FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə95/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   91   92   93   94   95   96   97   98   ...   129

 

- 292 -


vəzifə, hakimiyyət, güc, zor) və  mənəvinin (haqq-ədalət, 

gözəlliyə pərəstiş, ülvi duyğular, insani ləyaqət, sevgi) konkret 

təzahürləri arasında mücadilə formasında ortaya çıxır. Lakin 

maddi–mənəvi qarşıdurması ancaq şəxsi münasibətlər miq-

yasında qalmır, ictimai prizmadan keçərək sosial qarşıdurmala-

ra gətirir. İnsanların problemləri cəmiyyətin problemləri səviy-

yəsinə qaldırılır və  fərdi müstəvidəki münasibətlərə  həm mə-

nəvi, həm də ictimai-siyasi ziddiyyət səviyyələrindən nəzər 

salınır...        

Cavid də, Cabbarlı da tərəddüd etmədən sosial fəlsəfənin 

ən aktual problemlərinə birbaşa müdaxilə edir və çox vaxt 

problemin olduqca dərin qatlarına enirlər. Lakin adi oxucu 

nəzərləri üçün bu dərin qatlardan müəllif tərəfindən kəsik 

xətlərlə cızılmış  çıxış konturlarını görmək çətindir. Təəssüf ki, 

çox vaxt tənqidçilər də bu məqamlardan sükutla keçirlər. 

Cabbarlı dühası  bəzən adi bir hadisənin təsvirində elə 

dərinliklərə və ənginliklərə girir, şaquli ox boyunca elə vüsətlə 

manevr edir ki, onu izləmək çox vaxt peşəkar tənqid üçün də 

çətin olur.        

 

* * * 



 

Cavidin «İblis»ində kapitalizm cəmiyyətinin çatışmazlıq-

ları, naqis ictimai mühitin mahiyyəti konkret hadisələrlə yanaşı, 

ümumiləşmiş  İblis obrazı ilə  təqdim olunur. Bu, bir tərəfdən

insanların hesablaşmalı olduğu reallıqdır (acı, sərt, lakin real bir 

dünya), digər tərəfdən, insanın qəbul etmədiyi bir reallıqdır. 

İnsan naqis cəmiyyətdə gedən prosesləri mənən qəbul etmir, 

lakin gerçəkliklə hesablaşmamaq da mümkün deyil... 

Şekspirin Hamleti belə reallıqla barışmadığından, ölməyi 

üstün tutur. Lakin ölüm yolunu seçməzdən qabaq tərəddüdlər 

keçirir, çıxış yolu axtarır... Böyük filosof-tənqidçi Lev Şestov 

«olum, ya ölüm» dilemmasının  əsər boyu ancaq tərəddüdlər, 

çaşqınlıq və daxili mübarizə kontekstində davam etməsi, real 

həyat müstəvisində isə tam bir fəaliyyətsizlik və qətiyyətsizliyin 

hökm sürməsini bir çatışmazlıq kimi qeyd edir. Bəli, Hamlet 

əlində  qılınc vuruşur. Lakin kiminlə, nə üçün? Və  nəhayət, 

zəmanənin haqsızlıqlarına qarşı mübarizə meydanında deyil, 



 

- 293 -


ədalətsiz bir dueldə ölümə çatır... Əlbəttə, ölümün əsl səbəbi bu 

dueldən çox-çox əvvəl, daha dərin qatlarda baş qaldırmışdır. 

Lakin fikirdə, mənəviyyatda gedən dramatik proseslərlə ictimai 

həyatın reallıqları arasında heç bir uyğunluq yoxdur.  

Bütün böyük dramaturqlar əslində  həmişə eyni sualları 

qoyurlar. Lakin öz dövrlərinin dilində.  Şekspirin «olum, ya 

ölüm?» kimi qoyduğu sual fəlsəfənin həmişə aktual prob-

lemlərindən birinin konkret bədii ifadə forması idi. Problem isə 

bundan ibarətdir: Mühitə, cəmiyyətə, bəşəriyyətə uyğunlaşmaq 

(«palana bürünüb elnən sürünmək», təslim olmaq), yoxsa 

mühiti, cəmiyyəti özünə, öz sosial və  mənəvi ideallarına 

uyğunlaşdırmaq?! Birinci variantı seçib yaşamaq, «olmaq», 

əlbəttə, asandır.  İkinci yol çox çətindir. Burada «olmaq» üçün 

dövrün nəbzinə uyğun üsul, ideya və iradə tapılmadıqda, o, 

həmişə «ölüm» yolu olur (Düzdür, bu iki variantın keçidində 

üçüncü – aralıq variantlar da var. Naqis mühiti qəbul etməmək, 

lakin ona qarşı aktiv mövqe tutmadan, özünü «kənara çəkmək», 

«çıxdaş olmaq» variantı. Məsələn, Kefli İskəndərin sərxoşluq 

yolu. Lakin bu yol öz təkamülündə istər–istəməz ikinciyə 

keçidlə  nəticələnməlidir. Zira sərxoşluq da həyatı inkarın, 

«ölüm» yolunun bir formasıdır. Yaxud L.Tolstoyun «Canlı 

meyit» pyesində Protasov cismən sağ olsa da, yaşadığı mühit 

üçün, onu vaxtilə tanıyanlar üçün ölmüşdür. O, əvvəllər özünün 

də daxil olduğu naqis ictimai mühitdən təcrid olmuş halda 

qalmağı üstün tutur. Bu da «olum» ilə «ölüm» arasında bir 

vəziyyətdir. Lakin əsərdən çıxan məntiqi nəticəyə görə, bu 

aralıq vəziyyət  şərəfli ölümü əvəz edə bilmədiyinə görə, son 

nəticədə yenə  də fiziki ölüm labüd olur). Ona görə  də, bu 

problemin qoyulduğu pyeslər, bir qayda olaraq, faciə canrında 

olur. Dramaturqlar çox vaxt bu böyük problemi sadələşdirərək, 

onu ''olum, ya ölüm'' formulasına salır və  həyatda qalmağı – 

həyatla barışmaq, ölümü isə  həyata, mühitə etiraz aktı, üsyan 

kimi təqdim edirlər. Və  nə  qədər paradoksal görünsə  də, 

«olum» - fərdi mənin ölməsi,  əksinə, «ölüm» - fərdi mənin 

özünü təsdiqi, yaşamaq uğrunda mübarizəsidir. Problemin bu 

cür sadə qoyuluşu: yaşamağın mütilik, təslimçilik, ölməyin – 

barışmazlıq, üsyan kimi təqdim edilməsi,  əslində  həyatın, «ol-



 

- 294 -


mağın» həqiqi böyük mənasını açılmamış qoyur. Bu böyük mə-

na isə yuxarıda qeyd etdiyimiz kimi, mühitin, cəmiyyətin dəyiş-

dirilməsi və naqis həyata deyil, fərdi mənin böyük ideallarına 

cavab verən yeni bir həyata uyğunlaşmasıdır. Daha doğrusu, bu 

artıq «uyğunlaşma» deyil, yaradıcılıqdır, inqilabdır.  

Cavid və Cabbarlı elə bir dövrdə yaşayırdılar ki, onların 

«inqilab» idealları bolşevik inqilabı ilə müqayisə olunmaya 

bilməzdi. Cavid sonuncunu qəbul etmir, Cabbarlı isə özü-

nəməxsus bir şəkildə qavrayır və  təqdim edirdi. Bu baxımdan, 

təkcə Aydınların trakik inqilabçı ruhu deyil,  Almazların 

inqilabı da özünəməxsus bir «olum, ya ölüm» problemi idi. Bu, 

elə bir zəmanə idi ki, ''olum'' yolu – ''ölüm''ə, ''ölüm'' yolu – 

''olum''a çevrilmişdi. Qırmızı inqilab öz ölüm qismətini 

artıqlaması ilə yaşayaraq (sözün müstəqim mənasında ''ölüm'' 

planını dolaraq) zəfər çalmış, indi daha qalib mövqeyindən 

''olum'' yolçularına ölüm hökmü oxuyurdu. Bir qütb başqa bir 

qütblə  əvəz olunmuşdu. Ona görə  də, Cabbarlının inqilabdan 

sonrakı  əsərlərinə daha çox dərəcədə  məhz bu prizmadan 

baxmaq lazımdır. 

Cavid isə problemin konkret bir dövr üçün bu və ya digər 

təzahürlərini deyil, ümumiləşmiş  fəlsəfi həllini, düsturunu 

tapmağa cəhd edirdi. 

Arif bir növ Hamleti xatırladır. O da fikir müstəvisindəki 

pozitiv mövqeyə baxmayaraq, real həyatda passivlik və 

çaşqınlıq nümayiş etdirir. Lakin son anda estafeti real həyatda 

daha qətiyyətli görünən Elxana verir. 

Aydın da mahiyyət müstəvisində bir qədər Hamleti xatır-

ladır. Lakin cəngavərlik dövrü, duellər dövrü keçdiyindən, 

ancaq söz qılıncı ilə kifayətlənməli olur. Dövrün faciəsini 

yaşamaqla bərabər, həqiqətə yol açmağa çalışır, uğursuzluğa 

uğrayınca kefli İsgəndərin yolunu tutur. Lakin diqqətlə 

yanaşıldıqda burada Protasovla paralel daha güclüdür. Aydın da 

neçə illərdən sonra qayıdıb, tanınmaz halda cəmiyyətdəkiləri 

seyr edir. Lakin bunu Protasov kimi soyuqqanlılıqla edə bilmir

həyata  İsgəndərsayağı müdaxilələr edir. Zəmanəyə inamını 

itirsə  də, insanlara inamını itirmir. Son anda Gültəkini hələ  də 

sevdiyini göstərməklə, naqis cəmiyyətin günahını onun qurbanı 

olmuş insanın ayağına yazmadığını sübut edir. Şərin mənbəyini 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə