FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə128/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   121   122   123   124   125   126   127   128   129

 

- 394 -


milli fəlsəfə  tədqiqatçılarının dünya fəlsəfi fikrinin inkişaf 

prosesinə qatılması xeyli çətinləşmiş olur. 

Lakin çətinlik bundan ibarət deyil. Ümumi fəlsəfi prob-

lemlərlə yanaşı, milli fəlsəfi problemlər də vardır ki, onların 

ümumbəşəri bilik kontekstində  tədqiqi ilə biz özümüz məşğul 

olmasaq, heç kim məşğul olmayacaq. Yəni fəlsəfədə riyaziyyat 

və  təbiətşünaslıqdan fərqli olaraq, müəyyən avtonomluq da 

vardır. Bu hal daha çox dərəcədə artıq fəlsəfədən ayrılaraq nisbi 

müstəqillik  əldə etmiş konkret fəlsəfi elmlər sahələrində, 

sosiologiyada, politologiyada, fəlsəfə tarixində  və s. özünü 

göstərir. 

Fəlsəfi biliklər sisteminin öyrədilməsi,  əslində  gərək 

zaman oxunda, tarixi müstəvidə  həyata keçirilsin. Əvvəla, in-

sanlar ümumiyyətlə  mədəniyyət tarixinin tərkib hissəsi kimi 

dünya fəlsəfi fikrinin korifeyləri haqqında məlumata malik 

olmalıdırlar. Necə ki, hər bir ziyalı musiqiçi olmasa da – Bet-

hoven, Çaykovski, Ü.Hacıbəyov haqqında, rəssam olmasa da – 

Rafael, Rembrant, Van Gog, Pikasso haqqında,  ədəbiyyatçı 

olmasa da Homer, Nizami, Şekspir, Viktor Hüqo haqqında 

müəyyən məlumatlara malikdir, eləcə  də Sokrat, Aristotel, 

Bəhmənyar, Con Lokk, Kant və onların ideyaları haqqında 

müəyyən bilgilərə malik olmaq «mədəni adam» olmağın  əsas 

şərtləri sırasına daxildir. Digər tərəfdən, ideyaların inkişaf 

tarixini bilmədən sivilizasiyanın da tarixini mənimsəmək 

mümkün deyil. 

İkincisi, fəlsəfi biliklər elmdən fərqli olaraq zaman keç-

dikcə köhnəlmir.  Əgər fizikada, riyaziyyatda hər bir yeni nəsl 

əvvəlki nəslin çiyinləri üzərində  qərar tutursa, fəlsəfədə sonra 

gələnlər  əvvəlkilərlə yanaşı dayanmaq məcburiyyətindədir. Bu 

gün sıravi bir fizik Nyutondan daha çox bildiyi halda, fəlsəfə 

üzrə  ən məşhur akademikin belə  fəlsəfəni Aristoteldən daha 

yaxşı bildiyini düşünmək sadəlövhlük olardı. Biz bu gün də 

Platonu, Aristoteli, Hegeli çətinliklə başa düşür (əgər başa 

düşürüksə) və onların baş vurduğu dərinliyə girməyə  cəsarət 

göstərmirik. 

Fəlsəfə klassikləri bizim müasirlərimizdir. Görünür, ona 

görədir ki, fizika ilə məşğul olan alimlər özünə rahatca «fizik» 

deyə bilir, amma fəlsəfə ilə  məşğul olanlar özü haqqında 




 

- 395 -


«filosof» deməyə çəkinirlər. 

Fəlsəfə sahəsində  tədqiqatlar aparmaq, yeni söz demək 

çox çətindir. Çünki burada birbaryer var. Hər fəlsəfə klassikinin 

düzəliş etməyə, başqasının sistemi daxilində yeni söz deməyə 

isə sadəcə  mənəvi haqqımız yoxdur. Yeni fəlsəfi sistem 

yaratmaq isə çox çətindir və bu baryeri ancaq fitrən filosof 

olanlar keçə bilərlər. 

Fəlsəfənin rolu və əhəmiyyəti haqqında danışarkən müx-

təlif fəlsəfi nəzəriyyələr haqqında məlumatla, fəlsəfi biliklərin 

sistemli təqdimatı ilə yanaşı, fəlsəfi düşüncə qabiliyyətinin 

formalaşdırılması  məsələsi nisbi müstəqil bir vəzifə kimi 

ayrılıqda nəzərdən keçirilməlidir. Belə ki, ola bilsin, müxtəlif 

fəlsəfi təlimləri öyrənmək heç də hamıya lazım deyil. Lakin 

fəlsəfi düşüncə  tərzi təfəkkür mədəniyyətinin ayrılmaz tərkib 

hissəsidir və hamı üçün faydalı ola bilər. 

Fərdi fəlsəfi düşüncələr, insanın dünyadakı gözəllik və 

harmoniya təzahürləri qarşısındakı heyrətindən doğan suallar, 

insanın özü ilə  və dünya ilə  təkbətək söhbətləri – kamilliyə 

aparan yolun məqamlarıdır. Bu məqamlar özünü maddi 

dünyadan ayıran, fərqli bir mahiyyətin təmsilçisi olduğunu dərk 

edən və özündə dünyaya qarşı dura biləcək bir mənəvi güc, 

ideya qaynağı tapan və bu qaynaqdan müntəzəm surətdə 

bəhrələnərək daim kamilləşən, dünya ilə, cahan ilə tən gələn və 

nəhayətdə, bu «cahana sığmayan» insan-filosofun və ya sözün 

həqiqi mənasında insanın, böyük hərflə  İnsanın həyat 

məqamları, idrakın  əzablı  və möhtəşəm addımları, mənəvi 

yüksəliş yaşantılarıdır. Heyrətdən başlanan idrak yolunda əzab 

və sevincin, eşq və kədərin vəhdət məqamları… 

Əsl böyük həyatın heyrətdən başlandığını etiraf edən 

Qərb fəlsəfi fikri, təəssüf ki, 500 il əvvəl Füzulinin poetik 

zirvəyə qaldırdığı heyrətdən başlanan məhəbbət və idrak fəl-

səfəsindən hələ də xəbərsizdir. Azərbaycan fəlsəfi fikri Avropa 

üçün hələ də açılmamışdır. Nəinki Avropa, biz heç özümüz də 

vaxtilə yaratdıqlarımızı özümüzə qaytarmağa nail olmamış, 

onları inkişaf etdirmək bir yana dursun, sadəcə müasir fəlsəfi 

fikir kontekstində yenidən mənimsəyə bilməmişik. Təəssüf ki, 

heyrətdən başlanan, məhəbbətdən keçən və  fəlsəfi idraka 

yüksələn mənəvi-əqli inkişaf yolunda son mərhələni unutmuş, 




 

- 396 -


neçə  əsrlər boyu elə  məhəbbətdət də ilişib qalmışıq və  bəzi 

rəmzləri hərfi mənada təfsir etdiyimizdən, ulularımızın böyük 

ideyalarını da yarımçıq mənimsəmişik.  Əbu Turxanın məlum 

rübaisində deyildiyi kimi: 

 

İdrakı rəmz edib bir gül sandılar, 

Aqil olanları bülbül sandılar, 

Vaxt keçdi, rəmz itdi, sonra gələnlər 

Təkcə bülbül ilə gülü andılar. 

 

Fəlsəfə elmlərdən fərqli olaraq, maddi dünyanın obyektiv 



qanunauyğunluqlarını öyrənməklə  məşğul olmur. Düzdür, bir 

çox filosoflar fəlsəfənin başqa elmlərdən fərqini sadəcə 

miqyasla izah etməyə çalışırlar. Yəni, konkret elmlər dünyadakı 

hadisələrin bu və ya digər qismini və  cəhətlərini öyrəndiyi 

halda, fəlsəfə bütövlükdə dünyanı, onun ən ümumi 

qanunauyğunluqlarını öyrənirmiş… Belə olduqda fəlsəfə son 

nəticədə yenə  də elmlər sırasına daxil edilir. Halbuki, fəlsəfə 

ümumiyyətlə elmdən fərqli olmaqla dünyanı (maddi dünya 

nəzərdə tutulur) öyrənmək vəzifəsini qarşısına qoymur. 

Fəlsəfənin predmeti dünyadan kənara çıxır və özünü mənəvi bir 

varlıq olaraq dünyadan ayırmış insanın dünya ilə münasibətini 

əks etdirir. Elm obyektiv dünyanı, insansız (mənsiz, mənəvi 

faktorsuz) dünyanı öyrəndiyi halda, fəlsəfə  məhz insanlı 

dünyanı, insaniləşmiş, rəmziləşmiş dünyanı öyrənir.  İncəsənət 

də dünyanı ifadə edir, bədii obrazlarla, rəmzlərlə «əks etdirir». 

Lakin burada söhbət elmdəki mənada inikasdan deyil, ideya-

estetik yaşantıdan gedir. Yuxarıda artıq qeyd etdiyimiz kimi, 

ədəbiyyat və incəsənət, elmə nisbətən fəlsəfəyə daha yaxındır. 

Elmdən fərqli olaraq ədəbiyyat və incəsənət bütün xalqın istifa-

dəsinə verildiyi kimi, fəlsəfə  də bütövlükdə xalqın dünya-

görüşünün formalaşmasında  əhəmiyyətli dərəcədə  iştirak edir. 

Lakin burada fəlsəfənin iki müxtəlif səviyyəsindən söhbət 

getdiyi nəzərə alınmalıdır. Peşəkar fəlsəfə, elmi-fəlsəfi araşdır-

malar, təbii ki, geniş kütlələr üçün nəzərdə tutulmur. Fəlsəfi 

düşüncə  tərzinin, ideya-mənəvi yaşantı  vərdişlərinin isə bütün 

insanlara aşılanması çox önəmlidir. Hər bir insan özünü maddi 

dünyadan ayırmağı, cari hadisələrin fövqünə qalxmağı, həyata 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə