FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə110/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   106   107   108   109   110   111   112   113   ...   129

 

- 338 -


bilavasitə, canlı  şahididir. O imkanla gerçəklik arasında 

dayanmışdır. Nəyin necə gerçəkləşəcəyini ancaq fikrində

xəyalında yaradır, amma həm də ondan asılı olmayan ger-

çəkləşmə prosesinin şahidi olur. Əsəri ilk dəfə oxuyan adam, 

filmə ilk dəfə baxan adam təkcə yazıçının, müəllifin qurduğu 

bir həyatın passiv iştirakçısı olmayıb, özü də qurur, yaradır və 

əsərdəki qəhrəmanlarla birgə öz hiss aləmində real bir həyat 

yaşayır.  Əsəri artıq oxumuş, filmə artıq baxmış adam, nə 

olacağını qabaqcadan bilən adam isə yaradıcı münasibətdən, 

imkanların sərbəst impravizasiya şansından məhrumdur. O bu 

həyatın içində ola bilmir, ona ancaq kənardan baxır. Çünki 

burada baş verən hadisələr başqa zaman müstəvisindədir. Onlar 

artıq olub keçmişdir. Bu olub keçənlər insanı hiddətləndirə 

bilər, təəssüfləndirə bilər, amma heyrətləndirə bilməz, onun 

yaradıcı təxəyyülünü hərəkətə gətirə bilməz.  

Filmə ikinci dəfə baxan adam və yaşadığı  həyatı ikinci 

dəfə yaşamalı olan adam. Keçilmiş yolları bir də keçən adam. 

Üçüncü dəfə, dördüncü dəfə… Bu yol getdikcə daha çox 

darıxdırıcı olur. Lakin insan ümidini itirmir. Haçansa 

hadisələrin fərqli cərəyan edəcəyini düşünür. Çünki o real həyat 

yaşayır. Artıq yazılıb bitmiş bir roman, çəkilib qurtarmış bir 

film yox, hələ davam edən və iştirakçısı olduğun bir həyat.  

Aktyor səhnədə dramaturqun yazdıqlarını deməyə  məh-

kumdur. Amma Sartrın aktyoru birdən ayılıb özünü real 

həyatda, canlı bir insan kimi dərk edir və proseslərin bundan 

sonrakı gedişatını öz bildiyi kimi, öz istəyinə uyğun yönəltməyə 

çalışır. Hadisələrin sonrakı gedişatının məsuliyyətini də öz 

üzərinə götürür. Lakin ya dini nöqteyi-nəzərə, ya da Şekspir 

versiyasına uyğun olaraq real həyat özü də bir teatrdırsa və 

onun ssenarisi qabaqcadan yazılıbsa, insan nə  dərəcədə azad 

sayıla bilər?  Şekspir versiyasında söhbət «alın yazısı»ndan 

deyil, insanların riyakarlığından gedir. Yəni insanlar özlərini 

bilərəkdən həqiqətdə olduqları kimi deyil, başqa cür aparırlar. 

Sartra görə isə insan özünü necə aparırsa, real əməlləri nədən 

ibarətdirsə, özü də elə odur. Yəni riyakarlıq edib guya 

başqalarını aldatmaq istəyən insan, əslində sadəcə özünü 

aldatmış olur. Dini nöqteyi-nəzəri, tale və qisməti isə Sartr 

ümumiyyətlə qəbul etmir. Qabaqcadan heç nə müəyyənləşdirilə 




 

- 339 -


                                                          

bilməz; insan sonrakı  fəaliyyəti üçün tam azaddır və  hər bir 

anda seçimi özü edir (daha doğrusu, etməlidir). Bu baxımdan, 

teatrda deyil, həyatın özündə başqalarının ssenarisi ilə yaşayan 

insanlar da nə vaxtsa ayılıb heç olmazsa bundan sonrakı 

həyatlarını azad yaşamaq qərarına gələ bilərlər. Lakin elə bil nə 

vaxtsa belə bir fəlsəfi yanaşmanın irəli sürüləcəyini sezən Artur 

Şopenhauer bunun mümkünsüzlüyünü yazırdı: «… Hər kəs 

özünü aprior olaraq hətta hər bir fəaliyyətində tam azad hesab 

edir və düşünür ki, hər dəqiqə başqasına çevrilə biləcək 

dərəcədə yeni həyat tərzi başlaya bilər. Amma nə  qədər 

təəccüblü olsa da aposterior olaraq, təcrübədə məlum olur ki, o 

heç də azad deyil və  zərurətə tabedir; bütün plan və 

düşüncələrinə baxmayaraq, o, öz hərəkətlərini dəyişmir və 

əvvəldən həyatının axırına qədər özünün bəyənmədiyi 

xarakterdən çıxış etməyə  məcburdur. Elə bil ki, üzərinə 



götürdüyü rolu axıra qədər oynamalı olur (kursiv mənimdir – 

S.X.)».

1

 



Tamamilə mümkündür ki, A.Şopenhauerin bu mövqeyi 

J.P.-Sartra məlum idi, lakin Sartr öz mövqeyini şərh edərkən 

Şopenhauerə münasibət bildirmir və ya buna ehtiyac duymur. 

Biz isə duyuruq. Çünki bütün problem elə  məhz bu məqamın 

düzgün anlaşılmasından ibarətdir. Digər tərəfdən bu problem, 

dini konteksdə  də ortaya çıxır: Allah insanları, onların 

fəaliyyətini yönəltmək imkanına malikdirsə və ya onların həyatı 

qabaqcadan müəyyənləşibsə, hər bir şəxs öz əməlləri üçün nə 

dərəcədə  məsuliyyət daşıyır? Bu sualın açıq qalması  və ya 

birmənalı cavablandırılmaması çox vaxt islam dininə  əsas 

iradlardan biri kimi göstərilir. Məsələn, Sorbonna 

Universitetinin professoru Dominik Sordel yazır: «Birinci 

mübahisəli məsələ «qədər» («alın yazısı») və iradə azadlığı 

probleminə aiddir; bu məsələ Məhəmmədin hədislərində də açıq 

qalmışdır.  İnsan ilahi iradəyə (qədər) qarşı heç nə edə bilməz. 

Lakin digər tərəfdən, insandan gördüyü işlərə görə sorğu 

sorulur. İlahi hökmranlıq və insan məsuliyyəti bir-birinə ziddir 

və birgə  nəzərdən keçirilə bilməz. Və Quran bu iki həqiqəti 

 

1

  А.Шопенгауэр.  Избранные  произведение.  М.,  Просвещение. 



1992, стр. 42. 


 

- 340 -


                                                          

necə ortaq məxrəcə  gətirməyin, barışdırmağın yolunu 

göstərmir».

1

  

Bu problem üzrə İslam alimləri arasında da həmişə böyük 

mübahisələr olmuşdur. Mutazilitlərin mövqeyini müdafiə edən 

Əl-Aşari ilahi volintarizmə haqq qazandırır, insan azadlığına 

xüsusi önəm vermir. Al-Maturidi (X əsr) və onun ardıcılları isə 

insan azadlığını hüdudsuz hesab edirdilər.



2

  

Lakin dünyada baş verən hadisələrin irəlicədən Allah 

tərəfindən müəyyənləşdirilməsi heç də  hər bir hadisənin hər 

dəfə bütün təfərruatı ilə məlum olması kimi başa düşülə bilməz. 

Yəni Qurani-Kərimdəki ideyalar əslində dünyada bir 

qanunauyğunluq olduğuna işarədir. Heç nə təsadüfi deyildir, hər 

şey dünyanın  əsasında duran mükəmməl bir ideyanın 

təcəssümündən ibarətdir. Lakin ideya hadisələri yox, mahiyyəti 

ifadə edir. Yəni qabaqcadan müəyyən edilən mahiyyətlər 

arasındakı münasibətlərdir və bu münasibətlər məhz  müəyyən 

zəruri prinsiplər əsasında qurulmuşdur. Təzahürlər isə müxtəlif 

ola bilər. Bu baxımdan yanaşdıqda, nəinki insana, hətta cansız 

aləmdə, təbiətdə baş verən hadisələrə  də müəyyən sərbəstlik 

dərəcəsi  şamil edilə bilər.  İnsanın öz həyatına və digər 

hadisələrə müdaxiləsi də  məhz təbiətə verilmiş bu sərbəstlik 

dərəcəsi çərçivəsində mümkündür.        

J.-P.Sartr ateist olduğuna görə, o, insanın sərbəstlik 

dərəcəsini və deməli, həm də  məsuliyyətini sonsuza qədər 

artırır. Azad insan dünyadakı bütün münasibətlərin əsasıdır. Hər 

bir insanın azadlığı da, əslində başqası tərəfindən açılır. Başqası 

olmasa insanın azadlığı gizli qalmış olar.  

Varlığa məna verən də insandır. İnsanla təmasda olmayan 

hər hansı bir şeyin mənasından danışmaq olmaz. Hər hansı bir 

insan da başqa insanla münasibətdə məna kəsb edir.  

Bir insanın təbii varlığının ancaq başqa bir insanın şüuru 

müstəvisində  məna kəsb etməsi fikri də ondan irəli gəlir ki, 

Sartr ilahi başlanğıcı  qəbul etmədiyindən tərəf-müqabil kimi, 

həm qiymət, həm də məna verən kimi, yenə də insanı (bu dəfə 

başqa bir insanı) götürmək məcburiyyətindədir. Dini 

 

1



  Доминик Сурдель. Ислам. М., АСТ, 2004, стр. 47. 

2

 Yenə orada, səh. 50. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə