FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə125/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   121   122   123   124   125   126   127   128   129

 

- 384 -


fəlsəfi  əsər kimi qiymətlənldirilmiş, bu əsərlərə görə müvafiq 

olmayan elmi dərəcələr verilmişdir. Publisistikadan tutmuş 

konkret faktiki materialın empirik təhlilinə  qədər hər nə varsa 

fəlsəfə adlandırılmış  və “filosofların” sayı  əsl fəlsəfədən heç 

xəbəri olmayan adamlar hesabına günü-gündən aròmışdır. Belə 

düşünmək olar ki, bu əsərlər heç olmasa empirik sosiologiyanın 

inkişafı üçün əhəmiyyətə malikdir. Lakin məsələ burasındadır 

ki, sovet dövründə yazılan «fəlsəfi»  əsərlərin  əksəriyyəti 

fəlsəfèlik tələblərindən uzaq olduğu kimi, elmilik tələblərindən 

də uzaq olmuşdur. Rəsmi  məlumatlarla  əsl vəziyyət arasında 

uçurum yarandığından cəmiyyətşünaslıq sahəsində yazılan 

əsərlər həyatın özünü yox, saxta statistikanı  əks etdirirdi. 

Empirik sosioloji tədqiqatlar aparmaq məsləhət bilinmirdi və 

ona görə  də bizdə  fəlsəfə ilə yanaşı sosiologiya elmi də 

çərçivəyə salınmışdı. Lakin bu çərçivə daxilində aparılan 

“tədqiqatlar”  əsl tədqiqatdan çox uzaq olsalar da, onların bir 

“üstünlüyü” var idi. Bu da həmin işləri yazmaq üçün heç bir 

tədqiqatın lazım olmaması, xüsusi zəhmət çəkmədən “bol məhsul” 

vermək imkanı idi. 

Konkretlik üçün respublikamızda neçə-neçə rəsmi filosof 

yetişdirən ənənəvi mövzulara nəzər salaq. Təkcə “inkişaf etmiş 

sosializm”, “yetkin sosializm” mərhələsinin  tədqiqinə nə qədər 

əsərlər, dissertasiyalar həsr olunmuşdur. “İnkişaf etmiş 

sosializmdə.... həyat tərzi”, “...siniflərin yaxınlaşması”, ”....  

millətlərin yaxınlaşması”, “..... fiziki əməklə zehni əməyin, 

şəhərlə  kənd arasında fərqin aradan qalxması”, “.... kəndin 

mədəni tərəqqisi”, ”... məişətin tərəqqisi” və s., habelə 

”Sosialist demokratiyasının təntənəsi”, “Sovet adamı”, ”Sovet 

həyat tərzi”, ”Dinin ölüb getməsi”, ”Dövlətin ölüb getməsi”, 

“Keçmişin qalıqlarına qarşı mübarizə”, “Kommunist əxlaq 

normalarının təntənəsi”, ”Respublikamızda kommunizm qu-

ruculuğunun xüsusiyyətləri”, “Sosializm realizmi....” və s. 

yüzlərcə bu cür mövzularda yazılan  əsərlərin  əksəriyyəti real 

həyatdan uzaq olmaqla yanaşı fəlsəfədən də çox uzaq idi. 

O vaxt respublikamızda beynəlmiləlçilik haqqında cild-

lərlə əsərlər yazılırdı. Lakin bu sahədə elmi-sosioloji tədqiqatlar 

aparmaq, məhz problemləri araşdırmaq  əvəzinə “mütə-

xəssislərimiz” xalqlar dostluğunun təntənəsini mədh edirdilər. 




 

- 385 -


Bu hal respublikamızda özünü daha qabarıq göstərirdi. O 

dövrün “ən böyük kəşflərindən biri” – “sovet milləti” ideyası 

məhz bizim akademiklər tərəfindən irəli sürülmüşdü. Bu 

ideyanın  şərhinə  hətta xüsusi televiziya verilişləri həsr 

olunurdu. Başqaları (xüsusən ermənilər) milli münasibətlər 

sahəsində olmayan yerdə problem qaldırdıqları halda, biz olan 

problemlərimizi də üzə çıxartmadığımızdan belə bir ictimai rəy 

yaranırdı ki, başqa respublikalarda kompakt yaşayan 

azərbaycanlılara münasibət yaxşı olub, onların heç bir sosial-

iqtisadi və  mədəni-mənəvi problemləri olmayıb. Halbuki, 

Azərbaycanda yaşayan başqa millətlərin (ermənilərin, 1989-91-

ci illərdə isə guya həm də rusların və s.) bu sahədə olmayan 

«problemləri» tez-tez ortaya atılırdı. Təsadüfi deyildir ki, 1990-

cı ilin 20 yanvarında Bakıya qoşun yeridilərkən qondarma 

motivlərdən biri də başqa millətlərin təhlükəsizliyini qorumaq 

idi. 


Göstərilən sahələrdə ciddi elmi tədqiqatlara ehtiyac ol-

duğunu qeyd etməklə biz heç də bu mövzuları fəlsəfi mövzu ki-

mi təqdim etmək istəmirik. Fəlsəfi ümumiləşdirmələr yalnız o 

zaman mümkün ola bilər ki, əvvəlcə empirik və elmi-nəzəri 

səviyyədə  tədqiqatlar aparılmış olsun. Yalnız bundan sonra 

həmin problemlər fəlsəfi kontekstə daxil edilə bilər. Lakin heç 

empirik tədqiqatların da aparılmadığı bir şəraitdə  nəyin fəlsəfi 

ümumiləşdirilməsindən söhbət gedə bilər? 

Bax, belə bir şəraitdə, elmi tədqiqatların yerini psev-

dotədqiqatlar tutduğu bir zamanda, əsl fəlsəfi fikir də “aktual 

mövzulardakı” psevdofəlsəfə  tərəfindən sıxışdırılırdı. (Təəssüf 

ki, bu meyl bəzən indi də davam etməkdədir). 

Belə düşünmək olar ki, həmin dövrdə əsl fəlsəfə daha çox 

dərəcədə  fəlsəfə tarixi timsalında saxlana bilərdi. Mərkəzdə, 

doğrudan da, dünya fəlsəfə klassikləri rus dilinə  tərcümə 

olunur, fəlsəfə tarixinin şərhinə geniş yer verilirdi. Nə  qədər 

paradoksal görünsə  də, qadağanlar daha çox dərəcədə  Qərb 

idealist fəlsəfəsinə deyil, rus idealist fəlsəfəsinə – Vl.Solovyov, 

N.A.Berdyayev kimi  klassiklərə  tətbiq edilirdi. Bu, əslində 

milli fəlsəfi fikri tarixi yaddaşdan silmək təşəbbüsü idi. 

Respublikamızda isə proletkultçuluq meyli, manqurtlaşdırma 

təäbirləri özünün zirvəsinə qalxmışdı. Xalq özünün hətta 




 

- 386 -


mütərəqqi fəlsəfi fikrindən ayrı düşmüş, milli fəlsəfə tarixinin 

yerini ictimai-siyasi və demokratik fikir tarixi tutmuşdu. Birinci 

qaranlıqda qaldığından çoxları  hələ indi də  fəlsəfəni ya 

maarifçilik və didaktika ilə, ya inqilabi-demokratik fikirlə, ya 

da hətta siéasi publisistika ilə qarışıq salırlar. Nəticədə Azərbay-

can fəlsəfi fikir tarixinin hüdudları genişləndirilir və burada an-

caq  əsl fəlsəfəyə yer qalmır. Səbəblərindən biri budur ki, əsl 

fəlsəfəni  şərh etmək təbliğatçılıqla elmi dərəcə almış  rəsmi 

fəlsəfəçilərin intellektual imkanı xaricindədir. Deməli, bugünkü 

fəlsəfəmizdəki vəziyyət keçmişdəki  fəlsəfi fikrimizin də üzə 

çıxmasına mane olur. Bu sahədəki tək-tük həqiqi tədqiqatlar isə 

“aktual mövzulardakı” cild-cild kitablar arasında itib-batır. 

Marksizm fəlsəfəsini ancaq əzbərləyənlər, heç ona da 

yaradıcı və tənqidi şəkildə yanaşa bilməyənlər bu təlimin dünya 

fəlsəfi fikri ilə əlaqəsini, ümumi cəhətlərini görə bilmir, ondan 

kənarda nə varsa hamısına qara eynəkdən baxırdılar. Burada 

Aristotelin məşhur fikri yada düşür: “Nadanlar ancaq fərqi, 

müdriklər isə  həm də  vəhdət və ümumiliyi görürlər”. Xalq 

hikməti və klassik fəlsəfənin, o cümlədən  Şərq klassik 

fəlsəfəsinin çox mühüm ümumilikləri var və  hər hansı  fəlsəfi 

təlim də yalnız bu ümumi fonda daha aydın dərk edilə bilər. 

Milli fəlsəfi fikirlə  əlaqələndirilmədikdə, milli mədəniyyətdən 

ayrı düşdükdə heç bir təlimin canlı təsir gücü ola bilməz. 

Stalinizmdən sonrakı  mərhələdə Sovet İttifaqında «şəx-

siyyətə  pərəstiş» və totalitarizm tənqid olunsa da, ziyalıların, 

sərbəst düşünən insanların kütləvi surətdə  həbsləri, edamı  və 

sürgünü dayandırılsa da fəlsəfi dünyagörüşü sayəsində azadlıq 

hələ  də yox idi və marksizm buxovları yaradıcı  təfəkkürü 

sıxmaqda davam edirdi. Belə bir şəraitdə  sərbəst düşüncə 

təşəbbüsləri hətta Moskvadakılara, «böyük qardaşlarımıza» da 

baha başa gəlirdi. Bununla belə, fərqli düşüncə meylləri hər 

halda var idi. Azərbaycanda marksizmə  və kommunist 

ideologiyasına alternativ təlim yaradılması  və bu təlimin 

gənclər arasında təbliğ olunması Asif Əfəndiyevin (Asif Ata) 

rəhbərliyi ilə  həyata keçirilirdi. O, qadağan olunmuş  Qərb 

təlimləri və ifrat Şərq düşüncəsi zəminində yeni maksimalist bir 

təlim hazırlamışdı ki, onun da əsas prinsipi və  məqsədi insan 

mənəviyyatını önə  çəkmək və «kamil insan» yetişdirməkdən 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə