FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə103/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   99   100   101   102   103   104   105   106   ...   129

 

- 317 -


həm də ona görə vacibdir ki, melodrama komediantlığın o biri 

qütbünə çevrilərək həyatımıza hər tərəfdən müdaxilə edir. 

Hadisəçiliklə dolu olan videofilmlər, teleseriallar bütün texniki 

vasitələrlə bizi mühasirəyə alır. Və çox vaxt «Hamlet»lərin, 

«İblis»lərin, «Aydın»ların bizdə yaratmış olduğu mənəvi 

özünümüdafiə  səddini keçərək içərimizə daxil olur. Bir də 

başımızı qaldırdıqda özümüzü hadisələr, təsadüflər dünyasının 

axar-baxarında görürük.  

Bəli, melodrama ayrı-ayrı adamlar, şəxsi həyatlar və 

təsadüflər üzərində qurulmuş maraqlı və gərgin situasiyaları əks 

etdirir. Primitivliyin, diletantizmin bariz nümunələrinə 

əsaslanan melodrama bəzən çox bahalı libas geyinir, yüksək 

dizayn və  bədiilik elementləri ilə  pərdələnir (müasir kino 

texnikası, bahalı aktyorlar və s.). Lakin nə libas geyinirsə-

geyinsin, onun əsas göstəricisi hadisəçilikdir. Burada fəlsəfi 

ümumiləşmə bir yana qalsın, heç bədii ümumiləşmə  səviyyə-

sində də qanunauyğunluq axtarmaq əbəsdir.  

 

* * * 



 

Bütün böyük sənətkarlar ona görə  həm də filosofdurlar 

ki, onların əsərləri hadisələrin təhkiyəsi arxasında mahiyyətlərin 

təhkiyəsini də əhatə edir. Bədii əsərdə hadisələr necə gəldi, elə 

də  cərəyan edə bilməz. Onlar ideyaların inkişaf qanuna-

uyğunluğuna, mahiyyətlər arasındakı münasibətlərdəki 

invariantlara söykənir. Cəfər Cabbarlının bütün əsərlərində, 

hətta  ən gənc yaşlarında yazdığı pyeslərdə belə müəyyən bir 

ideyanın təkamülü və ideyalar arasında mübarizə vardır. Cab-

barlıda ideyanın açılmasına xidmət edən hadisələr ixtiyari 

olaraq seçilmir. Onlar bilavasitə reallığa və tarixə söykənir. Bu 

baxımdan, Cabbarlı bir filosof olmaqla yanaşı, həm də kamil bir 

tarixşünas və sosial tablolar çəkən rəssamdır. 

XX  əsrin  əvvəllərində, hələ tariximizin kifayət qədər 

öyrənilmədiyi, milli mədəniyyət və milli fəlsəfi fikirlərin qay-

naqları peşəkar elm üçün hələ naməlum olduğu bir dövrdə  tək 

bir  əsərdə («Od gəlini») nəinki milli tariximizin böyük və 

mürəkkəb bir dövrü (islamın Azərbaycanda yayılması, Babək 




 

- 318 -


hərəkatı) üzə  çıxarılır, nəinki həmin dövrə aid adət-

ənənələrimizin, milli mədəniyyətimizin, etnoqrafiyamızın mü-

kəmməl mənzərəsi çəkilir, həm də o dövrdə yaranmış  və 

yayılmış milli-fəlsəfi cərəyanlar obrazların dili ilə qarşılıqlı 

mükamilə və monoloqlarda çox parlaq şəkildə şərh olunur. Üs-

təlik bütün bunlar yüksək sənətkarlıqla bədii əsərin təhkiyəsinə 

daxil edilir. 

Tədqiqatçılar bəzən fəlsəfi fikir tariximizin öyrənilməsi-

nin tanınmış filosofumuz Heydər Hüseynovun əsərləri ilə 

başlandığını düşünürlər.  Əslində isə bu işi xeyli əvvəl Cəfər 

Cabbarlı başlamışdır. Həm də çox böyük dəqiqliklə, fəlsəfi 

təlimlərin mahiyyətini açıb-göstərmək, onları qarşılıqlı surətdə 

müqayisə etmək və müxtəlif nöqteyi-nəzərləri canlı  həyat 

səhnələrində təcəssüm etdirməklə.  

Milli tariximizin önəmli məqamlarını təşkil edən ideyalar 

və ictimai-siyasi hərəkatlar Cabbarlının  əsərlərində  bəzən 

bilavasitə, hətta tarixi adları belə saxlamaqla, bəzən də dolayısı 

ilə, bədii mündəricəyə daxil edilməklə təqdim olunur. Məsələn, 

Azərbaycan fəlsəfi fikir tarixində  və milli azadlıq hərəkatında 

Cəmaləddin  Əfqaninin yeri və rolu çoxlarımızın nəzərində 

professor  Şamil Qurbanovun təqdimatından sonra aydınlaşdı. 

Və biz elə bil ki, itirilmiş bir tarixi şəxsiyyətimizi və 

filosofumuzu yenidən tapdıq. Lakin sən demə onun haqqında 

Cabbarlı  hələ 17 yaşında ikən kifayət qədər dolğun məlumat 

vermiş, onun ideyalarını    şərh etmişdir. Həm də bu missiya 

hansı isə tarix kitabında və ya fəlsəfi traktatda deyil, «Nəs-

rəddin  şah» pyesində  həyata keçirilmişdir. Cəmaləddin  Əfqani 

əsərə bir inqilabçı obrazı kimi daxil edilmiş, onun ideyaları və 



məşrutəçilik hərəkatının məğzi də hadisələrin gedişindən doğan 

qanunauyğun bir yekun kimi təqdim edilmişdir.        

Digər bir əsərində – «Od gəlini»ndə Cabbarlı VIII-IX 

əsrlərdə Azərbaycanda yayılmış  xürrəmilik  təliminin məzmu-

nunu açır və  əsas ideyalarını  şərh edir. Əslində Cabbarlının 

azadlıq haqqındakı düşüncələri xürrəmilik təliminin də hü-

dudlarını keçərək bütün dövrlər üçün aktual olan ciddi mət-

ləblərə gətirir.  

«Od gəlini» elə bil ki, milli-fəlsəfi fikir tariximizin ensik-

lopediyasıdır. Burada məhz Azərbaycan üçün səciyyəvi olan 




 

- 319 -


mühüm fəlsəfi cərəyanların çox yığcam, lakin aydın və gözəl 

şərhi verilir. Zərdüştilik, atəşpərəstlik, xürrəmilik, sufilik, 

hürufilik və s. Həm də bunları ayrılıqda, bir-birindən fərqli, bir-

birini inkar edən təlimlər kimi yox, vahid, bütöv fəlsəfi baxışlar 

sisteminin daxili ünsürləri, tərkib hissələri kimi vermək 

təşəbbüsü göstərilir.  Əksliklər vəhdətdə götürülür. Qütblərin 

zirvədə birləşməsindən daxili tamlığa malik mükəmməl fəlsəfi 

dünyagörüşü yaranır. Fəlsəfi fikrimizin böyük tarixi təkamül 

keçmiş uzun və mürəkkəb yolu zamanca sıxılır, müxtəlif 

dövrlərdəki konsepsiyalar eyni zaman müstəvisinə  gətirilir və 

bütün daxili ziddiyyətləri ilə birlikdə mükəmməl bir bədii-nə-

zəri sistem yaranır. 

Bu baxımdan, «Od gəlini» Azərbaycanın fəlsəfi fikir en-

siklopediyasının bir parçası olmaqdan daha yüksək məqamda 

qərar tutur. Burada biz müxtəlif dövrlərdəki müxtəlif fikir 

qatlarının, müxtəlif həyat və düşüncə  tərzlərinin və  hətta 

müxtəlif fəlsəfi təlimlərin sintezini görürük. Bizim bugünkü 

düşüncəmizin genezisində hansı fərqli mövqelərin dayandığını, 

çağdaş fikir tərzimizin nələrdən yoğrulub-yapıldığını, müasir 

azərbaycanlının daxili aləmində keçmişdən miras qalmış  nə 

kimi ziddiyyətlər olduğunu «Od gəlini» gözəl təcəssüm etdirir. 

Əsər həm də  inam    və  şübhənin, hiss və idrakın milli nisbət 

əmsalını əks etdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. 

Lakin «Od gəlini» sosializm dövründə yazıldığından 

onun  ədəbi tənqid taleyi məhdud ideoloji çərçivəyə salınmış, 

dinə qarşı mübarizə mütləqləşdirilmiş  və  əsərdəki bir sıra 

mühüm ideyalar işıqlandırıla bilməmişdir. Elxanın «din adına 

törədilən qırğınlara» qarşı çıxışları dinə qarşı çıxış kimi təqdim 

olunmuşdur. Digər tərəfdən, əsərdəki hürufilik notları diqqətdən 

kənarda qalmış, hürufilik ideyaları da ateizm kimi 

qiymətləndirilmişdir. Halbuki, Elxan bəzi çıxışlarında 

Nəsimidən fərqlənmir: «Məndən başqa mənim xaricimdə özgə 

bir Allah yoxdur. Mənəm Yer üzündəki həyat və  səadətin ya-

radıcısı. Mənəm göylərin mənəvi varlığındakı qüvvət və iqtidarın 

məna və mahiyyəti. Mənəm Allah, Allah mənim özümdədir». 

Elxanın mübarizəsi islam dininin özünə qarşı deyil, dinlə 

pərdələnmiş gücə, zorakılığa qarşıdır. Diqqətlə yanaşıldıqda 

Aqşin Elxanı yox, Elxan Aqşini  əsl dinə,  ədalətə, düzlüyə, 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə