yeni istiqamətə yönəltmək üçün yeni bir 

ideya, bütöv bir ideoloji sistem hazırlayır – bu, marksizm və 

elmi kommunizm təlimidir. Bütün sonrakı inqilabların əsasında 

məhz bu təlim – ideya dayanır. Marks təliminin – elmi 

kommunizmin həyata keçirilməsi təcrübəsinin  əslində idealist 

bir praktika olduğu da buradan aydınlaşır (Düzdür, K.Marks 

Hegel təlimini «düzünə» çevirməyə çalışmışdı, lakin həyata 

keçirilərkən o, davamçılar tərəfindən ikinci və üçüncü dəfə yenə 

çevrilmişdi. Bu çevrilmələrin və qarşılıqlı keçidlərin  əsasında 

nə durur?). 

İkinci və üçüncü çevrilmələrin müəllifləri isbat etməyə 

çalışırdılar ki, onlar heç də hansı isə ideyadan, kiminsə tərəfin-

dən yaradılmış təlimdən başlamırlar. Zira bu təlimin özü sadəcə 

bir inikasdır; cəmiyyətin obyektiv qanunauyğun-luğunun 

inikası. Marks heç də hansı isə bir ideyanı  və ya modeli irəli 

sürməmiş, sadəcə olaraq «obyektiv həqiqət»i dərk etmişdir. Və 

biz inqilabçıların fəaliyyəti, missiyası bu «obyektiv həqiqət»in 

öz yerini tutmasına sadəcə köməklik göstərməkdən, doğulmalı 

olan uşağa mamaçılıq etməkdən ibarətdir.  

 

1

 Ş.Sührəvərdi. İşıq heykəlləri. – Şərq fəlsəfəsi, səh.229.     



2

 Bax, məs.:  Аль-Фараби.  Есиесивенно-научные  трактаты. 

Алма-Аты. 1987, стр. 287.                                      



 

- 362 -


Bəli, bu təlimi idealizmdən xilas etmək lazım idi. Ona 

görə  də  cəmiyyətin hərəkətverici qüvvəsi kimi hər hansı ide-

yalardan imtina edərək hansı isə maddi qüvvələri götürmək 

lazım idi. Və bu maddi qüvvə  təbii ki, ideya xəstəliyinə tutul-

muş hansı isə ziyalılar yox, ideyasız da yaşaya bilən və başdan 

ayağa qədər maddiyyat təcəssümü olan proletariat olmalı idi. 

Məsələnin  ən dolaşıq yeri də elə buradadır. Maddiyyatın 

təcəssümü olan ideyasız proletariat bəşəri fikir tarixinin zirvəsi 

sayılan  ən qabaqcıl ideya ilə – kommunist ideologiyası ilə 

silahlandırılmalı idi.  

Həmin bu lümpen proletariatın hegemon sinfə, inqilabi 

hərəkətverici qüvvəyə çevrilməsi üçün yenə  də  lənətə  gəlmiş 

ideya lazım imiş!  

Bəs bu labirintdən necə  çıxış yolu tapmaq olardı?  Kim 

isə çıxış yolunu ideyanın instinktlərlə əvəz olunmasında görür-

dü. Sən demə  hərəkətverici qüvvə «düşüncəli nəfs» (Süh-

rəvərdi) yox, «heyvani nəfs» imiş, proletariatın instinktiv in-

qilabi potensialı imiş. Bax, bu məqamda nə vaxtsa marksizmi 

freydizmlə müqayisə edənləri tənqid etdiyim üçün peşimançılıq 

hissi keçirməyə bilmirəm.  

İki dünya sisteminin (kapitalizm və sosializm) mübarizəsi 

və «dinc yanaşı yaşaması» dövründə  Şərq və  Qərb anlayışları 

fərqli bir mənada işlənirdi. Görünür, Avropa SSRİ-yə  nəzərən 

Qərbdə olduğundan kapitalizm düşərgəsi Qərb, sosializm 

düşərgəsi isə  Şərq adlandırılırdı. Və  Şərq ilə  Qərb arasında 

«soyuq müharibə» gedirdi. 

Fəlsəfi baxımdan yanaşdıqda isə bu cür Şərq-Qərb böl-

güsü nəyinki məqbul deyil, tam tərsinədir. Belə ki, sosialist 

düşərgəsinin təməlində dayanan marksizm əslində ifrat Qərb 

fəlsəfəsidir. Ənənəvi Şərq ideyanı, dini, mənəviyyatı, insanın iç 

aləmini, fərdi-mənəvi kamilliyi önə  çəkdiyi halda, Qərb 

materializm, elmin dindən ayrılması, texnisizm və praqmatizm 

üzərində  qərar tutur. Məlum olduğu kimi, məhz kommunist 

ideologiyası ardıcıl materializm, ateizm, iqtisadi həyatın mənəvi 

həyata nəzərən önə  çəkilməsi prinsipləri üzərində qurulmuşdu. 

K.Marksın fəlsəfi ideyaları Hegel idealizminin başı üstə 

çevrilməsi (amma o vaxt deyilirdi ki, sən demə Hegel fəlsəfəni 

tərsinə qoyubmuş  və Marksın xidməti onu ayaqları üstünə 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə