FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə93/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   89   90   91   92   93   94   95   96   ...   129

 

- 286 -


                                                          

lazımdır. Azlığın çoxluq üzərində hakimiyyətini hələ bir qədər 

də qoruyub saxlamaq üçün təkcə güc deyil, həm də  ağıl 

lazımdır. Bu cəhətlər  İblisə doğrudan da xasdır və  yəqin buna 

görədir ki, A. Şaiq yazır: ”İblis kəskin ağla və sarsılmaz iradəyə 

malikdir... O bütün qüvvətini və  hərarətini ağıl və 

mühakimədən alır”.

2

  



Digər tərəfdən də, burcua cəmiyyəti hələ yaranışdan elm 

və texnikanın nailiyyətlərinə arxalanmış, bundan öz niyyəti 

üçün, iqtisadi hakimiyyəti gücləndirməyin bir vasitəsi kimi 

istifadə etmişdir. Hər iki baxımdan, İblisin ağıl və fərasət sahibi 

olması onun hakim ictimai mühiti təmsil etməsinə  nəinki zidd 

gəlmir, əksinə, bu fikri bir daha təsdiq edir. 

İblis məhz öz ağlı ilə insan üzərində yüksəlməyə çalışır, 

ona məsləhətlər verir, həyat həqiqətlərini “öyrədir”. 

Lakin  İblisin özündənrazı olmasının səbəbləri heç də 

yalnız onun həm güclü, həm də ağıllı olması deyil. Əksinə, əsil 

səbəb onun həyat həqiqətlərini heç də axıra qədər dərk edə 

bilməməsi, yalnız özünə faydalı olanları bilməklə kifayət-

lənməsidir. İblis ona görə özündən razıdır ki, çox gözəl bildiyi 

cari “həyat həqiqətlərinin“  əslində müvəqqəti olduğunu və bir 

gün öz yerini əsil həqiqətə verəcəyini bilmir.  

İnsan cari həyatı pis bilir, ən çox ona görə ki, onun arzu 

və ümidləri ilə, insani keyfiyyətləri ilə mövcud həyat arasında 

uyğunsuzluq var, İnsanın məntiqi ilə  həyatın məntiqi üst-üstə 

düşmür. İblis isə həmin həyatı ona görə yaxşı bilir ki, həyat hələ 

onun məntiqinə uyğun  şəkildə dövran edir, Şekspirin məşhur 

sonetində deyildiyi kimi, eybəcərlik gözəllik üzərində, nadanlıq 

kamillik üzərində qələbə qazanır. Lakin İblisin ağlı ali hisslərlə 

birləşmədiyindən zəka səviyyəsinə  də yüksəlmir. Həyatı çox 

gözəl bildiyini zənn edir, insanların bütün fəlsəfələrindən xə-

bərdar olduğunu düşünür: 

 

Xilqətdəki hər məsələ, hər nöqteyi-mövhum, 



Hər fəlsəfə, hər məzhəbü məslək mana məlum  

 

– deyir, lakin həyatda və insan mənəviyyatında onun 

 

2

 A. Şaiq. Əsərləri, II cild, səh. 187. 




 

- 287 -


üçün qaranlıq olan elə potensial qüvvələr var ki, onlar reallaş-

dıqda İblisin bildikləri alt-üst olur, daha özünü doğrultmur. 

Bu mənada, Cavidin İblisi öz idrak qabiliyyətinə görə də 

klassik Avropa ədəbiyyatındakı  İblislərdən fərqlənir, real bir 

qüvvə olmaqla qeyri-məhdud idrak qabiliyyətindən məhrumdur. 

Onun bilikləri məhz təmsil etdiyi cəmiyyətdəki hakim dünyagö-

rüşünü ifadə edir və ilk baxışda nə  qədər realistik görünsə  də

əslində gerçəkliyi düzgün əks etdirə bilmir, çünki metafizik 

xarakter daşıyır, dünyanın, cəmiyyətin müəyyən bir real 

məqamını mütləqləşdirir, həyatdakı daxili ziddiyyətləri 

lazımınca qiymətləndirə bilmir, onun hansı istiqamətdə inkişaf 

etdiyini görmür. O ya həyatı  dərindən bilmədiyinə görə, ya da 

dərindən bilmək ona sərf etmədiyinə görə zülmün, şərin 

mənbəyini Allahın iradəsi ilə, yaxud insan mənəviyyatının 

ayrılmaz tərkib hissəsi kimi, insanın təbiəti ilə izah etməyə ça-

lışır və insanların özünü də məhz bu cür düşünməyə sövq edir. 

O, özünün bu mövqeyini real həyat səhnələri vasitəsi ilə isbata 

yetirməyə çalışır. Bu mövqe isə o dövrkü cəmiyyətin, hakim 

üsul-idarənin mövqeyidir və onun mənafeyinə tamamilə 

uyğundur. Məqsəd – insanı ictimai mübarizədən 

yayındırmaqdır; zülmün mənbəyi ya Allahla, ya insanın özü ilə 

bağlıdırsa o, kimə qarşı və necə mübarizə aparacaqdır?.. 

Faciə  İblisin düşüncələrinin  əsassızlığını  və onun möv-

qeyinin heç də  İblisin özünün düşündüyü qədər möhkəm 

olmadığını göstərir.  Əzab və  işgəncə vermək, cismani ölümə 

bais olmaq nisbətən asan şeydir. Lakin İblis başlıca məqsədinə 

–  İnsanı (insanların seçilmiş nümayəndəsi olan Arifi) mənən 

öldürməyə, onu öz sadiq qulu etməyə nail olmur. 

Əsərin ideya istiqaməti elədir ki, buradakı ümumi ro-

mantik ruh, rəmziliklər də buna şərait yaradır ki, məhz kimin 

cismən öldüyü və ya hələ  nəfəs aldığı prinsipial rol oynamır; 

prinsipial məsələ kimin mənən ölü və ya mənən sağ olması 

məsələsidir. 

 

 



 


 

- 288 -


 

 

 



 

 

 



 

 

CAVİD VƏ CABBARLI 



 

Biri ideyalar, mahiyyətlər dünyasında qərar tutur və 

yerdəkilərə sadə bir təzahür kimi baxır, o biri yerdə olanların 

zahiri pərdəsini götürməklə mahiyyəti də, ideyanı da gerçək 

həyatın özündən intixab etməyə çalışır. 

Əslində hər iki dahi eyni bir yolu qət edir. Biri səmadan 

enir, o biri səmaya yüksəlir. Biri həyatın ali məna zirvəsindən 

həyatın dibinə  işıq salır, o biri həyatın dibindən onun ali 

mənasına doğru insanlarla birlikdə çox çətin bir yüksəliş yolu 

keçməyə çalışır. Yollar eyni olsa da, səmtlər bir birinin 

əksinədir.  Əvvəlcə özü nura çatıb, insanlara nurdan pay 

verməklə, insanlarla birlikdə nura doğru yürüş etmək fərqli 

hadisələrdir. Lakin istiqamətlər fərqli olsa da, məqsədlər, 

məramlar eynidir.  

Bəli, hər iki ədib həm böyük mütəfəkkir, filosof, həm də 

gözəl sənətkardır. Lakin kim əvvəlcə filosofdur, kim əvvəlcə 

sənətkar? Bax, əsas fərq də burada üzə çıxır.  

Cabbarlı xüsusi fəlsəfi təhsil görməmişdir. Onu həyatın 

özü yetişdirmişdir. O, həyatdan, gerçəklikdən çıxış edir. Onun 

böyük rəssamlıq istedadı  ətrafda baş verən prosesləri bütün 

incəlikləri ilə  təsvir etməyə imkan verir. Təsadüfi deyil ki, 

Cabbarlı özü ədəbiyyatı  təsviri sənətlə müqayisə edir: «Zatən 

ədəbi  əsərlər də  fırçası  qələm olmuş  rəsmlər deyillərmi?» 

(C.Cabbarlı. «Ədəbi mübahisələr»).  

Cabbarlı hadisələrdən çıxış edir və onları ümumiləş-

dirməklə mahiyyətə doğru addımlayırdı. Bədii ümumiləşdirmə 

elə güclü idi ki, real hadisələrin təsviri arxasında mahiyyətlər və 

onlar arasındakı münasibətlər də üzə çıxırdı... 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə