FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə123/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   119   120   121   122   123   124   125   126   ...   129

 

- 378 -


qoşulduğu bir vaxtda, sözdən işə keçmək, real quruculuq mə-

sələləri ilə  məşğul olmaq zərurəti dönə-dönə  təkrar olunduğu 

bir məqamda yenə  də yüksək materiyadan danışmağa, klassik 

irsə qayıtmağa, bir daha Zərdüştə, Sokrata, Bəhmənyara, 

Hegelə üz tutmağa, marksizmi yenidən nəzərdən keçirməyə 

guya ehtiyac qalmayıb. Marksizmlə birlikdə bütövlükdə 

fəlsəfəni də atmaq, yığılıb qalmış problemləri elə  fəlsəfəsiz äÿ 

həll etmək xülyası beyinləri iflic edib.  

Nə etmək olar ki?! Görünür, biz keçmişin təfəkkür üsu-

lundan hələ yaxa qurtara bilməmişik.  Ən qorxulusu isə budur 

ki, biz bunu çox vaxt unamırıq və  təfəkkür üsulunun rolunu 

lazımınca qiymətləndirmirik. İndi biz ictimai həyatın iqtisadi və 

sosial sahələrində köklü dəyişikliklər etməyə çalışsaq da, 

idarəetmə formalarını, rəhbərlik üsulunu yeniləşdirməyə 

təşəbbüs göstərsək də, bunlar heç də  həmişə arzu və  təşəbbüs 

səviyyəsindən o tərəfə keçmir. Görülən tədbirlər bəzən hətta öz 

əksliyinə çevrilir. Səbəbi isə, bizcə, məhz düşüncə tərzindədir.  

“Bizə söz yox, mühakimə yox, iş lazımdır” prinsipi məhz 

keçmişdən: repressiya illərindən,  «yetkin sosializmdən» miras 

qalıb. O vaxtdan ki, cəmiyyətə düşünənlər yox, icraçılar lazım 

idi, çünki konkret düşüncəni ideologiya əvəz edirdi. 

Düzdür, bu prinsip İ.V.Götenin “Faust” əsərindəki müha-

kimələrə zahirən uyğun gəlir. Orada Faust sözü, zəkanı və əməli 

müqayisə edərək üsòünlüyü əmələ verir. Belə hesab edir ki, hər 

şeyin başlanğıcında iş, əməl dayanır. Lakin məqsəd işin, əməlin 

heç də yalnız başlanğıc olduğunu dərk etmək deyil. Məqsəd 

işin,  əməlin həm də  nəticə olduğunu dərk etməkdir.  İnsan 

fəaliyyətində  zəka  əməli qabaqlaya bilməlidir. Praktika bir 

tərəfdən idrakın  əsasıdırsa, digər tərəfdən onun məqsədi və 

nəticəsidir. Elmə  əsaslanmayan praktika fayda verə bilməz. 

Ekoloji və demoqrafik böhranın kəskinləşməsi, təbii, sosial və 

mənəvi ahəngin pozulması – bütün bunlar əslində yetərincə 

düşünmədən işləmək mövqeyinin bəhrələridir. Ziyalıların 

ictimai həyatda rolunun məhdudlaşdırılmasının, cəmiyyətşünas 

alimlərin ictimai praktikadan uzaqlaşdırılmasının nəticəsidir.  

Maddi həyatın ilkinliyini qəbul etmək heç də  mənəvi 

həyatın rolunu heçə endirməyə  gətirib çıxarmamalıdır. Unut-

maq olmàz ki, bütün fəlsəfi təlimlər içərisində nadanlığa ən çox 




 

- 379 -


yaxın olan kortəbii materializimdir. Bu gün də materializm 

dialektikadan ayrılanda öz mütərəqqi məzmununu itirir və 

cəhalətə qovuşur. Dialektika isə  təfəkkür üsuludur və ona 

yiyələnmək yüksək fəlsəfi mədəniyyət tələb edir.  

Nəzərə almaq lazımdır ki, zəkada, mənəviyyatda dönüş 

yaratmadan, maddi həyatın yenidən qurulması mümkün deyil. 

Nə  qədər ki, insan özü dəyişməyib, yaşadığı ictimai mühiti də 

dəyişə bilməz. Bu – bir tərəfdən. Digər tərəfdən isə, əksinə, nə 

qədər ki, ictimai mühit dəyişməyib, sağlam sosial-mənəvi iqlim 

yaranmayıb, insanların da yeniləşməsi, mənəviyyatca 

saflaşması mümkün deyil. Çünki insan həm də ictimai mühitin 

məhsuludór. İlk baxışda həllolunmaz paradoks kimi görünən bu 

vəziyyət  əslində insan ilə ictimai mühitin dialektik vəhdətini 

əks etdirir. Ona görə  də insan ilə mühitin, mənəviyyatla 

iqtisadiyyatın dialektikasını mükəmməl surətdə mənimsəmədən 

bu qapalı halqadan çıxış yolu tapmaq və  cəmiyyəti  uğurla 

yenidən qurmaq mümkün deyil.  

Məsələnin fəlsəfi tərəfinə dair bircə bunu qeyd edək ki

fərdi şüurun ictimai şüur sərhədlərini və deməli, mövcud ictimai 

mühitin qoyduğu məhdudiyyətləri aşıb keçməsi üçün bir mühöì 

vasitə vardır ki, bu da babaların maddiləşmiş, ictimai məzmun 

kəsb etmiş ruhu – milli mədəniyyətdir. Çünki zaman hüdudu 

keçiləndə mühit hüdudu da keçilmiş olur. Lakin sovet dövründə 

ruhun ilkinliyi materialist təlim tərəfindən rədd edildiyi üçün, 

çoxları  hər ehtimala qarşı ümumiyyətlə  hər cür ruhu və idealı 

rədd etməyi, bütün mənəvi körpüləri uçurmağı üstün tutur və 

bununla guya materializmə daha sadiq olduqlarını isbata 

yetirirdilər. Bu “sədaqət” yarışında insan-mühit paradoksunun 

həlli mümkün deyildi və yaranmış qapalı halqadan çıxa 

bilməmək qanunauyğun surətdə durğunluğa gətirməli idi.  

Əlbəttə, soruşula bilər ki, məgər repressiya və totalitar 

sosializm dövründə  fəlsəfə  tədris və  təbliğ olunmurdu? Bəs 

nÿyə görə min illərin inkişaf qanunauyğunluqlarını öyrənə-

öyrənə yaşadığımız dövrün ziddiyyətlərini, dialektikasını aşkara 

çıxara bilmədik? Niyə fəlsəfə öz sözünü deyə bilmədi, karımıza 

gəlmədi?  

Bütün məsələ də bundadır ki, o dövrlərdə maddi və mə-

nəvi həyatın başqa sahələri kimi, fəlsəfə  də deformasiya 




 

- 380 -


olunmuş, öz nisbi müstəqilliyini itirmiş, yuxarıdan gələn siyasə-

tin təbliğatçısına çevrilmişdi. Ardıcıl materialist təlim olan 

marksist-leninçi fəlsəfə obyektiv ictimai münasibətləri  əks 

etdirmək  əvəzinə, bu münasibətləri kiminsə iradəsinə uyğun 

şəkildə  şərh etmək məcburiyyətində qalmış  və  əslində  həm 

materializmdən, həm də dialektikadan ayrı düşmüşdü. Marksist-

leninçi fəlsəfənin ümumi müddəaları, prinsipləri kitablarda 

dəyişməz şəkildə saxlansa da, onları ìöàñèð dövrə tətbiq etmək 

daha mümkün deyildi. Çünki cari ùÿéàòûí elmi-fəlsəfi müzakirə 

obyektinə çevrilməsi bir növ qadağan edilmişdi. Bu isə 

“yaradacı  təlimin” ehkamlar sistemi ilə  əvəz olunmasına 

gətirmişdi. 

Gərək fəlsəfə ictimai problemləri nəinki əks etdirə bilsin, 

həm də onları qabaqlaya bilsin, onların önündə getsin ki, tətbiq 

də oluna bilsin. Sxemə salınmış, ehkama çevrilmiş bir təlim heç 

vaxt günün real problemlərini üzə  çıxara bilməz. Problemlər, 

ziddiyyətlər aydınlaşdırılmadan, pozitiv və neqativ sosial 

proseslərin  əsl hərəkətverici qüvvələri üzə  çıxarılmadan 

cəmiyyətin elmi əsaslarla idarə edilməsi, məqsədəuyğun surətdə 

dəyişdirlməsi mümkün deyil. 

Məlumdur ki, təbiət elmlərində gerçəkliyi öyrənməkdən 

məqsəd  əldə olunan bilikləri tətbiq eləməkdir; elmi bilikləri 

texnoloji biliklərə, onları da bilavasitə  əməli fəaliyyətə 

çevirməkdir. Cəmiyyətşünaslıq da analoji məqsədə xidmət edir: 

cəmiyyətin öyrənilməsi və  dəyişdirilməsinə. Kiçik miqyaslı 

konkret ictimai hadisələrin öyrənilməsi empirik sosiologiyanın, 

tarixin, iqtisadi elmlərin və s. predmetiíÿ daxildir. Cəmiyyətin 

ən ümumi inkişaf qanunauyğunluqları isə öz əksini fəlsəfədə 

tapır. Bu gün ölkəmizdə  həyata keçirilìÿëè îëàí sosial-iqtisadi 

reforma heç də yalnız ayrı-ayrı ictimai hadisələrə aid olmayıb, 

həm də bütövlükdə insana münasibətin,  İnsan-Cəmiyyət

İnsan-Dünya əlaqələrinin yeniləşməsini tələb etdiyindən fəlsə-

fənin özündə  də yeniləşməyə ehtiyac yaranmışdır. Həm də 

fəlsəfədə yeniləşməni belə başa düşmək olmaz ki, əvvəllər o öz 

funksiyasını əsasən yerinə yetirirdi,  amma sadəcə nələrsə yad-

dan çıxmışdı  və ya bir az başqa cür izah olunurdu, indi bizim 

məqsədimiz unudulanları  nəzərə almaq, düzəlişlər verməkdir. 

Təəssüf ki, belə  bəsit ”islahatçılıq” meylləri geniş yayılmışdır. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə