FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə113/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   109   110   111   112   113   114   115   116   ...   129

 

- 348 -


cari təzahürlərdən, görüntülərdən abstarksiya olunaraq onların 

arxasında, harada isə  dərin qatda «gizlənən» mahiyyəti üzə 

çıxarmaq lazımdır. Lakin sual olunur ki, görüntülər, hadisələr 

aldadıcıdırsa həqiqətə gedən yol nədən başlanır? Jan-Pol Sartr 

özünün «Varlıq və heçlik» əsərində «fenomen» ideyasını izah 

edərkən məhz bu suallardan başlayır. Cavab isə belə olur ki, 

gəlin görüntülərin arxasında nə isə axtarmayaq. Həqiqi varlıq 

elə bu görüntülərdən ibarətdir. Sadəcə diqqətlə baxmaq və yaxşı 

görmək tələb olunur. Onsuz da heç bir cism, heç bir varlıq 

bütün  əlamətləri və  zənginliyi ilə eyni vaxtda təzahür edə 

bilməz. Onun varlığı təzahürlər silsiləsi kimi üzə çıxır.  

 XX əsrdə insanı təbiətin bir hissəsi kimi, sonsuz kainatın 

sonlu hissələrindən biri kimi götürən bütün metafizik təlimlər

ontoloji sistemlər heç bir pozitiv cəhəti olmayan, əməli həyat 

üçün yararsız bir şey kimi kənara atılır və yeni yaranan təlimlər 

hər  şeyi «həqiqi reallıqdan», insanın özündən, Mən-dən 

başlayaraq izah etməyə çalışırlar. Mən-dən o tərəfə  nəyinsə 

mövcudluğu mənə  bəlli deyil. Gəlin, bilə bilməyəcəyimiz 

şeylərdən heç danışmayaq. Çağdaş antropologiya hər cür 

metafizikanı bu mülahizə ilə rədd edir.  

Hər bir insanın öz dünyası var. Lakin insan üçün onun öz 

dünyasından kənarda da nə isə varmı?  «Nə isəni» bəzən 

qaranlıq dünya, bəzən «özündə  şey», bəzən transendent dünya 

adlandıranlar olur. Bu «nə isə»nin fəlsəfəsi də yaranır. Belə 

fəlsəfələr  əslində müəyyən aksiomlar üzərində qurulur. 

Materialistlər insandan, onun duyğularından,  əqlindən asılı 

olmayan həmin «nə isə»ni maddi dünya və ya «materiya» 

abstraksiyası ilə, ilahiyyatçılar isə Allah anlayışı ilə ifadə 

edirlər.  İnsanın fövqündə  əzəli-əbədi bir varlığın: ya Allah, ya 

da materiya fövqəlqüdrətinin mövcudluğunu qəbul etməyən, 

yaxud bu barədəki fikirləri onların isbata yetirilə bilməməsi 

üzündən istisna edən, bu məsələyə sadəcə olaraq toxunmayan 

və ancaq insana həqiqətən bəlli olan «Mən» dünyasını önə 

çəkən təlimlər arasında Jan-Pol Sartrın antropologiyası önəmli 

yer tutur.  

İnsan üçün real olan onun bilavasitə gördükləri, duyduq-

larıdır. Hətta dünən gördükləri artıq bu günün reallığına aid 

deyil. Dünənki ağrı-acılar, iztirablar artıq yoxdur, onlar artıq bir 




 

- 349 -


heçlikdir,  əvəzinə indi ancaq sevincli anlar, qəhqəhələr vardır. 

Lakin bugünkü qəhqəhələr də artıq ruşeymi qoyulmuş sabahkı 

həqiqətlər müqabilində bir keçmiş, bir heçlikdir. Varlıq 

statusuna ancaq gələcək hadisələrin «gözlə görünməyən» 

ruşeymi, layihəsi, təməlləri iddialı ola bilər.  

Lakin indi yaşadığım hissiyatmı, yoxsa bu hissiyatı do-

ğuran kənar amillərin reallığımı önə çəkilməlidir?  

Tədqiqat göstərir ki, ancaq indi yaşanan, yaxud yaşan-

ması «planlaşdırılan» hisslərin, duyğuların və ya istiqamət-

lənmiş (intensional) şüurun önə  çəkdiyi fenomenlərin gerçək-

liyindən çıxış etdikdə artıq nə vaxtsa yaşanmış olan duyğuların, 

nə vaxtsa gündəmdə olmuş fenomenlərin (hadisələrin) nə 

gerçəkliyindən, nə mövcudluğundan, nə  də varlığından 

danışmaq mümkündür. Bəli, keçmiş bir heçlikdir. Lakin hələ 

planlaşdırılmayan və ya hər halda heç olmazsa bir rüşeym, bir 

layihə halında da insana bəlli olmayan qaranlıq gələcək də hələ 

bir gerçəklik deyil. Aktual həyat getdikcə daha çox uzaqlaşan, 

toranlaşan keçmişlə  hələ üzərinə sübh işığı düşməmiş  gələcək 

arasındadır. 

Lakin burada belə bir sual ortaya çıxır ki, axşamın toranı 

ilə səhərin toranı arasında fərq nədən ibarətdir? Bir alaqaranlıq, 

o biri alaqaranlıqdan nə ilə seçilir? «Axşamın xeyrindən səhərin 

şəri yaxşıdır», – deyən atalarımız bu iki keçid situasiyasına, 

təzahürdə bir-birinə çox bənzəyən bu iki alaqaranlığa niyə belə 

kəskin fərqli münasibət bəsləyiblər?   

Sadəcə olaraq ona görə ki, bu zahiri eyniyyətin arxasında 

böyük daxili fərq dayanır. Axşamın toranı  bətnində zülmət, 

sabahın toranı  bətnində işıq daşıyır. Mahiyyət isə zahirdə yox

batindədir. 

 J.-P.Sartr mahiyyət ilə varlıq arasındakı nisbəti də dəqiq-

ləşdirməyə çalışır. Lakin keçmişi varlıq hesab etməyən Sartr, 

görünür, «yeninin əslində yaxşı unudulmuş keçmiş» olduğunu 

unudur, nəzərə almır ki, gələcək  indidə ruşeym halında, onun 

bətnində mövcud olduğu kimi, keçmiş də indi üçün bir fon, bir 

kontekst və hətta bir material kimi mövcuddur.  

İndi keçmişlə  gələcəyin arasında bir körpü kimi də 

nəzərdən keçirilə bilər. İndi keçmişin təməli, ən pis halda xara-

balıqları üzərində qurulur. Bu inkar məqamı, bu keçid Hegel 



 

- 350 -


dialektikasında gözəl açılmışdır və bunlar J.-P.Sartra çox yaxşı 

məlum idi. Lakin Sartr öz fəlsəfəsini ancaq insanın hissi-

intellektual dünyası üzərində qurduğundan zamanı da insan 

amili, insan dünyası hüdudlarında götürür. Lakin təəssüf ki, 

Hegelin «insandan kənardakı» obyektiv dünya (mütləq ideya) 

üçün açdığı  əlaqələri, daxili vəhdəti Sartr insan dünyası üçün 

aça bilmir.    

Düzdür, insan indiki məqamda artıq keçmişdə yaşadığı 

hissləri yaşamır, lakin yeni duyğular keçmiş hissi təcrübənin 

qeyri-aşkar iştirakı fonunda üzə  çıxır. Sadəcə olaraq, onun 

mövcudluğu  şüurlu həyat müstəvisində yox, qeyri-şüuri 

(aşkarlanmayan şüur) halında saxlanılır.  

Duyğuların zaman oxu üzərində  əlaqələndirilməsi funk-

siyasını duyğular özü yox, bir tərəfdən  əql, digər tərəfdən də, 

aşkarlanmayan şüur yerinə yetirir. Burada bədənin missiyası da 

unudulmamalıdır. Belə ki, əql bədəndə iz buraxmasa da, 

duyğuların dəyişilməsi, insanın yaşadığı emosional vəziyyət, 

hiss-həyəcan bədənin vəziyyətinə, sağlamlıq dərəcəsinə də təsir 

etməklə  gələcəyə başqa keyfiyyət halında transfer olunur. 

İnsanın yaşamış olduğu həyat bir hafizə  və xatirələrdə, bir də 

bədənin energetik balansında iz qoyur.  

Bir insanın (təkcə) məhz həmin insan olması  nəyin  əsa-

sında iddia olunur? Keçmişlə  gələcək arasında  əlaqələndirici, 

bağlayıcı olan nədir? Axı, insan düşüncəsi müxtəlif faktlarda, 

müxtəlif mövzulara fokuslanır və bu müxtəliflik insanın 

təkcəliyini, individuallığını, özünə mütabiq- liyini ifadə edə 

bilməz. (Çünki düşüncənin məzmunu bədənlə hər hansı bir for-

mada əlaqədar deyil). Digər tərəfdən, insan müxtəlif vaxtlarda, 

müxtəlif hissi, emosional vəziyyətlərdə olur ki, bunların fərdi, 

individial keyfiyyət kimi adekvat ifadəsi mümkün deyil. Bədən 

isə nisbi sabitliyə malikdir, əql və duyğudan fərqli olaraq onun 

zaman-məkan müəyyənliyi vardır. Baxmayaraq ki, zaman 

keçdikcə  bədəndə  də  dəyişikliklər baş verir, burada həmişə  nə 

isə  dəyişilməz olaraq qalır. Bu «nə isə» çox önəmlidir. Çünki 

makrostrukturda kənar müdaxilə ilə  dəyişikliklər baş versə  də, 

hər bir hüceyrə ilkin insanın genetik daşıyıcısıdır. Və məhz bu 

invariantın sayəsində övlad ilə valideyn arasında da varislik 

təmin olunur. Lakin insanın yaşadığı  həyat, keçirdiyi hisslər, 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə