FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə108/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   104   105   106   107   108   109   110   111   ...   129

 

- 332 -


                                                          

heçdir».


1

  

Burada «heç», «heçlik» kateqoriyası  əsla təsadüfi işlən-



məmişdir. Cabbarlının qəhramanı  əsərin finalında açıq-aşkar 

ontoloji kontekstə keçir və  nəyin «varlıq», nəyin «heçlik» 

olduğunu aydınlaşdırmağa çalışır. Bu məsələdə Oqtay 

materializmi inkar edir, maddi mövcudluğun hər cür təzahü-

rünün yalan, onun arxasında duran varlığın isə qorxunc bir qa-

ranlıq olduğunu bəyan edir. Həqiqi var olan insanın gerçək 

mənəvi yaşantıları, onun ideya dünyasında mövcud olanlardır. 

Burada Oqtay hələ eksiztensializmin bir fəlsəfi təlim kimi 

yaranmadığı bir dövrdə açıq-aşkar bir eksiztensialist mövqe 

nümayiş etdirir. Həm də ilk baxışda Sartrda olduğu kimi ateist 

bir ekzistensializm: «Sən özün də bir heçsən, yaratdıqların da! 

Bacarmırsan yaratma, yaradırsan yaşat! Sən yaratdığın Firəngiz 

indi yoxdur, fəqət mən yaratdığım Firəngiz əbədidir! Onu kimsə 

öldürməz, o solmaz, qocalmaz, usandırmaz, getdikcə 

gözəlləşər!».

2

 Burada hissi obrazın  əbədiyyəti və  həqiqi varlıq 



olması fikri önə  çəkilir. «Mən səni hiss edirəmsə, fikrimdə, 

duyğumda,  şüurumda necə qalırsansa, sənin ikinci (əslində 

birinci) varlığın odur». Bu fikir Sartrın Eqo-nun həqiqi mövcud-

luğunun təmini üçün onun başqa bir Eqo-nun diqqət mərkəzinə 

çəkilməsinin,  şüuruna daxil olmasının vacibliyi şərtini yada 

salır. Hər bir Mən həm də başqalarının Mən-ində yaşayır. Heç 

bir başqa Mən-də yaşamayan Mən-in varlığından danışmaq 

mümkün deyil. O ancaq cismən mövcuddur ki, bu cismani möv-

cudluq da müvəqqəti və keçicidir.  

Əlbəttə, Oqtay Eloğlu da Sartr kimi Allaha münasibətdə 

ədalətsizdir. Çünki Firəngizin nəinki cismini, bədənini, nəinki 

onun artıq dövrana güzəştə getmiş, kiçilmiş  Mən-ini, həm də 

onun ilkin pak, məsum Mən-ini və bu Mən-in Oqtayın qəlbində 

məskən salmış  əbədi həyatını Allahın iradəsindən kənarda 

təsəvvür etmək  əslində dinin təhrif olunmasıdır. Bəli, Oqtayın 

qədəm qoyduğu «həqiqi varlıq» dünyası da Sartrın 

qəhrəmanlarının dünyası  qədər qaranlıqdır, çünki ilahi işıqla 

təmasdan məhrumdur. 

 

1

 Yenə orada, səh. 257-258.  



2

 Yenə orada, səh.258. 




 

- 333 -


                                                          

Lakin Cabbarlının qəhrəmanı mahiyyəti etibarilə bir Şərq 

insanıdır; o, ruhu bədəndən üstün tutur. Bədən maddi dünyanın 

ictimai və  təbii mühitin iştirakçısı olmaqla həqiqi böyük 

varlığın,  əbədi ruhun müqabilində  cılız və miskindir. 

Əbədiyyətə qovuşmaq istəyən ülvi, ruhani məna kəsb etmək 

istəyən insan bədəndən və onun istəklərindən imtina etməlidir. 

Mənsur Həllac da həqiqi dünyaya, əbədiyyətə qovuşmaq üçün 

öz bədənindən tez xilas olmağa çalışır, insanlardan onu 

öldürmələrini xahiş edir. Lakin Oqtayın Firəngiz üçün 

hazırladığı aqibət heç də təkcə bununla bağlı deyildir ki, onun 

həqiqətə daha çox adekvat olan mükəmməl obrazı  Qərb 

səltənətində  qərar tutduğundan bədəninin cismani dünyada 

mövcudluğu önəmini itirir. Oqtay Firəngizi həyatın 

riyakarlığından xilas etməklə əslində onu çirkabdan azad etmiş 

olur. Təsadüfi deyildir ki, F.Nitsşe insanı çirkli axın hesab 

edirdi. Ancaq dəniz olanlar bu çirkab axınını udsa da, özü çirkli 

olmur. Bu mənada dəniz olmaq isə adi insanın yox, ancaq 

fövqəlinsanın nəsibidir.

1

 



Dəniz olub çirkabı udmaq, yoxsa dağ çayı olub çirkabı 

yuyub aparmaq və başqalarını da təmizləmək  əzmi ilə axıb 

keçmək!?   

F.Nitsşe «Zaratustra belə demişdir»  əsərində yazır: «Nə 

vaxtsa ruh bədənə nifrətlə baxır: onda bu nifrətdən daha yüksək 

heç nə yox idi, – o, bədəni ac, arıq və idbar görmək istəyir. O, 

bədəndən və yerdən aralanmaq, qaçmaq istəyir. Amma əslində 

ruhun özü daha ac, arıq və idbardır. Və  qəddarlıq onun nəsibi 

idi».

2

  



Göründüyü kimi, F.Nitsşe Cabbarlıdan fərqli olaraq təkcə 

bədənin, heyvani nəfsin, ictimai mühitin eybəcərliyindən deyil, 

həm də ruhun, zəkanın miskinliyindən, eybəcərliyindən danışır. 

«Mənim zəkam nədən ibarətdir? O biliklərə bir şir öz şikarını 

əldə edən kimimi yiyələnir? O, kasadlıq və çirkab, özündən 

miskin bir razılıqdır!».

3

 Eyni fikri Nitsşe səadət, xeyirxahlıq 



 

1

 Ф.Ницше. Сочинения в двух томах. Т. 2., М., 1998, стр. 9.       

2

 Ф.Ницше.  Так говорил Заратустра // Сочинения, том 2, М., 



1998, стр. 8-9.  

3

 Yenə orada, səh. 9.  




 

- 334 -


                                                          

haqqında da söyləyir. Adi insanın nəsibi yazıqlıq, miskinlikdir. 

Bunların fövqündə durmaq üçün fövqəlinsan olmaq lazımdır. 

Bu mənada Nitsşe insanı heyvanla fövqəlinsan arasında tarım 

çəkilmiş bir körpüyə  bənzədir.  İnsan özlüyündə  məqsəd deyil, 

o, ancaq bir körpüdür, keçiddir və özünün məhvidir. Bu 

körpüdən keçənlər həlak olurlar. Onları ona görə sevmək olar 

ki, bu tərəfə nifrət edərək o biri sahilin həsrətini çəkirlər.

1

 

Beləliklə, Nitsşe miskin və naqis insanın qaranlıq həyatını 



işıqlandıracaq mənbəyi görə bilməsə  də, onun bu işığa doğru 

can atmasından, «fövqəlinsan» idealından bəhs edir. «Allah 

ölmüşdür» deyən Nitsşe fövqəlinsan simasında yeni Allah 

axtarışına çıxır.  

Sartr yaradıcılığında da Nitsşenin açıq-aşkar təsiri duyul-

maqdadır. Lakin Sartrın ateizmi də mütləq deyil. O, da «işıq» 

axtarmaq məcburiyyətindədir.  

Sartra görə, insan mövcudluğun bulanıq mənasızlığına 

atılmışdır; bununla belə ancaq bu mənasız mənfi dünyada 

azadlığa nail olmaq, hər hansı bir asılılıqdan xilas olmaq müm-

kündür. Sartr fəlsəfəsini təhlil edən Artur Uyubşer bu 

kontekstdə yazır ki, «insanın özü üçün varlığı» «özündə 

şeylərin varlığına» qarşı dayanır və onları heçlik ayırır…  İn-

sanın mövcudluğu inkarçı  məxsusiləşmə yolu ilə varlığın ağu-

şundan ayrılır və  sərbəst seçim sayəsində varlığı  (Dasein

müəyyən varlığa (Sosein) çevirir.

2

  

Varlığın bu iki forması, səviyyəsi ilk dəfə Haydegger 



tərəfindən fərqləndirilmişdir. İnsan varlığı dərk etməyə çalışar-

kən və ya varlıqla hər hansı bir təması zamanı burada «insanın 

iştirakı» amili ortaya çıxır. Bununla yanaşı «varlığın özünü», 

başqa sözlə «özündə varlığı» da fərqli bir mahiyyət kimi nəzərə 

almaq lazım gəlir. Bütün çətinliklər də «insanın iştirakını», 

transendental və psixi eqo-nu, hər hansı bir subyektiv amili 

çıxdıqdan sonra «varlığın özü», bizim üçün qaranlıq olan bir 

şey haqqında danışarkən ortaya çıxır. Haydegger yazır ki, 

iştirak varlığa necə isə aid olduqda və  həmişə aid olubsa 

 

1



 Yenə orada, səh. 10. 

2

 А. Хюбшер. Мыслители нашего времени. М.,1994, стр.210. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə