FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə97/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   93   94   95   96   97   98   99   100   ...   129

 

- 298 -


cəklər?», – sualı XX əsrdə daha kəskin və daha ciddi şəkildə 

qarşıya çıxır və getdikcə aktuallaşırdı. Sovet dövründə 

gənclərimizin təhsil almaq üçün daha Parisə deyil, Moskvaya 

getməsi «Qərb kabusu» problemini aradan götürmürdü; 

problem aktuallığını yenə  də saxlayırdı. Lakin Cavid də, 

Cabbarlı da bu mənada Moskvanın adını çəkmir, yenə Parisdən 

danışırdılar. Düzdür, Moskva kapital dünyasını  təmsil etmirdi, 

lakin Qərb  əxlaqının təmsilçisi olaraq qalırdı. Ona görə  də, 

«Uçurum»da, «Aydın»da, «Afət»də, «Sevil»də qoyulan 

problemlər sovet dövründə də, indinin özündə də həmin böyük 

milli-mənəvi problemin işıqlandırılmasına xidmət edir. Sadəcə 

olaraq, bu gün həmin məsələlər daha kütləvi və daha kəskin for-

malarda təzahür edir. Ona görə də Qərb dünyası qarşısında ucal-

dılmış ideoloji çəpərlər götürüldükdən sonra böyük sel halında 

hücum çəkən və  bəzən də  məqsədyönlü diversiya səciyyəsi 

daşıyan «kütləvi mədəniyyətin» qarşısını almaq üçün yeni tipli 

çəpərlərə ehtiyac vardır. Lakin hələ  bu  yeni  çəpərlər çəkilənə 

qədər böyük babalarımızın bizə bu günümüz üçün miras 

qoyduğu 

əsərlərin xidmətindən istifadə etməliyik. 

Ədəbiyyatımız həmin xətti günün rənglərinə uyğunlaşdıraraq 

davam etdirməli, elmi fikir, təbliğat, publisistika birləşərək bu 

istiqamətdə vahid müdafiə  cəbhəsi yaratmalıdır. Lakin çox 

təəssüf ki, əsrin  əvvəllərində qadınları gözləyən bədbəxtliyin, 

faciənin timsalı kimi yaradılmış Gültəkinlər  əsrin sonunda 

həmin bu obrazı yaradan aktrisanın dilindən az qala 

qadınlarımızın idealı kimi təqdim edilir. Və  əgər aktrisanın bu 

etirafı normal qarşılanırsa, deməli, mühit yaxşılığa deyil, pisliyə 

doğru dəyişilmişdir.  

Bu gün «Aydın»ın yeni quruluşda tamaşası özü ilə  bə-

rabər Qərb  əxlaqı  gətirən kapital hakimiyyətinin 70 illik fasi-

lədən sonra cəmiyyətimiz üçün yenidən böyük təhlükə  mən-

bəyinə çevrildiyi bir şəraitə  təsadüf edir. Lakin çox təəssüf ki, 

XX  əsrin 20-ci illərindən bəri keçirdiyimiz mənəvi tənəzzül 

tamaşanın əvvəlki səviyyədə, orijinaldakı təmizliklə qoyuluşuna 

da mane olur. Ariflər, Aydınlar, Gültəkinlər, Afətlər kapitalın 

qanadlarında gələn Qərb ab-havasından boğulanların parlaq 

nümunələridir. Lakin bu gün bizim məqsədimiz bu qlobal 

proseslərin qurbanları üçün sadəcə ağlamaq və ya hətta günahı 



 

- 299 -


mühitin üzərinə ataraq onlara bəraət qazandırmaq deyil, 

faciələrin qarşısını almaq üçün real vasitələr aramaqdır.        

Cavid hələ o vaxt, bəlkə zamanı qabaqlayaraq, bəlkə  də 

İstambulun nümunəsini görüb, onu Bakıya da transformasiya 

etməklə «Uçurum»da Şərq-Qərb münasibətlərinin müasir dövr 

üçün çox aktual məqamlarına toxunurdu: 

 

Avropada işıq da var, zülmət də,  

Orda səfahət də var, fəzilət də. 

O bir əngin dəniz ki, çox qorxuncdur. 

İnsan gah inci bulur, gah boğulur.     

 

Qərb dünyasındakı əksilikləri, təzadları çox gözəl duyan, 



gözəl bilən Cavid bizim Qərbə birtərəfli münasibətimizdən çox 

narahat olur: «Avropadan – fəzilət, himmət, cidiyyət, vüqar 

dururkən – yalnız çürük bir züppəlik aldılar», - deyən  şair elə 

bil ki, gələcək təhlükələri görərək, bizi «ayıq davranmağa» 

dəvət edirdi.   

O vaxt Cavidi realizmdən uzaqlaşmaqda təqsirləndirir-

dilər. Lakin Cavid mümkün gələcəyin mümkün fəsadlarını 

irəlicədən  əks etdirir və belə bir gələcəyin heç vaxt 

reallaşmaması üçün çalışırdı...  

Lakin, heyhat! O zaman gəldi. Təhlükələr reallaşdı. Və 

çox təəssüflər olsun ki, bu gün Cavid daha yalnız səma  şairi 

olaraq qalmır, həm də reallıqları əks etdirir. Təəssüflər olsun ki

bu gün kapital dünyasının törətdiyi zinalara qarşı  mənəvi 

müqavimət o dərəcədə zəifləmiş ki, onun qurbanları Aydınların, 

Gültəkinlərin böyük dramatik mübarizəsini, faciəsini 

yaşamadan, Cabbarlının heç vaxt ağlına belə  gətirmədiyi bir 

halda, çox sadəcə – Cəlallar və Afətlərin taleyini yaşayırlar. Ca-

vidsə  hələ o vaxt bunları çox sakit yazırdı, sanki olan bir şeyi 

təsvir edirdi. Cabbarlı üçün bu ağlasığmaz bir eniş, 

«Uçurum»dakından daha dəhşətli və  əslində qeyri-mümkün 

olan bir uçurumdur.  

Cabbarlı Cavidin hansı dövr üçün yazdığını anlamaq 

üçün gələcəyə də nəzər salır və bunları ən bədbin proqnoz ha-

lında da qəbul etmir. (Cabbarlı türkü, türklüyü çox uca tutur

lakin çox ucada olanın düşərkən daha aşağı yuvarlanmaq 



 

- 300 -


«şansını» unudur). Cabbarlı bu proqnozu təhlil edərək yazır ki, 

bəzilərinə görə «... şimdi bizdə Afət həyatı yoxsa da, get-gedə 

həyat tərəqqi edib qadınlarımız açılınca  əlli ildən sonra Afət 

həyatı vücuda gələ bilər. Cəlal bizdə yoxsa da, bəlkə Türkiyədə 

buluna bilər, - deyənlərə də cavab olaraq... biz deyirik ki, qırx il 

də,  əlli il də bundan sonra Azərbaycan, ya türklüyün başqa bir 

ölkəsi, həmçinin Türkiyə Afət həyatı ilə yaşaya bilməyəcəkdir...» 

(C.Cabbarlı. «Ədəbi mübahisələr»).  

Necə də böyük bir inam! Necə də böyük bir romantika!  

Bax, burada, bu günkü həyatın müstəvisində rollar dəyişir

Cavid daha çox realist, Cabbarlı daha çox romantik təsiri 

bağışlayır.  

Ey böyük Cabbarlı! Biz sənə inanmaq istəyirik. Sənin ki-

mi inamlı olmaq istəyirik. Biz bu günkü halların müvəqqəti bir 

çaşqınlıq olduğuna, ötəri, keçici olduğuna inanmaq istəyirik! 

İnanırıq da! İnanırıq, çünki səbəblərini bilirik. Bildiyimiz şeylə 

mübarizə etmək isə daha rahatdır.  

Ey böyük Cavid! Əsrin sonunda, qloballlaşma dövründə 

bizi gözləyən bəlaları, realllıqları  qələmə aldığın üçün, bizi 

irəlicədən xəbərdar etdiyin və  Qərbə optimal münasibət 

düsturunu formalaşdırdığın üçün biz Sənə minnətdarıq!   

Əvvəla, bilmək lazımdır ki, müasir Azərbaycan gerçək-

liyində  Cəlallar və Afətlər heç də milli tərəqqinin aparıcı 

qüvvələrinin deyil, yeni yaranmış  və  hələ  dərin kök atmamış 

müvəqqəti bir zümrənin timsalıdır. Cavid bu obrazları  bədii 

ümumiləşdirmə  səviyyəsində  təqdim edir, ona görə ki, onlar 

artıq tək-tək adamlar olmayıb, bütöv bir təbəqədirlər. Lakin onlar 

heç də elita olmayıb, mənən yoxsul nuvorişlərin və onların həyat 

tərzinə  həsəd aparan meşşanların timsallarıdır. Qərbin «müasir» 

həyatı və «kütləvi mədəniyyətinin» təsiri altına düşmüş zəif iradəli 

insanlardır. «Uçurum»da oxuyuruq:  

 

Yurdumuzu sardıqca  



Düşgün Paris modası 

Hər kəsə örnək oldu  

Sərsəm firəng ədası. 

 

Cabbarlı,  əlbəttə, haqlıdır ki, Afətlər və  Cəlallar türkün 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə