FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə124/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   121   122   123   124   125   126   127   128   129

 

- 381 -


Məsələn, insan amili unudulmuşdu və guya indi insan amilini 

də  əlavə edəndə  və bu ifadəni qalın-qalın kitabların başlığına 

yazanda hər  şey yerinə düşəcək, fəlsəfədə ahəng yaranacaq. 

Amma bütün məsələ  də elə bundadır ki, əgər insan amili 

unudulmuşdusa burada fəlsəfədən heç söhbət gedə bilməz. 

Unudulmuş duzları ayrıca yeməklə xörək dönüb dadlı olmaz.                   

Sovet dövründə fəlsəfə özü üçün şeyə çevrilmişdi. Tədris 

müəssisələrində o, mükəlləfiyyət kimi öyrədilir, ictimai həyatın 

idarə olunmasında isə  nəzərə alınmırdı.  Əməli işdən tamàìèëÿ 

êÿíàðäà qalmasınlar deyə “filosoflar”, fəlsəfə müəllimləri par-

tiyanın praktik fəaliyyət proqramlarının, müxtəlif cari partiya 

sənədlərinin təbliği ilə  məşğul olurdular. Əsl fəlsəfə 

sıxışdırılmış, “rəsmi filosoflar” isə siyasətin nökərinə 

çevrilmişdilər. 

Fəlsəfənin lazımsızlığını  rəsmi  şəkildə heç kim demirdi, 

o yenə  də bütün ali məktəblərdə  tədris olunur, onun ekstensiv 

inkişafı üçün yenə də dövlət xəzinəsindən pul buraxılırdı, amma 

çoxları bu pulların havaya sovrulduğunu, tələbələrin vaxtının 

havayı  sərf olunduğunu düşünürdü. Və bu cür münasibətin 

obyektiv  əsası da yox deyildi. Doğrudan da, fəlsəfə ehkama 

çevriləndən, sxemə salınandan sonra, ictimai praktikadan, 

günün real problemlərindən ayrı düşəndən sonra onun belə 

geniş miqyasda saxlaíması lüzumsuz görünürdü. 

Yəqin buna görədir ki, kütləvi informasiya vasitələri, 

mətbuat, televiziya fəlsəfi fikrə etinasızlıq göstərməyə baş-

lamışdı. “Fəlsəfəçilik”, “mücərrədçilik“ kimi damğalar da hə-

min dövrlərdə yaranmışdı və təəssüf ki, bu gün də istifadÿ edil-

məkdədir. H.Cavid, S.Vurğun kimi görkəmli filosof-sənət-

karların “fəlsəfəçilikdə”, “mücərrədçilikdə”, real həyatdan ayrı 

düşməkdə  təqsirləndirilməsi heç də  məhz həmin sənətkarlara 

münasibət deyildi. Əslində bütövlükdə  fəlsəfi fikrin özünə 

münasibət idi. Bədii  ədəbiyyatda, poeziyada fəlsəfi fikri real 

praktik çıxışı olan və ya konkret emosional təsiri olan “əsl 

fəlsəfiliklə”  əvəz etmək meyli yaranmışdı. Təsvirçi tənqidçilik 

meyli  ədəbi tənqiddə  fəlsəfi araşdırmaları bir növ qadağan et-

miş, filosof-tənqidçilər çap olunmaq hüququndan məhrum elə-

mişdi. Fəlsəfəyə heç bir dəxli olmayan tamam başqa təfəkkür 

formalarını əsl fəlsəfi təfəkkür kimi qələmə vermək və bununla 




 

- 382 -


əslində  fəlsəfədən “xilas olmaã” meyli, təəssüf ki, hələ 

tamamilə aradan qaldırılmamışdır. 

Fəlsəfəni elmiləşdirmək adı ilə onu elm çərçivəsinə 

salmışdılar. Elm isə insansızlaşmış dünyanı öyrəndiyi üçün 

insana yaddır, hər cür emosionallıãdan, hər cür təəssüratdan 

azaddır və ya məhrumdur. Soyuq ağılla, rasional düşüncə ilə 

əldə olunmuş biliklər, bu biliklərin müəyyən sxematik sistemi 

olsa-olsa yalnız ixtisas fəaliyyətində lazım olar. İnsanın xarak-

ter və  mənəviyyatının formalaşması prosesində bu biliklər 

bilavasitə heç bir rol oynamır. 

Deməli, o vaxt ki, fəlsəfə elm normativləri çərçivəsinə 

salınmışdı, o yalnız ixtisas fənninin metodologiéası kimi faydalı 

ola bilərdi. Təəssüf ki, respublikamızın ali məktəblərində bu 

sahəyə fikir verilmir. 

Əlbəttə, fəlsəfənin bütün əhəmiyyəti onun yalnız meto-

doloji funksiyası ilə  məhdudlaşmır. Onun ideoloji və dünya-

görüşü funksiyalarından da səmərəli surətdə istifadə etmək olar. 

Lakin təbiidir ki, sovet dövründə  fəlsəfənin bu funksiyaları da 

sxematikləşdirilmiş və tədricən öz təsir gücünü itirmişdi. 

İdeoloji funksiya sinfilik prinsipi ilə  məhdudlaşdırılmış 

və üstəlik bu prinsip özü də bayağılaşdırılmış, metafizik bir 

hökm çərçivəsinə salınmışdı: kapitalizm cəmiyyətində nə varsa 

– pisdir, sosializm cəmiyyətində nə varsa – yaxşıdır. Fəlsəfə də 

hər vasitə ilə yalnız buna xidmət etməli idi ki, sosializmin 

üstünlüklərini təbliğ etsin. Halbuki həqiqi dialektik mövqe 

tədqiqat obyektlərinin hərtərəfli öyrənilməsini, hər bir 

mütərəqqi hadisənin də daxili ziddiyyətlərinin üzə  çıxarıl-

masını, habelə ümumən mənfi hesab olunan hər hansı hadisədə 

onun mövcudluğunu hər halda təmin edən, onu yaşadan pozitiv 

başlanğıcı aşkara çıxarmağı nəzərdə tutur. 

Başqa bir misal. İnsan mürəkkəb bio-sosial-mənəvi 

sistemdir. Onu təşkil edən bu müxtəlif müstəvilərdən hər hansı 

birini ön plana çəkib, qalanları  nəzərdən atsaq insan haqqında 

tam, bütöv təsəvvür  əldə etmək mümkün olmaz. Lakin bu 

yaxınlara qədər insana əsasən sinfilik prizmasından nəzər 

salınırdı, bütün yerdə qalan cəhətlər, insanın fiziki və  mənəvi 

keyfiyyətləri isə kölgədə qalırdı.  İnsanın fərdiyyəti, mənəvi 

təkrarlanmazlığı, unikallığı unudulur, eyni ictimai 




 

- 383 -


münasibətlərin məcmusu olan bütün insanlar eyni bir çərçivəyə 

salınırdı. Nəticədə  bərabərlik ideyası  bərabərçilik prinsipinə 

çevrilir, unikal insan fərdiyyətinin yerini cəmiyyətin bir ünsürü, 

milyonlardan biri olan özgələşmiş  sosial insanlar tuturdu. 

Stalinizm dövründə repressiyaya bir növ bəraət qazandıran 

“əvəz olunmaz heç kim yoxdur” ideyası yaranır, guya cəmiyyə-

tin səadəti naminə ayrı-ayrı insanların səadəti qurban verilirdi.  

Burada biz şəxsi mənafeyi ictimai mənafeyə qurban 

verməyin necə təbliğ olóíduğunu yada salmaya bilmərik. Çünki 

bu, cəmiyyət ilə insan arasındakı zidiyyətin açıq-aşkar birtərəfli, 

''metafizik'' həllinə  ən yaxşı misaldır. Ayrıca insanlar, onların 

şəxsi mənafeyi bir qayda olaraq arxa plana keçirdi... Lakin sual 

olunmurdu ki, bununla biz əslində son məqsədi qurban vermiş 

olmuruqmu? 

Cəmiyyət həddindən artıq mücərrədləşdirilir və  əslində 

insanın  əksliyinə çevrilirdi. Halbuki sosialist inqilabının  əsas 

məqsədlərindən biri məhz bu əksliyi aradan qaldırmaq, bir tə-

rəfdən  şəxsi mənafelərin ictimai mənafeyə, digər tərəfdən də 

ictimai mənafeyin  şəxsi mənafelərə uyğunluğunu təmin etmək 

idi. Lakin təəssüf ki, mövcud sosial-iqtisadi münasibətlərin 

strukturunda bu ikinci istiqamət arxa plana keçmiş, insanın 

cəmiyyət qarşısındakı  məsuliyyətindən gen-bol söhbət getdiyi 

halda, cəmiyyətin insan qarşısında məsuliyyət daşıması yaddan 

çıxmışdı. 

Əgər insan müstəqil mənəvi sərvət kimi deyil, yalnız 

cəmiyyətin bir üzvü, hissəsi kimi yada düşürsə, deməli obyektiv 

ictimai həyat mənəvi insandan və ya insan mənəviyyatından 

“azad edilir”. Unudulur ki, mənəvi komponentdən “azad 

edilmiş” sosial gerçəklik daha fəlsəfənin predmeti ola bilməz. 

Çünki hər hansı bir problem yalnız o zaman fəlsəfèlik səviy-

yəsinə qalxır ki, o, insan taleyi ilə bağlanır, mənəviyyat 

prizmasından keçirilir. Fərddən kənarda, fərdi mənəviyyatdan 

kənaräa götürülən ictimai problemlər fəlsəfənin yox, sosiolo-

giyanın predmetinə daxildir. Biz bu fərqi nəzərə almadığımıza 

görə və xüsusi fənlərdən biri olan sosiologiyanın problemlərini 

fəlsəfəyə daxil elədiyimizə görə, fəlsəfənin predmeti əsassız 

surətdə genişləndirilmiş, meyar itmişdir. Nəticədə  fəlsəfəyə 

dəxli var, ya yox, ictimai həyatdan bəhs edən istənilən yazı 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə