FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə98/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   94   95   96   97   98   99   100   101   ...   129

 

- 301 -


təmsilçisi ola bilməzlər. Lakin Cavid  qarşısına heç də belə bir 

məqsəd qoymur. O, Cəlal obrazını yaradarkən yanında Əkrəmi, 

Afəti yaradarkən yanında Alagözü də  təqdim etməyi unutmur. 

Cavid sadəcə olaraq bu gün İstambulda və  nə vaxtsa bizim 

cəmiyyətdə mümkün ola biləcək alternativ həyat tərzini təsvir 

edir. Onlar da ictimai mühitin reallıqlarıdır. Cəmiyyətin aparıcı 

qüvvələrinin  əsas vəzifələrindən biri də elə  məhz bundan 

ibarətdir ki, ictimai tərəqqinin daxili məntiqindən, milli 

mentalitetdən irəli gəlməyən yabançı  təsirlərin genişlənməsinə 

imkan verməsin. Onların qarşısını tamamilə almaq isə ona görə 

mümkün deyil ki, hətta  ən yüksək inkişaf səviyyəli 

cəmiyyətlərdə  də milli özünüdərk həddinə çatmamış  bəsit mə-

nəviyyatlı və zəif iradəli insanlar vardır. Qloballaşma və insan 

hüquqları isə məhz mənəvi şikəstlərin də «hüququnu» müdafiə 

edir. 

Biz bu gün qapıları bütün dünyaya açılmış yeni, azad bir 



cəmiyyət qurarkən, demokratikləşməni, fikir plüralizmini qəbul 

edərkən, həyat tərzlərinin də plüralizmini qəbul etmək məcbu-

riyyətindəyik. Lakin başqa bir əxlaqın bizimlə paralel möv-

cudluğuna dözmək, heç də bizim hamımızı  həmin yabançı 

əxlaqı  qəbul etmək məcburiyyətində qoymur. Biz, sadəcə ola-

raq, ictimai müxtəliflik və mədəni-mənəvi plüralizm şəraitində 

özəlliyimizi qorumağı və inkişaf etdirməyi öyrənməliyik.    

Bax, həyatın bu yeni dialektikasını, qloballaşma artdıqca 

milliləşmənin də onunla həmahəng olaraq artmalı olduğunu an-

lasaq və  cəmiyyətdəki milli iradədən məhrum tör-töküntü ilə 

milli elitanın yerini dəyişik salmasaq təşviş üçün elə bir ciddi 

əsəas yoxdur.  

Sadəcə olaraq, anlamalıyıq ki, milli mənəviyyatın öz əta-

ləti ilə yaşayacağına əminlik dövrü arxada qalmışdır. İndi biz öz 

vətənimizdə də milli məni qorumaq, yaşatmaq, inkişaf etdirmək 

üçün hər an mübarizəyə hazır olmaq, yaxşı düşünülmüş 

vasitələrlə mücadilə aparmaq məcburiyyətindəyik. Bu 

mücadiləni uduzmamaq üçün klassik ədəbi-fəlsəfi irsimizi 

yaşatmağı və müasir düşüncə ilə birləşdirməyi öyrənməliyik.      

Müasir həyatın dialektikası isə  ədəbiyyata münasibətdə 

də müxtəlifliyin vəhdətini tələb edir. Bizə bu gün ayrılıqda 

Cavid və ya ayrılıqda Cabbarlı deyil, həm Cavidin, həm də 




 

- 302 -


Cabbarlının ideyalarından bəhrələnən vahid mədəni-mənəvi 

özünümüdafiə və inkişaf konsepsiyası lazımdır.  

Bu gün çox vaxt «milli birlik»dən danışılır, «biz niyə 

birləşə bilmirik?» sualı qoyulur. Lakin unudulur ki, milli birlik 

zaman kəsiyində mümkün deyil. Bunun üçün zaman oxunda 

birlik axtarmaq, öz böyük mənəvi sələflərimizlə  birləşmək 

lazımdır.  

 

* * * 



 

Bütün bu deyilənlərə əlavə olaraq XX əsrin bu iki böyük 

şəxsiyyəti arasında daha bir ümumi cəhəti qeyd etmək istərdik. 

Bu – dil məsələsidir. Müasir Azərbaycan dilinin forma-

laşmasında onların rolu məsələsidir. 

Hamı  tərəfindən qəbul olunmuş, lakin yenə  də layiq 

olduğu dərəcədə vurğulanmayan həqiqətlərdən biri budur ki, 

müasir Azərbaycan dilinin formalaşmasında heç kim Cəfər 

Cabbarlı  qədər böyük rol oynamamışdır. Cabbarlı türk dilini 

gözəl bilməklə yanaşı, məhz yerli türk ləhcəsinin müstəqil 

ədəbi-bədii dil səviyyəsinə çatdırılması sahəsində  əvəzsiz 

xidmət göstərmişdir. Lakin Cavidin dilimizin inkişafında rolu 

barədə fikirlər müxtəlifdir. Çoxları  hətta onu  yabançı üslubda 

yazmaqda təqsirləndirir, müasir dilimizdə  fərqli ünsürlərə 

Osmanlı  şivəsinin təsiri kimi qiymət verirlər. Lakin məhz 

Cavidin dilimizi zənginləşdirmək, böyük türk dilinin potensial 

imkanlarının müasir Azərbaycan dilini inkişaf etdirmək sarıdan 

xidməti ədalətsizcəsinə heçə endirilir və ya ən yaxşı halda çox 

sönük şəkildə qeyd olunur. 

Bax, bu sahədəki həqiqətə  işıq salmaq üçün o dövrün 

gerçəkliyindən verilən qiyməti yada salmaq yerinə düşərdi. 

Həm də ona görə ki, bu böyük həqiqi qiyməti kim isə başqası 

deyil, məhz C.Cabbarlı verir: “Caviddə su kimi duru, almaz 

kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışan 

lisanımızın təkamül özülü ola biləcəkdir, zənnindəyik. Zatən, 

bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid 

də bu cəhətdən qiymətlidir. Bizcə, Cavidin orta bir yol 

götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi, ərəbləşmiş 

Fikrət və Hamid lisanlarını da meydandan sıxıb-çıxaracaqdır” 



 

- 303 -


(C.Cabbarlı. “Ədəbi mübahisələr”). 

Müasir dövrdə, məhz Cavidlərin, Cabbarlıların böyük 

səyləri nəticəsində formalaşmış Azərbaycan ədəbi dili ilə müqa-

yisədə bizə bəlkə də çətin görünən Cavid lisanının o dövr üçün 

həqiqətən böyük bir tərəqqi olduğunu ancaq onun müasirləri 

düzgün qiymətləndirə bilərdi. 

 

* * * 


 

Cavid milli və dini dəyərlərlə müqayisədə, ümumbəşəri 

dəyərlərə daha böyük önəm verir. Onun maarifçiliyi də, dün-

yəvi məktəblər uğrunda mübarizəsi də, bizcə, hər hansı bir 

millətə və dinə mənsub olmaqdan öncə, bir bəşər övlədı olaraq 

özünü dərk etməyi ön plana çəkməsindən irəli gəlir. Maraqlıdır 

ki, gəncliyində daha çox millətçi olan Cabbarlı da tədricən 

ümumbəşəri ideyalara doğru təkamül yolu geçir. «Od 

gəlini»ndə oxuyuruq: «Bizim üçün ərəb, fars, rum, yəhudi olsun 

– heç bir fərqi yoxdur. Bax, bu ərəbdir. Bizə azad əmək  əli 

uzadır. O, bizim qardaşımızdır, Biz ərəb mötəsəmlərinə, 

Bağdad xilafətinə qarşı vuruşuruq.  İki addımlığımızda  Şirvan 

şəhriyarlığı da ona qarşı çarpışır. Lakin biz onunla birləşmirik. 

Çünki bizim üçün Şirvan  şəhriyarilə Bağdadın mötəsəmləri, 

Bizansın imperatorları, Makedoniyanın iskəndərləri, Romanın 

qeysərləri, neronları arasında heç bir fərq yoxdur. Biz insan 

dostunun dostu, insan düşməninin düşməniyik». (səh.63)   

Cavid məkan və zaman müəyyənliyindən, etnik və dini 

mənsubiyyətindən, mənəvi-əxlaqi məxsusiyyətindən asılı olma-

dan bütün insanların eyni bir mahiyyətə yüksəlmək  şansını 

qəbul edir. Məhz mahiyyətə varanda, insani, ümumbəşəri 

keyfiyyətlər önə  çıxanda üfüqi müstəvidəki fərqlər itir və 

insanlar ancaq vertikal müstəvidə, haqqa, həqiqətə yaxınlıq 

dərəcəsinə görə  fərqlənirlər. Burada «məni hər kim sevirsə, 

yüksəlsin» («Şeyx Sənan») fəlsəfəsi rəhbər tutulur. Yaxud 

Cabbarlıda «alçaq cismani duyğuları atıb, ruhani bir yüksəkliyə 

varmaqdan» («Od gəlini») söhbət açılır. 

Həm də bu yüksəliş intellektual müstəvidən daha çox 

mənəvi müstəvidə həyata keçməlidir. Çünki allaha ancaq inan-

maq, onu ancaq müqəddəslik duyğusu ilə  dərk etmək olar. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə