FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə111/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   107   108   109   110   111   112   113   114   ...   129

 

- 341 -


                                                          

ekzistensializmin nümayəndəsi olan Orteqa-i-Qasset isə həyatın 

mənasını başqa bir insanın  şüuruna daxil olmaqda yox, həqiqi 

reallığa – ilahi fövqəl reallığa qatılmaqda görür.

1

 Orteqa-i-



Qasset insanın həyatını, yaşamasını dini hissdən mədəniyyətlə, 

«ikinci təbiətlə» vasitələnmiş reallığa keçid kontekstində 

araşdıraraq belə  qənaətə  gəlir ki, insan özünü gələcəyə atılmış 

vəziyyətdə hiss edir.

2

 Onun yeganə real dayağı keçmişdir. 



Gələcək qarşısında qorxu hissi Sartr fəlsəfəsinə də xasdır. Lakin 

Sartr bunu azadlığın nəticəsi kimi izah edir. Belə ki, gələcəyi 

müəyyənləşdirmək missiyası hər bir insanın özünə xasdır.     

 

1



  Хосе  Ортега-и-Гассет.  Избранные  труды.  М., «Весь  мир», 

1997, стр. 328.      

2

  Yenə orada, səh. 323.  




 

- 342 -


 

 

 

 

 

 

 

 

 

EKZİSTENSİONALİZM, YOXSA 

FENOMENOLOJİ ANTROPOLOGİYA? 

 

Sartr fəlsəfəsi  şüurun ontologiyası sayıla bilər. Sartr 

müasiri Haydeggerdən fərqli olaraq öz varlıq fəlsəfəsini insan 

şüuru üzərində qurur. Haydeggerin «dünyada varlıq» anlayışını 

Sartr «insan reallığı» anlayışı ilə əvəz edir. Bu baxımdan Sartr 

fəlsəfəsi  əslində antropologiyadır. Fransız filosofu M.Düfrenin 

qeyd etdiyi kimi, elmin hegemonluğu  şəraitində  fəlsəfənin 

ağırlıq mərkəzi yerini tədricən kosmologiyadan antropologiyaya 

doğru dəyişir. Elmin «mən»sizləşmiş dünya modelinə alternativ 

olaraq və ya balans yaratmaq üçün fəlsəfədə «mən» önə çəkilir.  

Molla Nəsrəddindən soruşurlar dünyanın mərkəzi hara-

dır? O, tərəddüd etmədən cavab verir ki, mən haradayamsa, – 

oradır. Buna çox vaxt adi bir məzhəkə kimi baxırlar. Amma 

Molla əslində min illərin böyük bir hikmətini ifadə edir. Ondan 

əvvəlmi, yoxsa sonramı yunan filosofu Protaqor da «dünyanın 

mərkəzində insan dayanır», «hər  şeyin meyarı insandır», – 

deyirdi. Mənsur Həllac da, Nəsimi də haqqı haradasa başqa 

yerdə yox, insanın özündə axtarırdı. Həqiqət sorağı ilə bütün 

dünyanı  gəzib dolaşan insanlar, nəhayət, onun elə özlərində, 

mənəvi varlıqlarında olduğunu anlayırdılar. Daha doğrusu

anlayanlar anlayırdı.  

Dünya bir zülmətdir, onu işıqlandıra bilən məşəl insan 

şüurundadır.  Şüurun «diqqətindən» kənarda heç nə yoxdur. 

Daha doğrusu, insan şüuru ilə  işıqlanan, canlanan dünya – 

varlıq,  şüurun hənirtisindən, «diqqətindən» kənarda qalan 



 

- 343 -


dünya isə heçlikdir. Yalnız insan dünyaya məna verir. Var olan, 

həqiqi varlıq olan, həqiqəti işıqlandıran, üzə  çıxaran – insan 

özüdür. Həqiqi varlığın, həqiqət dünyasının açarı insanın 

əllərində, daha doğrusu şüurundadır.  

Şərqdən başı  çıxanlar bütün bu deyilənlərin bir Şərq 

fəlsəfəsi olduğuna heç bir şübhə etməzlər. Xüsusən bir azər-

baycanlı üçün bu fikirlər çox tanışdır; Zərdüştdən başlamış 

işraqilik fəlsəfəsinədək,  Ş.Sührəvərdidən başlamış  ən-əl-həqq 

fəlsəfəsinə, hürufiliyə, Nəsimiyə, Füzuliyədək – hamısı dünyanı 

təxminən bu çalarda: insan meyarı ilə, insan qəlbinin işığında, 

haqqa çatmış insanın özünütəsdiq əzmində axtarmışlar. Əlbəttə, 

anlayışlar, yaxınlaşmalar arasında bənzəyiş aldadıcı da ola bilər, 

lakin ruh – Şərq ruhudur. Əslində yuxarıda ifadə etdiyimiz 

mövqe bir Şərq mütəfəkkirinə deyil, XX əsrin görkəmli fransız 

filosofu  Jan-Pol Sartra aiddir. Biz buraya ancaq «işıq» və 

«qaranlıq» anlayışlarını  əlavə etmişik. Çünki ancaq terminləri 

ortaq məxrəcə gətirəndə eyniyyət üzə çıxır.  

Bununla belə, Jan-Pol Sartrın şərqliliyi yarımçıqdır. Şərq-

də dünya modeli heç də həmişə bir insanın subyektiv yaşantıları 

ilə  məhdudlaşdırılmır.  Şərqdə  işıq ancaq insan qəlbində, fərdi 

şüurda yanmır. Minlərlə, milyonlarla fərdi məşəllərin nur aldığı, 

alovlandığı mütləq bir işıq mənbəyi də vardır. Bütün nurların 

əsasında Nur əl-Ənvər dayanır.  

Bir tərəfdən  şərqli kimi görünən Sartr, digər tərəfdən, 

ifrat Qərb mövqeyindən çıxış edir və bir çox məsələlərdə 

marksizmə yaxın mövqe tuturdu. Bu baxımdan, onun dünya fi-

losofları arasında yeri iki əks qütb, harada isə Nəsimi ilə Marks 

arasında axtarıla bilər. Onu Şərqdən uzaqlaşdıran əsas cəhət isə 

ateist olması idi. F.Nitşsenin təsiri altında Sartr, elə bil ki, 

«Allah öldükdən» sonrakı dünyanı araşdırmağa çalışırdı.  

Əslində Sartr təlimində ateizm qondarma bir əlavədir. 

«İdealist ateizm» özü bir absurddur. Sadəlövh realizm, 

maddiyyatın kortəbii etirafı  səviyyəsindən uzaqlaşaraq ruhla 

işıqlanmayan, qəlbin hənirtisi ilə canlanmayan, hər hansı bir 

şeyin həqiqi varlığına sadəlövh inam səviyyəsindən yüksəkdə 

duran bir şəxs materialist ola bilmədiyi kimi, ateist də ola bil-

məz. Sartr təlimi mahiyyəti etibarilə Şərq ruhundan yoğrulmuş 

və ancaq bundan sonra Nitsşe qəlibinə salınmışdır. İşıq gəlməli 




 

- 344 -


olan bacalar süni yolla qapadılmışdır. 

Dünyanı Allah ideyasından, onun təsirindən kənarda, 

ancaq insan zəkasının işığında araşdırmaq istəyən təbiətşünas 

alimlər deizm mövqeyindən çıxış etməyə üstünlük vermişlər. 

Yəni onlar dünyanın Allah tərəfindən yaradıldığını  qəbul 

etməklə yanaşı, artıq yaradılmış  və  fəaliyyətdə olan dünyada 

Allahın iştirakını istisna etmiş, öz mövqelərini ancaq insan 

idrakının fəallıq dairəsi ilə  məhdudlaşdırmışlar. Hələ Husserl 

fenomendən kənarda nə varsa hamısını  təmizləməklə 

(fenomenoloji reduksiya) şüurdan kənarda mövcud olan 

şeylərlə yanaşı, Tanrını da mötərizə xaricinə çıxarır. Bu mənada 

Husserl və Sartrın təlimi də deistlərin mövqeyinə yaxındır. 

Sadəcə olaraq eyni bir model müxtəlif üslublarda təqdim 

olunur. «Dünyanı yaradıb kənarda duran Allah» modeli əvəzinə 

«Allahın ölümündən» sonrakı dünya modeli irəli sürülür. Bu – 

zahiri fərq olub, əslində pafosun müxtəlif dərəcələrindən irəli 

gəlir. Sartr fəlsəfəsinin  əsas səciyyəsi isə  məhz ruhun (nəfsin) 

önə  çəkilməsi, insan qəlbinin,  şüurun prioritetliyi, şüurdan 

kənarda, daha doğrusu,  şüurun diqqətinə  cəlb olunmaqdan 

kənarda olanların  varlığından danışmağın qeyri-mümkünlüyü, 

hər  şeyin ancaq şüurla təmasda canlanması, var olması ilə 

müəyyənləşir. 

Sartr özü öz təlimini və müasiri olan bir çox başqa 

filosofların, məsələn, Haydeggerin, Yaspersin, Marselin və s. 

təlimlərini  ekzistensionalizm  adlandırmışdır. Düzdür, həmin 

filosofların çoxu buna etiraz edərək özlərinin ekzistensionalist 

olmadıqlarını  bəyan etmişlər, lakin Sartrın qoyduğu bu ad 

vətəndaşlıq hüququ qazanmış  və  həmin filosoflar fəlsəfə 

tarixinə öz istəklərinin ziddinə olaraq, ekzistensionalist kimi 

daxil olmuşlar. «Ekzistensiya» – latın dilində  mövcudluq de-

məkdir. Lakin XX əsrin bu böyük filosofları eyni bir cərəyana 

daxil edilmək üçün həqiqətən bir-birindən çox fərqlənirlər. Belə 

ki,  əsas məsələ «mövcudluğu» kimin necə başa düşməsində, 

məhz nəyin mövcudluğunun və  nə  dərəcədə önə 

çəkilməsindədir.   

Jan-Pol Sartrın fəlsəfəsi Husserl fenomenologiyası üzə-

rində qurulmuşdur ki, onun da mərkəzində  «şüurun inten-

siallığı» ideyası dayanıb. Lakin Sartr bu məsələdə dayanmaq-




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə