FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə120/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   116   117   118   119   120   121   122   123   ...   129

 

- 369 -


                                                          

baltalar», «ağacı içindən yeyən qurdlar» haqqındakı fikirlər 

atalar sözlərinə, zərb-məsəllərə çevrilmişdir. 

Lakin bu heç də  bəzilərinin düşündüyü kimi bir milli 

xüsusiyyət, milli mentalitet faktı deyildir. Məqsəd bu hadisə-

lərin arxasında milləti məqsədyönlü surətdə bu faciəyə sürük-

ləyən, qılıncı  qılınca kəsdirən, manqurtlaşdıran və ananı  oğlun 

əli ilə öldürən incə və  məharətli imperiya siyasətinin köklərini 

açmaqdır. Məsələyə  məhz bu konteksdə yanaşan prof. Sabir 

Əsədov yazır: «Azərbaycan xalqına qarşı edilən repressiyaların 

günahkarı  təkcə M.C.Bağırov deyil, bütövlükdə sistemdir, 

kommunist recimidir, sovet diktaturasıdır. Mircəfər Bağırov isə 

onun yerli «komendantı», bilavasitə icraçısıdır».

1

 Əslində sovet 



diktaturasının yeritdiyi siyasət də ondan əvvəlki imperiya 

siyasətinin davamı idi. Millətin anti-milli mündəricədən xilas 

ola bilməməsinin səbəbləri onun öz daxilində deyil, daha böyük 

miqyaslı proseslərin yönəldici qüvvəsində axtarılmalıdır. 

Düzdür, bu gün biz imperiya buxovlarından azad ikən 

milliliyimizi bərpa olunmuş zənn edirik. Lakin qlobal siyasətlər 

cildini dəyişir və  hər zaman  yeni formalarda ortaya çıxır. 

İmperiyadan xilas olub qloballaşma dalğalarının qoynuna atılan 

millətlər özünüdərk yolunda hələ çox faciələr yaşamalı 

olacaqlar. Lakin faciəni hələ faciə kimi qavramaq qabiliyyəti 

itməyibsə, buna şükür etmək lazımdır. O gündən qorxmaq 

lazımdır ki, millət öz düşdüyü vəziyyəti dəyərləndirə bilməsin, 

ondan feyziyab olsun və  hər  şeyi qırmızı  rəngdə  təsvir etsin. 

Milli daltonizmin müalicəsi isə təəssüf ki, hələ tapılmayıb.  

Çingiz Aytmatov manqurtlaşmanın səbəbini kənar qüvvə-

də, işğalçıların məqsədyönlü fəaliyyətində axtarmaqla bu 

məsələyə münasibətdə daha dərinə getmiş, oğulları anaya, 

Vətənə qarşı yönəldən, beyinləri millilikdən və övladlıqdan 

«təmizləmə»  İmperiya siyasətinin iç üzünü göstərməyə 

çalışmışdır. Bəli, Heydər Hüseynovun intiharında daha qabarıq 

şəkildə üzə çıxan, əslində isə həmin dövrdə yaşayan milli ruhlu 

bütün  şəxsiyyətlərə qarşı yönəldilmiş  mənəvi repressiyanın 

kökləri daha dərindir. Heydər Hüseynovun faciəsi də, bizcə, 

 

1



 Sabir Əsədov. Heydər Hüseynov. Bakı, «Azərbaycan» nəşriyyatı, 

1998, səh. 23.  




 

- 370 -


hadisələr səviyyəsində deyil, ümumi siyasətin təkcə  təzahürü 

kimi təqdim olunmalıdır. 

Bəziləri  əsl fəlsəfi tədqiqat dedikdə Aristoteldən, Kant-

dan və s. klassiklərdən iqtibaslar gətirməklə  və bir qədər də 

Moskvada çıxan yeni nəşrlərə  əsaslanmaqla yazılan Qərb-

yönümlü və müasir görüntülü məqalələri, «monoqrafiyaları» 

nəzərdə tuturlar. Və Heydər Hüseynov elmi irsinə  nəzər salar-

kən söhbətin daha çox öz yazıçılarımızdan getdiyini, tədqiqat 

obyekti kimi Nizaminin, M.F.Axundovun, Mirzə Kazım bəyin, 

Səməd Vurğunun  əsərlərinin seçildiyini görərkən bunları öz 

«elmi-tədqiqat» standartlarına uyğunlaşdıra bilmirlər. Lakin əsil 

fəlsəfə bu «standartlardan» çox yüksəkdə durur. Heydər Hü-

seynov yeri gələndə dialektikadan, idrak nəzəriyyəsindən 

yazmasına, yeri gələndə Moskvadakı diskussiyalarda iştirakına, 

o cümlədən A.A.Cdanovun sədrliyi ilə keçirilən məşhur bir 

ideoloji məclisdə – Q.F.Aleksandrovun «Qərbi Avropa fəlsəfəsi 

tarixi» kitabının müzakirəsində  çıxış etməsinə  və «Voprosı 

filasofii» curnalının ilk nömrəsində çap olunmasına 

baxmayaraq, daha çox dərəcədə milli-fəlsəfi fikrin qaynaqlarını 

araşdırmağa üstünlük verirdi. 

Məsələ burasındadır ki, biz ancaq başqa millətlərin ic-

timai-siyasi fikrini və yabançı  məfkurələri öyrənməklə  və ya 

ancaq marksizm-leninizm fəlsəfəsindən çıxış etməklə heç vaxt 

milli özünüdərk səviyyəsinə yüksələ bilməzdik. Qərb fəlsəfəsini 

və ya rus və sovet fəlsəfi fikrini bilmək, öyrənmək,  əlbəttə, 

lazım idi. Lakin bu sahədəki nəzəri irsi mənimsəmək, 

ümumiləşdirmək və  gələcək nəsillərə çatdırmaq vəzifəsinin 

milli-mənəvi məsuliyyəti daha çox dərəcədə bir ingilisin, 

almanın, ya da bir rus-sovet tədqiqatçısının üzərinə düşürdü. 

Təbii ki, bu istiqamətdə tədqiqatçılar aparmaq və bu elmi-nəzəri 

irsi inkişaf etdirmək sahəsində  Qərb filosoflarının  şansı daha 

çox idi. Marksizm fəlsəfəsi də  əslində klassik Qərb fəlsəfi 

fikrinin üzərində qurulmuşdu və bir sovet filosofu kimi Heydər 

Hüseynovun qarşısında hər hansı bir başqa nəzəriyyəni deyil, 

məhz marksizmi və onun ideya-nəzəri qaynaqlarını  tədqiq 

etmək vəzifəsi qoyulmuşdu. Lakin bu sahədə Moskvadakı 

həmkarlarından səviyyəcə geri qalmadığını dəfələrlə sübut edən 

Heydər Hüseynov həm də bir azərbaycanlı olduğunu və bu 




 

- 371 -


baxımdan qarşısında duran mənəvi məsuliyyəti də unuda 

bilmirdi. Ona görə də, öz sələflərimizin dünyagörüşünü, fəlsəfi 

və ictimai-siyasi irsini öyrənmək və yeni nəslə çatdırmaq, bu 

irsi ümumbəşəri fəlsəfi fikir kontekstində nəzərdən keçirməklə 

söz sahibi olduğumuz məqamları üzə  çıxarmaq missiyasını da 

öz üzərinə götürmüşdü. Heydər Hüseynov dünyaya milli və 

ümumbəşəri fikrin vəhdəti prizmasından baxırdı. Və  nə  qədər 

təəccüblü olsa da, görünür özündən asılı olmayaraq, daxildən 

gələn bir hökmlə millilik kompanenti üstünlük təşkil edirdi. 

Burada başqa bir məqama da diqqət yetirmək yerinə dü-

şərdi. Milli-fəlsəfi fikrin spesifikası çox vaxt düzgün anlaşılma-

dığından bəzilərinə Şərq-İslam fəlsəfi fikrinin, o cümlədən orta 

əsr Azərbaycan filosoflarının əsərlərinin ərəbcədən tərcüməsi və 

şərhi daha önəmli və daha elmi görünür. Düzdür, o dövrün 

fəlsəfi traktatları  əsasən antik fəlsəfədən qaynaqlandığından, 

fəlsəfi terminologiya baxımından daha mükəmməl səciyyə 

daşıyır. Lakin ya islam fəlsəfəsini, ya da Aristotelə  əsaslanan 

peripatetiklərin yazdıqlarını rəhbər tutan orta əsr filosoflarımız 

millilikdən daha çox ümumbəşərilik mövqeyindən çıxış 

edirdilər. Həqiqi milli fikir isə daha çox şifahi xalq 

ədəbiyyatında,  ədəbi-bədii  əsərlərdə öz əksini tapırdı. Buna 

görə  də Heydər Hüseynov, bir tərəfdən, qədim dövrlərdən üzü 

bəri peşəkar Azərbaycan filosoflarının elmi-nəzəri irsinin, 

ölkəmizdə yayılmış və ictimai şüurda geniş iz buraxmış fəlsəfi 

cərəyanların üzə çıxarılması, tədqiq edilməsi və yeni nəslə çat-

dırılması istiqamətində görülən işlərinə  əsasını qoyur və bu 

işləri təşkilatlandırırdısa, digər tərəfdən, böyük şairlərimizin, 

yazıçılarımızın  əsərlərini fəlsəfi fikir prizmasından keçirərək 

dəyərləndirmək, tarixçi, dilçi və  ədəbiyyatşünas alimlərimizin, 

dövlət qulluğunda çalışan ziyalılarımızın fikirlərinin əsas fəlsəfi 

qayəsini və ideya yönümünü açmaq və bütün bu istiqamətlərdə 

hərtərəfli və sistemli tədqiqatlar aparılması üçün zəmin 

hazırlamaq missiyasını öz üzərinə götürmüşdü. Sonrakı 

dövrlərdə  məhz Heydər Hüseynovun bu missiyasının davamı 

olaraq Nizaminin, Füzulinin, A.Bakıxanovun, M.F.Axundovun, 

Həsən bəy Zərdabinin və s. görkəmli Azərbaycan 

mütəfəkkirlərinin yaradıcılığı  fəlsəfi müstəvidə  tədqiq edilmiş, 

bu mövzularda çoxlu dissertasiya işləri, məqalələr və monoq-




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə