FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə127/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   121   122   123   124   125   126   127   128   129

 

- 391 -


                                                          

tədqiqatçılarının Rusiya və Türkiyədə keçirilən konfranslarda 

iştirakı müntəzəm xarakter aldı. Azərbaycanlı müəlliflər 

Moskvada rus və ingilis dillərində  çıxan «Qlobalistika» 

ensiklopediyasının hazırlanması  işinə  cəlb edildilər.

1

 2000-ci 



ilin avqustunda və 2003-cü ilin iyul ayında Romada keçirilən 

Beynəlxalq Metafizika konqreslərində, 2003-cü ilin avqustunda 

İstanbulda keçirilən XXI Ümumdünya Fəlsəfə konqresində, 

həmin ilin dekabr ayında  İstanbulda keçirilən Türkiyə, 

Azərbaycan və Qazaxıstan sosioloqlarının konfransında, 2004-

cü ildə Oksford Universitetində, 2005-ci ilin avqustunda 

Hollandiyada keçirilən Beynəlxalq Fenomenologiya 

konfranslarında, 2005-ci ilin oktyabrında Türkiyənin  İzmit 

şəhərində keçirilən Türkdilli xalqların sosioloqlarının I 

Beynəlxalq qurultayında Azərbaycan nümayəndə heyətlərinin 

iştirakı beynəlxalq yaradıcılıq  əlaqələrinin genişlənməsindən 

xəbər verir. Son illərdə Bakı da bir sıra beynəlxalq fəlsəfi 

tədbirlərin təşkilatçısı olmuşdur.  

2002-ci ildə  fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin 

rəhbərliyi ilə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Asso-

siasiyasının təsis edilməsi filosofların daha yaxşı  təşkilatlan-

masına səbəb olmuş və elə həmin ildən Azərbaycanda «Fəlsəfə 

və sosial-siyasi elmlər» adlı curnalın nəşrinə başlanmışdır. 

Assosiasiyanın təşəbbüsü ilə Karl Popperin və Jan Pol Sartrın 

anadan olmasının 100 illiyi, Kantın vəfatının və Feyerbaxın 

anadan olmasının 200 illiyi, Con Lokkun vəfatının 300 illiyi 

təntənə ilə qeyd edilmiş, onların haqqında dövri mətbuatda 

məqalələr çap etdirilimşdir ki, bu da Azərbaycan 

ictimaiyyətinin diqqətini dünya fəlsəfi fikrinə yönəltmək 

sahəsində önəmli bir addımdır. Azərbaycan Fəlsəfə  və Sosial-

Siyasi Elmlər Assosiasiyasının təşəbbüsü ilə habelə milli-fəlsəfi 

fikir tarixinin təbliği sahəsində bir sıra beynəlxalq miqyaslı 

tədbirlər həyata keçirilmişdir. Bunların arasında Azərbaycanın 

görkəmli filosofu Şihabəddin Yəhya Sührəvərdinin anadan 

olmasının 850 illik yubileyini və yubiley ərəfəsində çap olunan 

nəşrləri, habelə akademik Heydər Hüseynovun anadan 

 

1



 Глобалистика. Энциклопедия (гл. редактор И.И.Мазур, 

А.Н.Чумаков.) М., «Радуга», 2003.-1328 с.   




 

- 392 -


olmasının 95 illik yubileyi münasibətilə görülən işləri, hər ilin 

noyabr ayında Beynəlxalq Fəlsəfə gününün təntənə ilə qeyd 

olunmasını xüsusi qeyd etmək lazımdır. 2004-cü ilin 

oktyabrında professor Aida İmanquliyevanın yubileyinə  həsr 

olunmuş  «Şərq və  Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni 

əlaqələr» adlı beynəlxalq elmi konfransda ABŞ-dan, 

Türkiyədən və Rusiyadan gəlmiş görkəmli filosofların iştirakı 

Azərbaycan fəlsəfi ictimaiyyətinin həyatında mühüm hadisə 

hesab edilə bilər. Həm də bu konfrans ötəri olmamış, 2005-ci 

ilin payızında keçirilən təkrar beynəlxalq konfransda daimi 

fəaliyyət göstərən «Şərq və  Qərb: fəlsəfələr arasında körpü» 

adlı Beynəlxalq Alimlər Assosiasiyası yaradılmışdır. Mərkəzi 

ofisi ABŞ-da yerləşən Ümumdünya Fenomenologiya 

İnstitutunun direktoru, professor Anna-Tereza Tumeniçkanın, 

M.V.Lomonosov adına MDU-nun kafedra müdiri Zotovun, 

Qalatasaray Universitetinin fəlsəfə kafedrasının dekanı, 

professor Kənan Gursoyun, Qazi Universitetinin professoru 

Süleyman Hayrı –Bolayın,  İstanbul Universitetinin professoru 

Ümit Meriçin, tanınmış türk yazıçısı  və filosofu Mustafa 

Armağanın, Rusiya Fəlsəfə  cəmiyyətinin I vitse-prezidenti, 

professor A.Çumakovun, Rusiya EA Fəlsəfə  İnstitutunun  şöbə 

müdiri, professor N.Smirnovanın, Hollandiyalı professor 

M.Keijzer və s. AFSEA-nın təşəbbüsü ilə keçirilən müxtəlif 

konfranslarda və yubiley mərasimlərində, birgə seminarlarda 

iştirakı Bakıda elmi-fəlsəfi yaradıcılıq mühitinin beynəlxalq 

miqyas aldığına dəlalət edir.  

Müstəqillik dövründə Azərbaycanda fəlsəfi və sosial-

siyasi fikrin inkişafı sahəsində atılmış ciddi addımlara bax-

mayaraq, bu sahədə həm təşkilati işin, həm də elmi yaradıcılıq 

prosesinin daha da inkişaf etdirilməsinə ehtiyac vardır.                              

 

 

 



 

 

 



 

 



 

- 393 -


 

SON SÖZ ƏVƏZİ 

 

 



Dünya fəlsəfi fikrinin inkişaf tarixinə ümumi bir nəzər 

saldıqda və burada Azərbaycan milli-fəlsəfi fikrinin yerini və 

rolunu düzgün dəyərləndirdikdə belə  qənaətə  gəlmək olur ki, 

tarixin müəyyən məqamlarında xalqımız fəlsəfi fikrin yara-

dıcıları və aparıcı qüvvələri sırasında olmuşdur.    

Bu gün də azərbaycanlı filosofların ümumbəşəri ideya-

ların, dünya fəlsəfi fikrinin inkişafında iştirak etməyə, bey-

nəlxalq fəlsəfi ictimaiyyətin birgə  tədqiqatlarına qoşulmağa 

mənəvi haqları vardır. Lakin bu mənəvi haqqın gerçəkləşdiril-

məsi tarixdə qalmış xidmətlərlə həyata keçmir; bunun üçün həm 

də müvafiq elmi-fəlsəfi mühit yaranmalıdır. Əgər biz həqiqətən 

Qərb dəyərlərinə, o cümlədən Qərb fəlsəfi fikrinə yiyələnmək 

istəyiriksə, fəlsəfə klassiklərinin  əsərləri Azərbaycan dilinə 

tərcümə olunmalı və onların şərhi və təhlili istiqamətində geniş 

miqyaslı  tədqiqatlar aparılmalıdır. Lakin Qərbə  pəncərə 

açılmasına baxmayaraq, bir tərəfdən çağdaş düşüncə 

paradiqmasını keçə bilmədiyimizə görə, digər tərəfdən dil 

baryeri (adi danışıq yox, elmi-fəlsəfi dil nəzərdə tutulur) hələ də 

qaldığından Qərbi Avropanın fəlsəfi həyatına daxil olmaq bir 

yana dursun, müvafiq fəlsəfi  ədəbiyyatın orijinaldan 

tərcüməsinə də hələ ki, rast gələ bilmi-rik. 

Düzdür, dəqiq elmlər sahəsində Azərbaycan alimləri 

dünya elmində gedən proseslərə, qismən də olsa, qatıla bilirlər. 

Çünki riyaziyyat və  təbiətşünaslıq bütün dünyada eynidir. Hər 

bir xalqın, hər bir ölkənin öz riyaziyyatı, öz elmi ola bilməz və 

qapılar hamı üçün açıqdır. Burada dil baryeri də xeyli zəifdir; 

çünki riyazi dil və elmi terminologiya universal olduğundan, 

dəqiq elmlərdə  tərcümələr daha adekvat olur. Fəlsəfədə isə 

problematika fərqi ilə, milli mentalitet fərqi ilə yanaşı, dil 

baryeri də olduqca mühüm bir amilə çevrilir. Fəlsəfəyə azca da 

olsa bələd olanlar dilin nə  dərcədə  ağır olduğunu, yəqin ki, 

bilirlər.  İnsanlar, hətta öz dilində  də  fəlsəfənin mürəkkəb 

üslubuna uyğunlaşmaqda çətinlik çəkirlər. Belə olduğu halda, 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə