FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə126/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   121   122   123   124   125   126   127   128   129

 

- 387 -


ibarət idi. «İnsanı kamilləşdirmədən cəmiyyəti təkmilləşdirmək 

olmaz» tezisi açıq-aşkar marksizmə zidd olmaqla yanaşı, 

həmişə insana, onun mənəvi aləminə istinad edən  Şərq fəlsəfi 

düşüncəsinin də ifrat variantını önə çəkirdi. Belə ki, «cəmiyyəti 

təkmilləşdirmədən kamil insan yetişdirmək olmaz» deyən 

marksizm digər ifrat qütb kimi tamamilə atıla bilməzdi.  Ən 

optimal yol bu iki qütb arasında dayanmaqla onların sintezindən 

çıxış etmək idi. Lakin Asif Ata hər hansı bir aralıq vəziyyəti, 

hər hansı bir kompromisi qəbul etmədiyi kimi, bu iki qütbün 

sintezinə  də  təşəbbüs göstərmədi və  nəticədə onun təlimi ifrat 

Şərq fəlsəfi düşüncəsinin bərpası  cəhdindən başqa bir şey 

olmadı.  

Bununla belə, müstəqillik dövründə marksizmə alternativ 

olan və milli fəlsəfi fikri ehtiva edə bilən təlimlərin yaranması 

üçün  əsas qaynaqlardan biri ədəbi-bədii fikrin fəlsəfi 

mündəricəsi idisə, digəri də təbii ki, disident hərəkatı və peşəkar 

fəlsəfi axtarışlar idi.           

                 




 

- 388 -


 

 

 



 

 

 



 

 

 



MÜSTƏQİLLİK  İLLƏRİNDƏ FƏLSƏFİ  

FİKRİMİZİN İNKİŞAF  MƏQAMLARINA  

DAİR 

                

Son illərdə ölkəmizdə  fəlsəfi fikir elə bil ki, yenidən 

doğulur və bu yeni nəfəsin səbəbi, heç şübhəsiz, yeni əsrdə və 

ya yeni minillikdə deyil, müstəqillik amilində axtarılmalıdır. 

Lakin nə  qədər təəccüblü olsa da, müstəqilliyin ilk 

illərində  fəlsəfi fikirdə inkişaf  əvəzinə, bir tənəzzül və dur-

ğunluq müşahidə olunmağa başladı.  İqtisadiyyatda, elmdə, 

təhsildə azadlıqdan sui-istifadə, qərarlaşmış strukturların da-

ğıdılması halları  fəlsəfədən də yan ötmədi. Bir sıra başqa 

istiqamətlərdə olduğu kimi, fəlsəfədə də konturları görünməyən 

bir azadlıq dəryasına qərq oldu. Uzun illər  ərzində fikirləri 

məngənədə saxlayan, yaradıcı fantaziyaya meydan verməyən 

ideoloji qəliblər sındırıldıqdan sonra azad və  nəhayətsiz fikir 

dünyasına qədəm qoyarkən keçirdiyimiz sevinc hissləri tezliklə 

dibi görünməyən, sərhədləri müəyyənləşməmiş bu nəhayət-

sizliyin doğurduğu  əsrarəngiz bir qorxu ilə müşayiət olundu. 

Həmişə nədənsə yapışmağa məcbur olan, divarları özünə bələd-

çi seçən kor adam sərhədsiz, geniş meydanda oriyentiri itirdiyi 

kimi, azadlığa çıxmış fəlsəfi fikirdə büdrəməmək üçün yenidən 

köhnə qəliblərin qırıntılarından yapışmağa çalışdı. 

Müasir Azərbaycanda fəlsəfənin inkişafı üçün, bir tərəf-

dən Qərb fəlsəfi fikrinin açdığı geniş asfalt yolla getmək, digər 

tərəfdən,  əsasən qonşu müsəlman ölkələrindən daxil olan dini-

fəlsəfi biliklərə yiyələnmək kimi əlavə imkanlar açılmışdır. 

Üçüncü bir yol isə kommunist ideologiyasından  əl çəkmiş 




 

- 389 -


                                                          

Rusiya ilə elmi-fəlsəfi  əlaqələri bərpa etməkdən ibarətdir ki, 

əhalinin rus dilini bilməsi və rusdilli fəlsəfi kitabların və dövrü 

mətbuatın Azərbaycanda geniş yayılması bu yolun imkanlarını 

xeyli artırır. 

Lakin biz ona görə müstəqillik  əldə etməmişik ki, yenə 

də kimləri isə təqlid edək. Azərbaycan fəlsəfi fikrinin öz siması, 

öz problematikası, öz dəst-xətti olmalıdır. Mütləq ruha gedən 

yol milli ruhdan keçməlidir. Lakin bunun üçün əvvəlcə milli 

özünüdərk tələb olunur ki, bu vəzifənin də ictimai miqyasda 

yerinə yetirilməsi milli fəlsəfi fikrin inkişafından kənarda 

mümkün deyil. 

Cəmiyyət boşluğu sevmir və yaranmış sosial-idraki va-

kuum həqiqi fəlsəfi fikirlə dolana qədər bura çoxlu psev-

dofəlsəfələr, saxta «tədqiqatlar» daxil oldu. Azərbaycan elminin 

strukturunda fəlsəfə üçün ayrılmış yeri tutmaq, kvotaya 

yiyələnmək üçün müxtəlif çeşidli cəhdlər göstərildi. Bu sahədə 

yazılan dissertasiya işlərini və kitabları  nəzərdən keçirsək, 

yaranmış real vəziyyəti daha aydın təsəvvür edə bilərik.  

Peşəkar fəlsəfi tədqiqatlar istiqamətində xüsusi uğurlar 

əldə edə bilməsək də cəmiyyətdə gedən quruculuq proseslərinin 

tərkib hissəsi kimi milli ideologiyanın və ictimai-siyasi fikrin də 

xeyli dərəcədə inkişaf etdiyini görməmək mümkün deyil. 

Müstəqil Azərbaycan dövlətinin qurulması prosesi onun ideya 

siyasi təməllərinin hazırlanması ilə müşayiət olunmuşdur. 

Burada biz, Azərbaycanın ümummilli lideri Heydər  Əliyevin 

müstəsna rolunu qeyd etməyə bilmərik. Onun ictimai-siyasi 

fəaliyyətinin fəlsəfi mündəricəsini ortaya çıxarmaq xüsusi 

tədqiqatlar tələb edir və  yəqin ki, bu istiqamətdə gələcəkdə də 

tədqiqatlar aparılacaqdır. Amma onun özünün bilavasitə irəli 

sürdüyü ideyalar da çağdaş  fəlsəfi fikrin səviyyəsini müəyyən 

edir. Bu baxımdan, Heydər Əliyevin aforizmlərinin seçilib nəşr 

edilməsi çağdaş  fəlsəfi fikir üçün önəmli hadisə hesab edilə 

bilər.


1

 Heydər 


Əliyevin milli ideologiyamızın 

formalaşdırılması, azərbaycançılığın ideya siyasi əsaslarının 

işlənib hazırlanması sahəsində xidmətləri də xüsusi diqqətə 

 

1



  Heydər  Əliyev. Aforizmlər (Azərbayсan, rus və ingilis 

dillərində). B., «Azərbayсan Universiteti» nəşriyyatı, 1998.    




 

- 390 -


                                                          

layiqdir.

1

  

Azərbaycanda Heydər  Əliyev ideyalarının  şərhi və bun-



ların həyata keçirilməsi üçün zəruri ideya siyasi mühitin 

hazırlanması sahəsində professor Ramiz Mehdiyevin xidmət-

ləri, həm də Azərbaycanda fəlsəfi fikrin inkişafına müsbət təsir 

göstərməkdədir. O, öz əsərlərində Heydər  Əliyev ideyalarına, 

klassik fəlsəfi irsə  və müasir dövrün peşəkar fəlsəfi 

tədqiqatlarına istinad etməklə Azərbaycanda müstəqil dövlət 

quruculuğunun elmi-nəzəri əsaslarını işləyib hazırlamış, habelə 

dünyada gedən böyük miqyaslı ictimai-siyasi proseslərin 

Azərbaycan ictimai gerçəkliyində spesifik xüsusiyyətlərini 

araşdırmaqla bu sahədə daha konkret tədqiqatlar üçün yol 

açmışdır.  

Prof. Ramiz Mehdiyevin «XXI əsrdə milli dövlətçilik»

2

 

və «Azərbaycan: qloballaşma dövrünün tələbləri»



3

 mövzusunda 

kitabları Azərbaycanda sosial-fəlsəfi fikrin inkişafı sahəsində 

ciddi addımlar hesab edilə bilər. Kitablarda köhnə 

ideologiyadan imtina edərək yeni iqtisadi münasibətlərə  və 

demokratik dəyərlər sisteminə keçən Azərbaycanın dövlət 

quruculuğu praktikası, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf 

yolu qloballaşma kontekstində nəzərdən keçirilir. Son dövrlərdə 

Azərbaycanda bu problematika üzrə  tədqiqatlar xeyli artmışdır 

ki, bu da mövzunun xüsusi aktuallığına dəlalət edir.  

Azərbaycanda fəlsəfi fikir mühitinin formalaşdırılması 

işində müəyyən təşkilati addımlar da atılmışdır ki, bu da müs-

təqillik dövrünün uğurları sırasına daxil edilə bilər. 2002-ci ildə 

Azərbaycan fəlsəfi ictimaiyyətinin, Rusiyanın və Türkiyənin 

filosofları ilə əlaqəsini daha mütəşəkkil səviyyədə təmin etmək 

üçün Bakıda (Azərbaycan Universitetində) keçirilən beynəlxalq 

konfrans itirilmiş yaradıcılıq  əlaqələrinin bərpası istiqamətində 

mühüm addım oldu. Bundan sonra azərbaycanlı  fəlsəfə 

 

1

 Heydər Əliyev və azərbayсançılıq məfkurəsi. – B., «Azərbaycan 



Universiteti» nəşriyyatı, 2002.     

2

 Ramiz Mehdiyev. XXI əsrdə milli dövlətçilik. B., «XXI – Yeni 



Nəşrlər Evi», 2003.   

3

 Ramiz Mehdiyev. «Azərbaycan: qloballaşma dövrünün tələbləri». 



B., «XXI – Yeni Nəşrlər Evi», 2005.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə