FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə104/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   100   101   102   103   104   105   106   107   ...   129

 

- 320 -


həqiqətə  dəvət edir. Elxana görə din əsl missiyasını  əzənlərin 

yox,  əzilənlərin tərəfində olarsa yerinə yetirə bilər. Aqşin 

aldanmışdır. Elxan isə dini ehkamlardan sui-istifadə edən, dini 

ideallarla manipulyasiya edən və öz qəsbkarlıq niyyətlərini 

dinlə ört-basdır etməyə çalışan qüvvələrin iç üzünü Aqşindən 

daha yaxşı görür: «Mən üzümə bir din qalxanı  çəkib 

cahangirlərin cəlladlığını qəbul edə bilmərəm». 

Solmaz obrazının daşıdığı ideya yükü də kifayət qədər 

işıqlandırılmamışdır. Solmaza çox vaxt ancaq Elxanın sevgi 

prizmasından baxılır. Lakin müəllif Solmazı başqa bir ölçüdə, 

başqa coğrafi və dini məkanda da yenə sevgi prizmasından 

təqdim edir. «Söylə, müqəddəs odlar gəlini! Ulu Hürmüzdün 

paklıq və məsumluğunu təmsil edən gözəl Solmaz!». Bu baxış 

Solmazı  məhz müqəddəs görmək istəyindən və Solmaza olan 

sevginin müqəddəslik duyğusu ilə, ülvi hisslərlə 

birləşdirilməsindən doğur! Sevginin ali mərtəbəsi – vəhdəti-

vücud məqamı! Cismani ehtivadan daha yüksək mənəvi ehtiva! 

Məcnun məhəbbəti, platonik məhəbbət, bütün maddi yüklərdən 

və duyğulardan azad olmuş, çəkisizlik  şəraitində,  ən yüksək 

məqamda ülviyyətə qovuşan pak bir ruh! Ruhani məhəbbət!  

Və burada Cabbarlı  zərdüştilikdən, atəşpərəstlikdən ötə-

rək, bir az əvvəl vəsf etdiyi xürrəmiliyin tam əks qütbünə keçir 

və Elxanın dili ilə qətiyyətlə rədd etdiyi islamın yüksək fəlsəfi 

təzahürlərindən biri olan sufiliyi təlqin edir: «...Bütün alçaq 

cismani duyğuları atıb, ruhani bir yüksəkliyə vardığını, Ulu 

Hürmüzdün ülviyyətinə doğru yüksəlib onunla mənəvi bir vahid 



olaraq  uyunduğunu hiss edirsənmi?». Allaha qovuşmaq, 

onunla vəhdətdə olmaq sufiliyin, vəhdəti-vücud ideyasının 

məğzidir. Lakin Cabbarlıda bu ideya Hürmüzdün adı ilə 

birləşdirilir və atəşgahda baş verən bir hadisə islamın ali 

məramı kontekstinə salınır. Əsər boyu bir-birinə qarşı dayanan 

atəşpərəstlik və islam notları zildə bir-birini tamamlayır, eyni 

bir mahiyyətin müxtəlif təzahürləri kimi üzə çıxır. 

Təbii ki, belə yüksək fəlsəfi məqama yüksəlmiş bir şəxs 

üçün aşağı pilləyə, cismani həyat səviyyəsinə enərək mərasim-

ləşmiş, hadisələşmiş, mövhumatlaşmış din – daha artıq din 

deyil. Cabbarlının nə kimi bir dinin əleyhinə olduğu da bu 

məqamda aydınlaşır. Cabbarlı hadisələr səviyyəsinə enmiş, 




 

- 321 -


siyasiləşmiş, sosiallaşmış, mərasimləşmiş  və  əslində mü-

qəddəsliyini, ülviyyətini itirmiş bütün «din»lərin  əleyhinədir. 

Atəşgaha da «qarnı başından ağıllı çıxan» adamlar qulluq edir, 

uca mətləblərin sonu toyuq-cücəyə gəlib çıxır. İslamda da dinin 

ali ülvi məqsədi kölgədə qalır və onu əlində bayraq edənlər son 

nəticədə  rəyasət, var-dövlət, eyş-işrət səviyyəsinə enirlər. Din 

adından çıxış edənlər bilərəkdən və ya özləri də anlamadan onu 

yerə endirir, ideal olanı maddi güclə qəbul etdirməyə çalışırlar. 

«İnsan naminə» insanlara əl qaldırılır.  

Xürrəmilik ideyaları heç olmazsa yalandan xilas olmağa, 

dünyanı maddi, lakin real istəklər  əsasında qurmağa çağırır. 

Lakin bu real istəklər üzərində qurulmuş xoşbəxtlər ölkəsi də 

«fikri geniş fəzalarda uçan» Elxanın müqəddəs azadlıq idealına 

uyğun gəlmir və  ən yaxşı halda onun bayağı bir kölgəsidir. 

İnsanlara hər cür sərbəstlik və istəklərə azadlıq verilmiş 

Xürrəmdə hamı eyni mərtəbədə,  şəraitdə olduğu halda Elxan 

yenə  də  qəmgindir. Cabbarlı Xürrəmə  nəinki bir ideal kimi 

baxmır, əksinə, hər cür ali hisslərdən, idealdan məhrum edilmiş, 

yenə  də hadisələr girdabına düşmüş, maddi başlanğıca tabe 

etdirilmiş bir həyat kimi baxır. Belə nasiranə həyat Elxan üçün 

deyil. Böyük ideallar axtarışında olan Elxan belə ibtidai azadlıq 

şəraitində xoşbəxt ola bilməz. Müəllifin «xoşbəxtlər diyarına» 

həqiqi münasibətini bilmək üçün sadəcə bir az diqqətli olmaq 

lazımdır: «Hamı qatışıq çalıb-oynayır. Bütün səhnə 

başdolandırıcı bir hərəkət halqası içində qaynayır. Yalnız Elxan 

dərin və məsum baxışlarla qaynaşmaqda olan bu insan axınına 

baxıb, uzaq-uzaq yerləri düşünürmüş kimi dalğın oturur». Xür-

rəm diyarı xeyli dərəcədə Nizaminin «xoşbəxtlər ölkəsini» xa-

tırlatsa da, ondan ciddi surətdə fərqlənir. Belə ki, bu «xoşbəxtli-

yin» öz içərisində ona qarşı bir üsyan var. Elxan öz yaratdığı 

dünyanın naqisliyini duyur, bu mühit onu darıxdırır və yeni ax-

tarışlara sövq edir.            

 

* * * 


 

Əsrlər boyu fəlsəfinin  ən önəmli problemləri sırasında 

duran pul və mənəviyyatın, ağıl və hissin, güc və tədbirin, riya 

və  həqiqətin inam və  şübhənin mübarizəsi və s. bu kimi 




 

- 322 -


problemlər yeri gəldikcə məhz fəlsəfi müstəvidə işıqlandırılır və 

müəllifin bu məsələlərə olduqca orijinal və yaradıcı münasibəti 

üzə  çıxır. Gənc Cabbarlıda «azad sevgi», «hissiyyat azadlığı» 

ideyaları, səadət yolu qarşısında ucaldılmış sosial və iqtisadi 

çəpərlərə, vaxtı keçmiş, daşlaşmış, qartlaşmış adət-ənənələrə 

qarşı üsyan mövqeyi spesifik bir xətt kimi keçir və müəllif bu 

məsələləri ön plana çəkmək üçün heç vaxt fürsəti əldən vermir. 

«Solğun çiçəklər»də  də, «Nəsrəddin  şah»da da, «Aydın»da da 

kobud güc (fiziki gücmü, pulun gücümü, vəzifədən, ictimai 

mövqedən, yaxud valideynlik hüququndan sui-istifadəmi – fərqi 

yoxdur) saf məhəbbətə qarşı  çıxır və  gəncləri  əsl səadətdən 

məhrum edir. Lakin «Solğun çiçəklər»də ailə miqyasında üzə 

çıxan kobud güc «Nəsrəddin  şah»da bir ölkənin başçısının 

xarakteri və bu ölkədəki siyasi recimlə, «Aydın»da, «Oqtay 

Eloğlu»da və «Od gəlini»ndə isə ictimai quruluşun mahiyyəti 

ilə bağlanır. «Od gəlini»ndə sosial ədalətsizliyə işğal və  əsarət 

ideyası da əlavə olunur və burada həm də  əsl dinə  və dindən 

ictimai güc vasitəsi kimi istifadə edilməsinə münasibət ifadə 

olunur.   

«Nəsrəddin  şah»da zülmün, rəzalətin mövcud siyasi 

recimin hadisələrlə  zəngin bədii obrazı yaradılır. Neçə-neçə 

qətllər, neçə-neçə iradələrin zorlanması, neçə yurd-yuvanın 

yerlə yeksan edilməsi... Pyesdə mövcud sosial gerçəklik, zülm, 

sosial  ədalətsizlik hadisələr səviyyəsində  təsvir olunur. Burada 

hələ «Bəxtsiz cavan», «Müsibəti-Fəxrəddin», «Laçın yuvası» 

və s. bu qəbildən olan əsərlərlə ideya və üslub yaxınlığı vardır.  

Belə  əsərlərdə  şəxsi qəddarlıq kimi də anlaşıla biləcək 

hadisələr, insanların öldürülməsi, qızların zorla aparılması, 

kobud fiziki gücün konkret təzahürləri təsvir olunur. Burada 

ideyanın, mövqeyin, iradənin qəbul etdirilməsindən, daha çox 

kobud gücün təcavüzündən söhbət gedir. Burada hətta  şah da 

bir dövlət başçısı olmaqdan öncə bir fiziki şəxs kimi, öz fərdi 

istəkləri ilə hadisələrə qatılır.  İntiqam da son həddə  məhz 

şəxsdən qisas alınması ilə, fiziki güclə, hadisə ilə  həyata 

keçirilir. Burada hələ pis insanlar və yaxşı insanlar bölgüsü 

vardır. Hadisələr insanın daxilində deyil, insanlar arasında baş 

verir. «Aydın»da isə proseslər daha çox dərəcədə insanların 

qəlbində və düşüncələrində gedir. Və bu ideyalar sosial həyatın 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə