FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə107/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   103   104   105   106   107   108   109   110   ...   129

 

- 329 -


görüntü ilə varlıq arasındakı  təzada müraciət edir. Həm də 

maraqlı burasıdır ki, Oqtayın məntiqinə görə əsl həqiqət ancaq 

varlıq ola bilər. Görüntü həqiqətin olsa-olsa surəti, kölgəsi ola 

bilər. «Bəlkə sən bir kölgəsən? Bəlkə güzgülərdəki şəkillərdən 

birisən? Sənin həqiqət olduğuna bir sübut varmı?» Sartrın 

qəhrəmanı da varlıq axtarır. Lakin o, çılpaq varlıqda ancaq 

eybəcərlik görür. Cabbarlı üçün isə  həqiqət istənilən halda 

gözəldir, gözəllik həqiqətdir: «Daşdır, qoy daş görünsün. 

Neyçin gizlədirsiniz? O, çirkin də olsa həqiqət olduğu üçün 

gözəldir».              

Cabbarlı ilə Sartr arasında, Oqtayın atəşin nifrəti, çılğın 

etirazı ilə Rokantenin qaranlıq düşüncələri arasında nə  qədər 

bənzəyiş olsa da, onların eyni bir fəlsəfi mövzuya: varlıq və 

heçlik probleminə müraciəti və hətta bu problemi təhlil edərkən 

işlətdikləri ifadələrin belə olmazın dərəcədə yaxın olması heç də 

dünyagörüşlərin və  fəlsəfi baxışların eyniyyətinə  dəlalət etmir. 

Oqtayın qəlbi işıqlıdır. O, öz qəlbindəki həqiqət idealından çıxış 

edir. Rokanten isə qaranlıq və cansıxıcı bir həyat yaşayır. 

Baxmayaraq ki, Oqtay da, Rokanten də öz varlıq axtarışında 

heç də ürəkaçmayan, əksinə, ürək bulandıran, rəngsiz, parıltısız, 

çırpaq bir mövcudata gəlib çatıblar. Lakin əsas fərq ondan 

ibarətdir ki, Oqtay heç olmasa bir dəfə  işığı görmüşdür və 

həyatda, reallıqda olmayan bu işığı öz qəlbində yaşadır. Oqtay 

işıqda durub, qaranlığa baxır. Rokanten isə qaranlıqdan 

qaranlığa baxır.                  

Cəmiyyətin naqisliyi, daha yaxşı  cəmiyyət arzusu və 

ümidi doğura bilər. Amma naqislik varlığın öz təbiətindədirsə, 

onda insan ümidini tamamən itirir və yaşamağın mənası qalmır. 

Oqtay Eloğlunun Firəngizə  qəsd etməsi məhz bu hissiyyatın, 

«həqiqi ölümü yalançı  həyatdan üstün tutmaq» fəlsəfəsinin 

təsiri ilə baş verir. Daha doğrusu, Oqtay əslində Firəngizi bu 

yalan dünyasından azad edir. Hadisələr  dünyasında qətl kimi 

görünən bu addım Oqtayın həqiqət dünyasında xilaskarlıq 

missiyasından başqa bir şey deyildir. Sartrın qəhrəmanı da eyni 

ilə belə düşünür: «Mən dumanlı  şəkildə düşündüm ki, bu heç 

nəyə yaramayan mövcudatdan heç olmasa birini silmək üçün 




 

- 330 -


                                                          

həyatla hesabı çürütmək lazımdır».

1

  

Maraqlıdır ki, Sartrın qəhrəmanı Rokanten də, eynən 



Oqtay kimi insan bədəninə sümükdən,  ətdən, qandan və s. 

ibarət olan sadəcə bir cəsət kimi baxır. Və intihardan sonra 

onların bu bağçanı zibilləyəcəyi və burada artıq bir şey kimi 

görünəcəyi haqqında düşünür.

2

 Müqayisənin təfərrüatına varsaq 



görərik ki, Cabbarlının qəhrəmanı mövcudatın  əsasında duran 

varlığa doğru daha bir addım atmışdır. «Bir yığın  ət, bir yığın 

sümük»dən sonra Oqtay  «hətta o da deyil, bir ovuc su, bir yığın 

duz, torpaq, kül», – deməklə  bədənin də öz növbəsində 

torpaqdan, sudan yarandığını nəzərə çarpdırır.  

Kimsə deyə bilər ki, bu haqda fikirlər hələ Fales, Empe-

dokl dövründən var idi. Lakin Sartr fəlsəfəsinin (həm də 

Cabbarlı fəlsəfəsinin) özəlliyi bundan ibarətdir ki, onlar bu abs-

traksiyanı fəlsəfi traktatdan insanın gündəlik həyatına gətirir və 

görüntünün arxasında varlığı təsəvvür etməyə çalışırlar. Və bu 

zaman həyat çox cansıxıcı  və dözülməz olur. Lakin nə  qədər 

dözülməz, ürək bulandıran olsa da – həyatın özü, iç üzü elə bu 

imiş. Rokanteni keçirdiyi hissin necəliyi yox, həqiqi mənası 

daha çox maraqlandırır: «Mən artıq məqsədə çatdım, nəyi ki, 

bilmək istəyirdim artıq bilirəm, yanvardan başlayaraq məndə 

baş verənlərin hamısını  mən artıq anladım. Ürək bulantısı 

keçmədi və  çətin ki, tezliklə keçsin, amma mən ondan daha 

əziyyət çəkmirəm, – bu, xəstəlik deyil, hansı isə keçici hal 

deyil, bu, mən özüməm».

3

    Və bunu dərk etdikdən sonra 



şeylərin bər-bəzəyi varlığa uyğun gəlməyən aldadıcı görünüşlər 

insanı  əsəbləşdirir və  şeylər ona sanki bir «dekorasiya kimi 

görünür». Bu «laklanmış», pardaqlanmış görüntülər atıldıqda, 

«örtüklər götürüldükdə»  şeylərin rəngarəngliyi itir, yerdə 

varlığın nizamsız, eybəcər, çılpaq mənzərəsi qalır.

4

 (Bu ifadələr 



necə  də tanışdır, lakin biz onları Oqtay Eloğlunun səhnədəki 

monoloqundan yox, Sartr qəhrəmanının düşüncələrindən iqtibas 

gətiririk və oxucularımızın nəzərinə çatdırırıq ki, Sartrın bu 

 

1



 Ж.-П.Сартр. Тошнота, М., 1994, стр. 138. 

2

 Yenə orada. 



3

 Yenə orada, səh. 136. 

4

 Yenə orada. 




 

- 331 -


                                                          

dünyaca məşhur «Bulantı» romanı 1938-ci ildə, «Oqtay Eloğlu» 

səhnəyə çıxdıqdan xeyli sonra işıq üzü görmüşdür.).  

Maraqlıdır ki, Sartr «Milçəklər» pyesinə  də Elektranın 

dilindən analoji monoloq daxil edir. Bu dəfə  hədəf Yupiterin 

heykəlidir. Elektranın gözlədiyi adam qılıncını çıxarıb, bu möh-

təşəm Yupiteri iki yerə böləcək və hamı görəcək ki, əslində bu 

bir odun imiş. Bəli, ölülərin Allahı bəyaz bir ağac kötüyü imiş. 

Sonra Yupiterlə danışırmış kimi üzünü ona tutaraq deyir: « 

Üzündəki dəhşət və qan – ancaq bir boyaq imiş, elə deyilmi?.. 

Sən gözəl bilirsən ki, tiyənin zərbəsi səni iki yerə ayıracaq, 

amma heç bir damla qanın da çıxmayacaq».

1

 Elektra da  



Rokanten kimi, Oqtay kimi saxtakarlığa nifrətini gizlətmir və 

yalançı görüntü arxasında həqiqi varlığı axtarır.  

Cabbarlı yaradıcılığında bədii-fəlsəfi fikrin vüsəti qəh-

rəmanı cari həyatın, çağdaş ictimai mühitin görünən prob-

lemlərindən daha dərin qatlara aparır və  təzahürlə mahiyyət, 

görüntü ilə varlıq, aldanışla həqiqət arasında ziddiyyətlərin həll 

yolu axtarılır. Oqtay görüntülərin, fenomenlərin həqiqi varlıqla, 

ekzistensiya ilə qarşılaşmasında ikinciyə üstünlük verir. 

Pərdələr nə  qədər gözəl görünsə  də  və onun arxasındakı divar 

nə  qədər çılpaq və cansıxıcı olsa da, həqiqi varlıq birinci yox, 

ikincidir.  

«Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün»

2



– mövqeyi əslində Husserl və Sartr fenomenologiyasında 

fenomenin şeyə adekvatlığı problemi ilə səsləşir. Düzdür, Qərb 

filosofları  şeyi, varlığı  məhz görüntülər silsiləsi kimi təqdim 

etməkdə  həmrəydilər, lakin Husserl fenomeni, görüntünü önə 

çəkir və ondan o yana hansı isə  fərqli bir varlığın 

mövcudluğunu qəbul etmir. Sartr isə varlıq axtarışında daha 

israrlıdır və maraqlıdır ki, bu axtarışlarda o, hansı isə başqa 

yolla deyil, məhz Oqtayın yolu ilə gedir. Bu yol isə qaranlığa 

aparır: «Süni işıqlara lüzum yox! Dünya qaranlıqdır, qoy 

qaranlıq görünsün. Qaldır bu güzgüləri, qoy bu şaşqın 

bəşəriyyət bir dəfə  də olsa həqiqəti görsün, görsün ki, o bir 

 

1



 Жан-Полъ Сартр, Алъбер Камю. Две грани экзистенциализ-

ма. М., 2001, стр.20.  

2

 Cəfər Cabbarlı, səh. 257. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə