FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə105/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   101   102   103   104   105   106   107   108   ...   129

 

- 323 -


ziddiyyətləri ilə bilavasitə bağlıdır. Burada ölüm də qətl yox, in-

tihar yolu ilə  həyata keçir. İnsanlar bilavasitə fiziki təcavüz 

nəticəsində, zalımların xəncərindən və ya gülləsindən deyil, 

mənəvi aləmə  təcavüzün nəticəsi olaraq həlak olurlar. Azadlıq 

idealı da insanların təkcə öz evi, öz mülkü, öz kəndi miqyasında 

– maddi-sosial müstəvidə deyil, öz istəkləri, öz arzuları, öz 

düşüncələri miqyasında, daha çox mənəvi-sosial müstəvidə 

təqdim olunur.          

«Din və azadlıq», «adət-ənənə və azadlıq», «ictimai mü-

hit və azadlıq» problemləri Cabbarlının müxtəlif  əsərlərində 

müxtəlif kontekstlərdə üzə  çıxır. «Aydın»da oxuyuruq: 

«Dühalar düşməni, zəkalar, iradələr qatili adət!»; «Öz varlığını 

göstərmək istəyənlər heç bir adətə, qanuna boyun əy-

məməlidirlər». «Məni ancaq arzularım idarə edir...» «İnsan arzu 

uğrunda heç bir şey qarşısında durmamalıdır. Budur mənim 

prinsipim»...      

F.Nitsşenin öz şah  əsərini nəyə görə  Zərdüştün adı ilə 

bağladığını anlamaq üçün çox uzağa getməyə ehtiyac yoxdur. 

Bu  əlaqənin kökləri «Aydın»da və «Od gəlini»ndə çox gözəl 

açılır. Mütləq azadlığa can atan insan bütün buxovları  qırmaq, 

bütün qadağaları  ləğv etmək, öz əməllərini ancaq şəxsi 

istəklərinə uyğun qurmaq əzmi göstərir. Lakin, əlbəttə, bu 

mümkün deyil. Bu, vəhşi azadlıqdır. Müasir insan isə  vəh-

şilərdən məhz öz istəyini, instinktlərini, nəfsini buxovlamaq, 

dinin, əxlaqın, adət-ənənənin və nəhayət, intellektin və hüququn 

tələblərinə uyğunlaşdırmaqla fərqlənir.  İnsan buna məcburmu 

olur? Yoxsa insan öz xoşu iləmi öz qarşısında çəpərlər çəkir? 

Əlbəttə, mütləq azadlığın mümkün süzlüyünü, həyatı 

nəfsə tabe etdirməyin yüksəklik  əlaməti olmadığını Cabbarlı 

çox gözəl bilirdi. Bəs bu paradoks necə izah olunmalıdır? Necə 

ola bilərdi ki, bütün əsərlərində var-dövlət hərisliyinə, meş-

şanlığa, cismani hissiyyata, şəhvətə qarşı  kəskin mövqe tutan, 

insanlığın ali mənasını, ali hissləri tərənnüm edən Cabbarlı 

adət-ənənəyə, dinə qarşı meydan oxusun?! 

Baş  qəhrəmanı  «İnsan arzusu uğrunda heç bir şey qar-

şısında durmamalıdır», – deyən yazıçı arzunu ancaq sadəcə is-

tək, nəfs mənasındamı başa düşürdü? 

Burada Cabbarlı ənənəvi Şərq fəlsəfəsinin hüdudlarından 




 

- 324 -


kənara çıxır.  İstər-istəməz belə bir sual yaranır. Arzuların bu-

xovlanmasına, boğulmasına yönəldilmiş  Şərq tərbiyəsinə qarşı 

üsyan edərkən Cəfər Cabbarlı ifrat Qərb təlimi olan freydizmin 

təsiri altına düşmürmü?  Lakin maraqlı da burasıdır ki, 

Cabbarlının müasiri olan Z.Freydin və onun təliminin o vaxt 

Azərbaycanda məlum olması ehtimalı çox azdır. Real olanı 

budur ki, Cabbarlı bu ideyaları Freyddən asılı olmadan irəli 

sürür. Və sadəcə problemi qoymaqla kifayətlənməyib, bir 

addım da irəli gedir. Burada söhbət arzunun özünün hansı 

səviyyədə olmasından, ictimai rəyin,  əxlaqın, adətin xeyrinə 

nəfsin boğulmasından yox, nəfslə sağlam fikir arasındakı, nəfslə 

ictimai  şüur arasındakı ziddiyyətin aradan götürülməsindən 

gedir. Bir tərəfdən nəfs özü də  tərbiyə oluna bilər. Və yüksək 

insanın nəfsi, istəyi, arzusu da yüksək ola bilər. Digər tərəfdən 

də, insan artıq bu cür formalaşıbsa və onun istəkləri artıq 

müəyyənləşibsə  təkcə bu istəklərin məhdudlaşdırılması deyil, 

qarşı tərəfin də (adət, əxlaq və s.) müəyyən güzəştlərə getməsi 

müzakirə obyektinə çevrilə bilər. 

Cəmiyyət insanı düzgün tərbiyə etməlidir. Onun hissləri 

də, nəfsi də, arzusu da hələ lap uşaqlıqdan, ilkin yetkinlik 

dövründən hansısa ictimai ideala adekvat surətdə formalaşır. 

Lakin istəklə ictimai tələb arasında fərq varsa nəyə görə gərək 

ancaq birinci ikinciyə güzəştə getsin? Məgər  ən ali məqsəd 

insanın xoşbəxtliyi deyilmi? Və xoşbəxtlik istəklərin 

reallaşmasından başqa özgə necə başa düşülə bilər? 

Məhz problemin dərinliyinə getməsindəndir ki, Cabbarlı 

ancaq sosial normaları, artıq qərarlaşmış ictimai mühiti və onun 

mənəvi prinsiplərini müdafiə etmək mövqeyində dayanıb 

qalmır, insanın aliliyi, məhz insanın son məqsəd olması 

mövqeyindən çıxış edərək cəmiyyətin insan qarşısında qoyduğu 

bütün buxovları  təftiş edir, onlara yenidən, Yeni Dövrün 

səviyyəsindən baxır. 

Çox vaxt yazıçı müəyyən obrazların dili ilə öz şəxsi möv-

qeyini, hadisələrə simpatiyasını büruzə verir. Başqa obrazlarda 

isə onun antipatiyası, qəbul etmədiyi və  tənqidi münasibət 

bəslədiyi cəhətlər  əks etdirilir. Dünya yaxşıların və pislərin 

dünyasına bölünür. Və oxucu müəllifin şəxsi mövqeyini, yazıçı 

şəxsiyyətini, təbii ki, yaxşıların dünyasında axtarır. Böyük 




 

- 325 -


sənətkarlarda isə obrazlar bütün daxili rəngarəngliyi və 

təbəddülatları ilə, yaxşı  və pis, üstün və naqis cəhətləri ilə 

birlikdə  təqdim olunur. İdeal müsbət və mütləq mənfi insanlar 

gerçəklikdə rast gəlmədiyindən və real insanlar çox vaxt 

sinkretik səciyyə daşıdığından real həyat mənzərələri və canlı 

obrazlar yaradan realistik ədəbiyyat həmişə idealizasiyadan 

qaçmağa çalışır. Cabbarlının  əsərləri də son dərəcə  həyati və 

realdır. Lakin burada məhz Cabbarlı üçün spesifik olan və 

dünya  ədəbiyyatında çox nadir hallarda rast gəlinən bir metod 

diqqəti cəlb edir. Müsbət bir cəhətin idealizasiyası, mütləqləşdi-

rilməsi və  bəzən ifrata çatdırılması ilk yaxınlaşmada məhz 

müsbət kimi görünən bir hadisənin çatışmayan, naqis cəhətləri-

nin üzə  çıxmasına səbəb olur. Burada söhbət hər-hansı bir 

hadisədə, obrazda müsbət cəhətlə yanaşı  mənfi cəhətin də 

qələmə alınmasından, üzə  çıxarılmasından deyil, məhz müsbət 

cəhətin özünün mənfiliklərindən gedir. Müsbət və  mənfinin, 

yaxşı  və pisin eyni bir sistemin, toplumun müxtəlif tərkib 

hissələri, elementləri  kimi yanaşı mövcudluğunda qeyri-adi heç 

nə yoxdur. Bu, həyatın öz dialektikasıdır. Bu, hər bir tamın 

əslində mürəkkəb daxili quruluşa malik olmasından irəli gəlir. 

Əsl sənət də,  əsl  ədəbiyyat da, təbii ki, həyatın dialektikasını 

ehtiva etməlidir. Cabbarlı  sənəti üçün bu adi bir haldır. Lakin 

bizim vurğuladığımız cəhət, Cabbarlını bir sənətkar kimi 

fərqləndirən və yüksəkliklərə qaldıran cəhət dialektikanın da ən 

ali bədii təcəssümüdür. Çünki burada tamın tərkibcə və keyfiy-

yətcə ikiləşməsindən deyil, eyni keyfiyyətin ölçü müstəvisində 

(daha doğrusu, bu müstəvidən, ölçü hüdudundan kənara 

çıxdıqda) ikiləşməsindən və  hətta öz əksliyinə çevrilməsindən 

söhbət gedir. 

«Od gəlini»ndə Elxan din əleyhinə, adət-ənənə əleyhinə o 

dərəcədə  məntiqli, o dərəcədə  kəskin və pafoslu danışır ki, 

oxucu az qala onun tərəfinə keçir və onun simasında az qala 

müəllifin özünün dayandığını  zənn edir. Lakin diqqətlə 

yanaşıldıqda dinsizlik, ənənəsizlik və ifrat azadlığın da iç üzü 

görünmüş olur. Kapital dünyasına meydan oxuyan Aydın da, 

səhnə dekorasiyası arxasında həyat həqiqətləri arayan Oqtay 

Eloğlu da, geriliyin, cəhalətin səbəbini çadrada axtaran Gülüş 

və Sevil də, marş  sədaları altında köhnə dünyaya qarşı yürüş 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə