FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə96/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   92   93   94   95   96   97   98   99   ...   129

 

- 295 -


insanların xislətində deyil, dövrün, zəmanənin, mühitin 

xislətində axtarmaq təşəbbüsü göstərir. Bu baxımdan, 

C.Cabbarlının «Aydın»ı  təkcə «Hamlet»lə deyil, həm də 

«İblis»lə böyük ideya yaxınlığına malikdir.  

 

* * * 


Ayrı olsaq da, 

həqiqətdə birik. 

H. Cavid. «Xəyyam»

 

 

Hadisələri araşdırarkən və ilk nəzərə çarpan cəhətlərdən 

çıxış edərkən, eyni dövrdə yazıb-yaratmış bu iki sənətkar 

arasında xeyli böyük fərqlər və  hətta ziddiyyətlər görmək 

mümkündür. Lakin bu böyük düha sahiblərinin ideya dünyasına 

daxil olduqda fərqlərin daha çox metod və təzahür fərqi olduğu, 

ideyaların dərinliyində isə  ağlasığmaz bir yaxınlıq və  hətta 

eyniyyət mövcudluğu aşkara çıxır. 

Cavidlə Cabbarlı arasındakı fərq ancaq metod fərqi deyil. 

Daha doğrusu, metod fərqi törəmədir və  ən başlıcası, zamana 

görə nisbidir. Təsadüfi deyildir ki, bir əsrdən sonra kimin daha 

çox realist, kimin daha çox romantik olduğunu fərqləndirmək 

çətinləşmişdir. Keçən  əsrin  əvvəlində dünyanı, həyatı planetar 

miqyaslı, qlobal bir proses kimi götürən Cavid nə  qədər 

mücərrəd və «səmavi» görünürdüsə, yeni əsrin  əvvəlində, 

qloballaşma artıq həyatın bütün sahələrinə nüfuz etdiyi bir 

vaxtda, bir o qədər realist görünür.   

Əsl fərq bədii metodlardan öncə, ədiblərin ictimai tərəqqi 

yoluna münasibətində, «nədən başlamaq» məsələsində üzə 

çıxır.    

Hər iki sənətkar yaxınlaşmaqda olan həşəmətli bir 

kabusun, qorxunc bir qüvvənin, kapital dünyasının, Qərbin 

«kütləvi mədəniyyətinin» milli-mənəvi dəyərlərimizin sərhəd-

lərini keçərək cəmiyyətimizə, ailəmizə,  şəxsi həyatımıza necə 

daxil olduğunu və bu proseslərin daha nələrə apara biləcəyini 

anlayır və bütün bunlara qarşı mübarizə yolları arayırdılar. Hər 

iki sənətkar bu böyük ümumbəşəri, fövqəlmilli proseslərin 

qloballığını, dönməzliyini görür, onlarla üzləşməyin 




 

- 296 -


qaçılmazlığını dərk edir və özünü, öz milli varlığını, əsrlərdən, 

nəsillərdən bizə miras qalmış yüksək  əxlaqi-mənəvi keyfiy-

yətləri bu burulğanlar içərisindən çıxarmaq üçün yollar axtarır, 

bütün mümkün vasitələri və qüvvələri səfərbər etməyə 

çalışırdılar. Azərbaycanda sosialist inqilabı deyilən hadisə baş 

verdikdən sonra bu iki böyük qələm sahibinin mübarizə 

metodları getdikcə daha çox dərəcədə  fərqlənməyə başladı. 

Cavid yenə  də milli məni kapital dünyasının təsirlərindən 

qorumaq istiqamətindəki bu mübarizəni davam etdirmək

Cabbarlı isə kapital kabusunun qarşısını mahiyyətcə guya ona 

qarşı dayanan yeni ictimai reallığın - kommunizm kabusunun 

vasitəsilə kəsmək mövqeyindən çıxış etdi.   

Cavid hətta sosializm mərhələsini də kapital cəmiyyətinin 

ümumi meyllərindən fərqli, müvəqqəti bir hadisə kimi 

«diqqətdən kənarda» qoyaraq, məhz ümumi problemləri araş-

dırmaqda davam edirdi. Cari zamana olan bu etinasızlığı o, 

məkanı genişləndirmək, hadisələrin vaqe olduğu məmləkətləri 

mücərrədləşdirmək, planetar miqyas seçmək hesabına 

kompensasiya edirdi. Lakin o vaxt Cavidin nə üçün məhz belə 

bir yol seçdiyini başa düşmək çox çətin idi. Bunun əsl 

səbəblərini başa düşmək, məhz həmin dövrdə yaşanan həyati 

gerçəkliyin heç də  əsl böyük həqiqət olmayıb, bu böyük hə-

qiqətdən müvəqqəti bir sapıntı olduğunu dərk etmək üçün 

zamana ehtiyac var idi. İndi biz, bir əsr keçdikdən sonra, böyük 

ictimai-iqtisadi çevrilişlər, təbəddülatlar epoxası arxada 

qaldıqdan sonra, yeni yüzilliyin zirvəsindən rahatca keçmişə 

nəzər salaraq, Cavidin cari həyata, çağdaş proseslərin işıqlan-

dırılmasına nə üçün bu qədər etinasızlıqla yanaşdığını daha 

aydın cavablandıra bilərik. Cavidin yerdə baş verən proseslərin 

içərisinə nüfuz etmək naminə, qərar tutduğu uca səmalardan nə 

üçün enmək istəmədiyini anlamaq o dövrün hətta  ən böyük 

sənətkarları üçün də, görünür, çox çətin idi. O vaxtın bir sıra 

ədəbiyyatçıları Cavidin öz zəmanəsinə qatılmadığını, cari 

proseslərə biganə qaldığını ideoloji mövqedən, soyuqqanlılıqla 

tənqid edir, onu xalqın, cəmiyyətin problemlərindən uzaq bir 

“burcua şairi” kimi təqdim etməklə guya sualın cavabını tapmış 

olurdular. Lakin belə izah C.Cabbarlını qane etmirdi. Cabbarlı 

üçün istedadına, böyüklüyünə  şübhə etmədiyi və ideyalarını 




 

- 297 -


şəksiz bölüşdürdüyü Cavidin təhkiyə  və  təsvir sərbəstliyi və 

real cismani həyatın təfərrüatlarına sayğısız münasibəti çox 

təəccüblü görünürdü.  

Cabbarlı suallarında israrlı idi. O, burada nə isə gizli bir 

səbəb olduğunu və bu səbəbin məhz fəlsəfə ilə bağlılığını bir 

sövq-təbii ilə duysa da, konkret izah tapa bilmədiyindən 

həyəcanlanır və  bəzən çox kəskin tənqidi mövqe tuturdu: «Ya 

Cavid həyatı olduğu kimi götürəmiyor və ya da bütün əsərlərini 

bir fikir, bir fəlsəfə xatirəsi üçün quraşdırıyor...» (C.Cabbarlı. 

«Ədəbi mübahisələr»).    

Lakin Cabbarlı Cavidi tənqid edə-edə  əslində onun 

mahiyyətinə hamıdan çox yaxınlaşır. O, Cavidi onu tərifləyən-

lərdən daha yaxşı başa düşür. Tənqid edə-edə axtarır, axtara-

axtara mətləbin lap astanasına gəlib çıxır. Bəli, Cavid cismən 

içərisində olduğu həyatı  təsvir etmirdi. Zaman və  məkan 

müəyyənliyindən kənara çıxırdı. Bu isə  sənətin, xüsusən, 

realistik sənətin  əsas prinsipləri ilə uzlaşmırdı. Zira, «ən gözəl 

əsər mühitin, cəmiyyətin hal və keyfiyyətini bəyan edənlərdir» 

(C.Cabbarlı. «Ədəbi mübahisələr»). Bəs zaman və  məkanın 

hüdudlarından kənara çıxan, lokal mühitin, cari həyatın konkret 

rənglərinin, cizgilərinin fövqündə duran əsərlər nə ilə 

səciyyələnir? Məhz burada Cabbarlı qoyduğu sualların cavabını 

özü verir: «... Bir əsər bir fikir ifadəsi üçün yazılırsa, o artıq 

sənət və  ədəbiyyat deyil, bəlkə  də  fəlsəfədir» (C.Cabbarlı. 

«Ədəbi mübahisələr»). 

Bəli, fəlsəfə! 

Cabbarlı Cavidi sənət prinsiplərindən uzaqlaşmaqda təq-

sirləndirir. Lakin Cavid sənətdən hansı səmtə doğru uzaqlaşır? 

Aşağıyamı enir, «burcua idealogiyasınamı» qulluq edir? Yox, 

Cabbarlı belə mücərrəd və əsassız ittihamlardan çox uzaqdır. O, 

əsl səbəbi axtarır və tapır da! Fəlsəfəyə doğru!? Lakin nə kimi 

bir fəlsəfəyə? Bax, sual budur. Sualın düzgün qoyulması ma-

hiyyətin dərkinə açardır.  

 

* * * 



 

Hələ XIX əsrdə böyük M.F.Axundovun qoyduğu sual: 

«Qərbdə təhsil almağa gedən gənclərimiz oradan bizə nə gətirə-



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə