FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə94/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   90   91   92   93   94   95   96   97   ...   129

 

- 289 -


Bəli, Cabbarlı  əvvəlcədən filosof deyildi. O, əvvəlcədən 

rəssam idi. Sosial və  mənəvi proseslərin rəssamı. Lakin onun 

getdiyi yol sadə  həyat həqiqətlərinin arxasındakı böyük məna-

lara doğru aparırdı. O hadisədən mahiyyətə, təkcədən ümumiyə, 

sənətkarlıqdan filosofluğa doğru gedirdi. Fəlsəfə Cabbarlı 

yaradıcılığında təməl yox, son mərtəbə idi...  

Cavid isə əvvəlcədən filosof idi. O yüksək təhsil görmüş, 

bir sıra fəlsəfi təlimlərdən xəbərdar olan və öz fəlsəfi 

konsepsiyası, ideyaları olan və bu ideyaları  bədii yolla, sənət 

vasitəsilə çatdırmaq istəyən bir sənətkar idi. Cavid birbaşa 

yüksək mərtəbədən başlayır.  İdeyalardan başlayıb həyatın 

özünə doğru gəlir.  

Cabbarlı bir təbiətşünas alim, eksperimentator səyi, entu-

ziazmı ilə yaşadığı maddi dünyanın iç üzünü axtarır; qırır, 

dağıdır, sökür, yenidən qurur, yenidən sökür, bütün daxili 

qatları alt-üst edir, açıb bizə göstərir, lakin yenə  əsl mahiyyət 

deyil, yeni bir pərdə, yeni bir illüziya, yeni bir riya, yeni bir 

saxtakarlıq, haqsızlıq üzə  çıxır... Bəs haradadır həqiqət? Bəs 

mahiyyətə necə çatmaq olar? Bax, bu suallar bütün aydınlığı ilə 

gözlərimiz önündə canlanır, lakin elə bil ki, cavab tapılmır. 

«Sevil»də çadranın atılması və guya mahiyyətin, həqiqətin üzə 

çıxarılması, «Oqtay Eloğlu»nda pərdənin sökülməsi, divarların 

iç üzünün göstərilməsi, «Od gəlini»ndə hətta paltardan da xilas 

olmaq, adət-ənənənin də buxovlarından azad olmaq, islamın da 

ehkamlarına qarşı çıxmaq cəhdləri - mütləq azadlıq axtarışları... 

Bütün bunlar, təbii ki, uğurla nəticələnmir. Onda nədir bu 

axtarışların mənası? Məna elə axtarışın uğursuzluğundadır. 

«Mənfi cavab da bir cavabdır».  

Cavid isə lap əvvəlcədən mahiyyət qatında əyləşib bizim 

bu fani (maddi) dünyada kölgələrin oyununu izləyir. Lakin 

oxucu həmin bu fani dünyanın içində olduğundan onu mahiyyət 

qatına qaldırmaq, ideyalar aləminə yüksəltmək və buradakı 

mətləbləri ona çatdırmaq o qədər də asan iş deyil.  

Cavid üçün əsas məqsəd ideyanı çatdırmaqdır. Bədii üsul 

və təhkiyə ola bilsin ki, hətta təsadüfi seçilmiş vasitələrdir. Yəni 

əsas inkişaf xətti ideya ilə bağlı olduğundan hadisələr sonradan 

seçilir və bu ideyanın təkamülünə uyğunlaşdırılır. Cavid 

irəlicədən qoyduğu bir fəlsəfi ideyanın bədii yolla açılışına 




 

- 290 -


çalışarkən cari, gerçək hadisələrdən daha çox tarixi mövzulara 

və  rəvayətlərə müraciət edir. Bu mövzular ümumbəşəri 

mövzulardır. Konkret zaman və  məkanla bağlı deyildir. Hətta 

tarixdə  həqiqətən məlum olan hadisələr də konkret zaman-

məkan müəyyənliyindən, dövrün spesifik xüsusiyyətlərindən, 

milli etnoqrafik mündəricədən azad olunur, bütün bunlar ancaq 

rəmzlərlə  təqdim edilir və  təhkiyə ancaq ideyanın açılışına 

xidmət edir. Sanki bədii xarakter də, milli kolorit də arxa plana 

keçir və ideyanın inkişaf yolunu kölgədə qoymamaq üçün bir 

fon rolunu oynamaqla kifayətlənir. Yəni Caviddə hadisələr 

ikinci plandadır, fokusdan kənardadır və burada hər hansı deta-

lın elə bir əhəmiyyəti yoxdur. Məhz ona görədir ki, maddi rea-

lizm müstəvisində, konkretlik prizmasında Cavid yaradıcılığı 

tənqidə tab gətirmir.  

Cabbarlı isə konkretdir. Çünki ilkin olaraq ideyadan 

deyil, gerçək hadisələrdən çıxış edir. Burada zaman da, məkan 

da müəyyəndir. Burada həm milli müəyyənlik, həm tarixi 

müəyyənlik, həm də sosial müəyyənlik o dərəcədə qabarıqdır 

ki, hadisələrin gedişindən dövrün tək rəngini deyil, ruhunu da 

sezmək mümkün olur. Cabbarlı  rənglərdən ruha doğru gedir. 

Cavid isə ruhu şəffaf götürür. Cavid dünyasında ruhun rəngi, 

yeri, ölçüsü olmur. Ruh məkan və zaman xaricindədir. Lakin o 

hadisələrdə təzahür edir. 

Cabbarlı dünyası çoxmərtəbəli dünyadır. Birinci qatda 

təsvir olunanlar yerli-yataqlı hadisələrdir. Ruh hadisələrin 

fövqündə, arxa planda təzahür edir. Lakin Cabbarlı gerçəklikdə 

cərəyan edən hadisələrin bədii ümumiləşmə  səviyyəsində real 

təsvirini verməklə yanaşı, bu hadisələrin alt qatlarını, onların 

daxilindəki təzadları da qələmə alır. Və nəticə etibarı ilə həm də 

bu hadisələrin  əsasında dayanan ideyalar aləminin özündəki 

daxili çarpışma və  təbəddülatları  işıqlandırmalı olur ki, bu da 

sonrakı, yüksək qatdır. 

 

* * * 


 

Bədii ədəbiyyatın mövzu dairəsi çox genişdir. Həm üfüqi, 

həm də şaquli müstəvidə. Üfüqi müstəvi dedikdə coğrafi məkan 

və hadisələrin müxtəlifliyini nəzərdə tuturuq. Şaquli müstəvidə 




 

- 291 -


isə hissi-mənəvi dərinlik dərəcəsi öz əksini tapır. Bəzən bir 

otağın, bir insanın, hətta bir çiçəyin həndəsi-coğrafi 

məkanından kənara çıxmadan da, çox geniş mövzu 

diapazonunu əhatə etmək olar.  

İnsanın keçirdiyi ən adi hiss və  həyəcanlardan  ən mü-

rəkkəb fikirlərə  qədər, adi bir təbiət mənzərəsindən tutmuş 

insan taleyinə və hətta bəşəriyyətin böyük problemlərinə qədər, 

bir sözlə,  insanı duyğulandıran və düşündürən nə varsa –  

hamısı  bədiiləşərək  ədəbiyyatın mövzusuna çevrilə bilər. Bu-

rada duyğu və düşüncələrin özü ilə  bərabər, onları doğuran 

hadisələr, gerçək durumlar, proseslər də  qələmə alınır... 

Hadisələrdən yenə ideyaya qayıdılması, bədii əsərin ideya məz-

mununun açılması isə çox vaxt oxucunun öhdəsinə düşür, lakin 

oxucu tam sərbəst buraxılmayıb, müəyyən emosional-psixoloji 

hala yönəldilir ki, bu da hadisədən mahiyyətə, ideyaya keçid 

üçün bir növ hazırlıq mərhələsidir. İdeya hamı üçün əsasən eyni 

yönümdə, lakin hər bir oxucunun səviyyəsinə uyğun dərəcədə 

hadisələrin gedişindən, təhkiyənin özündən intixab olunur. 

Ədəbiyyatın əhatə dairəsinin böyük bir zolağı  fəlsəfənin 

problematikası ilə üst-üstə düşür. Ədəbiyyat üçün bu zolaqdan 

kənarda da kifayət qədər böyük meydan var və sənətkarlar çox 

vaxt məhz sənət üçün spesifik sahələri (duyğulandırma zonası) 

qələmə almağı üstün tuturlar... Fəlsəfi zonaya çox az-az 

sənətkar daxil olur. Necə ki, dənizin dayaz yerində üzə 

bilənlərin heç də hamısı  dərin sahələrə baş vurmur. Çünki bu, 

təhlükəlidir. Bu dərinliyə girmək rahat, oradan çıxmaq isə 

çətindir. Ona görə də, bir çox hallarda fəlsəfi mövzulara girişən 

yazıçılar qoyduğu problemlərin içində itib-batır, ideya aydınlığı 

olmadığından oxucunu da özü ilə  bərabər burulğana salır, 

çıxışsız qoyurlar. Halbuki, əsas vəzifə  məhz çıxış yolunu  

göstərməkdir.       

Azərbaycan  ədəbiyyatında fəlsəfiliyə meyl həmişə olub. 

Lakin iki sənətkarın yaradıcılığında fəlsəfi zona əsas yaradıcılıq 

sahəsidir. Cavid və Cabbarlı, demək olar ki, bütün 

yaradıcılıqlarını  fəlsəfi problemlər üzərində qurublar. Başqa 

sözlə, bədii forma açıq-aşkar fəlsəfi təfəkkür səviyyəsində 

qoyulan problemlərin təsvir üsulu kimi ortaya çıxır. Bu 

problemlər bir qayda olaraq  maddiliyin (altun, var-dövlət




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə