FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə99/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   95   96   97   98   99   100   101   102   ...   129

 

- 304 -


Təfəkkür, məntiq, rasional idrak burada acizdir. Cavid bu 

ideyanı «Xəyyam»a girişdə – minacat səsi ilə belə ifadə edir:  

 

 Ey fəzalarda gülümsər əbədi şerü xəyal! 

O nə qüdrət, o nə hikmət, o nə ahəngü cəlal!? 

Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal, 

Yenə yox kimsədə əsla səni idrakə məcal. 

 

Haqqa yaxınlaşdıqca dini fərqlər artmır, azalır. Görünür, 



insanın daxilən təmizlənməsi, yüngülləşməsi, pərvazlanması, 

eşqin qanadlarıyla haqqa doğru uçması ideyaları  həm də 

dinlərin vəhdəti ideyasına gətirir.  

 

Din bir olsaydı yer üzündə əgər, 



Daha məsud olardı cinsi-bəşər.   

 

Həm də bu fikir təkcə  Dərvişin dilindən eşidilmir.  Şeyx 



Sənan  İslamı daha dərindən anladıqca xristianlığı da ehtiva 

etməyə çalışır: 

 

Mənə olmuş cahan pərəstişkar, 

İmdi pək başqa bir cəlalım var. 

Sanma İslamə rəhbərəm tənha, 

Peyrəvimdir xristianlar da.  

 

Yaxud başqa bir yerdə Şeyx Sənan deyir:  



 

Birsə həqq, cümlə din də bir... naçar, 

Xəlqi yalnız ayırmış azğınlar... 

 

Yaxud Cabbarlıda oxuyuruq: 



«Siz ey min-min qəbilələrə, millətlərə, irqlərə ayrılmış 

məzlum bəşəriyyət!» «Mən bu gün bütün istilalara, mühari-

bələrə, qırğınlara,  əsirliyə, köləliyə, cəbrə, istibdada, altunlara, 

hökumətlərə, qanunlara, dinlərə, allahlara, bütün əski varlığa 

qarşı üsyan bayrağı qaldırıram».  

«Bu yalnız ərəblərdə deyil, yalnız burada deyil, hər yerdə 

belə olmuşdur. Bunu babillilər də belə etmişlər, yunanlar da 



 

- 305 -


belə etmişlər, rumlar, yəhudilər də belə etmişlər.  İsalar, 

Musalar,  İsgəndərlər, saysız-hesabsız insan qəssabları, hamısı 

belə etmişlər».  

Cavid də, Cabbarlı da böyük müqəddəslik duyğusundan 

ayrı salınmış, özgələşmiş, dinsizləşmiş, hadisələşmiş, müxtəlif-

ləşmiş  və bu müxtəlifliklərin qarşıdurmasını yaratmış  əski 

dünyanın  əleyhinə  çıxaraq, insanın öz daxili-mənəvi 

yüksəlişinə, sevgiyə, məhəbbətə və insani məhəbbətin gücü ilə 

əldə edilmiş ümumbəşəri birliyə səsləyirdi. Dinləri birləşdirərək 

hamısına qarşı eyni dərəcədə üsyan edən Elxan əslində dinləri 

birləşdirərək hamısına eyni dərəcədə xidmət edən Şeyx Sənanın 

o biri qütbü deyilmi? Və qütblər eyni mahiyyətdə birləşmirmi?   

Dinlər, təriqətlər arasında fərq bir qayda olaraq hadisə, 

mərasim müstəvisində özünü göstərir. Dinin mahiyyəti isə mü-

qəddəslik duyğusu ilə bağlıdır. Bu duyğu olmadıqda dini 

ehkamlar, dini ayinlər, dini mərasimlər əsl dini əvəz edir və din 

əvəzinə dini pərdəyə bürünmüş psevdodin yaranır ki, o da 

mahiyyəti etibarilə dinsizlikdən fərqlənmir.  

Təsadüfi deyildir ki, Cavid də, Cabbarlı da məhz «din 

pərdəsi»nə, «din qalxanı»na qarşı mübarizə aparıblar. Xəlifənin 

hədiyyə göndərdiyi rəqqasələrə  işarətlə  Xəyyam «Din pərdəsi 

altında nə xoş, incə lətifə», - deyir. Eləcə də Elxan «mən üzümə 

bir din qalxanı  çəkib cahangirlərin cəlladlığını  qəbul edə 

bilmərəm», - deyir.  

Caviddə  də, Cabbarlıda da «din» ideyası «azadlıq» və 

«məhəbbət» ideyaları ilə qarşılaşdırılır. «Od gəlini»ndə Xürrəm 

diyarının mənəvi kodeksi belə  səslənir: «Azad sevgi, azad 

vicdan könlümün tanrısı». Dini hiss daxili bir ehtiyac ol-

madıqda, insanın mənəvi yüksəlişindən, saflığından, paklığın-

dan, müqəddəslik səviyyəsinə yüksəlmiş ali duyğularından 

doğmadıqda, kənardan icbari yolla təlqin edildikdə bu böyük 

azadlıq carçıları onu qəbul edə bilmirlər. Həm də bu mövqe 20-

ci əsrin əvvəllərində meydana gəlməyərək, Şərq fəlsəfi fikrində 

qədim köklərə malikdir. Cavidin şəxsi fikirləri, böyük Ömər 

Xəyyamın mövqeyi ilə necə də səsləşir:  

 

«Mən ömrümü sərməst olaraq şən dilərəm, şən. 



 Bir dindəyəm, azadə bütün küfr ilə dindən».   


 

- 306 -


(«Xəyyam»)   

 

Bu misralar Ömər Xəyyamın məşhur rübaisindən tər-



cümə olunaraq mətnə daxil edilmişdir. Həmin mövqe «Xəy-

yam»dakı digər obrazın – Sevdanın dili ilə də təqdim olunur: 



 

«Bir vəhşi göyərçin kimi mən də

 Şən könlümü azadə dilərdim».  («Xəyyam») 

 

Bu ideyalar hələ «Şeyx Sənan»da da irəli sürülürdü. La-



kin Cəfər Cabbarlı  Şeyx Sənanın dinlə azadlığı uzlaşdırmaq 

cəhdlərini tənqid etsə  də, onun «Od gəlini»ndəki azadlıq 

axtarışları da son nəticədə sadəcə dinsizlikdən deyil, nəfsin 

tərbiyəsi, mənəviyyatın yüksəlişi ideyasından bəhrələnir. 

Maraqlıdır ki, «Od gəlini»ndən sonra yazılan «Xəyyam» bu 

ideya təkamülündə sintez məqamına uyğun gəlir. Və biz iki 

müxtəlif dramaturqun birlikdə triada sistemi qurduqlarının 

şahidi oluruq. Cabbarlı  «Şeyx Sənan»ı inkar edir və «Od gəli-

ni»ni yaradır. Cavid inkarı inkar məqamında «Xəyyam»ı ya-

ratmaqla hər iki ideyanın sintezinə nail olur.     

 

* * * 


 

İndiyədək Cavid, demək olar ki, ancaq bir şair və dra-

maturq olaraq tanınmışdır. Və bu xüsusda onlarca tədqiqatlar 

aparılmış, məqalələr, kitablar yazılmışdır. Lakin ilk dəfə olaraq 

Cabbarlı Cavidin sənətkardan daha çox filosof olduğunu 

vurğulasa da, onun fəlsəfi müstəvidə  tədqiqinə ancaq əsrin 

sonunda başlanmışdır. Cavidin sənətkar olmaqdan öncə bir 

filosof olduğunu biz də qəbul edirik. Lakin Cavid yaradıcılığını, 

onun həyat və  fəaliyyətini daha ətraflı öyrəndikdə gözlərimiz 

önündə poeziyadan da, teatrdan da, fəlsəfədən də, 

publisistikadan da və bütün digər vasitələrdən də  məhz öz 

xalqının, millətinin tərəqqisi naminə bir vasitə kimi istifadə 

edən böyük ziyalı, əsl vətənpərvər insan canlanır.  

Bu qənaət daha aydın  şəkildə onun publisistikasından 

hasil olur. Çünki burada fikir, amal, əqidə  nə  bədii obrazlarla, 

nə  də mücərrəd təfəkkürlə vasitələnir. Burada əsl məqsəd,  əsl 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə