FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə106/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   102   103   104   105   106   107   108   109   ...   129

 

- 326 -


edən Almaz da ifrata varanda öz əksliyinə çevrilir və diqqətli 

oxucu həyatın naqisliklərini təkcə qarşı  tərəfdə deyil, həm də 

üsyançı tərəfin özündə görə bilir. 

«Sevil» Cabbarlının  ədəbi tənqiddə mübahisə doğurma-

yan və birmənalı izahı olan əsərlərindən sayılır. Qadın azadlığı 

ideyası  həmişə mütərəqqi ideya olub və bu gün də belədir. 

Lakin Cabbarlının nə üçünsə kölgədə qalmış kiçicik bir əsərini 

– «Hürriyyəti-nisvan»  şeirini oxuyarkən hətta «Sevil»ə  də 

yenidən, daxili dialektik incəliklər prizmasından baxmaq 

zərurəti ortaya çıxır. Bununla biz heç də Cabbarlının haradasa 

arxa planda çadra nostalcisində olduğunu demək istəmirik. 

Lakin bir şey aydındır; tərəqqiyə mane olan heç də çadra 

deyilmiş, onun köklərinin daha dərində axtarılmalı olduğunu 

Cabbarlı artıq dərk etmişdi. 

Hətta «Sevil»in özündə axırıncı səhnədə «Tumanım qısa, 

dabanım dikdir» deyən Sevilin simasında tərəqqini çadranın 

atılması ilə bağlayanların peşmançılığını görürük. Sevil qalib 

nəzərlərlə Edilyadan da o tərəfə getmək iqtidarında olduğuna 

işarə edərkən Cabbarlı əyri (çevrəvi) yolun yenidən başlanğıca 

gətirə biləcəyini yada salır. Zavallı Balaş indi Sevilin ayaqları 

altına düşür. Lakin öz səhvlərini anlayıb  əvvəlki təmiz, saf, 

səmimi Sevilə qayıtmaq həsrəti iləmi, yoxsa Moskvada kurs 

keçənin Fransada kurs keçənə nisbətən «üstünlüyünü» anladığı 

üçünmü?  

Təəssüf ki, Sevil dəyişir, lakin Balaş  dəyişmir, yenə  də 

zavallı olaraq qalır.  Əsərdə arxa planı görən və ya görməyə 

çalışan oxucu sonluqda Balaşın da başqalaşmasını və  bəlkə də 

«get, daha sən o Sevil deyilsən» deməsini gözləyir. Lakin 

təəssüf ki, Balaş hadisə müstəvisində dəyişərək indi daha Edil-

yanı deyil, Sevili seçsə  də, mahiyyət müstəvisində yenə 

dəyişməz qalır. 

Hadisələrin yox, ideyaların inkişaf yolunu izləyən oxucu 

qadınların taleyindəki bu inqilab (məhz inqilab!) fonunda 

kişilərin və kişiliyin taleyi barədə cavabsız suallarla birgə qalır. 

Bizcə, əsərin ən böyük məziyyəti də ön plandakı cavablarla ya-

naşı, arxa plandakı suallardır.   

C.Cabbarlı yaşadığı dövrdə baş verən ictimai prosesləri 

sadəcə  təsvir etmir, onların məğzini, fəlsəfi mahiyyətini önə 




 

- 327 -


çəkirdi. Qaldırılan fəlsəfi problemlər obrazlı ifadə ilə «pər-

dələnsə» də, fəlsəfi qayə göz qabağındadır. İmumiyyətlə, sovet 

dövründə marksizm qəliblərinə sığmayan yaradıcı fəlsəfi fikrin 

yeganə ifadə yolu ədəbiyyatdan və sənətdən keçirdi. Məhz buna 

görə  də sovet dövründə milli-fəlsəfi fikir tariximizin 

öyrənilməsi  ədəbiyyatın fəlsəfi təhlilindən keçir. Təsadüfi 

deyildir ki, bu dövrün filosofları da peşəkar fəlsəfə 

mütəxəssisləri yox, böyük yazıçı-mütəfəkkirlər idi. Söhbət ilk 

növbədə Caviddən və Cabbarlıdan gedir. Onların müqayisəli 

təhlili  əslində bütövlükdə  həmin dövrün başlıca ideya 

istiqamətlərini bir müstəviyə  gətirmək, ictimai məfkurənin 

bütöv mənzərəsini yaratmaq cəhdidir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

C.CABBARLI VƏ J.-P. SARTR 

 

Sartr heç də F.Dostoyevski kimi həyatın qaranlıq guşə-



lərini işıqlandırmaq məqsədini qarşıya qoymur. Onun «Ürək 

bulantısı» M.Qorkinin «Həyatın dibində» əsərini də xatırlatmır. 




 

- 328 -


                                                          

F.Dostoyevski də, M.Qorki də  həyatın rəngarəngliyi və 

mürəkkəbliyi kontekstində qaranlığa girirlər. J.-P.Sartr da isə 

qaranlıq həyatın təməlində, mahiyyətindədir. Həqiqi varlığa, 

mövcudluğun iç üzünə yaxınlaşdıqca, dünyanın  əsl siması, 

əslində simasızlığı, eybəcərliyi üzə çıxır. Bu, əslində eybəcərlik 

də deyil. Bu, görüntülərin arxasında «həqiqi varlığın» rəngsiz, 

ruhsuz, sifətsiz, qorxunc bir təzahürünün vahiməsi, insanın 

psixi halının hər hansı bir dayanıqlı, sabit, formadan məhrum 

olan, amma hər halda mövcud olan bir kabusun təsiri ilə 

dəyişilməsinə adekvatdır.  

J.-P.Sartrın «həqiqi varlıq» axtarışı  və bu görüntülərdən 

fərqli və qorxunc olması haqqındakı  təsəvvürləri daha çox 

dərəcədə Oqtay Eloğlunun mühakiməsini xatırladır: «Fəqət o, 

göründüyü kimi deyildir. Təbiət qurnaz baqqallar kimi bizi 

aldadır. Sən onu olduğu kimi, həqiqəti görmək istəyirmisən? 

Gedək məzarlığa, istədiyin bir gözəli sənə göstərim. Bilirsənmi 

nədir? Bir yığın ət, bir yığın sümük! Hətta o da deyil, bir ovuc 

su, bir yığın duz, torpaq, kül! Nəhayət, gözəgörünməz müxtəlif 

qazlar, bəlkə də bir heç…».

1

 Cəfər Cabbarlıda ictimai mühitin 



eybəcərliyi problemi ilə ümumiyyətlə varlığın simasızlığı 

məsələsi  əvvəlcə qarışıq halda üzə  çıxır, yəni Oqtayı filosof 

edən, onu əsl həqiqət və ümumiyyətlə varlıq axtarışına sövq 

edən  əvvəlcə ictimai həyatdakı haqsızlıqlar və insanın zəifliyi, 

təslimçiliyi olur. Məsələnin etik və sosial aspektləri, sosial 

ədalətsizlik, haqsızlığa qarşı üsyan Cabbarlının bütün 

əsərlərinin leytmotividir. Həm də  təkcə C.Cabbarlı 

yaradıcılığında yox, ümumən  ədəbiyyatda  əsas ideya 

xətlərindən biridir. (Yəqin ona görədir ki, «Oqtay Eloğlu»dakı 

fəlsəfi kontekst ədəbi tənqidçilər tərəfindən çox vaxt 

«mövcudluq səviyyəsinə qalxmış saxtalıq» (Asif Əfəndiyev) 

kimi, sosial-etik müstəvidə dəyərləndirilir. Əslində isə Oqtayın 

axtarışları ontoloji müstəvidədir.) Oqtay Eloğlunu fərqləndirən 

müəllifin etik və sosial aspektdən ontoloji müstəviyə keçməsi, 

«mövcudluq», «varlıq» problemini önə  çəkməsidir: «Yəni sən 

doğurdan da varsan? Tanımaq üçün varlığını  mənə göstər. 

Görünən hər  şey var demək deyildir». Beləliklə, Cabbarlı 

 

1



 Cəfər Cabbarlı. Seçilmiş əsərləri, B., «Çaşıoğlu», 2004, səh. 243. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə