FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə102/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   98   99   100   101   102   103   104   105   ...   129

 

- 314 -


                                                          

hadisələr dünyasının mülayim keçidlərindən, kiçik çətinliklər və 

məqsədyönlü əməli fəaliyyətin uzlaşdırılmasından deyil, böyük 

maneələr və onları dəf edən böyük ehtirasların mübarizəsindən 

bəhs edir. Ona görə  də Cabbarlı  qəhrəmanlarının arzu və 

diləkləri həyatın real axarı ilə bir araya gəlmir. Maraqlıdır ki, 

Cabbarlı bu təzadı Aydının dili ilə ümumiləşmiş  şəkildə, bir 

prinsip kimi irəli sürür: «…Dilək ilə  nəticə arasında keçilməz 

bir uçurum var ki, onu ancaq bir neçə qüvvətli simalar 

keçmişlər… Onlarla da tarix (bütün gələcəyə qarşı) fəxr edir». 

Aydın hətta maneə olmadıqda onu yaratmağa can atır. Həm də 

məhz  əlçatmaz bir maneə. «Ox, neçin o məni sevdi! … Mən 

istəyirdim ki, sevdiyim məni sevməsin. Ona çatmaq ümidi ilə 

yüksəlmək, çırpınmaq, çarpışmaq, yuxusuz gecələr, qanlı vu-

ruşmalar, əzab, göz yaşları, mübarizə…». 

Bu əlçatmaz sevgi tragizminə meyl Füzulinin qəmi özünə 



həmdəm etmək  fəlsəfəsini xatırlatsa da, köklü surətdə ondan 

fərqlənir. Belə ki, Məcnunun qarşısındakı maneə Leylinin 

sevgisi (sevməzliyi, etinasızlığı) yox, sosial bir maneə idi, 

valideynlərin müdaxiləsi və ictimai rəy idi

1

. Cabbarlının 



qəhrəmanı isə üzərinə daha böyük bir yük götürmək və yalnız 

mövcud ictimai mühitlə bağlı deyil, həm də mövcud mənəvi 

prinsiplərin və  fərdi arzu-istək dünyasının da dəyişdirilməsi 

zərurəti ilə bağlı problem qoyur. 

Fərdi mənəvi aləm və ictimai mühit arasındakı uyğunluq 

və təzadlar Cabbarlının sonrakı əsərlərində də mühüm yer tutur. 

 

* * * 


 

XX  əsr qloballaşma  əsridir. Böyük dövlətlərin cahan-

girlik iddiaları  əsrin birinci yarısında  əlində «hərb» bayrağı 

olmaqla – dünya müharibələri vasitəsilə,  əsrin ikinci yarısında 

əlində «sülh» bayrağı olmaqla, iqtisadi, texnoloji və 

informasion vasitələrlə həyata keçirilir.  

XX yüzilliyin əvvəllərində bu böyük tarixi prosesin 

 

1



 Baxmayaraq ki, Füzuli poemanın podtekstində başqa bir fəlsəfi 

konsepsiyanın da ifadəsinə nail olur, bu halda söhbət təhkiyənin fəlsə-

fəsindən gedir.  



 

- 315 -


ancaq rüşeymləri var idi. Hətta birinci dünya müharibəsi də 

sadəcə müharibə kimi anlaşıla bilərdi. Həmin dövrdə qlobal-

laşma prosesinin təməli qoyulduğu bəlkə iddiaçıların özü 

tərəfindən də aşkar şəkildə anlaşılmırdı. Bu tendensiya ancaq bu 

gün açıq-aşkar görünür və onun nəzəriyyəsi də, praktikası da 

göz qabağındadır. Lakin bu hadisə  hələ ki, ancaq onu 

törədənlərin özü tərəfindən, əsrin ideoloqları, böyük dövlətlərin 

politoloqları tərəfindən təhlil olunur. Kiçik dövlətlər düşdükləri 

burulğanın baş gicəllənməsindən hələ özünə  gəlib dünyada 

gedən prosesləri dərk etmək və öz sözlərini demək iqtidarında 

deyillər. Lakin kiçik xalqların da böyük mütəfəkkirləri ola bilər 

və hər şeyi vaxtında görə bilər.  

Keçən  əsrin  əvvəlində dünyada gedən və  gələcəkdə get-

məli olan prosesləri görənlər var imiş. Böyük Cavidi və böyük 

Cabbarlını indiki zaman kontekstində oxuyarkən məlum olur ki, 

onlar nəinki qloballaşmanın mahiyyətini dərk etmiş, hətta onu 

proqnozlaşdırmış, bədii libas geyindirmiş  və  gələcək nəsillərin 

düşüncələrini irəlicədən bu böyük hadisələr üçün hazırlamağa 

çalışmışlar.  

Cabbarlının  əsərlərində kapital dünyasının, altun haki-

miyyətinin törətdiyi hərc-mərcliklər lokal bir hadisə kimi deyil, 

beynəlxalq kontekstdə götürülür.  

Avropada ilkin kapital yığımı dövründə pulla mənəviyyat 

arasında yaranan ziddiyyətlər tarixin yaxşı  məlum olan bir 

səhifəsi kimi klassik ədəbiyyatda öz bədii və  fəlsəfi  şərhini 

gözəl tapmışdır. Viktor Hüqonun, Balzakın, Drayzerin, Cek 

Londonun bu problemləri əks etdirən bir sıra məşhur romanları 

Azərbaycan oxucularına da yaxşı tanışdır.  

XIX əsrin axırları, XX əsrin əvvəllərində neft sənayesinin 

inkişafı ilə  əlaqədar olaraq Bakıda kapitalist ictimai-iqtisadi 

münasibətlərinin formalaşması da, təbii ki, pulun sosial-mənəvi 

həyata aktiv müdaxiləsi ilə müşayiət olunurdu. Cəmiyyətdə 

gedən bu prosesləri adekvat surətdə  əks etdirən  ədəbiyyat da 

dövrün tələbi idi. Maraqlıdır ki, Azərbaycanda bu sosial sifarişi 

ilk növbədə dramaturgiya və teatr yerinə yetirirdi.  

Özü də necə bir dramaturgiya?! 

Həyatda baş verən hadisələrin sadəcə  təsvirindən, bu 

mürəkkəb hadisələr dünyasından götürülmüş maraqlı  təsadüf-




 

- 316 -


lərin doğurduğu ziddiyyətlərdən deyil, meyllərin, tenden-

siyaların üzə  çıxarılmasından, nəticələrin yox, səbəblərin, 

ideyaların qarşılaşmasından doğan bir dramaturgiya!  

Cabbarlı hadisələr arasındakı  əlaqəni açmaqla kifayət-

lənmir; o, hər bir hadisənin, hər bir iştirakçı tərəfin daxili zid-

diyyətlərini açır və müxtəlif tərəflər arasındakı münasibətləri də 

məhz daxili potensialın təzahür vasitəsi kimi qələmə alır. 

Hadisələrin daxili dinamikası da, insanların iç üzü də 

proseslərdə,  əlaqələrdə üzə  çıxır.  İnsanla mühit arasında, bir 

əqidə ilə başqa  əqidə arasında, habelə, ayrıca insanın daxili 

aləmindəki müxtəlif fikir və istək yönümləri arasında 

ziddiyyətlər bir-birini tamamlayaraq bütövlükdə dövrün sosial-

siyasi və psixoloji-mənəvi səciyyəsini verir.   

Oqtay Eloğlu aşkar  şəkildə zahirilikdən, görünüşdən 

fərqli olaraq alt qatların, daxili məqamların, mahiyyətlərin üzə 

çıxarılmasına səsləyir. «1905-ci ildə»  əsərində erməni-mü-

səlman qarşıdurması  şəklində  təzahür edən zahiri görünüşün 

arxasında Rusiyanın imperiya siyasətinin dəqiq konturları 

görünür. «Aydın»da bir ailənin faciəsi timsalında bütövlükdə 

kapital dünyasının iç üzü açılır. «Solğun çiçəklər» də ictimai 

mühitin eybəcərlikləri hətta  ən müqəddəs duyğu olan sevgiyə 

belə sirayət edir. Bütün bunlar zahiridən batiniyə, görünüşdən 

mahiyyətə keçidin parlaq nümunələridir. 

Gerçək ictimai həyatda gedən bu proseslər, heç şübhəsiz, 

sənətdə  və  ədəbiyyatda da bu və ya digər dərəcədə öz əksini 

tapırdı. Bu baxımdan, altun və  mənəviyyat, güc və  həqiqət 

mövzuları özü-özlüyündə  ədəbiyyat üçün bir yenilik sayıla 

bilməzdi. Lakin necə ki, insanlar çox vaxt hadisələr içərisində 

itib-batır və daxil olduqları böyük ictimai-siyasi prosesləri, 

ictimai axının  əsas istiqamətini görə bilmirlər, eləcə  də  sıravi 

ədəbiyyat bir qayda olaraq bir-birindən maraqlı hadisələr 

silsiləsini təsvir etməkdən usanmır. Nəticədə neçə-neçə 

detektivlər, melodramalar yaranır və hadisələr dənizinin ucu-

bucağı olmadığı kimi, onları  əks etdirən dizilər, çoxseriyalı 

filmlər də nə qədər istəsən uzadıla bilir.  

Melodrama ilə  fəlsəfi dramın  əsas fərqi nədədir? Ham-

let», «İblis», «Aydın» hind filmlərindən, Cənubi Amerika se-

riallarından nə ilə fərqlənir? Bu suallara cavab verilməsi bu gün 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə